Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə66/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   62   63   64   65   66   67   68   69   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
İnsanın özünü tanım aqda yol göstərəni mütləq millətin ziy­
alısı olmalıdır. Ziyalı millətin beynidir.
Əgər bir müəllim olsa bədəsil,
Yetişdirə bilməz bəxtiyar nəsil.
Sədi Şirazi
Bəli,  bütün  bu  deyilənlər  insan  intellektinin  inkişafında, 
müsbət  intellektual  ekologiyanın  yaranm asında  ziyalıların  ro ­
lunun danılmaz oldğunu bir d a h a  sübut edir.
İndi  isə  Qurani-Kərim ə və  Şərqin  dahilərinin  hikmətli  kə­
lam larına müraciət edək:
Qurani-Kərimdə buyurulur:
(O  zaman) Zəkəriyya  R əbbinə dua edərək dedi:  «Ey  R əb­
bim!  M ənə də Öz tərəfindən p ak bir övlad bəxş et! Sən həqiqə­
tən duaları eşidənsən!»
Ali-İmran surəsi, ayə 38.
...O nlarla  gözəl  (Allahın  buyurduğu  kimi)  rəftar  edin... 
Ola bilsin ki,  sizdə nifrət doğuran hər hansı bir şeyə Allah (siz­
dən ötrü) çoxlu xeyir nəzərdə tutm uş olsun.
ən-Nisa surəsi,  ayə 19.
Biz  insana  ata-anasına  yaxşılıq  etməyi  (...)  tövsiyə  etdik. 
Çünki  anası  onu  (doqquz  ay  bətnində)  zəhmətlə  gəzdirmiş, 
əziyyətlə  doğm uşdur.  O nun  (ana  bətnində)  daşınma  və 
(süddən)  kəsilmə  m üddəti  otuz  aydır.  Nəhayət,  (insan)  kamil­
lik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: «Ey Rəbbim! 
M ənə həm mənim özümə, həm  də ata-anam a əta etdiyin nemə­
tə  şükür  etmək və  Sənə  xoş  gedəcək yaxşı əməl  etmək  üçün  il­
ham  ver, nəslimi əməlisaleh e t.. .»
əl-Əhqaf surəsi, ayə 15.
268
İntellektual ekologiya
Biz insana  ata-anasına yaxşılıq  etməyi  (onlarla gözəl  dav­
ranmağı) tövsiyə etdik.  (Ey insan!) Əgər (valideynlərin)  bilmə­
diyin  bir  şeyi  Mənə  şərik  qoşmağına  cəhd  göstərsələr,  onlara 
itaət etmə.
əl-Ənkəbut surəsi, ayə 8.
Sizin  üçün  onlarla  ünsiyyət  edəsiniz  deyə,  öz  cinsinizdən 
zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət ya­
ratması  da  onun  qüdrət  əlamətlərindəndir.  Həqiqətən,  bunda 
(bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır.
ər-Rum surəsi, ayə 21.
Xeyr,  bu  (Quran)  bir  öyüd-nəsihətdir.  İstəyənlər  ondan 
öyüd alar.
əl-Muddəssir surəsi ayə 54-55.
Məhəmməd peyğəmbərdən (s.):
Bir  nəfər  Rəsulallahm  (s.)  yam na  gəlib  soruşdu:  «Ya 
Peyğəmbər,  mən  kimə  daha  çox  yaxşılıq  etməliyəm?»  Cavab 
verdi:  «Anana».  O  adam   soruşdu:  «Sonra  kimə?»  Peyğəmbər 
(s.) buyurdu:  «Anana».  Həmin adam  yenə soruşdu: «Sonra ki­
mə?»  Peyğəmbər  (s.)  yenə:  «Anana»  -   dedi.  O  adam  bir  də: 
«Bəs  sonra  kimə»  -   soruşduqda,  Rəsul-əkrəm  (s.)  buyurdu: 
«Sonra atana».
Bir nəfər rəsulallahm (s.) yamna gəlib dedi: «Mən cihad et­
mək  istəyirəm,  am ma  buna  gücüm  çatmayır».  Peyğəmbər  (s.) 
soruşdu:  «Valideynlərindən sağ olan varmı?» O adam:  «Anam 
var»  dedi.  Peyğəmbər  (s.)  həzrətləri  buyurdu:  «Onun  qul­
luğunda  durm aqla  Allahın  hüzuruna  yetiş.  Bunu  etsən  həm 
həcc və ümrə ziyarəti, həm  də cihad etmiş olarsan.
269


Ənvər Mete Həmidov, Zərnurə Həmidova
Məhəmməd peyğəmbər  (s.) buyurmuşdur:
Heç bir ata övladma gözəl tərbiyədən qiymətli hədiyyə verə 
bilməz.
Allahın  rizası (razılığı) valideynin  rizasıyla,  Allahın qəzəbi 
də valideynin qəzəbiylədir.
A taya  itaət  Allaha  itaət,  ataya  üsyan  Allaha  qarşı  üsyan 
deməkdir.
Üç  duanın  qəbul  olunacağına  şübhə  yoxdur:  məzlumun 
duası, qonağın duası və ata-ananm  övladma etdiyi dua.
A ta-ananıza  ehtiram   edin  ki,  övladlarınız  da  sizə  hörmət 
qoysunlar.  Həyalı  və  nam uslu  olun  ki,  qadınlarınız  da  həyalı 
və namuslu olsunlar.
Allah-Təala  rəhm ət  etsin  o  ata-anaya  ki,  övladlarının 
inamlı, əxlaqlı, xoşbəxt olmaları üçün çalışır.
A na  ilə  balanın,  iki  qardaşın,  (bacının,  dostların,  hər  bir 
şəxs  ilə  olur-olsun)  aralarında  olan  mehribançılığı,  onları  bir- 
birindən ayıran şəxslərə Allah lənət etsin.
Öz valideynlərinizə  yaxşılıq  edin  ki,  öz övladlarınız da sizə 
yaxşılıq etsinlər.  Bir  də  ev  və  ailə  işlərində  güzəştiniz  olsun  ki, 
həyat yoldaşlarınız da sizə güzəşt etsinlər.
İm am Səccad (ə.) buyurmuşdur:
A nanın  sənin boynundakı  haqqı budur,  biləsən  ki,  o,  səni 
elə bir  müddətdə və elə bir yerdə -  öz bətnində saxlamışdır ki, 
heç kəs  sənə qarşı bu işi görməzdi.  Anan səni öz qəlbinin mey­
vəsi ilə qidalandırmışdır, halbuki,  başqaları bu işi görməzdi. O,
270
İntellektual ekologiya
səni bütün var-qüvvəsi  və bütün  vücudu -  qulağı,  gözü, əli, ay­
ağı və s.  ilə qoruyub saxlamışdır.
Atan  barədə  bilməlisən  ki,  o,  sənin  vücudunun  başlanğıcı 
və əslidir.  Sən isə onun budaqlarısan. Əgər o olmasaydı, sən də 
olmazdın.  Sənin vücuda gəlməyin ona bağlıdı.
Nizami Gəncəvi kəlamlarından:
İnsan bu dünyada daimi yaşar,
Y urdunda bir övlad qalsa yadigar.
Oğul, sözlərimə yaxşı qulaq as,
A ta nəsihəti faydasız olm az...
Gecəni, gündüzü gəl vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada.
Ey oğul, ayıq ol, kam alla yaşa,
Vurma əyləncəylə ömrünü b a şa ...
D ünyada ataya varmıdır, gerçək,
Ağıllı oğuldan başqa bir istək.
Məhsəti Gəncəvi:
Ana  məhəbbəti  bütün  hisslərdən  və  dünya  nemətlərindən 
ən  ucasıdır.
Sədi Şirazi hikmətləri:
Kiçik ikən hər uşaq edilməzsə tərbiyət, 
Böyüyəndə görünməz onda ədəb, nəzakət. 
Yaş çubuğu istəsən hər bir şəklə salarsan, 
Od qurudub düzəldər o çubuğu nəhayət.
271


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə