Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə69/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   65   66   67   68   69   70   71   72   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
«Cənnət  anaların  ayaqları  altındadır.»  -   kəlamı,  Qurani-Kə­
rimdə eyni bərabərdə 23 dəfə kişiyə və qadına müraciət edilmə­
si  bütün  bunlar  əyani  sübutlardır.  Bir  faktı  nəzərinizə  çatdır­
m aq  istərdik.  Elşad  N urinin  BM T-nin  Əhali  Fondunun  dəs­
təyi  ilə  hazırladığı  «İslam da  qadm-kişi  bərabərliyi»  (Bakı, 
2006),  «İslam da qadım n  ictimai  həyatdakı  rolu»  (Bakı,  2006), 
«İslam  dini  zorakılığı  qadağan  edir»  (Bakı,  2006)  materialla­
rında  qeyd  edilir.  «Birləşmiş  Millətlər  Təşkilatının  (BMT) 
«Q adınlara  qarşı  ayrı-  seçkiliyin  bütün formalarının  ləğv edil­
məsi  haqqında»  Beynəlxalq  Konvensiyanın  (CEDAW)  mad­
dələrinin  islamın  əsas  prinsipləri  ilə  üst-üstə  düşdüyü 
dediklərimizi bir daha sübut edir.
Əgər  biz  Həzrət  M əhəm m ədin  (s.)  dövründəki  qadınların 
vəziyyətini,  İslam dan  sonra  onlara  verilən  hüquqları  düzgün 
qiymətləndirə bilsək,  qadınlara  1400 il əvvəl verilən dəyərin nə 
dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilərik.
İslam  dini  ailə  ocağının  təşkilini  tövsiyə  edir  və  tənhalı­
qdan  çəkindirir.  Ailə  qurm aq  sakitlik,  paklıq  kimi  tanıtdırılır. 
Ailə  qurm aqdan  im tina  insanın  səadəti  üçün  təhlükəli  sayılır. 
İslam ən yaxşı bağlılıq evlənməni, ən pis ayrılıq boşanmanı he­
sab  edir.  Ailə  qurm aq  nəslin  davamı,  ictimai  tarazlıq,  nəfs  is­
təklərinin  təminindən  əlavə  bir  məqsəd,  ünsiyyət  və  ülfətdir. 
Q urani-K ərim in  ər-R um   surəsinin  21-ci  ayəsində  buyurulur: 
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövc­
ələr  xəlq  etməsi,  aranızda  (dostluq)  sevgi  və  mərhəmət  yarat­
ması d a O n u n  qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu 
yaradıhşda) düşünən bir qövm üçün ibrətlər vardır!»
Allah-Təala öz zikrini və yuxunu sakitlik səbəbi  bildiyi ki­
mi,  ailə  və  həyat  yoldaşını  da  sıxıntıların  əlacı  kimi  təqdim 
edir.  M üsbət intellektual ekologiya hökm sürən mehriban ailə­
də çox iztirabların qarşısı almır və bu da uşaqların mənəvi yet­
kinliyinə  təsir  edir.  Şübhəsizdir  ki,  bu  əxlaqi  keyfiyyətlər  cə­
miyyətdə  nizam -intizamın bərqərar olmasına səbəb olur.  Dahi 
A ttila dediyi kimi, intizam  əxlaqdan yaranır.
Əziz  oxucu!  Qadın-kişi  bərabərliyi,  qadının  ailədə  və  icti­
282
İntellektual ekologiya
mai həyatda,  gələcək  nəslin mənəvi  tərbiyəsində,  bəşərin intel­
lektual  ekoloji  tarazlığının  bərpasındakı  rolunu  araşdırmaq 
çox  müqəddəs,  məsuliyyətli  və  geniş  mövzudur.  Bu  məsələnin 
tarixi  qədim  köklərə  malikdir.  Məsələyə  bir  qədər  də  obyektiv 
yanaşsaq, bu köklər Adəmin (ə.) Həvva anamızla olan münasi­
bətlərindən başlayır desək, məncə səhv etmərik.
«Ey insanlar!  Sizi tək bir kəsdən (Adəmdən) xəlq edən, on­
dan zövcəsini (Həvvam) yaradan və onlardan da bir çox kişi və 
qadınlar  törədən  Rəbbinizdən  qorxun!..»  (ən-Nisa  surəsi,  ayə
U  •
İnsan  yarandığı və «nəfs» deyilən  bir  bəlaya düçar  olduğu 
gündən  bunlar  özünü  büruzə  vermişdir.  Qurani-Kərimdə  bu 
haqlar ən xırda  incəliklərinə qədər  təhlil edilmiş,  hər  bir fərdin 
öz haqq və vəzifələri tam  göstərilmişdir, necə deyərlər, ədalətlə.
Hörmətli  oxucu!  Bu  müqəddəs  vəzifələrin  əyani  nümayişi 
üçün  Qurani-Kərimə  və  kəlamlara,  islamşünas  alimlərin  araş­
dırmalarına müraciət edək.
Qurani-Kərimdə buyurulur:
...O nlar  sizin,  siz  də  onların  libasısınız  (bir-birinizə  həd­
dindən artıq yaxınsınız).
əl-Bəqərə surəsi, ayə 187.
Qadına verilən mehrlə kişi ailə həyatının başlanğıcında qa­
dının mülkiyyət haqqını tanıdığını göstərir.  H ətta boşanm a nə­
ticəsində  də  kişinin  qadına  verdiyi  mehri  tələb etməyə  ixtiyarı 
yoxdur.  Qurani-Kərim də  buyurulur:  «Əgər  bir arvadın yerinə 
başqa  bir  arvad  alm aq  istəsəniz,  onlardan  birinə  (birinciyə) 
çoxlu mal vermiş olsanız da, onlardan heç bir şey geri almayın! 
Məgər  bu  malı  böhtan  atmaq  və  aşkar  bir  günah iş  görməklə 
gerimi alacaqsınız?»
(Ey möminlər!) Əgər ər-arvad arasında  ixtilaf olacağından 
qorxsanız,  o zam an kişinin  adamlarından  bir nəfər və qadının 
adam larından d a bir nəfər münsif (vasitəçi) təyin edib, (onların
283


yanına)  göndərin.  Əgər  onlar  (bu iki  vasitəçi,  ər-arvadı)  barış­
dırm aq istəsələr, A llah da onların köməyi  olar.  Həqiqətən,  A l­
lah hər şeyi biləndir, (hər şeydən) xəbərdardır.
Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz 
çevirməsindən  qorxarsa,  onların  öz  aralarında  bir  növ  barışıb 
düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz.  Çünki b a ­
rışm aq  d aha  xeyirlidir.  A ncaq  nəfslərdə  xəsislik  (qısqanclıq) 
həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, ko ­
bu d   rəftardan)  çəkinsəniz  (bu  sizin  üçün  daha  yaxşı  olar). 
Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!
ən-Nisa surəsi, ayə 20, 35,128.
(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman  onları gözlə­
mə  müddətlərində  (heyzdən  pak  olduqdan  sonra)  boşayın. 
Gözləmə  müddətini  (iddəti)  saym.  Rəbbiniz  olan  Allahdan 
qorxun.  Onları  açıq-aşkar  bir  pis  iş  (zina)  etməyənə  qədər 
(gözləmə  müddəti  qurtarm am ış)  yaşadıqları  evlərdən  çıxar­
mayın  və  onlar  özləri  də  çıxmasınlar.  Bu,  Allahın  hədləridir 
(hökmləridir).  Allahın  müəyyən  etdiyi  hədləri  aşan  kimsə  özü­
nə zülm etmiş olar. N ə bilirsən,  ola  bilsin ki, Allah bundan so­
n ra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinə məhəbbəti­
ni salsın və onlar barışsınlar).
ət~Talaq surəsi, ayə L
M ömin  kişilərlə  mömin  qadınlar  bir-birinə  dostdurlar 
(hayandırlar).  O nlar  (insanlara)  yaxşı  işlər  görməyi  əmr  edər, 
pis  işləri  yasaq  edər,  nam az  qılıb  zəkat  verər,  Allaha  və 
Peyğəmbərinə  itaət  edərlər.  Allah,  əlbəttə  ki,  onlara  rəhm 
edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sa­
hibidir!
ət-Tovbə surəsi, ayə  71.
M ömin  olub  yaxşı  işlər  görən  (Allaha  itaət  edən)  kişi  və 
qadm a  (dünyada və  axirətdə)  xoş  həyat nəsib edəcək  və  etdik­
ləri  ən  yaxşı  əməllərə  görə  mükafatlarını  verəcəyik.  (Və  ya
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
284
İntellektual ekologiya
gördükləri  yaxşı  işlərin  müqabilində  onlara  daha  yaxşı  müka­
fatlarını verəcəyik)!
ən-Nəhl surəsi,  ayə 97.
Mömin  olmaqla  bərabər,  yaxşı işlər görən kişilər və ya qa­
dınlar Cənnətə daxil  olarlar.  Ö nlara xurm a çərdəyi qədər haq­
sızlıq edilməz.
ən-Nisa surəsi, ayə 124.
Hər kəs bir pislik etsə, o ancaq  pisliyi qədər cəza alar. Am­
ma  hər kişi,  yaxud qadın  mömin ikən  bir yaxşılıq etsə,  belələri 
Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar.
əl-Munun surəsi, ayə 40.
Allah  münafiq  kişiləri  və  qadınları,  müşrik  kişiləri  və  qa­
dınları əzaba  uğratsın,  mömin kişilərin və qadınların da  tövbə­
lərini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övadı- 
na tapşırdı).  Allah (möminləri) bağışlayandır, rəhm edəndir!
əl-Əhzab surəsi, ayə  73.
Sizi  tək  bir  nəfərdən  (Adəmdən)  xəlq  edən  və  onunla 
ünsiyyət etmək (sakit,  rah at olmaq) üçün özündən (qabırğasın­
dan) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə ya­
xınlıq etdikdə o,  (Həvva) yüngül  bir yüklə yükləndi (hamilə ol­
du)  və  (bir  m üddət  həmin  yükü)  daşıdı,  (onunla  oturub-dur­
du).  (Həvva) ağırlaşdığı  vaxt onların hər ikisi Allaha dua edib: 
«Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq 
versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq» -  dedi.
əl-Ə raf surəsi, ayə 189.
Göylərin  və  yerin  hökm ü  Allahın  əlindədir.  O,  istədiyini 
yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.
əş-Sura surəsi, ayə 49.
(Ey möminlər!) A ranızda olan subay kişiləri və ərsiz qadm-
285


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə