Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə71/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   67   68   69   70   71   72   73   74   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
A nadır varlığın, həyatın canı,
D ünyada an ad an  şirin şey hanı?!
A nanın  xislətində  m ərhəm ət,  şəfqət,  inam,  sevgi,  səxavət, 
mərdlik vardır. Bunları qadına Tanrı bəxş etmişdir.
Bir  d ah a  İslam  tarixinə  nəzər  salaq.  Həzrət  Peyğəmbərin 
(s.) dövründə müsəlman qadınlar  ictimai həyatda çox aktiv  ol­
muşlar.  Q adınlar  öz həyat yoldaşları  ilə  birgə İslamın ən çətin 
anları  olan  döyüşlərdə  cihadda  iştirak  edərək  onlara  kömək 
göstərirdilər:  yemək  hazırlayır,  su  paylayır,  yaraları  müalicə 
edir,  şəhid  olanların  M ədinəyə  aparılmasına  yardımçı  olur, 
h ətta döyüşdə belə iştirak edirdilər. (Buxari, Cihad,  1243-1244)
Bu  qadınlardan  biri  -   Atiyyə  (r.a.)  əri  ilə  birlikdə  6  dəfə 
m üharibədə  iştirak  etmişdi.  H əzrət  Fatim ə  (r.a.)  Peyğəmbərin 
(s.) U hudda qanım  saxlam ağa çalışmış, Nəsibə (r.a.) adlı səha­
bə qadın da  U hud döyüşündə iştirak etmiş, ərini və övladlarını 
m üharibədə  şəhid  verən  bu  qadın  hətta  özünü  qalxan  kimi 
Peyğəmbərin (s.) qarşısına a taraq  onu qorumuşdur.
Biz  əvvəllər  də  İslam,  türk-Azərbaycan  qadınları,  onlarm  
qəhrəmanlığı,  idarəçilik  xüsusiyyətləri  və  s.  haqda  qısa  məlu­
m at  vermişdik.  O nu  da  qeyd  etmək lazımdır ki,  İslamı ilk  qə­
bul edən məhz qadın -  H əzrət Xədicə (r.a.) olmuş, bu yolda ilk 
şəhid də qadındır.  Belə ki,  A m m ar bin Yasinin anası Suməyyə 
(r.a.)  Ə bu Cəhlin  fiziki  təzyiqlərinə baxmayaraq  dini  inkar  et­
mədi.  Nəticədə  kəskin  mübahisələrdən  sonra Əbu  Cəhl  nizəsi 
ilə onu öldürdü. Beləliklə, İslam  ilk şəhidini verdi.
U m m   V əraqa  binti  A bdullah  b.  əl-Haris  (r.a.)  hücrətin 
ikinci  ilində  baş  verən  Bədr  müharibəsində  yaralılara  kömək 
etmişdir,  Q uram  əzbərləmiş,  Rəsulullah  (s.)  onu  yaşadığı  yerə 
nam az  qılm aq üçün  im am   təyin  etmişdir.  Umm Vəraqa  (r.a.) 
ilk im am  təyin olunan qadındır.
Tarixi  mənbələrdən  m əlum   olur  ki,  Azərbaycan  qadınları 
d a  ən qədim dövrlərdə (bizim eramızdan əvvəl) ölkəmizin  həm 
idarəçilik  və  həm  də  hərb  tarixində ərləri ilə çiyin-çiyinə vuru­
şublar.  Oğullarına,  qardaşlarına  və ərlərinə  çətin  məqam larda
290
İntellektual ekologiya
arxa olublar.  Onlarm içində qadın sərkərdələr də var idi.  Belə- 
lorindən  biri Araz  çayından  şimalda,  indiki  Azərbaycan ərazi- 
lorində  yerləşən  M assaget  hökm darlığında  əri  öləndən  sonra 
taxt-taca sahib olan Tom ris idi.  O nun e.ə.  529-cu ildə İran şahı 
Kiri  qanlı  döyüşdə  məhv  etməsi  H erodotun  «Tarix»  əsərində 
geniş əksini tapmışdır.  Tomris yolunu davam  etdirən azəri qa­
dınlar haqqında əvvəllər məlumat verilmişdir.
Məhəmməd Hadi:
Ey qadın, mənbəyi nəzakətsən,
Sən təcəssüm edən lətafətsən.
Həsən bəy Zərdabi:
Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir.
Yusif Vəzir Çəmənzəminli:
A na insaniyyətin məşəl aparanıdır.
Ana!  Hələ dünyada  sənin  müqəddəsliyini  təyin  edə  biləcək 
heç  bir ölçü yoxdur, hələ sənin əzəmətini  təsvir edə biləcək heç 
bir kitab yazılmamışdır.
Hörmətli  oxucu!  Bu  bölməni  M əhəmməd peyğəmbərin (s.) 
təkrarolunm az  bir  kəlamı  ilə  yekunlaşdırırıq:  «Qadın  hüququ 
müqəddəsdir.»
291


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
Y er p la n e ti ə c d a d ım ız ın  
m ə s k u n la ş d ığ ı m ə k a n d ır
Yer  üzündə  nə  varsa,  hamısını  sizin  üçün  yara­
dan,  sonra  səmaya üz tutaraq  onu yeddi  qat  göy  ha­
lında düzəldib nizama salan Odur (Allahdır)!..
Qurani-Kərim,__əl-Bəqərə_surəsi,_ayə_29.'>Qurani-Kərim, 
əl-Bəqərə surəsi, ayə 29.
Yer  üzünbə  bir-birinə  yaxm  (qonşu)  qitələr 
(münbit,  qeyri-münbit,  şirin-şoran,  dağlıq-aran  yerlər, 
müxtəlif  iqlimli  torpaq  sahələri),  eyni  su  ilə  sulanan 
üzüm  bağlan,  əkinlər,  şaxəli-şaxəsiz  xurma  ağaclan 
vardır.  Halbuki,  Biz  yemək  baxımından  onlann  birini 
digərindən  üstün  tuturuq.  Şübhəsiz  ki,  bunda  da  an­
layıb  dərk  edən  insanlar  üçün  (Allahın  qüdrətinə  və 
vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
Qurani-Kərim, 
ər-Rəd surəsi, ayə 4.
A stronomik  olaraq Yer  Günəş sistemindən məsafəsinə gö­
rə üçüncü, ölçü və kütləsinə görə beşinci planetdir. Yerin Günəş 
sistemindəki  başqa  planetlərdən  fərqi  onda  həyatın,  canlıların 
və  o  cümlədən  insanların  mövcudluğudur.  Yer  səthinin  çox 
hissəsini  (70,8%)  D ünya  okeanı,  29,2%-ni  isə quru  təşkil  edir. 
Göründüyü kimi, Yer  planetinin  torpaq  sahəsi  o  qədər də çox 
deyildir. ASE-nin (5-ci c., s.  125) bir məlumatına nəzər yetirək: 
«Müasir  dövrdə  bəşəriyyətin  ən  mühüm  problemlərindən  biri 
əhalinin  sürətli  artım ı  problemidir.  Eramızın  əvvəllərində 
dünya əhalisinin sayı  təqribən 250-270 mln.,  1000-ci ildə -  300 
mln.,  XVII  əsrin ortalarında -  500 mln.,  1900-cü  ildə  təqribən 
2,5  mlrd.,  1970-ci ildə -  təqribən  3,6 mlrd.,  BMT-nin məluma­
tına  görə,  1978-ci  ilin  ortalarında  -   təqribən  4,44  mlrd,  nəfər
292
İntellektual ekologiya
olmuşdur.  Ehtimal  ki,  X X I  əsrin  sonunda  11-12  mlrd,  nəfər 
olacaqdır.  Əhalinin  artım ı  bir  çox  ölkədə,  o  cümlədən  inkişaf 
etməkdə  olan  ölkələrdə  əhalinin  ərzaqla  təmin  olunması  pro­
blemini  qarşıya  qoyur.  Dünya  əhalisinin  təqribən  yarısı  ərzaq 
korluğu çəkir.»
İctimai istehsal prosesində insan ətraf mühitə təsir göstərir. 
Məhsuldar qüvvələr inkişaf etdikcə, təbii ehtiyatlara tələbat ar­
tır və insanın ətraf mühitə təsiri getdikcə güclənir.  Bununla əla­
qədar bəşəriyyət qarşısında ətraf mühitin çirklənməsinin qarşı­
sını almaq kimi son dərəcə mühüm vəzifə durur.
Son  bir  neçə yüz ildə  meşələrin  sahəsi yanğınlar,  vəhşicəsi­
nə qırılma  nəticəsində dəfələrlə  azalmışdır.  Ötən yüz ildə ero­
ziya  və  aşınmadan  kənd  təsərrüfatına  yararh  torpaq  sahələri­
nin  təqribən  27%-dən çoxu sıradan çıxmışdır.  Urbanizasiya və 
sənayeləşdirmə  prosesində  təbii  mühitin  çirklənməsinin  mən­
bəyi, əsasən, məişət və sənaye tullantılarıdır.  Torpağa çoxlu zə­
hərli kimyəvi maddələrin verilməsi flora və faunaya zərərli təsir 
göstərməkdədir.  Torpağın  radioaktiv  maddələrlə  çirkləndiril- 
məsi insan sağlamlığı üçün xüsusi təhlükə törədir.
Atmosferin  ozon  təbəqəsində kilometrlərlə sahədə  dəliklə­
rin  əmələ  gəlməsi,  karbon  qazının  (CO
2
)  dəfələrlə  çoxalması, 
içməli  su  ehtiyatlarının  durm adan  azalması,  qlobal  istiliyin  il­
dən-ilə  artması,  şimalda  buzlaqların  əriməsi  və  bunun  nəticə­
sində yararlı  torpaqları  su basması və s.  insanlığın gələcəyinin 
necə təhlükələrlə üzləşəcəyini demirmi?
İnsanlar arasında ürək-qan dam ar xəstəliklərinin, xərçəng­
in, şəkərli diabetin, sümüklərdə kalsium duzunun azalması (os- 
teoporoz),  vərəmin  və  başqa  xəstəliklərin  durm adan  artması 
bəşəriyyəti  fəlakət  qarşısında  qoyur.  İkinci  dünya  müharibə­
sindən  som a  «soyuq  müharibə»nin  vüsət  alması,  terrorizm, 
ncofaşizm, nasizm, ekoloji terrorizm, mənfi intellektual ekoloji 
mühitin genişlənməsi bəşəriyyəti fəlakətə sürükləyən amillərdir. 
Bütün  bunlar  haqda əvvəlki bölmələrdə geniş məlumat  vermi­
şik.  Bu faktorları yada salm aqda məqsədimiz nədir?
293


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə