Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Әтғг Mete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə64/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   60   61   62   63   64   65   66   67   ...   134

Әтғг Mete Həmidov, Zərnurə Həmidova
Mustafa Kamal Atatürk:
M ənim mənəvi mirasım elm və ağıldır.
Ağıl və məntiqin həll edə bilməyəcəyi məsələ yoxdur.
Abdulla Şaiq:
H ər bir  millətin  tərəqqisi  və  fəaliyyətinin  başlıca  amili  elm 
və əxlaqdır.
Məhəmməd Hadi:
Elm  və  mərifətlə  müsəlman  olm ayanlar  bundan  sonra 
bədbəxt bir halda yaşayacaqlar, yaşayacaqlar deyil, sürünəcək­
lər...  H əyat  mübarizəsində  müvəffəq  və  müzəffər  ola  bilmək 
üçün elm və ürfan silahları ilə müsəlləh və mücəhhəz ola bilmə­
lidir. ..
***
Elmin, hünərin, mərifətin varsa, buyur gəl!
Yoxsa bu həyat aləminə olma bir əngəl.
Ərbabi-kam alm  yeridir bil ki, bu meydan,
Bədbəxt yaşayar torpağın üstündəki nadan.
«
Qabusnamə»dən:
Sokrat  demişdir:  «Bilikdən  daha  zəngin  xəzinə,  pis  xa­
siyyətdən  daha  rəzil  düşmən  ola  bilməz,  bilikdən  daha  böyük 
izzət, həyatdan daha qəşəng zinət ola bilməz».
Misbah  Yəzdi:
Kamilliyə,  inkişafa  meyil  insanın  daxilində  qoyulmuş 
böyük ilahi  nemətdir.  Bu meyil  olmasaydı,  insan yerindən  tər­
pənməzdi,  hərəkətsiz qalardı.  İnsanı hərəkətə gətirən mühərrik 
məhz bu  daxili  istəkdir.  K ainatı  yaratm aqda Allahın  məqsədi
260
İntellektual ekologiya
budur  ki,  insan  öz  iradə  və  istəyi  ilə  kamilliyə  ucalsın.  Elə  bu 
səbəbdən də insanın fitrətində belə bir meyil yerləşdirib.
Dr. Aydın Topaloğlu:
Elm hadisələri və dünyamn qaranlıq sirlərini aydınlaşdırır. 
Elmi  işlərdən  və  kəşflərdən  ən  çox  sevinən,  inacsızlığın  məhz 
cəhalətdən  əmələ  gəldiyini  bildirən  dindir.  Çünki  dinə  görə, 
görünən və sınaqdan çıxarılan dünya, görünməyən və sınaqdan 
çıxarılmayan  bir  aləmin  işarəçisidir.  Bir sözlə,  bütün  elmi  təd­
qiqatlar  insanı  daima  Tanrıya  aparacaq  və  onu  xatırladaca­
qdır.
Vasif:
Elm ilə olar xəlqdən yüksək mədəniyyət,
Elm ilə tutar düz yolu insan əbədiyyət,
Elm ilə çatar məqsədinə, bil, bəşəriyyət,
Dünyanı tamamilə çırağban qələm eylər.
Şahlar Əsgərov:
Bilik  -   zam an  və  m əkandan  asılı  olmayaraq,  bəşəriyyətin
tarix boyu topladığı elmi nəticələrin toplumudur.
***
Təhsil  -   milli  və  bəşəri,  elm  isə  bəşəri  və  milli  hadisədir. 
Təhsil ətalətli, elm dinam ik sahədir. Təhsil gec qocalan, elm isə 
tez  qocalan  sahədir.  Təhsildən  fərqli  olaraq  elmin  inkişaf mo­
deli  «estafet»  modellidir.  Təhsil  elm  üçün  bünövrədir.  Elm  -  
haqqın,  gerçəkliyin  axtarılması  yolunda  alim  fəaliyyətidir. 
Alim yüksək tərbiyə və mənəviyyatın daşıyıcısıdır.
Qoşqar Əliyev:
Elm  -   cəmiyyətin  mənəvi-intellektual  həyatında  mühüm
261


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
sferadır.  Bu gün elm ictimai şüur forması kimi bəşəriyyətin so­
sial-mədəni  tərəqqisinin  əsas  mənbəyinə  çevrilmişdir.  İnsanlar 
elm sayəsində dünyanın,  insan və cəmiyyətin  dəqiq  dərk  olun­
m ası və  mənimsənilməsinin ən səmərəli vasitələrini əldə  etmiş­
lər.
Azərbaycan atalar sözləri:
Alimi gözdən salan, el-obasmı da üzdən salar.
Alimin boş vaxtı olmaz, olsa da ondan alim olmaz.
Alim işlədikcə b ar verər, işləmədikcə ar.
Alim inamlı olanda, kəşfi davamlı olar.
Alim odur ki, öm rü boyu öyrənsin.
Alimin əməli onun kamalındadır.
Alim elmə söykənər, cahil kinə.
Alimin kəşfi ağıllı mübahisədən doğar.
Alim biliklə, cahil kötəklə danışar.
Alim öldü ağlam a, elmi öldü ağla.
Alim elmi yaşadar, elm alimi.
Ərəb atalar sözləri:
Alimin paltarı olm asa da, elmi eybini də örtər.
K itab sənə fayda verər, səndən bir şey aparmaz. 
Bədənlərin qidası yemək, ağlın qidası elmdir.
Hikmətli kəlamlar:
Çalışırsınızsa,  bacaracaqsınız,  oxuyursunuzsa,  öyrənəcək­
siniz.
Faydalı elm insanı yaxşı niyyətə və ixlasa qovuşdurar.
Elmin -  dinin əsası  gözəl  dinləmə, yadda saxlama, əməl et­
mə və onu yaymadır.
262
İntellektual ekologiya
Hörmətli oxucu!  Q urani-K ərim in bəzi ayələrini, Ön və Or­
ta  Şərq  alim  və  mütəfəkkirlərinin  kəlamlarını  araşdırdıqdan 
sonra  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  elm  zaman  və  məkan 
daxilində  yerləşən  şeylərin  quruluşunu,  hadisələrin  başvermə 
xüsusiyyətləri və qanuna uyğunluqlarını  tədqiq  və təsdiq edən, 
insan  ağlının,  intellektinin  məhsuludur.  Dr.  Aydın Topaloğlu- 
nun  dediyi  kimi,  elm təcrübəyə əsaslanaraq  ayrı-ayrı  nümunə­
lərdən hərəkətlə bir prinsipə doğru getməyə çalışır. Din isə istər 
fərdi,  istərsə də ictimai  baxımdan insana lazım olan əsas dəyər­
ləri  -  inanc,  əxlaq,  davranış  prinsiplərini  və  s.  müəyyənləşdirir 
və varlığımızla əlaqədar olan  bir dünyagörüşü təqdim edir.  Be­
ləliklə, istər din və istərsə də elm, inanc növündən (İudizm, Xri­
stian,  İslam və qeyriləri)  asıb  olmayaraq,  insanın sahib olduğu 
ən əhəmiyyətli və müqəddəs dəyərlərdir.  Bəşəriyyətin gələcəkdə 
fəlakətdən  xilası,  insanın mənəvi saflığı,  yaşadığı  Yer planetin­
də  ümumi  və  intellektual  ekoloji  qaydaların  qorunması  bu  iki 
dəyərə  hörmətlə  yanaşılmasından  asılıdır.  Bu  dəyərlərə  əməl 
cdilmədikdə insanın həyatında dəhşətli fəlakətlər baş verir.
İslam  alimləri,  dahilərin  və  mütəfəkkirlərinin  kəlamların­
dan,  apardığımız  araşdırm alardan  sonra  qəti  bir  qərara  gəl­
mək olar ki,  elm və din istər məqsəd və istərsə də nəticə etibari­
lə  bir-birini  inkar  etmir,  əksinə,  onların  son  nəticələri  eynidir. 
Din  kainatı  Tanrının  yaratdığını,  kainatda müəyyən qanunla­
rın  olduğunu,  hər  şeyin  bir  nizam-intizam içində  baş verdiyini 
bildirir.  Əvvəlki bölmələrdə sizə təqdim etdiyimiz faktlar sübut 
edir  ki,  Qurani-Kərimdə  bəyan  edilən  bir  çox  qanunauyğun­
luqlar  elmə  1400  il  sonra  məlum  olmuşdur.  Bu,  danılmaz  bir 
həqiqətdir.  Qurani-Kərim ayələrində, hədis və kəlamlarda elm, 
bir  qayda  olaraq,  təbliğ  edilir,  insanları  K ainatın  sirlərini  öy­
rənməyə çağırır.
Bir sözlə, istər din (İslam) və istərsə də elm cəmiyyətin mə­
nəvi-intellektual  həyatında  mühüm  sferadır  -   hava  və  sudur. 
Din fəzilət və əmanətdir, elm-təhsil onun açandır.
263


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə