Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə21/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   17   18   19   20   21   22   23   24   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
birdir,  O n u n  hakimiyyəti də bir və bölünməzdir. Allah öz kita­
bı  Q u ran d a  hökm  verir  və  ona əməl  olunmasım tələb edir.  Bu 
baxım dan, Q uran İslam da qanunvericiliyin birinci mənbəyidir. 
Lakin  insan cəmiyyətinin problem ləri çoxdur və bunların həlli 
üçün m ötəbər mənbəyə ehtiyac vardır ki,  bu da Peyğəmbər (s.) 
sünnəsidir.  B uradan  d a  İslam da  qanunvericiliyin  ikinci 
mühüm  m ənbəyi kimi sünnə qəbul edilir. Sünnə Peyğəmbər (s.) 
dedikləri  (Sünnə  qəuliyyə),  etdikləri  (sünnə  filiyyə)  və  görüb 
eşitdikləri  söz  və  işlərdən,  razılaşdığı  və  razılaşmadıqları  ilə 
bağlı  qanunvericilik  dəlilləridir.  Sünnə  mötəbərlik  dərəcəsinə 
görə  Q u ran d an   sonra  ikinci  yerdə  durur.  Quranda  bu  və  ya 
digər məsələ  barəsində  aydm  hökm   olmadığı hallarda sünnəyə 
müraciət  edilir.  Q urani-K ərim  üm um i  qaydalar,  xülası xarak­
teri  daşıyan  prinsiplər  ehtiva  edirsə,  Peyğəmbər  (s.)  öz sünnə- 
sində həm in qaydaların təfsilatını verir, xülasələrin mahiyyətini 
açıqlayır.  Eyni  zam anda  sünnə  Qurani-Kərimdə  verilmiş 
hökmləri təsdiqləyən, şərh edən, aydınlaşdıran, burada öz əksi­
ni  tapm am ış qanunvericilik  məsələlərini  tamamlayan müstəqil 
mənbədir. Peyğəmbər (s.) qanunvericilik haqqım Qurandan al­
mışdır.  Q urani-K ərim ə  m üraciət  edək:  «Ey  iman  gətirənlər! 
Allaha, Peyğəmbərə (s.) və özünüzdən olan əmr sahiblərinə ita­
ət edin!  Ə gər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiya­
mət gününə inanırsınızsa, onu A llaha və Peyğəmbərə (s.) həva­
lə edin!  Bu,  d ah a xeyirli və nəticə etibarilə daha yaxşıdır.» (ən- 
Nisa surəsi, ayə 59)
«Peyğəmbərə itaət edən kimsə,  sübhəsiz ki, Allaha itaət et­
miş olur. K im  üz döndərsə (qoy döndərsin)! Biz ki, səni onların 
üzərində  gözətçi  olaraq  göndərməmişik.»  (ən-Nisa  surəsi,  ayə 
80)
«...Peyğəm bər  sizə  nə  verirsə,  onu  götürün;  nəyi  qadağan 
edirsə,  o n d an   əl  çəkin,  A llahdan  qorxun.  Həqiqətən,  Allahın 
cəzası çox şiddətlidir.» (əl-Həşr surəsi, ayə 7)
İslam da  qanunvericiliyin  ikinci  mühüm  mənbəyi  kimi 
sünnə  bütün  İslam   məzhəbləri  tərəfindən  qəbul  edilir.  Cəfəri 
məzhəbi  (şiəlik)  ancaq  əhli-beyt  imamları  tərəfindən  ötürülən
82
İntellektual ekologiya
hədisləri əsas götürür.  Şünasi Əhəd  oğlunun məlumatına görə, 
icma və qiyas da İslam da qanunvericiliyin mənbəyi sayılır.  Cə­
fəri  məzhəbinə  görə  icma  yalnız  im am ların  şəriət  hökmü  ilə 
bağlı  yekdil  rəyi  kimi  başa  düşülür.  Cəfərilər  qiyası  qanunve­
riciliyin mənbəyi saymırlar,  çünki belə hesab edirlər ki, bir mə­
sələ  barəsində  Q uran  və  hədislərə  istinadən  hökm   çıxarmaq 
mümkün  olmayanda,  mücərrəd  ağıl  işlədilməsi  nəzərdə  tu tu ­
lur, elə isə ağıl nəyi yaxşı hesab edirsə, o da götürülməlidir.
İslama  görə,  insanlara  rəhbərlik  ilahi  əmanətdir,  bu  əma­
nəti  qəbul  etmək,  qorum aq  və  yerinə  yetirmək  lazımdır.  R əh­
bər  şəxs  ilahi əmanət yükünün  bir qismini öz üzərinə götürmüş 
olur.  Kimin  dövlət  işlərində  məqamı  daha  uca,  mövqeyi  daha 
güclü, qüdrəti daha çoxdursa, əmanəti daha ağır olacaqdır.
İslama görə Peyğəmbər (s.) Allahın iradəsinin və əbədi ila­
hi  qanunun  bilavasitə  ifadəçisi  idi.  Bu  səbəbdən  onun  bütün 
dedikləri  və  etdikləri  qanuni  xarakter  daşıyırdı.  Peyğəmbərin 
(s.)  vəfatından  sonra  Əbu-Bəkr  (ə.)  xəlifə  (632-634)  seçildi. 
O ndan sonra Ömər bin əl-Xəttab (ə.) (634—644), Osman bin əl- 
ö ffa n   (ə.) (644-656) və Əli  bin Ə bu Talib (ə.) (656-661) xəlifə 
oldular.  Xəlifə  İslamın  ali  hakimiyyət  nəzəriyyəsinə  tamamilə 
yeni  bir  şəxs  kimi  daxil  oldu.  Xəlifəlik  islam   dövlətində 
Peyğəmbər  (s.)  dövründəki  dövlətçilikdən  fərqli  və  yeni  tip 
dövlətçilik  üsulu  idi.  Xəlifə  yalnız  Quranın  hökmlərinin  və 
Peyğəmbərin  (s.) sünnəsinin  şərhinə əsasən  hökm  çıxarırdı.  Bu 
m ənada  xəlifənin  səlahiyyəti  çox  sadə  görünə  bilər.  Bu  səla­
hiyyət və məsuliyyət insanların  bu və ya digər fəaliyyətinin  Al­
lahın dəyişməz qanunlarına uyğun olub-olmadığına nəzarət et­
məkdən  ibarət idi.  H ər bir xəlifə Peyğəmbərin (s.) köməkçisi və 
özündən əvvəlki xəlifənin davamçısı, cəmiyyətin rəhbəri sayılır­
dı.
Allah-Təala  ən  şirin  buyruqlarında  insanların  tərbiyəsi 
üçün  həqiqi  inamların  təhlilindən  əlavə,  ilahi  insanların  həyat 
yolu və  sözlərinə istinad  edir  ki,  onların ruhuna daha çox  təsir 
etsin.  Qurani-Kərimdə  peyğəmbərlər  və  saleh  insanlardan  bu 
qədər  danışılmasımn səbəbi  elə  budur.  Onların mələk simaları
83


Əmər M ete Həmidov, Zərnurə Həmidova
təriflənir,  həyat üsulu  nüm unə  göstərilir.  Allah-Təala  ən  gözəl 
buyruqlarında Həzrət Peyğəmbər (s.)  bütün həqiqət ölçülərinin 
nümunəsi  kimi  tanıtdırır,  bütün  insanları  onun  ilahi  simasın­
dan  nümunə  götürməyə  çağırır.  «Həqiqətən,  Allahın  Rəsulu 
Allaha,  qiyamət  gününə  üm id  bəsləyənlər  (Allahdan,  qiyamət 
günündən  qorxanlar) və Allahı  çox zikr  edənlər üçün gözəl ör­
nəkdir.» (əl-Əhzab surəsi, ayə 21)
Hörmətli  oxucu!  M əhəm m əd  peyğəmbər  (s.)  elə  bir  ilahi 
şəxsiyyətdir ki,  1400 ildən çox  bir zam anda o, hər bir inanc tə­
rəfdarı  tərəfindən  öyrənilir,  qiymətləndirilir  və  qəlblərdə  ya­
şayır.  Təkcə  onu  demək  kifayətdir  ki,  Həzrət  Peyğəmbərimiz 
(s.) başqa dinə etiqad edən, alimlər tərəfindən tərtib edilən dahi 
insanların  siyahısında birinci yeri tutm uşdur.  Bu haqda başqa 
bölmədə  m əlum at  verilmişdir.  Bəs  hardandır  bəşər  övladının 
sevimli Peyğəmbərimizə (s.) olan bu sevgisi, məhəbbəti? Bunun 
üçün Həzrət Peyğəmbərimizin (s.) insanlara və insanlığa nümu­
nə  olan  bəzi  ilahi  simalarını  bir  daha  yada  salaq.  Məhz  belə 
ilahi xüsusiyyətlər  bəşəri fəlakətdən xilas  edəcək,  müsbət intel­
lektual ekoloji sferanın bərqərar olmasına səbəb olacaq.
Cəmiyyətin zəif insanlarının hüququ daim zorlular tərəfin­
dən  tapdalam r.  M əzlumların  hüquqlarının  müdafiəsi  insanla­
rın  öhdəsinə  düşən  insani  bir  fəzilət,  ilahi  bir  dəyərdir.  Həzrət 
M əhəmməd  (s.) həmişə haqqı  müdafiə  etmiş,  Qüreyş  böyüklə­
rinin  məclisində  məzlumların  haqqını  qoruyacaqları  barədə 
müqaviləni  imzalamışdır.  H əzrət  M əhəmməd  (s.)  özü  də  bu 
müqavilə ilə fəxr etmiş və buyurm uşdur:  «İndi də məni belə bir 
müqaviləni imzalamağa çağırsalar, qəbul edərəm.»
Kitabın əvvəlində, qısa da olsa, müxtəlif bəşəri etiqadlar ha­
qda  m əlum at  vermişdik.  Bu  d a  danılmaz  bir  faktdır  ki,  cə­
miyyətin etiqadının dəyişməsi heç  də  asanlıqla  həyata keçmir. 
İnsan  öz  əqidəsinə  bağlı  olur  və  istinad  etdiyi  istər fikir,  istər 
ideyalar  və  istərsə  də  inanc  onun  inkişaf səviyyəsindən,  bilik 
ehtiyatm dan asıbdır. İnsan öz məsləkinə bağlı olmaqla kifayət­
lənməyib,  başqalarını  da  bu  yola  gətirməyə  çalışır.  Tarixən 
peyğəmbərlərin vəzifələri insanların düşüncəsində batil əqidələ­
84
İntellektual ekologiya
ri  dağıdıb,  məhv  edib,  bəşəriyyəti  Allaha  qovuşdurmaq, 
düzgün yola dəvət etmək olmuşdur.  Bu silsilədə  ən böyük mə­
suliyyət son Peyğəmbərin  (s.)  öhdəsinə düşmüşdü.  Qurani-Kə­
rimin  əl-Maidə  surəsinin  3-cü  ayəsində  buyurulur:  «...Bu  gün 
dininizi sizin üçün kamil etdim,  sizə olan nemətimi (Məkkənin 
fəthi, 
İslamın 
mövqeyinin 
möhkəmlənməsi, 
cahiliyyət 
dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a.) 
tamamladım  və  sizin  üçün  din  olaraq  islamı  bəyənib  seç­
dim ...»
İlahi  peyğəmbərlik insan Yer üzünə  qədəm  qoyan gündən 
başlamışdır. Həzrət Məhəmmədlə (s.) peyğəmbərlik silsiləsi so­
na yetsə də, onun əməlləri, kəlamları dünya durduqca, duraca- 
qdır.
Qurani-Kərimin əl-İsra surəsinin  15-ci ayəsində buyurulur: 
«D oğru  yol  tutan  yalnız  özünə  xeyir,  haqq  yoldan  azan  da 
ancaq özünə zərər edər.  Heç bir günahkar başqasının günahını 
daşımaz,  (hərə öz günahına cavabdehdir).  Biz, peyğəmbər gön­
dərməmiş  (heç  bir  ümmətə)  əzab  vermərik!»  Peyğəmbərin  (s.) 
ən  əsas  xüsusiyyəti  onun  ədalətidir.  Digər  bir  xüsusiyyəti 
müdriklik  və  rəhbərlikdir.  Bütün  bu  xüsusiyyətlər  fərdi  qərarı 
istibdaddan  qoruyur.  Başqa  bir  xüsusiyyət  mütəxəssislərlə 
müşavirədir  və  bu  müşavirə  istibdad  üçün  bütün  qapıları 
bağlayır.
Peyğəmbər  (s.)  hökumətində  öz  həqiqi  əksini  tapan  dini 
siyasət  xalq  üçün  həqiqi  azadlığın,  tərəqqinin əsasını  qoymuş­
dur.  Xalq  heç  zam an  peyğəmbər  siyasətindən  yorulmamışdır. 
M üasir  dövrdə  dini-siyasi  rəhbərlər  Həzrət  Peyğəmbərin  (s.) 
üsulunu  nümunə götürməlidirlər.  Xalqın hüquqlarım məhdud­
laşdırm aq  olmaz.  Q uran  Peyğəmbərin  (s.)  xasiyyətlərini  belə 
tərifləyir: «Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!» (N un 
və  ya  əl-Qələm  surəsi,  ayə  4)  Peyğəmbər  (s.)  yaxşı  xasiyyətin 
ölçüsünü  belə  bəyan  edir:  «Yaxşı xasiyyətin  ölçüsü Allah  sifət­
ləridir», yəni o  şəxsin xasiyyəti yaxşıdır ki, ilahi əxlaqla bəzən­
miş  olsun.  Çətinliklər zam anı dözümlülük,  qüdrətli  vaxtı  onun 
səxavəti,  əfv  və  bağışlamağı  hamını  heyran  qoyardı.  Peyğəm-
85


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə