ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə22/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
66 
əlamətləri xırdalayır, bütün poetik tərkibləri nizamlı şəkildə təq-
dim edir. Bunun üçün dastanların şeir şəkillərinin məzmunundən 
söz  açır  və  bu  kontekstdə  tədqiqatçıların  dastanların  nəsr  və 
nəzm  tərkibində  olduğu  fikrlərini  yada  salır.  Dastandakı  şeirin 
janrından  danışmanı  kənara  qoyur  və  faktı  bununla  bağlayır  ki, 
“Türk etnosunun yaratdığı bədii irsin, o cümlədən şeir sənətinin 
etnik  mahiyyətini  izləmək  bu  sənətin  necə  təsnif  olunmasından 
çox asılıdır. Məsələn, şeirin  janr zənginliyi  etnopoetika  məsələ-
lərini  tədqiq  etmək  üçün  o  qədər  də  optimal  deyil.  Çünki,  janr 
sonradan  doğulandır  və  etnik  keyfiyyətləri  ifadə  etmək  baxı-
mından  xeyli  gecikmişdir”  (*Əliyev  K.,  səh.4).  Bütün  bunlar 
onu təsbit edir ki, Kamran Əliyev bir tədqiqatçı kimi Dədə Qor-
qud  Dastanlarındakı  şeirlərə  qoşa  misra  prizmasından  yanaşır. 
Qoşa misra Dədə Qorqud söyləmi kimi  fikrin, bənzətmənin  bit-
kin,  dolqun  ifadəsi  üçün  xarakterik  haldır.  Buradaca  qeyd  edək 
ki, məsələnin effektliyi göz qabağındadır: Kamran insanla-fərdlə 
onun  mənsub olduğu  milli  və  xəlqi əlamətlərə  vahid prizmadan 
yanaşır.  
  Dədə  Qorqudun  söyləmində  hər  şey  riyazi  ölçüyə  bürü-
nüb:  bu  vahidlik Türkün Söz, Məna-Fikir,Üslub  nizamı demək-
dir.  Bu  nizamda  hər  şey  ölçülü-biçili,  hər  şey  yerli-yerindədir: 
Dədə Qorqudun nitqi axar sular kimi sözlərin ruhunu- onun səs, 
söz,  məna  ruhunu,  sözün  fikrini  ifadə  edir  və  bu  ifadədə  əsas 
axar  səslərin  və  sözlərin  bir-birini  izləməsi,  bir-birini  tamamla-
ması ruhudur: bu, şeirin özüdür. Dastan forması söyləm də şeirin 
bir  janrıdır.  Bu  mənada,  Janr  dastandır,  dastan  da  şairanə  söy-
ləmin irihəcmli növüdür.  
Tədqiqatçı  alim  Kamran  Əliyevin  də  bəzi  araşdırmaçılar 
kimi ümumi estetik  qənaəti budur ki, Dədə Qorqud dastanların-
dakı qoşa misralar “nəsr mətni içərisində gizlənmişdir” (*Əliyev 
K., səh.6). Halbuki Dastanda “nəsr mətni” yoxdur: çünki dastan 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
67 
şair  əsəridir,  başdan-başa  şairanə  ifadələrdən,  deyimlərdən  iba-
rətdir.  Nağıl  da  həmçinin.  Bütün  nağıllar  və  dastanlar  nəzmlə, 
şairanə, qafiyə, ahəng, avaz, ritmlə- poetik hərəkətlə, poetik səs-
lə,  poetik  sözlə,  poetik  təsvir  və  tərənnümlə,  poetik  vəsflə 
söylənmişdir.  Ona  görə  də  “Dədə  Qorqud”  dastanlarından  nəsr 
növü  kimi  danışmaq  olmaz.  Bütün  sözlər  -  istər  nəql-söyləm 
(təhkiyə)  sözləri  olsun,  istərsə  də,  ayrı-ayrı  obrazların  dilindən 
söylənən sözlər – hamısı şeir tərzidir, poeziyadır. 
Bu  baxımdan  Dədə  Qorqud  dastanlarının  Mətn  üzrə  Yeni 
tədqiqləri tələb olunur və bu tədqiqlərdə linqivistik incələmələrə 
və dil strukturlarına xas şəkil, məna, səs, söz, üslub, ümumilikdə 
bütün  struktur  bədii-poetik  əlamətlər  nizamlı  şəkildə  araşdırıl-
malı, təhlil edilməlidir. 
Ümumiyyətlə, şeir Türklərdə zahiri əlamət deyil:  
1)  canlı  bağlantıdır:  hikməti  hikmətli  sözlərlə  ifadə  etmə 
üsuludur;  
2)  mənaları,  üslubları,  məzmun  və  formaları,  fikirləri  rit-
mik  və  ahəngdar,  aydın  və  yığcam,  fəsahətli  və  icaz  tərzində 
söyləmək sənətidir; 
3) şeir Türk həyatının, xüsusilə türkün gündəlik yaşamının 
üzvi tərkib hissəsidir; 
4)  şeir  Türkün,  ümumilikdə,  həyatla,  dünya  ilə  bütöv-
lüyünün fərqli bir bağlılığı deməkdir.  
5)  nəhayət,  şeir  Türkün  yaşam  nizamından  yaranmış  bir 
ədəb sənətidir.  
Kamran  Əliyev  Dədə  Qorqud  Dastanlarındakı  ifadə  məx-
susluğu kimi, iki misralı, eyni zamanda dörd misralı söyləmlərin 
forma  və  məna  əlamətlərini  analiz  edir  və  bütün  nümunələrdə 
xalq  həyatının  tipik  nişanlarının  inikası  məsələsini  diqqət  mər-
kəzinə  çəkir.  Bu  inikas  nə  ilə  ifadə  olunub?  Tədqiqatçı  müqa-
yisəli təhlillər aparır, dastanlardakı poetizmə xas əlamətlərə yeni 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
68 
yanaşma  tərzi  gətirir  və  ümumilikdə  şeir  strukturuna  etnosun 
həyat  və  yaşamı  uyğunluqlarından  yanaşır.  Belə  ki,  “şeir 
strukturlarının  etnosun  təbiəti  ilə  nə  əlaqəsi  vardır?”  (*Əliyev 
K., səh.14) sualına cavab olaraq, tədqiqatçı “qədim türk şeirinin 
poetika qaynağı” (qaynaqlarından!) olan At, At varlığı və həyatı 
üzərində  dayanır.  Bu  zaman  o,  Atın  türklərin  həyat  və  məişə-
tindəki  rolu  barədə  Orxan  Şaiq  Gökyayın  (məsələn:  “At  bu 
dünyada yalnız onun silah arkadaşı olduğu üçün deyil, öldükdən 
sonra  da  öteki  dünyada  hər  baxımdan  kəndisindən  yararlana-
cağına  inandığı  için  ayrı  və  eşsiz  bir  dəyər  daşımaqdadır”), 
Tofiq  Hacıyevin  (“Oğuz  cəmiyyətində  at  bütün  dinamikanın 
mənbəyidir: minik üçün yarayır, döyüşdə çox həlledici qüvvədir, 
hətta  qida  mənbəyidir  -  əti  yeyilir,  südü  içilir,  tükündən  yay 
üçün istifadə olunur, örkən və s. şeylər toxunur. Bir sözlə, Oğuz 
cəmiyyəti üçün atdan qiymətli ikinci varlıq, ikinci təbiət qüvvəsi 
yoxdur” (* Əliyev K., səh. 14-15) fikirlərini təqdim edir və At-la 
Türk şeiri arasındakı bağlılıqları təsnif edir. Bununla Kamran bir 
tədqiqatçı kimi  bənzətmə üzrə təsnifə üstünlük  verir: xarakterik 
üsül  odur  ki,  tədqiqatçı  atla  türk  şeiri  bağlantısından  sözgəlişi 
bəhs etməmişdir, o, fikrini  mənşə  baxımından  buna əsaslandırır 
ki,  At  “qədim  türk  şeirinin  poetika  qaynağı”dır:  bəs  “bütün  bu 
şeir strukturlarının etnosun təbiəti ilə nə əlaqəsi vardır? 
İndi  həmin  suala  birbaşa  cavab  vermək  olar:  qədim  türk 
şeirinin poetika qaynağı və bu mənada şərti olaraq, onun totemi 
Atdır!  Türk  təfəkkürünün  və  dünyagörüşünün,  türk  məişətinin 
və həyat tərzinin  yeniləşməsində, türk qəhrəmanlığının təşəkkül 
tapması  və  formalaşmasında  atın  rolu  əvəzsizdir”  (*Əliyev  K., 
səh. 14).  
Bu  sintaktik  və  üslubi,  müqayisəli  və  nizamlarlı  yanaş-
maları ilə Kamran Əliyev təhlil-təsnifi müqayisə-oxşatma sintezi 
üzrə  aparır  və  konkret  olaraq,  Türk  şeirinin  Atın  ayaqları  və 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə