Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə74/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   70   71   72   73   74   75   76   77   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
plər sistemi aşağıdakı əxlaqi-etik tövsiyələrə söykənir:
-  həmişə şəxsi ləyaqətini qoru;
-  heç zam an və heç kəsin qarşısında alçalma;
-   heç nədə və heç zam an başqalarına paxıllıq etmə;
-  heç kəsə və heç zam an yuxarıdan aşağı baxma;
-  ham ıya və həmişə ehtiram  və hörmətlə yanaş;
-  tərifə layiq olana öz payım ver;
-  başqa əqidələrə və fikirlərə dözümlü ol;
-  başqalarına  zorakılıq  etmə  və  özünə  qarşı  da  dunu  rəva 
bilmə;
-  böhtançılara,  qorxaqlara, xainlərə nifrətini gözlərinin içi­
nə de;
-  mənsəbpərəstlər və intriqaçılarla iş görmə;
-  pis adam larla heç bir münasibətdə bulunma;
-   əgər  səndən  xahiş  etmirlərsə,  heç  kəsə  öyüd-nəsihət  ver­
mə;
-  yersiz danışm a, danışm aq m əqam ında susma;
-  başqasına yardım  etməyə hazır ol;
-  söz vermisənsə, yerinə yetir;
-həm işə öz «mən»ini əxlaqi saflıqda saxla.
Bu bölmənin əvvəlində qeyd etmişdik ki, insan mənəviyya­
tı,  təmiz  qəlbi  və  ağlı  sayəsində  yüksəlir,  müdrikliyi  ilə  tanı­
nır. Müdrikliyin ən səciyyəvi xüsusiyyətlərindən əsası  gözəl əx­
laq,  ədəb-ərkandır.  İnsan  öz  səviyyəsində  olan insanlar əhatə­
sində  yüksələ  bilməz.  M üdriklər  əhatəsində  olanlar,  onlardan 
görüb-götürər və əxlaq sahibi olarlar.  M əhz buna görə, əxlaqın 
səciyyəvi xüsusiyyəti insan  hərəkətini qiymətləndirməkdir.  Əx­
laq  insanların  dünyabaxışı,  əqidə  və  inamı  ilə  sıx  bağlıdır. 
Dünyagörüşünün  tərkib  hissəsi  olan  əxlaqi  şüur  şəxsiyyətin 
əməli  fəaliyyətində  m ühüm rol  oynayır.  Əxlaq siyasət,  hüquq, 
incəsənət,  din,  fəlsəfə  və  elmin  qarşılıqlı  təsiri  nəticəsində  for­
malaşır.
Beləliklə, insan Y er planetini və bəşəriyyəti fəlakətdən ağlı, 
müdrikliyi,  təvazökarlığı,  sülhsevərliyi,  xoş  niyyəti,  gözəl  xa­
siyyəti, inancı,  elmi və əxlaqı  ilə xilas edəcəkdir.  Məhz belə in­
302
İntellektual ekologiya
sanlar Yer  adlı  doğm a  məkanımızda  müsbət  intellektual  eko­
loji faktorların yaradıcısı və qoruyucusudurlar.
İndi  isə  Qurani-Kərim ə  və  müdriklərin  kəlamlarına 
müraciət edək:
Qurani-Kərimdə buyurulur:
Əgər yaxşı  bir əməli  aşkara çıxarsanız, yaxud onu gizlətsə­
niz və yaxud bir pisliyi əfv etsəniz (Allah onları bilər).  Həqiqə­
tən, Allah bağışlayandır, qüdrət sahibidir!
ən-Nisa surəsi,  ayə 149.
Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və ca­
hillərdən üz döndər!
əl-Ə raf surəsi, ayə 199.
.. .Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənə­
vi qüsurlardan, çirkinliklərdən qorum ağa çalışanları) sevər!
ət-Tovbə surəsi, ayə 108.
Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağı­
rır və istədiyini doğru yola salır.
Yunus surəsi,  ayə 25.
«...M əgər  siz  (bu  yaxşılıq  müqabilində)  Allahın  sizi  (gü­
nahlarınızı)  bağışlamağını  istəmirsiniz?  Allah  (bəndələrini) 
bağışlayandır, rəhm  edəndir!»
ən-Nur surəsi,  ayə 22.
«Məhəmməd Peyğəmbərə 40 sual» kitabından:
«Qarışqa  Süleyman  peyğəmbərdən  (s.)  soruşur:  -  Allahın 
peyğəmbəri,  sən  adın  Süleymanın  nə  m əna  verdiyini  bilirsən­
mi?  Süleyman:  -   Salim,  doğru,  faydah,  bərəkətli,  dünya  de­
məkdir. Qarışqa: -  A llah sənə dünyanı bağışlayıb, sən isə Alla-
303


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
hin məzlumlarını zülmətdən,  avam lıqdan  çıxarıb,  onların  ara­
sında  əmin-amanlıq,  asayiş  yaratmısan.  Lakin  külək  sənə 
üstün gəlir.  Dem ək istəyirəm ki, bütün dünya və onun xoşbəxt­
liyi külək kimi ötəridir, sürətlə gəlir və sürətlə gedir... Nə qədər 
ömrün var, A llaha xidmət elə,  A llahdan xahiş et ki, səni bağış­
lasın.  Əməllərindən  son  m əqam da  Allahın  razı  qalması  üçün 
bu  dünyada  təkəbbürlü  olma,  ədalətli  ol,  hakimiyyətinin  mər­
həmətini göstər».
Q urani-Kərim in  ən-Nəml  surəsinin  19-cu  ayəsində buyu­
rulur:  «(Süleyman  qarışqanın)  bu  sözündən  gülümsəyib  dedi: 
«Ey Rəbbim!  M ənə mənim özümə və  ata-anam a ehsan buyur­
duğun  nemətə  şükür  etmək,  Sənin  razı  qalacağın  yaxşı  iş  gör­
mək  üçün  ilham  (qüvvət)  ver!  Və  məni  öz  mərhəmətnlə  saleh 
bəndələrinin zümrəsinə daxil et!»
M əhəm m əd peyğəmbərin (s.) 
əxlaq i xüsusiyyətlərindən
Peyğəmbərimizin  (s.)  ilk  günlərində Rəsuli-Əkrəmə (s.) tə­
səlli  verərkən,  Həzrəti  Xədicə  (r.ə.)  anamız  Onun  gözəl  xa­
siyyətlərini bir-bir  saymışdır:  «Mən bilirəm ki,  sən qohumları­
mızın haqqını gözləyir və sözün doğrusunu söyləyirsən. Öz işlə­
rini görməyənlərin əvəzinə onların da işini  görürsən.  Kasıblara 
yardım   edir,  ham ıya  əl  tutursan.  Qonşularla nəzakətlə  və  şəf­
qətlə  davranırsan.  Kimsəsizlərə  evinin  qapısım  açıb  qonaq 
edirsən. Fəlakətə uğrayanın yardım ına tələsirsən.»
Peyğəmbərimizin (s.) digər həyat yoldaşı Həzrət Aişə (т.а.) 
Rəsuli-Əkrəmin  (s.)  əxlaqını  öyrənmək  istəyənlərə  bu  cavabı 
vermişdir:  «O,  insanların  ən  gözəl  əxlaqlısı  idi.  Heç  bir  çirkin 
söz  söyləməz  və  heç  bir  çirkin  hərəkət  etməzdi.  Küçə-bacada 
səsini  çox  ucaltmaz,  yam anlığa  yamanlıqla  cavab  verməzdi. 
Əfv edər və bağışlayardı.»
«Peyğəmbərimizin (s.) əxlaqı Q uran əxlaqıdn. Başqa sözlə, 
onun mənəvi və xarici gözəlliyi indiyədək gəlib-keçmiş insanla­
rın heç birində görünmədi.»
304
İntellektual ekologiya
«Onun  təmizliyi  üzündən  bəlli  olurdu.  Gülərüzlü  idi.  Onu 
bir dəfə görənlər, bir d ah a yam ndan ayrılm aq istəməzdilər. İn ­
sanların  ən  gözəl və  təmiz geyinəni  idi.  Comərdlik  timsalı  idi. 
Kasıblıqdan qorxm adan əlində olanı ehtiyacı olanlara paylay­
ardı.»
Həzrət Əli (ə.) Peyğəmbərimizi (s.) bizə belə tanıdır:  «Alla­
hın  elçisi  gülərüzlü,  aydın  çöhrəli,  yumşaq  xasiyyətli,  təvazö­
kar,  mərhəmətli  bir  insan  idi.  Sərt  təbiətli,  daşürəkli  deyildi. 
Ileç  bir  zaman  ağzından  pis  söz  çıxmazdı.  İnsanlarda  nöqsan 
axtarmaz,  onların  qəlbini  sındıracaq  heç  bir  söz  söyləməzdi. 
Onun  əxlaqına  bələd  olanlar  Onun  nə  istədiyini  halından  an­
layardılar.»
Peyğəmbərimizin  (s.)  sevimli  nəvəsi H əzrət Hüseyn  (ə.) isə 
belə söyləmişdir:  «Səhabələrini tez-tez soruşar,  onlardan birisi­
ni  görməyəndə,  onunla maraqlanardı.  Gözəl  olan şeyləri  tərif­
ləyər,  çirkin  olan  şeyləri  isə pisləyərdi.  Bütün bunlarda qayda- 
qanuna  ciddi  əməl  edərdi.  Haqqı  müdafiədən  qorxmaz,  haqq 
və həqiqət nəyi tələb edirdisə, həmişə onu müdafiə edər, ədalət­
dən  bir  qarış  da  olsa  kənara  çıxmazdı.  O nun  iştirak  etdiyi 
məclis bir həya, səbir və əmniyyət məclisi idi. O, insanları alçal­
dan   bu üç əsas davranışdan d a uzaq idi -  kimsəni qınam az və 
eyibləməzdi,  kimsədə  eyib  axtarmazdı,  savabını  ummadığı 
sözü danışmazdı.»
Səhabələrdən H ind  bin Əbu Halə (ə.) Peyğəmbəri (s.) belə 
tanıdırdı:  «Yumşaq  xasiyyətli  idi,  sərt  deyildi.  Heç  kəsi  alçal­
tmazdı,  nemətin  azma  da  böyük  hörmət  göstərərdi.  Heç  bir 
şeyi  qınamazdı.  Yeyiləcək  bir  şeyə qarşı  heç vaxt  bəyənməzlik 
etməzdi,  amma tərifləməzdi də.  H aqq tapdalandığı zaman onu 
bərpa  edənəcən  kimsə  onu  sakitləşdirə  bilməzdi.  Amma  şəxsi 
işi  üçün  heç  kəsə  hirslənməz,  intiqam  almağı  düşünməzdi.  Qə­
zəbləndiyi zam an qəzəbini boğmağı bacarırdı.»
On il Allahın R əsuluna (s.) xidmət edən Həzrət Ənəsin (ə.) 
isə Peyğəmbərimizin (s.) əxlaqı ilə bağlı bunları demişdir:  «Rə­
sulullah  insanların  ən  lütfkarı  idi.  Birisi  ondan  bir  şeyi  soru­
şanda  onu  diqqətlə,  cani-könüldən  dinləyər,  Ona  müraciət
305


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə