Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə58/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   54   55   56   57   58   59   60   61   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
H ər  bir  kəs  (hər  bir  canlı)  ölümü dadacaqdır.  (Dözüb-döz- 
məyəcəyinizi,  şükür  edəcəyinizi,  yaxud  nankor  olacağıma) 
yoxlam aq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik,  yoxsulluq, 
ehtiyac və sağlamlıq, var-dövlət və cah-calalla) imtahana çəkə­
rik.  Və  siz  (qiyamət  günü  əməllərinizin  əvəzini  almaq  üçün) 
ancaq  Bizim  hüzurum uza  qaytarılacaqsınız!...Q uran  nazil  et­
diyimiz  m übarək  (işanlara  daim   xeyir-bərakət  gətirən)  bir  ki­
tabdır.
əl-Ənbiya surəsi, ayə 35,  50.
Ey  im an  gətirənlər!  Sahib  olduqlarınız  həddi-büluğa  çat­
m ayanlar  (yanınıza  daxil  olm aq  istədikdə)  bu  3  vaxtda sizdən 
icazə  alsınlar:  sübh  nam azından  əvvəl,  günorta  (yatıb  dincəl­
mək,  istirahət  etmək  üçün)  paltarınızı  çıxartdığınız  zaman  və 
gecə  nam azından  sonra.  Bu  3  vaxt  sizin  üçün  xəlvət  vaxtdır 
(paltarsız ola bilərsiz).
ən-Nur surəsi,  ayə 58.
İm an gətirib yaxşı işlər görənləri  tükənməz (minnətsiz) ruzi 
gözləyir!
FussUət surəsi, ayə 8.
Ey iman  gətirənlər!  Çox zənnə-gümana qapılmaqdan çəki­
nin.  Şübhəsiz ki, zənnin bəzisi (heç  bir əsası olmayan zənn) gü­
nahdır.  (Bir-birinizin eybini,  sirrini) arayıb  axtarmayın,  bir-bi­
rinizin qeybətini qırmayın!  Sizdən biriniz ölmüş qardaşının əti­
ni yeməyə razı  olarmı?!  Bu sizdə  ikrah hissi oyadar (qeybət də 
belədir).  A llahdan  qorxun.  Həqiqətən,  Allah  tövbələri  qəbul 
edəndir, rəhmlidir!
əl-Hucurat surəsi, ayə 12.
Tərəzini  düz  tutun,  çəkini  əskiltməyin...  Yaxşılığın  əvəzi 
ancaq yaxşılıqdır.
ər-Rəhman surəsi,  ayə 9, 60.
234
İntellektual ekologiya
Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilə­
nə  də  sevinib  qürrələnməməyiniz  üçündür.  Allah  özünü  bəyə­
nən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!
əl-Hədid surəsi, ayə 23.
(Ya Peyğəmbər!)  İtaət etmə (yalan  yerə) hər  and  içənə,  al­
çağa;  qeybət edənə,  söz gəzdirənə; xeyrə mane olana,  (zülm et­
məkdə)  həddi  aşana,  günaha  batana;  daş  ürəkliyə,  (bütün) 
bunlardan  sonra  da  əsli-nəsəbi  bilinməyən  haram zadaya  -   o, 
mal-dövlət,  oğul-uşaq sahibi olsa belə!  Biz (tezliklə)  onun  bur­
nuna damğa basacağıq.
Nun və ya Qələm surəsi,  ayə 10-14,  16.
Məhəmməd peyğəmbər  (s.)  buyurmuşdur:
Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.
Aranızda ən xeyirliniz Quram  öyrənən və öyrədəndir.
Kim  Allahın  kitabından  bir  ayəyə  qulaq  asarsa (dinlərsə), 
onun üçün qat-qat savab yazılar.
K im  onu (Allahın kitabından bir ayəni) oxuyarsa, qiyamət 
günü onun üçün bir nur olar.
K im   Quranı  oxuyar,  əzbərləyər,  halal  buyurduğu  şeyi  ha­
lal  qəbul edər,  haram  buyurduğu şeyi haram  qəbul edərsə, Al­
lah həmin şəxsi Cənnətə salar.
İmam Əli (ə.) buyurmuşdur:
Q uran  haqqında  düşünün və  onu  yaxşı başa  düşün,  çünki 
Q uran qəlblərin baharıdır.
Allah-Təala  bizi  öz  əxlaqına  doğru  yönəltmiş,  onu  öyrən­
235


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
məyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.
M əhsəti Gəncəvi'.
Hər iki dünyanın kərimi sənsən,
Qocaya, cavana kömək edənsən!
Sənin rəhm ətinə, əminik, Allah,
Könlümüz şad olur sənin feyzindən.
Əbülfəzi Əllami:
Varlıq  aləmində  heç  bir  kitab  fəzilət  və  üstünlükdə  Quran 
dərəcəsinə  çatmaz.  Çünki  Q uran  bütün  ilahi  peyğəmbər təlim­
lərinin xülasəsi və çöhrəsidir.  Bəlkə Q uran bundan üstün, yara­
nış  aləmindəki  bütün m övcudlardan ucadır.  İslam Peyğəmbəri 
(s.)  buyurm uşdur:  «Q uran  A llahdan  savayı  hər  şeydən 
üstündür».
Pak olun, gül xəyal bir aləm kimi,
Pak olun, gül üstə tər şəbnəm kimi.
Bax islama, necə həqiqi təmiz,
Pak olun, necə ki, pakdır dinimiz.
M ütləq  gözəllik A llah-Təaladır və bütün gözəlliklər Ondan 
başlanğıc götürür.  O,  bütün gözəlliklərin mənbəyidir.  Bu cəhət­
dən  O nun kəlamı da ən  gözəl kəlamdır.  Heç  bir danışıq  gözəl­
likdə  Q urana  çatmaz.  Belə  ki,  Q uranın  ən  sərt  müxalifləri  də 
bu həqiqəti etiraf edirlər.
Ey qəlbi im anla münəvvər insan,
D odağında irfan çiçəyi taban.
Peyğəmbər buyurdu: həqiqətən də,
Səsin səfasında bəzəndi Quran.
236
İntellektual ekologiya
Dr. Aydın Topaloğlu
:
Quran  qeyri-insani  hərəkətləri  müsəlmanlara  da  qəti  qa­
dağan edir.  Ədaləti, bərabərliyi,  fəziləti və sevgini ham ıya töv­
siyə etmişdir.  Dili, dini, rəngi, ölkəsi  bir-birindən fərqli minlər­
lə  insamn,  xüsusilə  də  istismar  edilmiş,  sürgünə  göndərilmiş, 
xor  baxılmış,  ədalətsizliyə  məruz qalmış  insanlarm qəlblərinin 
fəth  olunmasının  səbəbi  məhz  islamın  ümumbəşəri  dəyərləri­
dir.
***
İslamiyyətdə  işləmək,  ticarət,  halallıqla pul  qazanm aq  təş­
viq  edilmiş,  hiyləbazlıq,  yalançılıq,  istismar  və  borclunu  incit­
mək  qəti  qadağan edilmişdir.  Elmdə  tədqiqatlara və təcrübəyə 
əhəmiyyət  verilmiş,  xurafatın,  batil  inancların  əleyhinə  çıxış 
edilmişdir.  İqtidar  xalqın  xidmətçisi  kimi  görülmüş,  məsləhət 
və seçkilərə əhəmiyyət verilmişdir. Xalqına zülm edən hakimlə­
rə,  krallara,  sultanlara,  diktatorlara  lənət  yağdırılmış,  onlar­
dan  mərhəmətli  olması  tələb edilmişdir.  Qocaların,  kasıbların, 
sahibsizlərin və zəiflərin qorunm ası tövsiyə olunmuşdur.
Misbah  Yəzdi:
Bəzən iddia edirlər ki,  İslam iqtisadi inkişafa müxalifdir... 
O nlar  din  haqqında  dərin  məlumata  malik  olmayan  insanları 
«ya  din,  ya da  inkişaf»  seçimi  qarşısında qoyurlar.  Guya,  din­
d ar  insan  çalışqanlıq  və  zəhmətdən uzaq  bir  varlıqdır...  İslam 
dini  dünyagirliyi,  dünyaya  qul  olmağı  pisləyir.  Heç  bir  ayə  və 
hədis  iqtisadi  inkişafı  qadağan  etm ir...  Ən  gözəl  surətdə yara­
dılmış  dünya  məzəmmətə  layiq  deyil  və  məzəmət  olunan 
dünyaya əsir olmaqdır.  İslam dini tərki-dünyanı pisləyir və ha­
ram  buyurur.  Bəşəriyyəti İslam dini qədər elmə,  zəhmətə,  pak­
lığa, quruculuğa çağıran ikinci bir din yoxdur.
Hörmətli  oxucu!  Qurani-Kərim dən  təqdim  etdiyimiz  ayə­
lərdən məlum olur ki, bu qanunlar, tövsiyələr qəlbləri im an nu-
237


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə