Ənvər M ete Həmidov, Zərnurə Həmidova
plər sistemi aşağıdakı əxlaqi-etik tövsiyələrə söykənir:
- həmişə şəxsi ləyaqətini qoru;
- heç zam an və heç kəsin qarşısında alçalma;
- heç nədə və heç zam an başqalarına paxıllıq etmə;
- heç kəsə və heç zam an yuxarıdan aşağı baxma;
- ham ıya və həmişə ehtiram və hörmətlə yanaş;
- tərifə layiq olana öz payım ver;
- başqa əqidələrə və fikirlərə dözümlü ol;
- başqalarına zorakılıq etmə və özünə qarşı da dunu rəva
bilmə;
- böhtançılara, qorxaqlara, xainlərə nifrətini gözlərinin içi
nə de;
- mənsəbpərəstlər və intriqaçılarla iş görmə;
- pis adam larla heç bir münasibətdə bulunma;
- əgər səndən xahiş etmirlərsə, heç kəsə öyüd-nəsihət ver
mə;
- yersiz danışm a, danışm aq m əqam ında susma;
- başqasına yardım etməyə hazır ol;
- söz vermisənsə, yerinə yetir;
-həm işə öz «mən»ini əxlaqi saflıqda saxla.
Bu bölmənin əvvəlində qeyd etmişdik ki, insan mənəviyya
tı, təmiz qəlbi və ağlı sayəsində yüksəlir, müdrikliyi ilə tanı
nır. Müdrikliyin ən səciyyəvi xüsusiyyətlərindən əsası gözəl əx
laq, ədəb-ərkandır. İnsan öz səviyyəsində olan insanlar əhatə
sində yüksələ bilməz. M üdriklər əhatəsində olanlar, onlardan
görüb-götürər və əxlaq sahibi olarlar. M əhz buna görə, əxlaqın
səciyyəvi xüsusiyyəti insan hərəkətini qiymətləndirməkdir. Əx
laq insanların dünyabaxışı, əqidə və inamı ilə sıx bağlıdır.
Dünyagörüşünün tərkib hissəsi olan əxlaqi şüur şəxsiyyətin
əməli fəaliyyətində m ühüm rol oynayır. Əxlaq siyasət, hüquq,
incəsənət, din, fəlsəfə və elmin qarşılıqlı təsiri nəticəsində for
malaşır.
Beləliklə, insan Y er planetini və bəşəriyyəti fəlakətdən ağlı,
müdrikliyi, təvazökarlığı, sülhsevərliyi, xoş niyyəti, gözəl xa
siyyəti, inancı, elmi və əxlaqı ilə xilas edəcəkdir. Məhz belə in
302
İntellektual ekologiya
sanlar Yer adlı doğm a məkanımızda müsbət intellektual eko
loji faktorların yaradıcısı və qoruyucusudurlar.
İndi isə Qurani-Kərim ə və müdriklərin kəlamlarına
müraciət edək:
Qurani-Kərimdə buyurulur:
Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsə
niz və yaxud bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqə
tən, Allah bağışlayandır, qüdrət sahibidir!
ən-Nisa surəsi, ayə 149.
Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və ca
hillərdən üz döndər!
əl-Ə raf surəsi, ayə 199.
.. .Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənə
vi qüsurlardan, çirkinliklərdən qorum ağa çalışanları) sevər!
ət-Tovbə surəsi, ayə 108.
Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağı
rır və istədiyini doğru yola salır.
Yunus surəsi, ayə 25.
«...M əgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (gü
nahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!»
ən-Nur surəsi, ayə 22.
«Məhəmməd Peyğəmbərə 40 sual» kitabından:
«Qarışqa Süleyman peyğəmbərdən (s.) soruşur: - Allahın
peyğəmbəri, sən adın Süleymanın nə m əna verdiyini bilirsən
mi? Süleyman: - Salim, doğru, faydah, bərəkətli, dünya de
məkdir. Qarışqa: - A llah sənə dünyanı bağışlayıb, sən isə Alla-
303
Ənvər M ete Həmidov, Zəm urə Həmidova
hin məzlumlarını zülmətdən, avam lıqdan çıxarıb, onların ara
sında əmin-amanlıq, asayiş yaratmısan. Lakin külək sənə
üstün gəlir. Dem ək istəyirəm ki, bütün dünya və onun xoşbəxt
liyi külək kimi ötəridir, sürətlə gəlir və sürətlə gedir... Nə qədər
ömrün var, A llaha xidmət elə, A llahdan xahiş et ki, səni bağış
lasın. Əməllərindən son m əqam da Allahın razı qalması üçün
bu dünyada təkəbbürlü olma, ədalətli ol, hakimiyyətinin mər
həmətini göstər».
Q urani-Kərim in ən-Nəml surəsinin 19-cu ayəsində buyu
rulur: «(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi:
«Ey Rəbbim! M ənə mənim özümə və ata-anam a ehsan buyur
duğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş gör
mək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətnlə saleh
bəndələrinin zümrəsinə daxil et!»
M əhəm m əd peyğəmbərin (s.)
əxlaq i xüsusiyyətlərindən
Peyğəmbərimizin (s.) ilk günlərində Rəsuli-Əkrəmə (s.) tə
səlli verərkən, Həzrəti Xədicə (r.ə.) anamız Onun gözəl xa
siyyətlərini bir-bir saymışdır: «Mən bilirəm ki, sən qohumları
mızın haqqını gözləyir və sözün doğrusunu söyləyirsən. Öz işlə
rini görməyənlərin əvəzinə onların da işini görürsən. Kasıblara
yardım edir, ham ıya əl tutursan. Qonşularla nəzakətlə və şəf
qətlə davranırsan. Kimsəsizlərə evinin qapısım açıb qonaq
edirsən. Fəlakətə uğrayanın yardım ına tələsirsən.»
Peyğəmbərimizin (s.) digər həyat yoldaşı Həzrət Aişə (т.а.)
Rəsuli-Əkrəmin (s.) əxlaqını öyrənmək istəyənlərə bu cavabı
vermişdir: «O, insanların ən gözəl əxlaqlısı idi. Heç bir çirkin
söz söyləməz və heç bir çirkin hərəkət etməzdi. Küçə-bacada
səsini çox ucaltmaz, yam anlığa yamanlıqla cavab verməzdi.
Əfv edər və bağışlayardı.»
«Peyğəmbərimizin (s.) əxlaqı Q uran əxlaqıdn. Başqa sözlə,
onun mənəvi və xarici gözəlliyi indiyədək gəlib-keçmiş insanla
rın heç birində görünmədi.»
304
İntellektual ekologiya
«Onun təmizliyi üzündən bəlli olurdu. Gülərüzlü idi. Onu
bir dəfə görənlər, bir d ah a yam ndan ayrılm aq istəməzdilər. İn
sanların ən gözəl və təmiz geyinəni idi. Comərdlik timsalı idi.
Kasıblıqdan qorxm adan əlində olanı ehtiyacı olanlara paylay
ardı.»
Həzrət Əli (ə.) Peyğəmbərimizi (s.) bizə belə tanıdır: «Alla
hın elçisi gülərüzlü, aydın çöhrəli, yumşaq xasiyyətli, təvazö
kar, mərhəmətli bir insan idi. Sərt təbiətli, daşürəkli deyildi.
Ileç bir zaman ağzından pis söz çıxmazdı. İnsanlarda nöqsan
axtarmaz, onların qəlbini sındıracaq heç bir söz söyləməzdi.
Onun əxlaqına bələd olanlar Onun nə istədiyini halından an
layardılar.»
Peyğəmbərimizin (s.) sevimli nəvəsi H əzrət Hüseyn (ə.) isə
belə söyləmişdir: «Səhabələrini tez-tez soruşar, onlardan birisi
ni görməyəndə, onunla maraqlanardı. Gözəl olan şeyləri tərif
ləyər, çirkin olan şeyləri isə pisləyərdi. Bütün bunlarda qayda-
qanuna ciddi əməl edərdi. Haqqı müdafiədən qorxmaz, haqq
və həqiqət nəyi tələb edirdisə, həmişə onu müdafiə edər, ədalət
dən bir qarış da olsa kənara çıxmazdı. O nun iştirak etdiyi
məclis bir həya, səbir və əmniyyət məclisi idi. O, insanları alçal
dan bu üç əsas davranışdan d a uzaq idi - kimsəni qınam az və
eyibləməzdi, kimsədə eyib axtarmazdı, savabını ummadığı
sözü danışmazdı.»
Səhabələrdən H ind bin Əbu Halə (ə.) Peyğəmbəri (s.) belə
tanıdırdı: «Yumşaq xasiyyətli idi, sərt deyildi. Heç kəsi alçal
tmazdı, nemətin azma da böyük hörmət göstərərdi. Heç bir
şeyi qınamazdı. Yeyiləcək bir şeyə qarşı heç vaxt bəyənməzlik
etməzdi, amma tərifləməzdi də. H aqq tapdalandığı zaman onu
bərpa edənəcən kimsə onu sakitləşdirə bilməzdi. Amma şəxsi
işi üçün heç kəsə hirslənməz, intiqam almağı düşünməzdi. Qə
zəbləndiyi zam an qəzəbini boğmağı bacarırdı.»
On il Allahın R əsuluna (s.) xidmət edən Həzrət Ənəsin (ə.)
isə Peyğəmbərimizin (s.) əxlaqı ilə bağlı bunları demişdir: «Rə
sulullah insanların ən lütfkarı idi. Birisi ondan bir şeyi soru
şanda onu diqqətlə, cani-könüldən dinləyər, Ona müraciət
305
Dostları ilə paylaş: |