ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
75 
çox məqamlarda konkret olmayıb və yaxud da onlarda müşahidə 
və tətbiqetmə əlamətləri zəif olub. Tədqiqatçıların bəziləri “Dəli 
Domrul”un  “Kitabi-Dədə  Qorqud”dakı  yerində  və  mövqeyində 
dırnaqarası  “uyğunsuzluqlar”  axtarmış,  yaxud  da  görmüşlər. 
Halbuki  “abidədəki  boyların  içdən  və  məzmundan  gələn  daxili 
səsləşməsi, surətlərin və poetik vahidlərin qeyri-adi simmetriyası 
(seçmə bizimdir – Ə.T.Ə.) bəzi tədqiqatçıların uyğunsuzluqlarla 
bağlı  müşahidələri  ilə  müqayisədə  ölçüyəgəlməz  dərəcədə  yük-
sək  və  pozulmazdır”.  Fakt  faktdır;  bəs  yanaşma  məsələsi  nəyə 
əsaslanıb?  
Məsələ  buna  bağlıdır  ki,  bəzi  tədqiqatçılara  görə,  “Dəli 
Domrul”  boyu  Eposdakı  boylarla  sanki  bir  bütöv,  sistem  təşkil 
etmir.  Və  bir  ilkin  vardır  ki,  onu  nəzərdən  qaçırmaq  olmaz: 
həmin  ilkin  məsələ  budur  ki,  “Dəli  Domrul”  boyunun  başqa 
boylarla  müqayisədə  müəyyən  zaman  məsafəsi,  əhvali-ruhiyyə 
fərqi, habelə milli Mənşə və Məkan mənsubluğu vardır. Konkret 
olaraq:  Dəli  Domrul  Eposdakı  boyların  qəhrəmanları  ilə  bir 
kökdəndir,  lakin  o  qəhrəmanların  yaşadığı  zamandan  daha 
qədimdir.  Təbii  ki,  məsələ  Eposun  Poetika  Strukturları  ilə  bağ-
lıdır. Kamran Əliyev də məsələnin bu yönündən yanaşmaqla Bo-
yun  mövqeyi  və  bədii  məqamı  üzrə  təhlillər  aparır  və  konkret 
olaraq fikri bu əsasa yönəldir ki, “bu kontekstdə “Dəli Domrul” 
boyunun  digər  boylarla  və  bütövlükdə  eposun  özü  ilə  əlaqə  və 
təmasının  zahirən  zəif  görünməsi  təbii  olaraq  bir  çox  mübahisə 
və  ehtimalların  da  əsasına  çevrilmişdir”  (  *Əliyev  K.,  səh.19). 
“Dəli  Domrul”  boyu  Eposdakı  struktur  mövqeyi  “zahirən”  nə 
üçün  “dayanıqlı  görünmür”?  Və  niyə  “Dəli  Domrul”  boyu  “di-
gər boyların sırasında son dərəcə tək-tənhadır”? Və bu cəhətlərə 
görədirmi ki, “qorqudşünaslıq tarixində eposun başqa qəhrəman-
ları  ilə  müqayisədə  Dəli  Domrulun  aparıcı  bir  qəhrəman  kimi 
öyrənilməsinə  az  diqqət  yetirilmişdir”?  Digər  boylarla  müna-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
76 
sibətdə fərqli cəhətləri bir neçə kontekstdə açıqlayır: 
birinci  hal:  –  Dəli  Domrul  boyunda  digər  boylara 
xarakterik  olan  struktur  müqəddimələr  yoxdur,  burada  dövləti 
təmsil edən şəxsiyyətlərin də adları çəkilmir: “burada Dəli Dom-
rul özündən güclü heç kəsi, hətta dövləti belə tanımır və bununla 
da  boydakı  hadisələr  Oğuz  elindən  kənar  hadisələr  təsiri  bağış-
layır”(*Əliyev K.,səh.21); 
ikinci hal:  – “Dəli Domrul”da başqa Oğuz ərləri, məsələn 
40 igid yoxdur və Dəli Domrul “tək-tənha görünür”;   
üçüncü  hal:  –  boyda  ata-ananın  övlada  dərin  bağlılığı 
yoxdur: belə ki, Dəli Domrulun ata və anası öz canlarını övlad-
larından  çox  istəyirlər:  bununla  “epos  mətninin  valideyn-övlad 
münasibətləri strukturu da açıq-açığına pozulur”; 
dördüncü  hal:  –  Eposda  qəhrəmanların  hər  zaman  rast-
laşdığı və döyüşdüyü obrazlar var; lakin “Dəli Domrul”da bu tip 
obazlar  yoxdur: Dəli Domrulla rastlaşan  və güləşən  və hər dəfə 
də  Dəli  Domrulu  məğlub  edən  Əzrayıl  obrazı  kimi  güclü  və 
yenilməz  obraz  yoxdur:  ”Dəli  Domrulun  qarşılaşdığı  Əzrayıl 
Oğuz  elinin  qəhrəmanlıq  ənənəsi  və  təcrübəsində  rast  gəlin-
məyən bir hadisədir”; burada əzrayıl bütün qəhrəmanlardan- hət-
ta “məliklərdən də, trabzon təkurundan da, Arşın oğlu Dirəkdən 
də, hətta Basatın gözünü bağlayıb, başını kəsdiyi Təpəgözdən də 
güclü və qüvvətlidir”; 
beşinci  hal:  –  hadisələrin  başvermə  zamanıdır:  “bədii  za-
man genişliyi Epos üçün daha çox səciyyəvidir”, “Dəli Domrul” 
dakı zaman isə “qısadır”; 
altıncı hal: – “Dəli Domrul”da tarixi məkan da məhduddur: 
burada Ağcaqala, Dərbənd, Düzmürd, Əlincə, Dərəşam, Trabzon, 
Rum eli, Tatyan qalası adlarından birinə də rast gəlmək olmur; 
yeddinci  hal:  –  Üslubuna  görə  də  “Dəli  Domrul”  boyu 
xüsusi  əlamətlərə  malikdir.  Kamran  Əliyev  boyun  üslub,  ifadə 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
77 
tərzini  xarakterizə  edən  Tofiq  Hacıyevin  fikirlərini  təqdim  edir. 
Tofiq Hacıyev boyun bədii ifadə tipinin nağıl üslubu kimi səciy-
yələndirir,  boyun  “süjetinin”  də  “nağıl  tipində  olduğunu  söylə-
yir;  bununla  bərabər,  Tofiq  Hacıyev  “Dəli  Domrul”  ilə  digər 
boylar  arasındakı  fərqi  belə  səciyyələndirir:  ”bütün  boylarda 
bütün  fantaziyası  ilə,  bütün  mübaliğəsi  ilə  yanaşı,  hadisələr 
həyatda baş verən, mümkün olan, insanın ağlı və fiziki gücü ilə 
bəlli  edilə  bilən  bədiilikdən  ibarətdir”  (  *Əliyev  K.,səh.23). 
Kamran  Əliyev  “Dəli  Domrul”  boyuna  xas  olan  bədii  məxsus-
luğu  səciyyələndirərkən  ondakı  gerçəkliyi  nağıl  gerçəkliyi  kimi 
xarakterizə  edir.  Bu,  Dəli  Domrulla  Əzrayıl  arasındakı  münasi-
bətin  məzmununa  məxsus  olan  bədii  gerçəklikdir.  Kamran 
Əliyev  bədii  gerçəkliyin  struktur  məzmununu  açıqlamaq  üçün 
ayrı-ayrı  detalları  bir  nizam-kompozisiya  üzərinə  çəkir.  Bu 
müstəvidə  tədqiqatçı  faktları  konkret  olaraq  müqayisəli  struk-
turlardan  təqdim  edir.  Bu  müqayisəli  fakt  nizamında  Ozanlar 
Ozanı  Dədə Qorqudun söylədiyi dastanların ümumi  mətn struk-
turuna bağlılığını şərtləndirən əlamətləri açıqlayır. Onlardan biri 
kimi bunu təqdim edir: “Dəli Domrulun da oğuz elinin gələcəyi 
naminə “yaxşı igidin canını” qurtarmaq arzusu və qırq yigid ilən 
yeyüb-işüb  oturması”  faktları  “Dəli  Domrul”  boyunun  eposun 
digər  boyları  ilə  əlaqəsini  təmin  edir,  onu  epos  strukturunun 
zəruri bir vahidi səviyyəsinə qaldırır”( *Əliyev K.,səh.25).  
Digər  bir  əlamət:  At  obrazının  yeri  və  tutumu  barədədir: 
boylarda  At canlı  bir obrazdır,  igidin, oğuzun  yol  yoldaşı, səfər 
yoldaşı, döyüş gücü, cəsarət, hünər simvoludur: “at igidin uğur-
larında”  aparıcı  mövqedə”dir:  bu  bilavasitə  “atın  igiddən  üstün 
tutulması”  faktıdır: tədqiqatçı atın  igiddən üstün tutulmasını də-
qiq fakt kimi səciyyələndirir və qeyd edir ki, bu hal “Dədə Qor-
qud” eposunda yeni xətt kimi ortaya çıxır” (*Əliyev K., səh. 26). 
“Hünər atınmı, ərinmidir?” sualına bəylər hünər “Ərindir” söylə-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə