ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə16/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
47 
tizmin  sistemə  çevirilmək  zərurətinin  nəticəsi  olaraq,  Məhəmməd 
Hadi  yalnız ömrünün sonlarına  yaxın  “Əlvahi-intibah” poeması  ilə 
romantik şeiri  lirik poema  ilə əvəz edə bilmiş,  lakin nə qədər təəs-
süflü olsa da, həmin poema Hadi yaradıcılığının yeganə faktı olaraq 
qalmışdır” (10, səh. 8). Ümumdünya ədəbiyyatı poetikasında ədəbi 
prosesi,  bədii-petik  hərəkatı  səciyyələndirən  və  xarakterizə  edən 
janr  stixiyaları  olmuşdur;  ba  mənada,  “bütün  xalqların  ədəbiyya-
tında onun, ilk növbədə, özünəməxsus janr siması vardır” (10, səh. 
8). Tədqiqatçı, Hüseyn Cavidin janr seçimini də bu konstruktivizm-
lə  bağlayır,  onun  mənzum  faciələrini  romantizmin  metod  siması 
kimi  təzahür  etdiyinə  nəzərən,  bu  janrı  -  mənzum  faciəni  roman-
tizmi yaratmaq və ona qovuşmaq hadisəsi kimi səciyyələndirir.  
Kamran Hüseyn Cavidin faciə janrına münasibəti ilə antik 
dünyanın  Aristotel,  Esxil,  yeni  dünyanın  Nizami,  Füzuli  müs-
təvilərində tam bir bağlılıq görür, eyni zamanda romantik meto-
dun  mənbəyinin Esxildən, Elxilin  faciələrindən qaynaqlandığını 
göstərir  və  qeyd  edir  ki,  «Hüseyn  Cavid  antik  dövrün  kəşfi  və 
intibah  dövrünün  sığınacaq  yeri  olan  faciəni  Azərbaycan  klas-
sikasının romantik metodlarına malik poeziya ilə birləşdirdi. Da-
ha  geniş  mənada  isə  yalnız  Cavid  deyil,  bütövlükdə  XX  əsr 
Azərbaycan Romantizmi öz janr əsasını ayrıca götürülmüş faciə-
də,  yaxud  ayrıca  götürülmüş  poeziyada  deyil,  onların  birliyi  və 
vəhdətində – mənzum faciədə tapdı» (10, 9). 
Romantizmin yaradıcılıq imkanlarını genişləndirmək baxı-
mından Hüseyn Cavid ilə başqa romantiklər arasında fərqlər var 
idi.  Hər  şeydən  əvvəl,  tədqiqatçının  qeyd  etdiyi  kimi,  Məhəm-
məd  Hadi,  Abbas  Səhhət,  Abdulla  Şaiq  və  başqa  romantiklərin 
yaradıcılıqları  «romantizmi  tam  təsəvvür  etmək  imkanları  baxı-
mından yetərli deyildir» (10, 10). 
Nəyə görə? Çünki Hüseyn  Cavidədək  Azərbaycan roman-
tizmi, əsasən, lirik təsvir və tərənnüm poetizmi üzərində idi. Əs-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
48 
lində, ümumtürk, ümumşərq klassikasına XX əsrlə dörd müstəvi 
daxil oldu:  
1)  Cəlil  Məmmədquluzadə  müstəvisi  –  bu  hər  hansı  bir 
janr  müstəvisi  deyil,  bu,  ədəbiyyatın  yeni  nəfəsi,  yeni  səsi  və 
yeni məzmun-ideya aləmi, yeni ifadə, üsul-tərz sistematikası de-
məkdir; bədii ədəbiyyatın üst qatıdır;  
2)  Mirzə  Ələkbər  Sabir  müstəvisi;  –  bu,  şeirin  və  bədii 
ifadənin  yeni  simfoniyasıdır:  bu  simfoniyada  hər  yer  ağır  və 
acınacaqlı rənglərilə görünür; poeziyanın yeni Füzuli formasıdır; 
3)  Əbdürrəhim  bəy  Haqverdiyev  müstəvisi  –  bu,  bədii 
genişliyin təsvir və hərəkət səhnələrini canlanmaqdır; 
4) Hüseyn Cavid müstəvisi.  
Hər dörd müstəvi də ədəbiyyat və həqiqət, dünya və insan, 
cəmiyyət  və  həyat,  cəmiyyət  və  xalq  problemlərini,  bu  prob-
lemlərin  ümumbəşəri  və  ümummilli  məzmununu  əks  etdirmək 
proetizmini  ifadə  edirdi.  Sözsüz  ki,  bu  yazıçılar  arasında  zidiy-
yətlər axtaran və onu «kəşf» edən ədəbiyyatşünaslıq elmi-meto-
doloji,  poetik  təhlil-təfsir  vəzifəsini  yerinə  yetirə  bilmirdi.  Hər 
bir  yazıçı  istər Nəcəfbəy Vəzirov, Cəlil  Məmmədquluzadə,  Əb-
dürrəhimbəy  Haqverdiyev,  Nəriman  Nərimanov,  Yusif  Vəzir 
Çəmənzəmənli, istərsə də Məhəmməd Hadi, Abbas Səhhət, Ab-
dulla  Şaiq,  Hüseyn  Cavid  və  b.  eyni  missiyanı  yerinə  yetirirdi. 
Onlar  arasındakı  fərqlər,  xarakterik  əlamətlər  poetika  fərqləri, 
onların  bədii  fərdiyyətləri  idi.  Realizmlə  Romantizm  arasındakı 
fərqlər də poetika fərqləri deməkdir. 
Kamran Əliyevin şair-mütəfəkkir Hüseyn Cavid haqqındakı 
tədqiqi  böyük  sənətkara  münasibət-yanaşmanın  münasib  və  uy-
ğun  bir  poetikası  kimi  səciyyəvidir.  XX  əsr  Romantizminin  Hü-
seyn  Cavid  tərəfindən  təmin  olunan  janr  strukturu,  bədii  metod 
stilistikası və mövzu və məzmun müəyyənliyi öz-özlüyündə yeni 
qəhrəman və yeni poetika çalarlarını ortaya çıxarırdı və tədqiqat-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
49 
çının da qeyd etdiyi kimi, «yeni janr, yeni mövzu, yeni qəhrəman 
və  bütövlükdə  yeni  poetika  müəllifi  olan  Hüseyn  Cavid  XX  əsr 
Azərbaycan Romantizminin tarixi taleyidir» (10, səh. 10-11). 
Tədqiqatçı monoqrafiyada Hüseyn Cavidin yaradıcılıq yolu-
na  ardıcıl  münasibət  bəsləyir.  Burada,  ilkin  olaraq,  şəxsiyyət  və 
yaradıcılıq  bütövlüyü  meyarını  dəyərləndirir.  Cavid  haqqında  de-
yilmiş  fikirlərə  istinad  edərək,  böyük  sənətkarın  qazandığı  ehti-
ramı  yada  salır.  Məsələn,  hələ  ilk  kitabının  («Keçmiş  günlər”in) 
nəşrindən sonra Cavidi «Qafqazın ən dərin düşüncəli və incə duy-
ğulu  əməlpərvər,  həqiqi  şairi»  («Yeni  iqbal,  1915»)  adlandırmış-
lar. Kamran Əliyev Cavidi  şəxsiyyəti  ilə yaradıcılığı arasında bü-
tövlük  olan  sənətkar  kimi  səciyyələndirir:  «H.Cavid  şəxsiyyətcə 
ağır və səbrli idi. O, çox vaxt qulaq asar, az-az danışardı. Bəlkə də, 
H.Cavidin  qibtə  ediləcək  təmkinli  təbiətinə  paxıllıqdan  idi  ki, 
tənqidçilərdən biri onun «Knyaz» əsəri haqqında yazırdı: «Pyesdə 
heç  bir  dinamika  yoxdur».  Mümkündür  ki,  tənqidçi  «Knyaz»  fa-
ciəsindəki  dəyişən  məkanları  (Tiflis  və  Berlin)  dinamikaya  daxil 
etməsin lakin təkcə Knyaz obrazının hərəkətini və onun psixologi-
yasındakı dinamizmi görməmək isə ən azı günahdır» (10, səh.17). 
Sovet  dövrü  öz  hökmünü  möhkəmləndirməklə  Cavidləri 
inkar etməyə başladı; bu, ayrı-ayrı şəxsləri yox etmək taktikası ilə 
həyata  keçirilən  bir  diktatura  hökmü  idi.  Cavidləri  inkar  etmək 
planlı bir iş idi. Məntiqi baxımdan türklüyə, türk milli-bəşəri mənə-
viyyatına qarşı olan – yeridilən bir siyasət idi. Sovet represiyasının 
ən  sərt  üzü  olan  37-ci  il  faciələri  içərisində  Hüseyn  Cavidə  qarşı 
ittiham  mətnlərinə  üz  tutan  tədqiqatçı  «Ölüm  var  ki,  həyat  qədər 
dəyərli» başlaqlı məlumat səhifələrində şair-darmaturqa aid böhtan 
və şantaj yazılardan bəzəilərini diqqət mərkəzinə çəkir.  
Stalin rejiminin ölkə daxildə törətdiyi sinfi-siyasi qarayaxma-
lar Azərbaycanda daha sərt xarakter aldı. Stalinizm adi vətəndaşlar-
dan tutmuş, bütün  yazıçı  və şairləri, ziyalıları  «xalq düşməni»  yar-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə