ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə18/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
53 
etmədən  əcinnələr  içindən  adi  bir  cini  və  şeytanı  deyil,  onların 
ən  nəhəngini  və  qartımışını  –  İblisi  seçdi.  O  bununla  yalnız 
Azərbaycan  ədəbiyyatı  tarixində  Şərin  ümumi  obrazını  yaradan 
sənətkarlardan  deyil,  eyni  zamanda  dünya  ədəbiyyatının  Dante, 
Şelli,  Höte,  Lermontov  kimi  dahilərdən  də  fərqləndi  və  ayrıldı. 
Sanki azərbaycan klassikası İblisin simasını və “şəxsiyyətini” ilk 
dəfə gördü, onu ilk dəfə yaxından duydu və tanıdı” (10, səh. 32). 
Kamran  Əliyev  Cavidin  simasında  təzahür  edən  ədəbi 
yeniliyi onun ədəbi qəhrəmanlarının şəxsində yada salır. Cavidin 
qəhrəmanlarının  hamısı  tipik  şəxsiyyətlərdir.  Onlar  özlərinin 
yaşadıqları  tarixi  zaman  və  məkanların  dramatik  məzmununu 
inikas  etdirirlər.  Bu  baxımdan,  Hüseyn  Cavidin  ədəbi  qəhrə-
manları (Ana, Şeyx Sənan, Peyğəmbər, Topal Teymur, Səyavuş, 
Xəyyam, İblis və b.) ədəbiyyat tarixmizdə yeni poetika simasına, 
ideya,  məzmun-müntəricə,  xarakter, obraz-  şəxsiyyət  səciyyələ-
rinə görə yeni idi. 
Kamrın  bədii  yaradıcılıqda  sənətkar  və  şəxsiyyət  bağlı-
lığını  Cavidin  obrazlara  münasibəti,  onların  ədəbi  portretlərinin 
ideoloji,  dramatik  məzmunu  və  mövqeyi  məsələlərinə  nəzərən 
şərh  edir.  «Peyğəmbər»  əsərində  qəhrəmanın  böyük  ədəbi  şəx-
siyyəti  ilə  idealları  bir-birini  inikas  etdirir.  Bu  kontekstə  görə 
Kamran Əliyev əsərin ideya-məzmun açımında qəhrəmanın kon-
kret mövqeyi məsələsinə aydınlıq gətirir və belə qənaətə gəlir ki, 
Cavid Peyğəmbər obrazını səhnəyə gətirməklə «İslam renessan-
sının yeniləşdirmək gücünə üstünlük verdi» (10, səh. 33). 
Hüseyn  Cavid  «Peyğəmbər»  əsərində  ədəbi  qəhrəmanın 
simasında  cəmiyyətlə  bağlı  hansı  ideoloji-siyasi,  mənəvi-iradi 
problemləri  inikas  etdirirdi?  Sözsüz  ki,  ideoloji  mövqelər  qəh-
rəmanların  şəxsiyyətləri,  tarixi  simaları  kontekstindən  təzahür 
edir.  Antik  faciədə  əfsanəvi  məzmunlar  diqqət  mərkəzində  idi, 
Cavid romantizmi tarixi şəxsiyyətlər, onların zamanları ilə bağlı 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
54 
olan mövzuları səhnəyə gətirməklə zamanları bir müstəvi üzəri-
nə gətirmiş olurdu. Digər tərəfdən, faktlar, gerçək olan məzmun-
lar  ilə  ədəbi  qəhrəmanlar  da  ideoloji,  siyasi,  əxlaqi  baxımdan 
müasir  idi. Bu  mənada, ədəbiyyat,  ədəbi qəhrəman  məhəlli,  hər 
hansı bir milli məhdudluq çərçivəsinə qapanma, özünəaludəolma 
psixologizmi  deyil,  ümumbəşəri  məzmunlar  vəzifələr,  ideallar 
sənətidir.  
Sözsüz  ki,  Cavidin  ədəbi  qəhrəmanları  yeni  tipli  obrazlar 
idi.  Kamran  Hüseyn  Caviddə  qəhrəmanın  seçimi  problemi  ilə 
bağlı estetik məsələni belə açıqlayır: «Hüseyn Cavid Peyğəbərin 
şəxsiyyətini böyük bir eranın başlanğıc faktı kimi ortaya qoyur-
du.  Adamların  yaddaşını  təzələyirdi.  Və  onlara  hansı  erada 
yaşadıqlarını  xatırladırdı.  İnsan  ruhunu  buxovlayan  və  əzən 
ictimai  gerçəkliyi  hamıdan  öncə  görürdü  və  xəbərdarlıq  edirdi» 
(10, səh. 33). Tədqiqatçı bu cümlənin ardınca ədəbi qəhrəmanın-
-Peyğəmbər  obrazının  cahanşümul  dəyərini  ədəbiyyatda  yeni 
keyfiyyətlərdən hesab edir: “H. Cavid “Peyğəmbər” əsərində baş 
qəhrəmanın  –  Peyğəmbərin  əzabını,  onun  keçdiyi  yolun  çətin-
liyini və keşməkeşli olmasını daha qabarıq verməklə əslində qib-
təyə  layiq  olan  şəxsiyyətin  görünməyən  ağrılarının  mənzərəsini 
yaradırdı.  Beləliklə,  Hüseyn  Cavid  üçün  Peyğəmbər  şəxsiyyəti 
bəşəri bir dəyər idi” (10, səh. 33-34).  
Beləliklə,  Caviddə  yenilik  poetikası  struktur  baxımdan 
müxtəlif estetik tutuma malik idi. Və sözsüz ki,  insanlarda inqi-
labi  demokratizmi  formalaşdırmaq  və  milli  özünüdərki,  ümum-
bəşəri humanizm ideyalarını inikas ideolojisinə görə də Cavidin 
bədii yaradıcılığı yeni idi. 
Sözsüz ki, Cavid XX  əsrin tüğyan edən burulğanlarını ay-
dın görürdü. Xarakterinə görə, XX əsrin əvvələri  (Cavid dövrü) 
faciələr,  haqsızlıqlar  və  ədalətsizliklər  dövrü  idi.  Cavid  də  əsə-
rində  bu  faciələrin  məzmununu  tarixi  zamanlara  istinadən  əks 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
55 
etdirirdi. Məsələn, Topal Teymur, Səyavuş, Xəyyam kimi obraz-
larla  Cavid  «bölünmüş  yeni  dünyanın  xəritəsini  əhatə  edən 
məkanını tarixi coğrafiyasına diqqət yönəldirdi» (10, səh.34). 
Kamran  Əliyev  Cavidin  ədəbi  qəhrəmanlarına  xas  olan 
poetika  əlamətlərini,  bədii  ifadə-inikas  xüsusiyyətlərini  onların 
şəxsiyyətlərinin  böyüklüyü  ilə  bağlayır  və  yazır  ki,  Teymur, 
Bəyazid,  Keykavus,  Əfrasiyab,  Alp  Arslan,  Məlikşah,  Bağdad 
Xəlifəsi  obrazları  H.Cavidin  simasında  romantik  dramaturgiya-
nın  «sujet  və  kompozisiyasına,  dilinə,  üslubuna,  bütövlükdə, 
poetikasına da «nəzarət edirlər» (10, səh.35). 
Hüseyn Cavid ədəbiyyat və sənətə özünün qlobal baxışları 
olan  dahidir.  Onun  yaradıcılıq  axtarışları,  yazdığı  əsərlərin  ide-
ya-estetik,  bədii-poetik  mündəricəsi  də  bu  baxış-münasibətlərin 
təzahürü olaraq, təşəkkül tapmış və formalaşmışdır və təbii ola-
raq,  böyük  mütəfəkkirin  –  Hüseyn  Cavidin  ədəbiyyata  dair 
özünəxas baxışlarının ədəbi-estetik, ictiami-siyasi, fəlsəfi, bədii-
poetik özəllikləri vardır. Kamran Əliyev bu cəhətləri nəzərə alıb, 
Cavidin ədəbiyyata dair münasibətlərinə də səhifələr ayırmışdır. 
Məsələn, o, gənc şair Hüseyn Cavidin böyük ziyalı-alim Qurba-
nəli  Şərifzadəyə  göndərdiyi  məktublardan  birində  belə  bir 
parçanı təqdim edir: “Bən hammallığı, xidmətkarlığı pək ziyadə 
sevərəm,  fəqət  belə  bir  dövri-hürriyyət  və  zəmani-səadətdə 
bənliyimi  satmaq,  əsir  olmaq  istəməm;  əsir  olduğum  bir  şey 
varsa, o da həqiqət və məhəbbətdir”. Həqiqət və Məhəbbətə əsir 
olmaq romantizmdə üst mərtəbə və məqamlardadır.  
Kamran Əliyev tanınmış alim Qurbanəli Şərifzadənin fikir-
lərinə  isnadən  fikrini  belə  açıqlayır:  “Romantik  sənətkarın  dün-
yagörüşündə və məsləkində yaranmış bu prinsip, şübhəsiz, az və 
ya çox dərəcədə Türkiyə ədəbiyyatının təsirindən kənarda deyil-
dir.  1908-ci  ildə  yazdığı  həmin  məktubundakı  “həqiqət  və 
məhəbbətə əsir olmaq” məsələsi H. Cavidin bütün sonrakı ədəbi-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə