Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə70/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   66   67   68   69   70   71   72   73   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
:  lari,  əməlisaleh  (yaxud  evlənməyə  qabil)  kölə  və  cariyələrinizi 
evləndirin.  Əgər  onlar  yoxsuldurlarsa,  Allah öz lütfü ilə onları 
dövlətli edər.  Allah  (lütfü,  mərhəmətilə)  genişdir,  (hər  şeyi)  bi­
ləndir.
ən-Nur surəsi, ayə 32.
Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər o n ­
lar  qəlbən,  öz  razılıqları  ilə  bundan  sizə  bir  şey  bağışlasalar, 
onu halal olaraq nuşcanlıqla yeyin!
Yetimləri nikah  yaşm a  çatıncaya  qədər  sınayın.  Əgər  ağla 
dolduqlarım   (həddi-büluğa  çatdıqlarını)  hiss  etsəniz,  mallarını 
Özlərinə qaytarın.
.. .ərli  qadınları  alm aq  Allahın  yazısı  (hökmü)  ilə  sizə  (ha­
ram  edildi).  B unlardan başqaları isə namusla (iffətlə), zinakar­
lığa  yol vermədən,  mallarınızı  sərf edərək  (mehrlərini verərək) 
evlənmək üçün sizə halal edildi.
ən-Nisa surəsi, ayə 4,  6,24.
Məhəmməd peyğəmbər  (s.) buyurmuşdur:
Allahın  Rəsulu  Xədicə  haqqında  belə  buyurmuşdur:  «Al­
lah mənə Xədicədən d ah a xeyirli qadın bəxş etməmişdir.  Bütün 
insanlar inanmadığı halda,  o mənə inanmışdı.  Hamı məni tək- 
zib edərkən, o məni təsdiq etmişdi. İnsanlar məndən qaçarkən, 
o məni var-dövləti ilə dəstəkləmişdi...»
***
M ən  də  qız  övladlarının  atasıyam  və  anaları  da  qiymətli 
həyat yoldaşıdır.
* * *
Qızlara nifrət etməyin, çünki onlar qiymətli can yoldaşları­
dır.
İnsanların  ən  xeyirlisi  qadınlarm a  və  qız uşaqlarına  qaışı 
ən xeyirli olanlardır.
286
İntellektual ekologiya
Həzrət  Peyğəmbər  (s.):  «Allahdan  qorxun,  övladlarınızın 
aıasmda ədalətə riayət edin» -  buyurm uşdur.  Başqa  bir hədis­
də:  «Ey səhabələrim və ümmətim,  övladlarınızın  arasında eyni 
cür davramn.  M ən övladlardan  birini  üstün  tutsaydım,  qadın­
ları daha üstün qəbul edər və onları seçərdim ...  övladlarınızın 
arasında ədalətli olun.»
Subay  qadm   özü  haqqında  valideynlərindən  daha  çox 
haqq sahibidir.
Həzrət  Əli  (ə.)  siğənin  haram   edilməsini  bizə  belə  bildirir: 
«Həzrət  Peyğəmbərin  (s.)  vəzifələndirdiyi  carçı  Heybər  günü 
bunları bizə eşitdirdi:  «Diqqət edin,  Allah və  Rəsulu (s.) siğəni 
sizə qadağan etmişdir.»
İbn Abbas  (Həzrət Peyğəmbərin  (s.)  əmisi oğlu):
Siğə leş, qan və donuz əti kimidir.
Səhabələrdən  M uğıra  b.  Şubə  (ə.)  bir  qadınla  ailə  həyatı 
qurm aq istədiyini  Həzrət  Peyğəmbərə (s.)  söyləyəndə  Rəsulul­
lah  (s.)  həmin  qadım  görüb-görmədiyini  ondan  soruşmuşdu. 
M uğıra  (ə.)  görmədiyini  söyləyəndə  isə  Peyğəmbər  (s.):  «Get 
gör,  çünki  bu bir-birinizi  başa düşüb uyğunlaşmağınız üçün ən 
uyğun davranışdır» -  demişdir. (Nəsai, N ikah,  17)
Həzrət  Peyğəmbərin  (s.)  dövründə  qız  istəmək  məsələsi 
müasir  dünyanın  bugünkü  insanlarım  belə  təəccübləndirəcək 
qədər azad idi.  Həzrət Əli (ə.) Peyğəmbərin qızı Fatiməni (r.a.) 
şəxsən Rəsulullahın (s.) özündən istəmişdir...  Hətta nam usu ilə 
tam nan  bəzi qadınlar ərə getmək istəklərini  şəxsən özləri  bildi­
rərdilər.  Bu  həmin  şəxslərin  səmimiyyəti  ilə  əlaqədar  idi  (Əh­
məd bin Həmbəl,  1, 80).
Allahın  Rəsulu  (s.)  bəzi  səhabələrin  dünya  nemətlərindən 
uzaqlaşaraq  özlərini  ibadətə  həsr  etmələrinə  razı  olmamışdır. 
Səhabələrdən Osman bin M azun (ə.) dünyadan və qadından əl 
çəkib  özünü  ibadətə  həsr  etmək  arzusunu  reallaşdırmaq 
istəyəndə  Həzrət  Peyğəmbər  (s.)  icazə  verməmişdir.  (Buxari,
287


Əmər M ete Həmidov, Zərnurə Həmidova
N ikah, 8)
İslam  dinində evlənm ək ibadət sayılır.  Kəbin  lüğətdə «əla­
və etmək»,  «topalam aq» və  «müqavilə imzalamaq»  deməkdir. 
İslam  hüququnda  isə  «evlilik  müqaviləsi»  mənasında  işlədilir. 
Dini istilahda kəbin belə ifadə edilir: «Evlənmələri qadağan ol­
m ayan bir oğlanla b ir qızın arasında bağlanan, müştərək həyat 
və  nəsli  davam   etdirm ək  üçün  bir  əlaqə  m eydana  gətirən 
müqavilədir.»
islam  alimlərinin əksəriyyətinə görə, kəbinin 6 şərti vardır:
1. H ər iki tərəfin qəbulu.
2. Qadın.
3. Kişi.
4. Şahidlər.
5. M ehr.
6. Elan (toy).
Bugünkü İslam   alimləri  dövlət  qeydiyyatından  keçməyi və 
kəbinin  rəsmilədirilməsini  də  əsas  şərt  kimi  qəbul  edirlər.  Hər 
iki  tərəf evlənmək  istədiklərini  kəbin  kəsilən  yerdə  açıqlamalı- 
d u .  Təklifdən  dərhal  sonra cavab verilməlidir. Təklif və qəbul 
hər iki tərəf və şahidlər tərəfindən eşidilməli və başa düşülməli­
dir.  A ncaq lal və karlar xüsusi işarələrlə istəklərini yerinə yetirə 
bilərlər.
İslam  dini zinam  (kəbinsiz cinsi əlaqə) qadağan etmiş,  kişi 
ilə  qadın  arasındakı  əlaqələrin  yeganə yolu olaraq  daimi  evli­
liyi  qəbul  etmişdir.  İslam   dinində  evlilikdə  əsas  məqsəd  təkcə 
təbii  ehtiyacları  təm in  etm ək  deyil.  Bu  məqsədlərin  ən  baş­
lanğıcı ru h  və bədən sağlığı ilə təmiz nəsillər yetişdirməkdir.
H əzrət Peyğəmbərin (s.) belə dediyi bildirilir: «Ey insanlar! 
Q adınlardan siğə ilə istifadə etməyi Allah qiyamət gününə  qə­
dər  h aram   etmişdir.  H ər  kim in  yanında  belə  bir  qadın  varsa, 
on u   tərk  etsin və  o n lara verdiklərinizdən  də  heç  nə  almayın.» 
(Muslim, N ikah, 21,22, 23)
Siğə qadım n heysiyyəti,  qüruru ilə oynamaqdır.  Burda q a­
dın  icarəyə  götürülən  m al  hökmündə  olur.  Kişidən  aldığı  mal 
vəsaiti hesabına bütün bədənini ona təslim etməsi qadım alçal­
288
İntellektual ekologiya
dır.  Belə hallarda  qadın  kişinin  həvəslərinə  qurban rolunu oy­
nayır. Siğənin İslam da qadağan olunan zinadan -  kəbinsiz cin­
si əlaqədən  nə  fərqi  var? Zinada məqsəd  şəhvətin  söndürülmə­
sidir. Kəbində məqsəd isə nəslin çoxalması və ailə səadətidir.
Quranda  d a   bildirildiyi  kimi,  insanların  qadın-kişi  fərqi 
qoyulmadan  həm  dünya  həyatındakı imtahanları,  həm də axi- 
rotdəki mükafat və cəzaları qadm və kişi üçün eynidir.
Dörd  qız  atası  olan,  nəsli  qızı  Həzrət  Fatimə  (r.a.)  ilə  da­
vam edən və özünü «qızlar atası» kimi tam dan Həzrət Məhəm­
məd (s.) İslamdan əvvəlki oğlan-qız ayrı-seçkiliyini, öz həyatın­
dan  da  göründüyü  kimi,  aradan  qaldırmışdır.  Həzrət  Aişəyə 
(r.a.) dünyaya  bir  körpə gəldiyi xəbər veriləndə:  «Tam yaradı­
lıb?» -  deyə, soruşardı.  «Bəli» cavabı alanda «aləmlərin Rəbbi­
nə şükür olsun» -  deyə dua edərdi.
«Oda  giriftar  olanların  çoxu  subaydır.  Allah  yanında 
evlənmədən  əziz  bir  bağlılıq  yoxdur.  Ən  mənfur  ayrılıq  ailə 
əsasının dağılmasıdır.» (Həbibullah Əhmədi)
Beləliklə,  araşdırmalarımız  və  təqdim  etdiyimiz  məlumat­
lardan  aydın  olur  ki,  İslam  qadım cahillik cəmiyyətinin  qeyri- 
insani  vəziyyətindən  çıxararaq  müasir  dünyanın  yeni  verdiyi 
haqları  1400 il əvvəl bəxş edərək cins arasındakı uçurum u ara­
dan  qaldıran  yegənə  dindir.  İslam  dinində  qadın  və  kişilərin 
hüquqları eyni dərəcədə ədalətlə mühafizə edilir. Əvvəllər qeyd 
etdiyimiz kimi,  qadm  və  kişi sözlərinin Q uranda eyni sayda 23 
dəfə  zikr  edilməsi  də  islamın  qadm-kişi  bərabərliyinə  ən  gözəl 
sübutdur. Qurani-Kərim də və müqəddəslərin kəlamlarında qa­
dına, onun sağlamlığına olan qayğı müasir dövr üçün də bir ör­
nəkdir.  İnsan  dünyaya  gələndən  bu günə qədər  qadına verilən 
qiymət  təkrarolunm az  və  müqəddəsdir.  «Cənnət  anaların  ay­
aqları altındadır.» kəlamından müqəddəs həyatda nə ola bilər? 
Bugünkü qız gələcəyin  anasıdır.  Uşağın ilk  tərbiyəçisi də  məhz 
anadır.  Bəşəriyyət  yalnız  ana  tərbiyəsi  ilə  yüksələcək.  Planeti­
mizdə  intellektual  ekoloji  tarazlıq  yalnız  ana  dühası  ilə  qoru­
nacaq.
289


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə