Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zər nur ə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə25/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   21   22   23   24   25   26   27   28   ...   134

Ənvər M ete Həmidov, Zər nur ə Həmidova
nə  görə,  insan  Xeyirlə  Şər  arasındakı  mübarizədə  sərbəst  ola­
raq istədiyi tərəfə keçə bilər.  Son nəticədə Xeyir qalib gəlir.  Bu 
mübarizədə mühüm yer  tu tan  insan Xeyir və Həqiqətin  Şər  və 
Y alan  üzərində  qələbə  çalması üçün  fəal  səy  göstərməlidir.  Bu 
mübarizədə  insanın  başlıca  silahı  «xeyirxah  fikir»,  «xeyirxah 
söz», «xeyirxah əməl»dir.
Zərdüşt  öz  təlimində  dünyam n  inkişafı  prosesində  insana 
mühüm  yer  vermişdir.  O nun  din  sistemində  sosial-etik 
müddəalarla yanaşı,  mücərrəd  anlayış və obrazlar xeyli  yer  tu­
tur.  A hura  M azda  ali  allah  elan  edilir.  Dünya  ədalətinin  sim­
volu  kimi  çıxış  edən  oda  sitayiş  ritualda  əsas  rol  oynayır. 
Zərdüştün ideyaları məzdəkilərin  və  babəkilərin  (xürrəmilərin) 
ideologiyasına xeyli təsir göstərmişdir.
Yəhudilik və Həzrət M usa  (ə.).  Yəhudilik yaşayan  dinlərin 
ən  qədimlərindən  və  m ənsubu  az  olanlardan  biridir.  Y əhudi­
liyin eyni bioloji nəslə və dini cam aata sahib irq və inanc birliyi 
olduğu  deyilə  bilər.  D ünyada  təxminən  18-20  milyona  qədər 
yəhudinin  olduğu  təxmin edilir.  Bunların 4,4 milyonu İsraildə, 
6  milyonu  Amerikada,  digəriləri  də  kiçik  azlıq  olaraq  dünya­
nın müxtəlif ölkələrində yaşam aqdadır.
İlahiyyatçı  Əkrəm   Həsənovun  internet  saytından  yəhudi­
lik  haqqında  bəzi  məlumatları  oxucuların  nəzərinə  çatdırmaq 
qərarına gəldik:
Yəhudi  anlayışı.  H əzrət  Yəqubun  (ə.)  12  oğlundan 
dördüncüsünün  adı Y uda və ya Y əhuda idi və o,  Yəhuda qəbi­
ləsinin  ağsaqqalı idi.  O nun  adm a  görə İsrail  oğullarına  «yəhu­
di» deyilmişdir.  Yəhudi sözünün ərəb dilində «hədə» kökündən 
«dönmək» və «tövbə etmək» m ənasına gəldiyini, bu adın yəhu­
dilərə verilməsinin də M usa peyğəmbərin (ə.):  «Biz sənə  dönüb 
yalvardıq»  ifadəsi  səbəbi  ilə  olduğunu  bildirmişdik.  Xristian 
ölkələrində yaşayanlara «aşkenazim»,  İslam ölkələrində yaşay­
anlara  «sefardin»  deyimi  istifadə edilir.  İsrail  dövlətinin qurul­
masından  əvvəl  bölgədə  65  min  yəhudi  varkən,  aşkenazim  və 
sefardin yəhudilərinin köçləriylə əhali  sürətlə  artmış və  İsrailin 
əhalisi bu gün təxminən 4 milyona çatmışdır.
98
İntellektual ekologiya
İsrail.  Bu söz Tanrı və insanlarla güləşib qalib gələn məna­
sında Y aqub  peyğəmbərə  (ə.)  Tanrı tərəfindən verilmiş  bir  lə­
qəbdir.  Bu  hadisə  Tövratda  qeyd  olunmuşdur.  İslam  tarixçisi 
Təbəri isə Həzrət Y aquba (ə.)  «Gecə içində Allaha gedən» mə­
nasında  İsrail  deyildiyini  qeyd  etmişdir.  Qurani-Kərimin 
müxtəlif ayələrində də «Bəni İsrail» (yəhudilər nəzərdə tutulur) 
sözü tez-tez təkrar olunur.
H əzrət Musa (ə.). Yəhudi dininin qurucusu sayılır.  Bu dinə 
«musəvilik»  də  deyilir.  Tarixi  mənbələrə  görə,  M usa  (ə.)  e.ə. 
1571-ci  ildə  doğulub,  1451-ci  ildə  vəfat  etmişdir.  Adı  müxtəlif 
şəkillərdə  açıqlanır:  Tövratın  X uruc  hissəsinə  görə,  «sudan  çı­
xarılmış»  mənasını  verir,  ibranicə  Moşe,  Qədim  M isir  dilində 
«Tanrı  verdi»  mənasını  verir.  Həzrət  M usa  (ə.)  120  yaşında 
Nebo  dağında  vəfat  etmişdir.  Cəsədinin  Allah  tərəfindən  bas­
dırıldığı və məzarını kimsənin tap a bilmədiyi rəvayət edilir.  Qı­
saca,  Həzrət M usa (ə.) Allahla İsrail xalqı arasındakı anlaşma­
nın və İlahi dinin qurucusu,  bir Peyğəmbər,  xalqını  Misir boy­
unduruğundan  qurtarm ası  və  milli  həyatın  qurucusu  olmasıy- 
la, bir lider və bir qanun quruluşçusudur.
Həzrət M usa (ə.) Tövratı öyrədir və insanları nur və hiday­
ətə yönəldirdi.
Qurani-Kərimdə  Tövrat  barəsində buyurulur:  «Tövrat  hi­
dayət kitabı və nur idi».  A m m a yəhudilər M usanın (ə.) vəfatın­
dan sonra Tövratı təhrif etdilər.  Yəni onlar Tövratın nəsihət və 
ilahi hökmlərini silib, ürəkləri istəyənləri, onların  şəxsi mənafe­
ləri  və  adət-ənənələri  ilə  uyğun  gələni  saxladılar.  Bəşəriyyətə 
məlumdur  ki,  bugünkü  Tövrat  M usaya  (ə.)  nazil  olan  Tövrat 
deyil.  Allah-Təala  M usadan  (ə.)  sonra  onlara  çoxlu  peyğəm­
bərlər  göndərdi.  Amma  onlar  peyğəmbərləri ya öldürür,  ya da 
incidirdilər.  Yəhudilər daşürəkli insanlara çevrilmişdilər. O nla­
rın  qeyri-insani adət-ənənələri  vardı.  Talm ud adlı  başqa bir ki­
taba  ehtiram   göstərirdilər.  Talm ud  onlara  iyrənc  işlər  öyrədir­
di.  Bu kitabda belə deyilir:
1. 
Yəhudilər Allahın  seçilmiş  millətidirlər.  Başqa  millətlər- 
so heyvandırlar.
99


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
2.  Yəhudilərin  dünya  hakimiyyətinə  sahib  olmaları  üçün 
onlar həmişə digər insanları zəif saxlamağa çalışmalıdırlar.
3. Yəhudi insan qeyri-yəhudinin mallarını oğurlaya bilər.
4.  Yəhudi  insan  qeyri-yəhudini  aldada,  ondan  çoxlu  riba 
(sələm)  ala  bilər.  O nu  bütün  var-yoxunu  yəhudilərə  verməyə 
məcbur edə bilər.
Talm ud ibranicə  «təlim»  deməkdir.  Bu  təfsir külliyyatının 
müasir  variantı  19 cilddən ibarətdir.  Yəhudilər Talm uda Töv­
rat qədər hörmət edirlər. Talm ud ibrani və arami dillərində ya­
zılmışdır.  Talm ud  m əzm ununa  görə  iki  hissəyə  -   Q alaxa  və 
A qqada bölünür. Qalaxa ibranicə «məfhum, anlayış, həyat tər­
zi» deməkdir.  B urada Tövratın m ətninin hüquqi təfsirinə əsas­
lanan  və  m əcburi  qanunlar  şəklini  alan hüquqçuların  mülahi­
zələri yer almışdır. A qqada ibranicə «hekayə, rəvayət» dem ək­
dir.  Bu hissə müxtəlif ibrətam iz hekayələr, əxlaqi rəvayətlər və 
məcburi səciyyə daşımayan dini nəzəriyyələrdən ibarətdir.  A q ­
qada Talm udun  ən  az nüfuza m alik  olan hissəsidir.  Talm ud -  
yəhudi  dünyagörüşünün  ensiklopediyasıdır.  Talmudda  göstə­
rilmiş  və  əmr  edilmiş  həyat  tərzi  bütün  İsrail  xalqını  birləşdir­
miş,  yəhudiləri  digər  millətlərdən  fərqləndirmiş,  həmçinin  on­
lara  düşmən  qüvvələrə  qarşı  fenomenal  dayanıqlıq  və  yaşayış 
yerindən  asılı  olmayaraq,  milli  birlik  hissi  vermişdil'.  Bütün 
bunlarla  yanaşı,  orta  əsr  yəhudisi  Talm udda  mənəvi  təskinlik 
tapırdı.  Talm ud  başqa  ölkələrdə  yaşayan  yəhudilər  üçün  «və­
tən» idi. _
İsa, İisus Xristos (ə.). Xristian təliminin banisi sayılır. Tari­
xi  mənbələrə  görə,  İsa  (ə.)  R om a  imperatoru  Avqustun 
dövründə Fələstinin Vifleym şəhərində doğulmuşdur.  Bizim ta­
riximizin  hesabı  İsa  M əsihin  (ə.)  (məsh  edilmiş  adam,  yəni 
dünyanın xilaskarı olub,  A llah tərəfindən təyin edilmiş  tək  bir 
xilaskar  İsa)  doğulduğu  ildən sayılır.  O,  İudeya,  Qalileya,  Sa­
mirə  və  b.  yerlərdə  yeni  dini  təlimi  (Xristianlığı)  təbliğ  etmiş, 
çarmıxa çəkilmiş,  sonra dirilərək qeyb olmuşdur.  İudaizmə  və 
Xristianlığa aid  «müqəddəs» kitablar külliyyatı (e.ə. VIII əsr -  
eramızın II əsri) -  birinci kitab  «Əhd-i ətiq» (Tövrat və s.) qə­
100
İntellektual ekologiya
dim vəsiyyətlər, ikinci kitab  «Əhd-i cədid (İncil və s.) adlanır. 
Yəhudi və Xristian dinşünasları hesab edirlər ki, Əhd-i ətiq ki­
tablarının (bəziləri onun 39 əsərdən ibarət olduğunu iddia edir­
lər) yazılma tarixi e.ə. X I-IV  əsrlərə təsadüf edir.
Bibliya  (yunanca  Biblia  -   kitablar  sözündəndir).  Allahın 
kəlamıdır  və  o,  dünyanın,  insanın  yaranm ası  sirlərini  və  var­
lığın mənasını açır.  Burada yalnız insamn yoldan çıxmasından 
və bu səbəb üzündən onun Allahdan uzaqlaşdırılıb, əbədi məh­
və məhkum  olmasından,  Allahın yer üzünə,  adam ların günahı 
və onlara həqiqi həyat yolunu göstərmək uğranda ölmək üçün 
Öz Oğlu olan İsa Məsihi (ə.)  göndərməsindən söz edilir.  Əhd-i 
cədidin ilk dörd qismi İncil adlanır. İncil, yunanca evangeliya -  
müjdə  deməkdir.  Həzrət  İsa  (ə.)  haqqında  kitabın  «Şərhlər» 
bölməsinin peyğəmbərlərə həsr olunmuş hissəsində geniş məlu­
mat verilmişdir.
A raşdırm alardan  aydm  olur  ki,  qədim   Ön  yə  O rta  Şərq 
peyğəmbərlər,  dahi  alimlər,  filosoflar,  mütəfəkkirlər  diyarı  ol­
muşdur.  Qədim  peyğəmbərlərdən  Zərdüşt,  M usa  (ə.)  və  İsa 
Məsih  (ə.)  və  həmçinin  Məhəmməd  (s.) haqda  müəyyən  məlu­
m at verdik.  İndi isə Ön və O rta Şərqdə qədim dini-əxlaqi, sosi­
al-etik  fəlsəfi  təlimlər  haqda  qısa  məlumat  verməyi  məqsədə­
uyğun hesab edirik.
101


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə