Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə83/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   79   80   81   82   83   84   85   86   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
davranışlarda göstərir. Sevən sevdiyini daim anır.
«Qabusnamə»dən:
X alqın qəm və kədərinə gülmə ki, xalq da sənin qəm və kə­
dərinə  gülməsin.  Ədalətli  ol  ki,  ədalət  görəsən,  xoş  de  ki,  xoş 
eşidəsən.  Şoranlıqda  toxum   əkmə  ki,  bar  verməz,  əməyin  hə­
dər gedər,  yəni nam ərd adam a yaxşılıq etmək şoranlığa toxum 
atm aq  kimi  bir  şeydir.  Lakin  yaxşılığı  layiq  olan  adamlardan 
əsirgəmə  və  yaxşılıq  öyrədən  ol  ki,  Peyğəmbər  (s.)  demişdir: 
«yaxşılıq yolunu göstərən adam ,  yaxşılıq edən adam a bərabər­
dir».
Aynaya  baxdıqda  özünü  kifır  görsən,  yenə  yaxşılıq  et, 
çünki  çirkinlik  etsən,  kifırliyi  artırmış  olarsan.  Bu  isə  çox  pis 
şeydir.  Bir  çirkinlik  üstünə,  bir  də  çirkinlik  gəlsə,  bir yerdə  iki 
çirkinlik olar.
«Kəlilə və Dimnə»dən:
Yaxşılıq elə, yaxşılıq batmaz,
Yaxşılığa həmişə əl çatmaz.
Pislik isə görünməz kölgə kimi 
İzlər o, insanı, o xəbis yatm az...
Azərbaycan atalar sözləri:
Qocaya hörmət elə, sən də qocalacaqsan.
Dəyirman iki daşdan, məhəbbət iki başdan.
İstək gözdə olar, m əhəbbət ürəkdə.
Göz görmək üçündür, könül sevmək üçündür.
Yaxşılığa yaxşılıq  hər kişinin işidir, yamanlığa yaxşılıq nər 
kişinin işidir.
Hörmətli  oxucu!  Bu  bölməni  Saleh  bəyin  dedikləri  ilə  ye­
346
İntellektual ekologiya
kunlaşdırmaq qərarına gəldik:  «Həyat nə üçündür?» İnsanların 
bütün  nəsillərini  düşündürən  bu  suala  şairlərin  cavabı  belədir: 
«Məhəbbət üçün».  Görünür, bu həqiqətdir bütün canlılar üçün. 
Heyvanlar,  böcəklər,  bitkilər  məhəbbətə  can  atır,  məhəbbət 
məqamı  üçün  gözəlləşir,  xüsusən  bitkilər  -   ham ıdan  gözəl  çi­
çəklərdir.  İnsanlar  yalnız  canlı  deyillər,  əlavə  onlara  dərrakə, 
hətta  yaratm aq  qabiliyyəti  bəxş  edilmişdir.  Paskal  deyir: 
«...bütün  cismlərin  hamısı,  bütün  ağılların  hamısı  və  onların 
yaratdıqlarının  hamısı  mərhəmətin  bircə  istəyinə  bərabər  ola 
bilməz  -   bu  təzahür  müqayisəedilməz  qədər  yüksək  qəbildən­
dir».  Bu  sözlər  şair  ilhamının  təzahürü  deyil,  fizika-riyaziyyat 
alimi  Paskalın  dərrakəsinin  çıxardığı  nəticənin,  Blezin  insa­
niyyət kəsəri ilə cilalandırılmış  məhsuludur:  hər  şeydən yüksək 
mərhəmətdir».
Məhəmməd  peyğəmbərin  (s.)  1400  il  əvvəl  dediyi  bir  kəla­
mı  bir  daha  təkrar  edirik:  «...Yerdəkilərə  mərhəmət  ediniz  ki,
göydəkilər də sizə rəhm  etsin.»
M ərd lik  -  q o rx u y a   n ifr ə t,  q ə lə b ə y ə  
b a şla n ğ ıc ,  d o s t is ə  ç ə tin  v ə   a ğ ır 
g ü n lə rin   d a y a ğ ıd ır
Mərd olmaq yaxşıdır dünyada hər an
Mərdlik ilə çatar arzuya insan... 
Mən meydan əriyəm, sən də bir kişi, 
Mərdliklə seçilir hər mərdin işi.
Nizami Gəncəvi
Mərd  insan  istənilən  şərt  və  şərait  altında  yaxşılıq  etmək 
qabiliyyətindədir.  M ərd  insan  harada  olursa-olsun,  etibar  və 
cəmiyyətin  hörmətini  qazanır.  Əbəs  deməyiblər:  «Mərdin 
ölüsü,  namərdin  dirisindən  şərəflidir».  Öz əxlaq  və  şəxsiyyətinə 
uyğun  olan  insanlar  arasında  dostluq  yaranır.  Ümumiyyətlə, 
dostluq  şəxslər  arasındakı  müsbət  və  ya  mənfi  bərabərlik  və
347


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
müştərəklikdən qaynaqlanır.  Həqiqi dostluq yüksək  şəxsiyyət­
lərin  səmimi  ruhlarında  qovuşur.  Dostluğun  zirvə  səviyyədə 
yaranması iki nəfərin, ən yüksək halda iki dövlətin eyni duyğu­
lara  sahib  olması,  adətən,  iki  bədəndə  bir  ürək  halına  gəlməsi 
ilə  mümkündür.  B una  Türkiyə  -   Azərbaycan  dostluğunu  gö­
stərmək olar: «Bir millət, iki dövlət.»
O sm an N uri Topbaşm  dediyi kimi: «Bir kimsəni əbədi səa­
dətə  gətirəcək  həqiqi  dostluq  «Haqq  ilə  qurula  bilən  dostlu­
qdur.»
Siyasət  xatirinə  qurulan  dostluq  əbədi  olmaz,  tez-gec  bu 
«dostluğun»  saxtakarlığı  üzə  çıxacaqdır.  Necə  ki,  sovetlər 
dövründə ermənilərlə olan «dostluğumuz» kimi.
Y axud  Osmanlılar  dövründə  ermənilərin  türklərlə  «dost­
luğu».  Belə saxta dostluğun  sonrakı aqibəti hamıya məlumdur. 
D aşnaklarla necə dostluq etmək olar ki, onlar bütün bəşəriyyə­
tin  düşməni,  iblisidirlər.  Belələri  yalnız  öz  xislətlərinə  uyğun 
şeytanlarla  dostluq  edə  bilərlər.  Belə  iyrənc  dostluq  mənfi  in­
tellektual ekologiyanın yaranm asına xidmət edir.
N anəcib dost öpsə ayaqlarından,
İnanm a, aldadır səni hiyləgər.
İb ad ət edəndə oğru cib kəsir,
O vçu dən verəndə quşa tor qurur.
Sədi Şirazi
Hörmətli  oxucu,  indi  isə  Ön  və  O rta  Şərqin  hikmətli  kə­
lam larına müraciət edək:
Məhəmməd peyğəmbər (s.) buyurmuşdur:
Qüvvətli  adam   güləşdə  qalib  gələn  deyil,  qəzəblənən  vaxt 
qəzəbini boğa biləndir.
Allah-Taəlanm   nəzərində  ən  yaxşı  dost  öz  dostuna  sirdaş 
olan, ən yaxşı qonşu isə öz qonşusu ilə yaxşı dolanandır.
348
İntellektual ekologiya
İmam Əli (ə) buyurmuşdur:
Əyninə uyğun geydiyin paltar kimi, dostluq etdiyin şəxs də 
gərək öz əxlaq və şəxsiyyətinə uyğun olsun.
Nizami Gəncəvi kəlamlarından:
Hünər sahibi olan com ərd insan dünyada, 
Məsləkini dünyaya satm az, inan dünyada.
M ən ölü olsam da, ən mərd bir kəsəm, 
K arvanda gedərəm, karvansız şəxsəm.
A rpa çörəyinə edib qənaət,
Buğda çörəyinə çəkmərəm minnət.
Yemə çörəyini yad süfrələrdən
Öz süfrən üstündə sən çəkmə pərdə.
***
İnsanla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək nam ərd işidir.
Bərk ayaqda səmimi, ürəyi təmiz yoldaş,
Nə ayağından çəkər, nə səndən qaçırar b a ş... 
***
Bir olsa yoldaşın, dostun əməli,
D aşdan su çıxarar onların əli.
N ifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdə doğar.
Ağıllı adam la dost olsan əgər,
Elmi, mərifəti sənə də keçər.
Çox gözəl olsa da eybi gizləmək,
D ost dostun eybini örtməsin gərək.
349


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə