Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə23/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   19   20   21   22   23   24   25   26   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Həzrət  Ə bu  Bəkr  Siddiq  (ə.)  H əzrət  Məhəmmədin  (s.)  ən 
səmimi  dostu  idi.  Məkkəlilər  arasında  nüfuz  və  hörməti  çox, 
etibarı sonsuz idi.  Ə bu Bəkr alicənab olduğu üçün həmyerliləri 
onu  sevər  və  hörm ət  edərdilər.  Peyğəmbərimizdən  (s.)  iki  yaş 
kiçik idi.  Elə bu səmimiyyətə görə Həzrət Məhəmməd (s.)  ailə­
dən əlavə, kənardan ilk olaraq Ə bu Bəkri (ə.) islamiyyətə dəvət 
etdi.  Ə bu  Bəkrin  (ə.)  islamiyyətə  girməsi  ilə  Həzrət  Məhəm­
məd  (s.)  özünə  böyük  bir  arxa  qazandı.  Əbu  Bəkrin  (ə.) 
hümməti ilə çoxları islamiyyətə girmişdi.
İlk müsəlmanlar belə sıralanır:  Həzrət Xədicə (r.a.), Həzrət 
Əli  (ə.),  Həzrət  Zeyd  (ə.),  H əzrət  Ə bu  Bəkr  (ə.).  Bəzi 
rəvayətlərə  görə  ilk  müsəlman  olma  məsələsində  ixtilaflar 
görünsə  də,  onları  belə  izah  etmək  mümkündür:  qadınlardan 
ilk  müsəlman  olan  Həzrət  Xədicə  (r.a.),  gənclərdən  ilk 
müsəlman  olan  H əzrət  Əli  (ə.),  kölələrdən  ilk  müsəlman  olan 
Zeyd (ə.), kişilərdən ilk müsəlman olan d a Həzrət Əbu Bəkrdir 
(ə-).
Çox  böyük  təqva  sahibi  olan  Əbu  Bəkr (ə.)  Məhəmmədin 
(s.)  üçüncü  arvadı  Aişənin  (r.a.)  atasıdır.  O,  Peyğəmbərin  (s.) 
vəfatından sonra İslam  dövlətinin başçısı seçilmişdi.
İslamda  fərddən  xəlifəyə  qədər  hər  kəs  vəzifəsi  və  hərəkəti 
üçün  cavabdeh  idi.  Böyük  xəlifə  Əbu  Bəkr  (ə.)  seçildiyi  gün: 
«Ey əhali! İçinizdə ən layiqli olmadığım halda, xəlifəniz oldum. 
D oğru  hərəkət  etsəm,  mənə  yardım   edin.  Səhv  hərəkət  etsəm, 
məni düz yola çəkin.  Zəif, güclü nəzərimdə bərabərdir. Heç kə­
sə  tərəfkeşlik  etmədən  ədalətli  olm aq  istəyirəm.  Əgər  Allah və 
Rəsulunun  yolundan  ayrılsam,  mənə  itaət  etməyin»,  -  demiş­
di.
Ömər ibn əl-Xəttab  (ə.),  (təqr.  591,  yaxud  581-644).  Ömər 
(ə.), Ə bu Bəkrin (ə.) əm ri ilə onun vəfatından sonra müsəlman 
icmasına  başçılıq  edən  ikinci  xəlifə  idi.  I  Ömərin  qızı  Həfsa 
(r.a.) M əhəmmədin (s.) arvadı olmuşdu.
O, 
İslam  dinini  Ərəbistanın  hüdudlarından  kənarda  yay­
m aq üçün hələ Ə bu Bəkrin (ə.) başladığı savaşları davam etdir­
miş  və çoxsaylı  müharibələr  aparmışdı.  Ömərin  (ə.) 10 illik h a­
90
İntellektual ekologiya
kimiyyəti dövründə İslam  dini İraqa, Suriyaya, Misirə və Kire- 
naikaya  (Liviyanın  tarixi  vilayəti  olan  Benqaziyə)  yayılmışdı. 
Ömərin (ə.) vaxtında təşəkkül etməyə başlamış ərəb-müsəlman 
imperiyasının bütün əsas  inzibati-hüquqi  təsisatları və  ilk  növ­
bədə,  onun  vergi-rüsum  sistemi  müəyyənləşdirilib  teokratik 
{bax:  Şərhlər)  dövlətə  çevrilməsi  öz  formal  ifadəsini  hicrətin 
təqribən  19-cu ilində  Ömərin (ə.)  «Əmir əl-möminin»  (mömin­
lərin başçısı) tituluna ilk layiq görülməsi ilə tapdı.
I Ömərin (ə.) hakimiyyəti dövründə orucluq, məcburi həcc, 
hicri təqvim və s. dini tədbirlər həyata keçirilmişdi.
638-ci ildə ö m ə r (ə.) Qüdsün alınmasında iştirak etmiş, so­
nra  isə  eramızın  hələ  70-ci  illərində  romalılar  tərəfindən  dağı­
dılmış  müqəddəs  Süleyman  məbədinin  (e.ə.  X  əsrə  aiddir)  xa­
rabaları  olan  daşlı  çöllükdə  nümayişkaranə  nam az  qılmışdı. 
Bu hərəkəti ilə Ömər (ə.) əvvəlki təkallahlı dinlərə münasibətdə 
İslamın  varislik xarakterini  qeyd etmişdi.  VII əsrin axırlarında 
əməvi  xəlifəsi  Əbdülməlik  Ömərin  (ə.)  nam az  qıldığı  yerdə 
Qübbət  əs-səhra  deyilən  günbəz  (məscid)  tikdirmişdi.  Bu  gü­
nbəz sonrakı,  V III əsrdə onun  yanında tikilən əl-Əqsa məscidi 
ilə birlikdə Kəbədən sonra İslam dininin ikinci müqəddəs ziya­
rətgahına  çevrilmiş  və  ümumən  Qüdsün  bütün  müsəlman 
dünyasının  üçüncü  şəhəri  (Məkkə  və  M ədinədən  sonra)  ol­
duğunu təsdiq etmişdir.
Həzrət  Ömərin  (ə.)  necə  şəxsiyyət  olduğunu  tam  anlam aq 
üçün  «Həzrət  M əhəmməd  və  həyatı»  kitabına  müraciət  edək: 
«Həzrət  Ömər  (ə.),  dünyada  ədalət  timsalı  olan  o  mübarək 
şəxs,  həm  demiş,  həm   də dediklərini  yerinə  yetirmişdir.  Hamı 
ədalət  və  dem okratiyadan  bəhs  edər,  ancaq  H əzrət  Ömər  (ə.) 
kimi dediklərini eynilə yerinə yetirən hanı? Ömər (ə.) haqq bil­
diyi və haqq olduğunu söylədiyi şeyləri, şəxsən özü yerinə yetir­
mişdir.  Söylədiklərini  yerinə  yetirənlər azdır.  Mübarizə adamı, 
iş  adamı  ola  bilmək,  xalqa  özü  nümunə  olmaq  böyüklük,  xal­
qın  başına  keçdikdən  sonra,  özünün  də  xalqdan  bir  fərd  ol­
duğunu unutm adan yaşaya bilmək, H əzrət Ömərin (ə.) cahanı 
heyran  edən  əzəmətidir.  X alq  arpa  çörəyi  yediyi  zaman  onun
91


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
boğazından  ağ  çörək  keçməzdi.  X alq  yamaqlı  paltar  geydiyi 
zaman o, bərli-bəzəkli paltarlar içində rah at ola bilməzdi.  Xal­
qa  təzə  ət  paylayıb,  özü  evində  çörəyini zeytun yağına  batırıb 
yeyirdi.  Qeysərin elçiləri O nu çöldə kiçik bir daşı başımn altına 
yastıq  əvəzinə  qoyub  yatdığı  zam an  tapmışdılar.  Xalq  adamı 
belə olur.  İslamiyyət  insanlığa  belə misallar və nümunələr ver­
mişdir.» (A nkara,  1993, s.  6)
Əvvəllər  qeyd  etdiyimiz  kimi,  Amerika  alimi  Maykl 
H artın  «Sıra  ilə  sadalanan,  tarixdə  100  ən  əhəmiyyətli 
şəxsiyyət»  kitabında  1-ci  yeri  M əhəmməd  peyğəmbər  (s.) 
tutur, 2-ci yerdə N yuton, sonra isə İsa (ə.), Budda,  K onfutsi... 
Həmin  sırada  Əm ir  əl-möminin  Ömər  ibn  əl-Xəttab  (ə.)  52-ci 
yerə layiq görülmüşdür.
Osman ibn Affan (ə.). (576-656; xəlifəliyi  12 il).  Osman ibn 
Affan İslamın 3-cü xəlifəsi olmuşdur.  2-ci xəlifə Ömər ibn Xət- 
tabın (ə.) əmri ilə  onun təklif etdiyi  6  nəfər namizəd tərəfindən 
səs  çoxluğu  ilə  seçilmişdir.  Həzrət  Osm anın  (ə.)  dövründə  Şi­
mali  Afrikam n  fəthi  tam am lanm ış,  İslam  Qafqaza  və  İrana 
daxil  olmuşdur.  65 1-ci  ildə  Həzrət  Osmanın  (ə.)  tapşırığı  ilə 
Q uran  ilk  dəfə yazılı  şəkildə  (dövrümüzə çatmış  şəkildə)  tərtib 
edilmişdir.  Ə bu Bəkrin (ə.) yaxın dostu olan Osman (ə.) İslamı 
ilk  qəbul  edən  şəxslərdəndir.  Osm an  (ə.)  öncə  Məhəmmədin 
(s.) 
qızı 
Ruqiyə 
(r.a) 
ilə, 
onun 
vəfatından 
sonra 
Peyğəmbərimizin  (ə.)  Ümmü  Gülsüm  (r.a.)  adlı  qızı  ilə  evlən­
mişdi.  Peyğəmbərin  (s.)  iki  qızı  ilə  evləndiyi  üçün  «Zin-Nu- 
reyn», yəni «iki nur sahibi» olmuşdur.
Həzrət  Osm anın (ə.) xəlifəliyi  dövründə dövlətin sərhədləri 
genişlənmiş,  donanm a  yaradılmış,  bir  çox  iqtisadi  islahatlar 
həyata  keçirilmişdir.  Üzərində  «Bismillah»  yazılmış  ilk  İslam 
pulu dövriyyəyə buraxılmışdı.
Həzrət ƏK ibn Əbu Talib (ə.) (598-661).  Osm an ibn Affan 
(ə.) öldürüldükdən sonra seçilən 4-cü xəlifə. O, Rəsulullahın (s.) 
Mədinəyə hicrətindən 25 il əvvəl K əbənin içərisində doğulmuş 
ilk  insan  olmuşdur.  O na  qədər  heç  kimsə  Kəbə  daxilində 
dünyaya gəlməmişdir. Atası Ə bu Talib qürbətdə olanda doğul­
92
İntellektual ekologiya
muş  uşağa  anası  Əsəd  adını  qoymuşdur.  M əlum atlara  görə, 
ona  Əli  adını  Rəsulullah  (s.)  vermişdir.  Əmisi  Əbu  Talibin 
çox  uşağı  olduğundan  Rəsulullah  (s.)  Əlini  (ə.)  yamna  almış, 
boya-başa  çatdıqda  Həzrət  Fatim əni  (r.a.)  26  yaşlı  Həzrət 
ӘИуә (ə.) ərə verməklə ona öz böyük məhəbbətini bildirmişdir. 
Rəvayətə  görə,  Həzrət  Əli  (ə.)  kiçik  ikən  anası  oğlundakı 
şücaəti  görərək  onu  «Heydər»,  yəni  «aslan»  adlandırmışdır. 
Həzrət  Əlinin  (ə.)  digər  adları  «Heydər-Kərrar»  (dönə-dönə 
hücum edən aslan), «M urtuza» («bəyənilmiş», «seçilmiş») idi.
Rəsulullah (s.) bir gün H əzrət Əlini (ə.) məscidin torpağın­
d a  yatarkən  görmüş  və  ona:  «Kim,  ya  Eba  Turab!»,  yəni 
«Qalx, ey torpaqlar atası!» buyurmuş və o bu təxəllüsü almışdı. 
Iləzrət  Əli  Qüreyşin  (ə.)  müxtəlif rütbələrinə  görə  ona  «Kərə- 
mullahi-vəchəhu»,  yəni  «Allah  onun  üzünü  pak  və  şərəfli  et­
mişdir» deyilmişdir.
Həzrət  Əli  (ə.)  ailədə  böyük  oğul  olduğuna  görə  o,  Əbül 
I Iəsən,  «Şahivilayət», yəni «Övliyalar şahı» və qeyri adlara lay­
iq  görülmüşdür.  Bu adlar  Həzrət Əlinin  (ə.) xalq  tərəfindən  nə 
qədər sevildiyinə və onun nadir  şəxsiyyət olmasına bir dəlildir. 
Rəsulullah  (s.)  Həzrət  Əliyə  (ə.)  olan  sevgisini  belə  bəyan  et­
mişdi:  «Sən mənim dünya və axirətdə qardaşımsan.»
M əlumdur ki, şiəlik təriqətinə mənsub olanlar Həzrət Əlini 
(ə.)  özlərinin  birinci  imamı  elan  etmişlər.  Həzrət  Əli  (ə.)  h aq­
qında risalə və kitablar yazılmış, am ma onu olduğu kimi deyil, 
bir növ xurafatla, nağıllarla və ya nöqsanlarla insanlara bildir­
mişlər,  bəziləri hətta onu ilahiləşdirmişlər.  Həqiqi tarix bir şey­
in  həqiqi  aynasıdırsa,  mübaliğəsiz demək  olar  və  bu,  bir  həqi­
qətdir:  «Həzrət  Əli  (ə.)  dünya  tarixində  nadir  şəxsiyyətlərdən 
biridir. O nun elm və irfanı, yüksək əxlaqi, əsrlərcə insanlığa ör­
nək olan qəhrəmanlıq dastanı hər zaman Şərq və Qərb alimləri 
tərəfindən təqdir edilmişdir. Şərq aləmində əsrlər boyu unudul­
m ayan,  mübahisələrə səbəb olan, adı ilə bağlı məzhəblər, səltə­
nətlər qurulan bu böyük şəxsiyyəti həqiqətən anlam aq insanlıq 
üzərinə  düşən  bir  borcdur.  D aim a gülər üzlü,  şirin  sözlü,  təva­
zökar, çox qonaqsevər, yum şaq xasiyyətli və çox səxavətliymiş.
93


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə