ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə26/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
78 
yərkən Qazan xan belə cavab verir: “Yoq, at işləməsə,  ər ögün-
məz. Hünər-atındır” (“Bəkil oğlu İmran boyu”). Kamran diqqəti 
ona  yönəldir  ki,  Atı  ikinci  dərəcəli  hesab  edənlər  bu  faktlara 
nəzər  salmalıdırlar:  “Bu  çalar  (yəni,  “hünər  atındır”  deyimi-
Ə.Ə.) atın və igidin mövqe aydınlığına, hansının daha yüksəkdə 
durması mübahisəsinə işıq salmaqla yanaşı, folklorşünaslıq tari-
xində At obrazına  yardımçı qüvvə kimi  yanaşmaq tendensiyası-
na təzədən baxmaq,  mövcud və sabitləşmiş  müddəalar üzərində 
təshihlər aparmaq ehtiyacını da ortaya qoyur” ( *Əliyev K., səh. 
26). Deməli,  At, Oğuz  üçün həyatda, döyüşdə,  məişətdə, səhra-
da, dağda, meşədə, təsərrüfat həyatında güc, qüvvə, iradədir. 
Tədqiqatçı “Dəli  Domrul” boyunun Epos strukturunda  yer 
almasını  əsaslandıran məsələ kimi, Atla bağlı məzmunun xarak-
terik  cəhətlərini  yada  salır:  “igidin  atdan  asılılığı”  məsələsinin 
“Dəli Domrul” boyu üçün də səciyyəvi olduğunu söyləyir: “Dəli 
Domrul bir-iki gögərçin öldürdü, döndi evinə gəli yürür, Əzrayil 
atının gözünə göründi. At ürkdi. Dəli Domrulu götürdi yerə urdı. 
Qara  başı  bunaldı,  bunlu  qaydı.  Ağ  köksinin  üzərinə  Əzrayil 
basub  qondı”.  Bu  və  ya  digər  koordinasiyalar  üzrə  təhlillərini 
zəncirvari  bir  hərəkət  xəttində  saxlayan  Kamran  müqayisə 
üçün bunları da yada salır ki, Bəkil, Uruz, Qanturalı kimi igidlər 
də  atdan  yerə  yıxılarkən  düşmənləri  onların  “üstünü  alır”,  Dəli 
Domrul  atdan  yerə  düşən  kimi  Əzrayil  onun  sinəsinə  qonur  və 
bu  eynilik  “Dəli  Domrul”  boyu  ilə  digər  boyların  bağlılığına 
dəlil-sübut  kimi,  “Dəli  Domrul”  boyunu  “eposdan  kənar  etmək 
təsəvvürünü tamamilə alt-üst edir” (*Əliyev K.,səh.27). Deməli, 
Dəli Domrul  bir obraz-qəhrəman kimi  nə qədər güclüdürsə,  Atı 
ilə də bir o qədər güclüdür, bütövdür. 
“Dəli  Domrul”  boyunun  dastan  strukturundakı  bütövlü-
yünü səciyyələndirən digər fakt: “Dədə Qorqud”un digər boyları 
kimi,  ad  vermə-“Adını  mən  verdim,  yaşını  Allah  versin”  məz-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
79 
munu  “Dəli  Domrul”  boyunda  da  xarakterik  haldır:  “Doğrudur, 
həmin  boyda  Dədə  Qorqud  heç  kəsə  ad  qoymur,  ancaq  göz-
lənilmədən  Allah,  Dəli  Domrula  və  onun  balalarına  yaş  verir:” 
ol iki halala yüz qırq yıl ömr verdim” (*Əliyev K.,səh.28). Ömür 
vermək yalnız Tanrıya aiddir – bu ideyanın özü Oğuzun inam və 
etiqadının  sabit  və  davamlı  olduğunu  göstərir:  məhz  bu  məz-
munda  dastandakı  əhvalat  və  münasibətlərin  zəncirvari  bağ-
lılığını və bütövlüyünü inikas etdirir. 
Kamran  Əliyevin  tədqiqlərində  bu  cür  müqayisəli  tutuş-
durmalar  diqqəti  eposun  poetikasının  məzmun  tiplərinə  yönəlt-
mək  məqsədi daşıyır. Ba anlamda, Kamran səciyyələrə öz məz-
mun konteksti daxilində təsnif verir. 
Digər  bir  fakt  “Dəli”  sözü  ilə  bağlıdır.  Boyun  adından  da 
göründüyü  kimi,  “Dəli”  adı  Dəli  Domrulun  adından  ayrılmaz” 
haldadır. Dəli  adında başqa  igidlərin də,  məsələn, Dəli Dondaz, 
Dəli Budaq, Dəli Uran, Dəli Qarcar, Dəli Ozan, Dəli Yigid kimi 
obrazların Eposda yer aldığını yada salmaqla tədqiqatçı daha bir 
bağlılığı  səciyyələndirmiş  olur.  Ümumiyyətlə,  Kamran  Əliyev 
faktlara  konkret  və  dəqiq  ölçülərdən  yanaşmış,  təhlil  və  təsnif-
lərində  həmin  faktların  bir-birinə  bağlı,  bir-birinə  yaxın  oldu-
ğunu  göstərmişdir:  “Dəli  Domrulun  quru  çay  üzərindən  körpü 
salması, Dəli Qarcarın yoldaşları ilə buta atması, nişan qoyması, 
Budağın,  Uruzun,  Şir  Şəmsəddinin,  Yegnəyin  ox  atmaları,  bu 
yarışda  Dəli  Ozanın  iştirakı  və  nişan  üzüyünü  dəqiq  nişan  al-
ması, Səkrəyin bir-biri ilə çəkişən yetim oğlana və qıza şillə vur-
ması  ayrı-ayrı  məkan  və  zamanlarda  baş  verən,  məzmun  ba-
xımından bir-birindən fərqlənən, daha çox müxtəlifliyi ilə seçilib 
ayrılan hadisələr olsa da, onlar eposun strukturunda bir-birini iz-
ləyən,  bir-birini  tamamlayan  və  vahid  bir  məqsədə  yönələn  sə-
ciyyəvi həyat mənzərələridir” ( *Əliyev K.,səh.30). 
Dəli  Domrulla  “Koroğlu”  dastanındakı  Dəli  Həsən  ara-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
80 
sında  bir  uyğunluq  məsələsinə  toxunan  tədqiqatçı  bu  nəticəyə 
gəlir ki, “düz yeddi il düşmənlə vuruşa çıxmayan Dəli Həsən bac 
almaqla  gününü  keçirir,  sanki  o,  quru  çay  üstündə  körpü  salıb 
körpüdən keçənlərdən otuz üç axça, (körpüdən) keçməyənlərdən 
qırx axça alan Dəli Domrulun süd qardaşıdır” ( *Əliyev K.,səh. 
31).  Deməli,  Türk  həyatında  Dəli  Domrullar  həmişə  olub  və 
olacaq.  
“Quru  çay”  ifadəsi  ilə  əlaqədar  olaraq  “Dəli  Domrul” 
boyunun  digər  boylarla  yaxınlığı  və  bağlılığına  dair  sintezi  də 
diqqətəlayiqdir. Ümumiyyətlə, Eposda həyatın canlı və hərəkətli 
olmasına  dair  təsvirlər  mətn  strukturunda  xüsusi  yer  tutur: 
tədqiqatçı  Oğuzların  sosial  yaşam  tərzini,  cəmiyyətdaxili  və 
ümuminsani  baxışlarını  və  ümumilikdə,  onların  həyatlarına  və 
dünyabaxışlarına dair prinsipləri təsnif edərkən məzmunu struk-
turlarını  sistemləşdirmiş,  canlı  və  hərəkətli  olma  tərzini  “Oğuz 
həyatının  ciddi  bir  simvolikası”  kimi  açıqlamışdır;  və  bu  sin-
tezdə  o,  “dağların  ucalması”nı,  “çayların  çağlaması”nı,  “ağac-
ların  yaşıl  olması”nı  bir  simvolika  kimi  “Oğuz  həyatının  da, 
Oğuz insanının da dəyər ölçüsü” ( *Əliyev K.,səh.32) adlandırır.  
Aparılan  paralelliklərə,  təhlil-təsniflərə  əsasən  Kamran 
Əliyev “Dəli Domrul” boyu ilə əlaqədar olaraq belə bir nəticəyə 
gəlir ki, “suları coşqun çay obrazının  xüsusi  halı  – quru çay  isə 
məhz “Dəli Domrul” boyunda sadəcə olaraq süjetə daxil olmur, 
həmçinin əlahiddə boyla bütöv eposun əlaqəsini təmin edir, boy-
la  eposun  qarşılıqlı  və  müştərək  ideya-estetik  məzmun  yükünü 
daşıyır 
Dəli Domrul obrazı ilə digər obrazlar arasındakı bağlılıq və 
yaxınlıq Eposdakı əhvalatların, hadisələrin ümumi strukturundan 
irəli  gələn  hallardır.  Oğuzların  dinc  həyatına  dair  məzmunun 
ifadə  xüsusiyyətinə  görə  “Dəli  Domrul”  boyunun  ayrıca  bir 
məzmun-fabulası  var:  və  bu  məzmun-fabula  Eposun  mətn  sis-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə