Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə60/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   56   57   58   59   60   61   62   63   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
urulur:  «Yeddi göyu» (bir-birinin üstündə) qat-qat yaradan  da 
O dur.  (Ey  insan!)  Sən R əhm anın yaratdığında heç bir  uyğun­
suzluq  görməzsən.  Bir  gözünü  qaldırıb  (səmaya)  bax,  heç  ora­
da  bir  yarıq  (çatdaq,  nöqsan)  görə  bilərsənmi?!  Sonra  gözünü 
qaldırıb  iki  dəfə  bax.  G öz  o rad a  (axtardığını  tapmayıb)  zəif, 
yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!»
Göy  cismlərinin  bir  xüsusiyyəti  onların  öz  orbitləri  ilə  ya­
naşı  bir  də  öz  oxları  ətrafında  hərəkət  etməsidir.  Dolayısı  ilə 
Q urani-K ərim in  əz-Zariyat  surəsinin  7-ci  ayəsində  buyurulur: 
«(Gürbəcür ulduz) yolları olan göyə and olsun k i.. .»
G ünəşin sabit və ya statik olmaması,  onun müəyyən orbit­
də  hərəkət  etməsi  Q u ran   ayələrində  belə  qeyd  edilir:  «Gecəni 
və gündüzü də, Günəşi və Ayı d a yaradan Odur. Onların (həm­
çinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hə­
dəqəsində,  öz  dairəsində  hərəkət  edir)»  (əl-Ənbiya  surəsi,  ayə 
33).  Və  yaxud:  «Günəş  də  (qüdrət  əlamətlərimizdən  biri kimi) 
özü  üçün  müəyyən  olunm uş  yerdə  seyr  edər...»  (Yasin  surəsi, 
ayə 38)
Q uran  ayələrində  kainat  haqqında  verilən  məlumatlardan 
biri  də  göyün  yeddi  təbəqə  olaraq  təşkil  edilməsi  ilə  bağlıdır. 
«Yer  üzündə  nə  varsa,  hamısını  sizin üçün  yaradan,  sonra  sə­
m aya üz tu ta ra q   onun  yeddi  q a t  göy halında  düzəldib nizama 
salan O dur (Allahdır)!» (əl-Bəqərə surəsi, ayə 29)
«M əgər  görmürsünüz  ki,  A llah  yeddi  göyü  (bir-birinin 
üstündə) q at-q at necə yaratdı.» (N uh surəsi, ayə  15)
«Yeddi  göyü  (bir-birinin  üstündə)  qat-qat  yaradan  da 
O dur.  (Ey  insan!)  Sən  R əhm anın yaratdığında heç bir uyğun­
suzluq görm əzsən.. . » (əl-M ulk surəsi, ayə 3)
M üasir coğrafi nəzəriyyəyə  görə,  atmosferin yeddi qatı be­
lə tərtib  edilib:  1. Troposfer.  2.  Stratosfer.  3.  Mezosfer. 4. Ter- 
mosfer.  5.  Ekzosfer.  6.  İonosfer.  7. Manyetosfer.
X X   əsrdə  elmi tədqiqatlarla sübut edilmişdir ki,  Yer kürə­
sinin  hər  tərəfini  əhatə  edən  atmosfer  həyatın  davam  etməsi 
nöqteyi-nəzərdən  çox  m ühüm   funksiyaları  yerinə  yetirir.  Belə 
ki,  atm osfer Y erə doğru  yaxınlaşan irili-xırdalı  bir çox meteo­
242
İntellektual ekologiya
riti əridib yox edir,  onların Yer üzərinə düşərək canlılara zərər 
verməsinin  qarşısını  alır  və  həmçinin  kosm osdan  gələn,  canlı­
lar  üçün  zərərli  olan  şüaları,  bir  növ,  fıltrdən  keçirərək  təmiz­
ləyir.  Q uranda  göy  üzünün  bu  xüsusiyyətinə  belə  işarə  edilir: 
«Göyü  (yerdən  ötrü  və  onun  üstünə  düşməsin  deyə)  qorunub 
saxlanılan bir tavan etd ik .. .» (əl-Ənbiya surəsi, ayə 32)
Əfsuslar  olsun  ki,  insan  öz əməlləri  ilə  bu  müqəddəs  tava­
nın pozulmasına  və  bəşəriyyətin fəlakətlərlə  üzləşməsinə səbəb 
olmuşdur.  M üasir elm  isbat etmişdir  ki,  əgər  bu  qoruyucu  ta­
van  olmasaydı,  Yerdə  həyat  olmazdı.  Bir daha  Q uran  ayəsinə 
müraciət  edək:  «O  Allah  ki,  sizin  üçün  yer  üzünü döşədi,  göyü 
isə  tavan yaratdı,  göydən yağmur endirdi və onun vasitəsilə si­
zin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.  İndi siz də Al­
laha (onun heç bir oxşarı və bənzəri olmadığım) bilə-bilə şərik­
lər qoşmayın!» (əl-Bəqərə surəsi, ayə 22)
Q uranda Yerlə bağlı verilən m əlum atlardan biri Yerin yed­
di  qat  olan  göyə  oxşarlığıdır.  ət-Talaq  surəsinin  12-ci  ayəsində 
buyurulur:  «Yeddi  (qat)  göyü  və  bir  o  qədər  də  yeri  yaradan 
A llahdır...  Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyi­
ni  biləsiniz deyə,  (Allahın) əmri onların arasında nazil olar.»
Yer kürəsi  təbəqəsinin  göy üzü ilə  oxşarlığı  XX əsrdə elmə 
məlum  olmuşdur.  Yerin  alimlər  tərəfindən  qeyd  edilən  həmin 
qatlan  bunlardır:  1.Hidrosfer.  2.Litosfer.  3.Astenosfer.  4.Üst 
mantiya.  5.Alt mantiya.  ö.Xarici nüvə.  7.Daxili nüvə.
Elmdən  məlum dur  ki,  zamanın  nisbilik  nəzəriyyəsini  ilk 
dəfə  məşhur alim  Albert  Eynşteyn irəli sürmüşdür.  Ancaq  Q u­
randa  1400 il əvvəl zam anın nisbi olduğunu göstərən məlumat­
lar var. Bir qədər təfsilatı ilə.
Qurani-Kərimdə dəfələrlə qeyd edilir ki, kainat Allah-Təa­
la  tərəfindən 6 gün ərzində yaradılmışdır.
«Ya  Peyğəmdər!  De:  «Doğrudanmı,  siz yeri  iki  gündə  ya­
radanı  inkar edir  və O na şəriklər qoşursunuz? O ki,  aləmlərin 
Rəbbidir!»» (Fussilət surəsi, ayə 9)
«Allah  onları  (səmaları)  yeddi  (qat)  göy  olaraq  iki  gündə 
əmələ  gətirdi.  (Beləliklə,  iki  gün  ərzində  yer,  sonra  isə  iki  gün
243


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
ərzində göylər xəlq edildi.  K ainatın yaradılması altı gün ərzin­
də başa çatdı.» (Fussilət surəsi, ayə  12)
Göründüyü  kimi,  kainatın  təbii  şəkildə,  mərhələ-mərhələ 
yaradılması  bu  ayədə  çox  gözəl  əks  olunmuşdur.  Altı  gün  de­
dikdə,  şübhəsiz  ki,  bizim  24  saat  hesabladığımız  gün  nəzərdə 
tutulm ur.  Belə ki,  müxtəlif sistemlərdə zam an vahidləri müxtə­
lif kəmiyyətli  ola bilər.  Bu, m üasir fizikada,  A.Eynşteynin nis­
bilik  nəzəriyyəsində zam anın  «yavaşıması»,  yaxud  nisbiliyi  ki­
mi  ifadə  edilmişdir.  Nisbilik  nəzəriyəsinə  əsasən,  hər  hansı  bir 
sistem sükunət qəbul edilə bilən sistemə nəzərən nə qədər sürət­
lə  hərəkət  edirsə,  bu  sistemdəki  zam an  axını  bir  o  qədər  zəif 
olacaqdır.  O na görə də hərəkət edən hər hansı bir sistemdə za­
m anın  nisbi  ölçüsünü  müəyyənləşdirmək  üçün  həmin  sistemin 
periodik hərəkətliyini xarakterizə edən amillərdən istifadə  edi­
lir.  Məsələn,  Yerin  Günəş və öz  oxu ətrafında  hərəkəti,  yaxud 
Aym Yer ətrafında dönməsi və s.  Qurani-Kərimin əl-İsra urəsi- 
nin  12-ci ayəsində buyurulur:  «Biz gecə və gündüzü (qüdrətimi­
zə dəlalət edən) iki əlamət müəyyən etdik.  Rəbbinizdən ruzi di­
ləməniz,  illərin  sayını  və  hesabı  (vaxt  ölçülərini)  bilmədiyiniz 
üçün  gecənin əlamətini (qaranlığı)  silib (yerinə) gündüzün işıqlı 
(görünən)  əlamətini  gətirdik.  Biz  (ehtiyac  hiss  etdiyiniz)  hər 
şeyi (Q uranda) müfəssəl izah etdik.»
Əgər kainatın kürə şəklində olduğu fikrini qəbul etsək,  on­
da  b u   kainatdakı  qalaktikaların  hər  hansı  bir  «vahid  nöqtə» 
ətrafında  dönməsi  faktı  ilə  qarşılaşmalı  oluruq.  Kainatın  «va­
hid nöqtə»  ətrafında hərəkəti,  onda mütləq zamanın da mövc­
ud olduğu və bu kosmik təqvimə görə «vahid nöqtə» məkanın­
dakı  bir  günün  min  ilə  bərabər  götürülməsi  Q uranda  açıq-aş­
k ar  verilmişdir.  Qurani-K ərim in  əl-Həcc  surəsinin  47-ci  ayə­
sində  buyurulur:  «(Ya  Rəsulum!)  Onlar  səni  tələsdirib  əzabın 
tez gəlməsini istəyərlər.  Allah Öz  vədinə  əsla xilaf çıxmaz!  Rə­
bbinin  dərgahında  bir  gün  sizin  saydığınızın  (hesabladığınız 
vaxtın) min ili kimidir.»
A m erika  Elmlər  Akademiyasının  rəhbəri  Frank  Pressin 
dünyam n əksər universitetlərində dərs kitabı kimi tədris edilən
244
İntellektual ekologiya
«Harth» («Dünya») adlı əsərində dağlarm dirək formasında ol­
ması və Yerin dərinliklərinə qədər uzanması bildirilir.  Quranın 
ayələrində  dağların  bu  vəzifəsinə  işarə  edilmişdir:  «Yer  onları 
silkələməsin  (atıb-tutmasın)  deyə,  orada  möhkəm  (durmuş) 
dağlar yaratdıq;  onlar (istədikləri yerə) rah at gedib çata bilsin­
lər  deyə,  orada  geniş  yollar  əmələ  gətirdik.  (əl-Ənbiya  surəsi, 
ayə 31)
«Məgər  Biz  yeri  döşək  etmədikmi?!  Dağları  da  dirək?!» 
(ən-Nəbə surəsi, ayə 6-7)
XX  əsrin  əvvəllərində  alman  alimi  Alfred  Veqner  Yer 
kürəsində qitələrin  dünyamn yaradıldığı ilkin  dövrdə  bir  yerdə 
olduqlarını,  onların  sonradan  ayrılaraq  müxtəlif istiqamətlərə 
doğru uzaqlaşdıqlarını  iddia  etmişdi.  Ancaq  geoloqlar  Veqne- 
rin iddiasının doğruluğunu onun ölümündən yalnız 50 il sonra, 
yalnız  1980-ci illərdə başa düşə bildilər.
Quranın  ən-Nəml  surəsinin  88-ci  ayəsində  buyurulur:  «(O 
gün)  dağlara  baxıb,  onları  donm uş  (hərəkətsiz  durmuş)  zənn 
edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər.»
Alimlər Yerin xarici təbəqəsinin maddə itkisi ilə üzləşməsi­
ni  ilk  dəfə  1998-ci il sentyabr ayımn  24-25-də müşahidə etmiş­
lər.  XX  əsrdən  başlayaraq  Yer  səthində  hərarətin  yüksəlməsi 
qeydə alındı.  H ərarətin son dövrlər daha d a artması müşahidə 
edilir.  Müşahidələr nəticəsində Şimal qütbünün  hərarətinin ço­
xaldığı,  buna  münasib  olaraq,  buz kütlələrinin  əriməyə meyil- 
liyinin  daha  da  artdığı  qeydə  alınmışdır.  ABŞ-ın  Q oddard 
Kosmik Elmlər İnstitutunun alimləri  1950-1960-cı illərin dəni­
zaltı müşahidələrə dair raportlarının  1990-cı illərin müşahidələ­
ri  ilə müqayisəsini  apararaq  Şimal  qütbündəki  buz təbəqəsinin 
45%-ə  qədər  nazikləşdiyini sübut  edirlər.  Kosm osdan  çəkilmiş 
şəkillər də həmin  bölgəni əhatə edən  buzların əvvəlki illərə nis­
bətən  daha  d a  azaldığını  göstərir.  Bununla  okeanlarda  suyun 
səviyyəsi  artır  və  çoxalan  sular  quru  təbəqəsinin  üzərini  örtür. 
Diqqətəlayiq  məsələ  odur  ki,  XX  əsrin  axırlarındakı  kəşflər 
Qurani-Kərimin  ayələrindəki  hikmətləri  başa  düşməyə  kömək 
edir.
245


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə