ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə14/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
41 
yanaşılmışdır.  Onun  şərhinə  görə  “romantiklər  azadlığı  milli  və 
mənəvi  azadlıq  kimi  başa  düşürdülər.  Bu  idrakın  özündə  də 
gerçəklik  və  mövcud  cəmiyyət,  onun  eybəcərlikləri  və  bütün 
bunlara qarşı etiraz, üsyan başlıca amil idi” (9, səh.245). 
Romantiklər  eybəcərliklərlə,  haqsızlıqlarla  barışmaz  bir 
ideolojiyə  bağlıdır.  Tədqiqatçı  romantiklərin  barışmazlıq,  etiraz 
və  üsyan,  mübarizə  aparmaq  ideallarını  onların  sənətkar  möv-
qeləri kontekstindən dəyərləndirir. 
Kamran  Əliyev cəmiyyət və insan probleminin  bədii  inika-
sında  gerçəkliyin  dayandığını  anlamaq  baxımından  da  romantiz-
mə  dair  konseptual  məsələləri  obrazlar  semantikasından  izah 
etmişdir.  Bu  zaman  o  belə  nəticəyə  gəlir:  “Mövcud  cəmiyyətə 
etirazın yüksək bədii  forması kimi  meydana çıxan  Qərb və Şərq, 
Yaxın və Uzaq, Həyat və Ölüm qarşıdurmaları XX  əsr Azərbay-
can  Romantizminin  özünəməxsus  obrazları  olmaqla  yanaşı,  ro-
mantik bədii düşüncənin də spesifikliyini aşkarlayır” (9, səh.252).  
Romantizmin  tədqiqi  sahəsində  yeni  konseptual  yanaşma 
xəttilə fərqlənən Kamran Əliyev ümumi ədəbi bağlılıqların tipik 
bir sahəsinə – bədii ifadə strukturunda mühüm estetik əhəmiyyət 
daşıyan  obrazlar  sisteminə  konkret  tərkiblərdən  yanaşmışdır. 
Məsələyə  həm  ideoloji,  həm  də  məzmun  və  mündəricə,  bədii 
təsvir  və  ifadə  vasitələri  kontekstindən  yanaşma  meyarı  da 
ədəbiyyatşünaslıqda  yeni  elmi  yanaşma  meyllərindən  idi.  Bu 
meyl  hər  şeydən  əvvəl,  romantizmdə  əvvəllər  də,  bu  gün  də 
sxematik  boşluqlar,  çərçivələr  və  bədii-ideoloji  nöqsanlar  “gö-
rənlərin” ənənəvi yanlışlıqlarına qarşı bir cavabdır.  
           
 
 
 
 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
42 
1.4.  HÜSEYN  CAVİDİN  SƏNƏTKAR  ŞƏXSİYYƏTİ 
VƏ ƏDƏBİ MÖVQEYİNİN YENİ ELMİ AÇIMI 
 
Hüseyn  Cavid  də  Cəlil  Məmmədquluzadə,  Mirzə  Ələkbər 
Sabir,  Əbdürrəhimbəy  Haqverdiyev, Məhəmməd  Hadi  və başqa 
müasirləri  kimi  özünü  aydın  və  sərbəst  ifadə  edən  dahi  idi.  Bu 
cür özünüifadəetmə poetizmi ədəbiyyatın aydınlığı və sərbəstliyi 
demək idi.  
Ümumtürk  xalq  müdrikliyinin  və  bütün  ruhani-mənəvi 
aləmlərin  kəhkəşanında  Hüseyn  Cavid  bənzəri  olmayan  ulduz-
lardandır. O, həyatın və cəmiyyətin ictimai-siyasi, mənəvi-əxlaqi 
məzmununu,  faciələri,  milli  və  bəşəri  gerçəklikləri  ən  dramatik 
və ciddi, prinsipial sənətkar mövqeyindən qələmə alırdı.  
XX  əsr  Hüseyn  Cavidə  müxtəlif  rəngli  yanaşmalar-müna-
sibətlər əsri kimi də xarakterik oldu. İllər müxtəlif təzahürlər bu-
rulğanına qapılmış və gerçək olana yalan, yalan olana gerçək il-
luziyası geyindirmə taktikası üstündə qurulan  bolşevik-kommu-
nist hakimiyyəti çarizmin müstəmləkəçilik siyasətinin yeni, daha 
qırmızı  forması  idi;  milli  yazıçılara  da  bu  nəzərdən  yanaşılır, 
onlara  qarşı  düşmənçilik  siyasətləri  də  bu  qırmızı  rəngin  tələb-
ləri  üzərində  hökm  sürürdü.  Milli  ədəbiyyatlara,  o  cümlədən 
Mirzə  Cəlil,  Sabir  və  Hüseyn  Cavidə  qarşı  sərt  siyasi  təzyiqlər 
qorxu və hiylə taktikası üzərində qurulurdu.  
XX  yüzillikdə  Cavidə 20-30-cu illər  münasibəti  ilə  50-60-cı, 
habelə  70-ci  illər  yanaşma-münasibətlər  arasında  bir  bənzəyiş  var-
dır. Hər iki halda Hüseyn Cavid sənətinin məzmun və idaya, poe-
tika strukturu dərk edilməmiş, ona münasibət onu təqdimetmə 
mahiyyəti  daşımış  və  bu  müstəvidə  ona  eyiblər  qoşulmuşdur. 
Müəlliflər  məlum  qəliblərdən  çıxış  etməklə  kifayətlənmiş,  sa-
dəcə olaraq, onun adının möhtəşəmliyindən kənarda qalmışlar. 
Birinci  halda  proletar-bolşevik  mübəlliğləri  20-30-cu 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
43 
illərdə  onun  yaradıcılıq  poetikasını,  sənətkarlıq  sirlərini,  milli-
bəşəri  böyüklüyünü  anlamamış,  əsərlərinin  mövzu  və  ideyasın-
dan vahiməyə düşmüşlər.  
İkinci  halda  50-60-cı  illərdə  Caviddən  bəraət  almış  bir 
şəxs kimi söz açılmış, seçilmiş əsərləri çap edilmişdir. Məmməd 
Cəfərin  (2;  3),  Məsud  Əlioğlunun  (4)  tədqiqləri  nisbətən  də-
rinliyə getmək meyli üstündə köklənmişdir. Lakin Məmməd Cə-
fər prinsipcə prinitiv və yanlış sovet təsəvvürünü, necə deyərlər, 
müdafiə etmiş, 30-cu illər yanaşmalarında olduğu kimi, 30-40 il-
dən sonra da o ənənəni, necə deyərlər, davam etdirmiş, Caviddə 
qüsurlar, nöqsanlar da axtarmışdır.  
Bu  tərz  axtarış  56-cı  il  bəraətindən  sora,  50-ci  illərin 
axırlarında,  60-70-ci  illərdə  Cavidə  qeyri-səmimi  yanaşmanın 
yeniləşmiş başqa bir tipi idi. Təqdimlərin formal tipi belə idi: O, 
böyük  şair  idi,  ancaq...  O,  sənətkardır,  ancaq  romantikdir, 
dahi  deyil  və  s.  Yəni  tədqiqlərin,  Caviddən  bəhs  etmənin  düs-
turu, məntiqi belə idi. 
Hüseyn Cavidə münasibət və yanaşmanın metodoloji məz-
mun istiqamətlərini bu cür də təsnif edə bilərik: 
Birincisi,  ədəbiyyatşünaslıq  Cavidə  (habelə  digər  məslək-
daşlarına)  onun  öz  sənətinin-poetikasının  dahiliyi  mərtəbəsin-
dən,  ümumən,  Böyük  Ədəbiyyat  kontekstindən  deyil,  əksinə 
totalitar  rejimin  səviyyəsinə  uyğun  olan  dayaz  məntiqdən,  bəsit 
və birtərəfli anlayış və təsəvvürdən yanaşmışlar;  
İkincisi, bir az da konkret desək, Cavidə Cavid Romantiz-
mindən deyil, Realizm çərçivəsindən səciyyələr verməyə üstün-
lük vermişlər.  
Üçüncü  –  yəni  son  mərhələdə  bir  qayda  olaraq,  onun  adı 
çəkilmiş,  represiyaya  uğradığı  göstərilmiş,  əsərlərinin  adları 
sadalanmış, mövzuları yad edilmişdir; 
Dördüncüsü – daha bir hal: Son zamanlar Hüseyn Cavidin 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə