ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə10/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
29 
qeyi  ilə  ədəbi  qəhrəmanların  xarakterləri  arasındakı  müvafik 
əlamətlərə geniş bucaqlardan təsnif verir. Tədqiqatçının təhlil-təsnif 
qurumlar romantizm qanun-qaydaları üzərindən təqdim edilir. Bu-
nun nəticəsidir ki, Kamran Pomantizmə dair əlamətlərin xassələrini 
müxtəlif  ölçümlərdən  araşdırır.  Hər  bir  obraz-insan  özünəməxsus 
daxili-mənəvi aləmə mənsubdur: o obraz, hər şeydən əvvəl, fərddir, 
sonra  cəmiyyətin  bir  parçasıdır,  sonra  bir  vətəndaşdır:  cəmiyyətlə 
onun  arasındakı  bağlılıqlarda  aktiv,  ya  passiv  bir  əməl  sahibidir; 
sonra  bir  düşüncə  əhlidir:  hansı  halda  olursa-olsun,  onun  düşün-
cəsində cəmiyyətin məzmun forması inikas edir. 
Kamran Əliyev, ilkin olaraq, romantik sənətkara və roman-
tizm estetikasına aktiv meyardan yanaşır. İkinci halda, o faktlara 
obrazların  və  cəmiyyətin  məzmunu  yönündən  xarakteristika 
verir.  Cəmiyyətdə  insan  münasibətləri  ilə  bağlı  təzahürlərin 
hamısı romantizm Poetikasının daxilindədir. Tədqiqatçının təhlil 
məziyyətlərində  əlamətləri  seçmə  poetizmi  xüsusi  yer  tutur.  Bu 
mənada,  Kamran  Romantizm  qəhrəmanlarına  xas  olan  keyfiy-
yətləri  də  doğru  olaraq,  onların  mənəvi  təmizlik  və  ucalıq 
mərtəbələri kriteriyasından analiz edir. Bu səciyyəyə görədir ki, 
Şeyx  Sənanın  Xumara  bağlılığının  əsasında  ucalıq,  eşq  mərtə-
bəsi  dayanır:  “Şeyx  Sənanın  Xumara  münasibətini  Xumara  qo-
vuşmaqdan  çox,  yüksəlmək  eşqi,  ucalmaq  məsləki  təyin  edir” 
(səh.101). Kamranın bu cür təhlillərində poetik seçimi obrazların 
daxilindəki seçimlərin şərhi kimi xüsusi dəyər kəsb edir. 
Dramlarda  qəhrəmanların  simvolik  qəhqəhələri  rişxənd,  al-
çaqlığa, ləyaqətsizliyə qarşı hayqırtıdır. Hüseyn Cavidin qəhrəman-
larında qəhqəhə-gülüş özü bir kinayə, rəddetmə üsuludur. Tədqiqat-
çı bu məzmuna uyğun olaraq belə bir bənzətmə verir ki, “simvolik 
qəhqəhələr,  gülüşlər  qəhrəmanın  xarakter  dəyişmələrini  göstərir”. 
İblisin  qəhqəhələrinin  isə  başqa  rəngləri  vardır:  “İblisi  müşayiət 
edən qəhqəhələr  məmnun, çılğın,  məğrur, istehzalı, laübalı, qızğın, 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
30 
kinayəli, acı qəhqəhələrdir və bunlar hamısı yalnız öz məqamlarında 
meydana  çıxır”  (9,  səh.105).  Söz  açıqdır-  mənaların  daxilinə  var-
maq  üçün  sözlərin  gərək  mətnaltı  simvollarını  da  xarakterizə  edə 
biləsən. Kamran bu tərz açıma diqqət yetirən ədəbiyyatşünasdır. 
Ümumiyyətlə, Kamran  Əliyev  şair-dramaturq Hüseyn Ca-
vidin  qəhrəmanlarının  xarakterik  və  tipik  xüsusiyyətlərini  araş-
dırarkən  onların  timsalında  insan  və  cəmiyyət  münasibətlərinin 
şəkil  və  əlamətlərini,  mənzərə  və  tablolarını  incələməyə  çalış-
mışdır.  Və  buna  əsasən  belə  bir  konkret  nəticəyə  gəlmişdir  ki, 
“H.Cavidin  romantik  qəhrəmanları  bütün  fəaliyyətlərində  cə-
miyyətin normalarına qarşı çıxırlar” (9, səh.107).  
Sözsüz ki, romantik qəhrəmanlar cəmiyyətin bütün norma-
larına qarşı çıxmırlar. Lakin hansı normalara qarşı çıxırlar? Yenə 
də  sözsüz  ki,  zülmün,  ədalətsizliyin,  haqsızlığın,  şərin  norma-
larına qarşı çıxırlar. Əgər cəmiyyətin normaları hüquqi (ədalətli, 
humanist)  normalar  deyilsə,-ona  qarşı  çıxırlar.  Bu,  romantik 
qəhrəmanın  fəal  həyat  normasıdır.  Əgər  cəmiyyətdə  azadlıq, 
insanlıq  normaları  yoxsa,  insanın  passiv  qalması  onun  eybi  və 
əfəlliyidir. Cavidin qəhrəmanları aktiv və fəal həyat mövqelərinə 
malikdirlər: cəmiyyətdəki haqsızlıqlara qarşı seyrici qala bilmir-
lər:  onların  həyat  iztirabları  ifadə  edilir,  gizlədilmir.  Bu roman-
tizmin poetikasının ən aktiv və dramatik məzmunudur. 
Hər  hansı  bir  bədii  simvolizmdən  deyil,  konkret  məntiqlər-
dən  yanaşsaq,  Romantizmdə  qəhrəmanın  taleyi,  həyat  və  müba-
rizə amalı, şəxsiyyəti, mövqe və münasibətləri sənatkarların  yük-
sək estetik ideallarının tipik məzmun-mahiyyətini inikas etdirir. 
Əsas məziyyətlərdən biri budur ki, Kamran Əliyev Roman-
tizmdə  ədəbi  qəhrəmanın  mövqeyi,  yaşayışı,  xarakteri  məsələ-
sinə  mətndaxili  aspektdən  yanaşmışdır.  Ümumiyyətlə,  ədəbi 
qəhrəman  Romantizmdə,  hər  şeydən  əvvəl,  bədii  məzmun  və 
münasibət, ideya poetikasının varlığı demək idi. 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
31 
1.3.  ROMANTİZMDƏ  SİMVOLİK  OBRAZLAR  VƏ 
POETİK QARŞIDURMALAR ÜZRƏ TƏHLİL-TƏSNİF 
 
 
Bədii  ədəbiyyatda  obrazlar  stilistikası  poetika  sənətinin 
tərkib hissələrindən  biridir. Çünki,  məlum olduğu kimi,  ədəbiy-
yat  bədii  obrazlar  sistemindən,  obrazlı  ifadə  poetizmindən  iba-
rətdir. Bu mənada, “Azərbaycan Romantizminin  poetikası”  mo-
noqrafiyasında  Kamran  Əliyevin  obrazlar  sistemini  ayrıca  bir 
sahəsi kimi tədqiqata cəlb etməsi təsadüfi deyil.   
Poetika  strukturunda  realizm  kimi  romantizmin  də  özünə-
məxsus  obrazlar  qaleriyası  vardır.  Bədii  ifadə  tipinə,  növ  və 
əlamətlərinə  görə  Romantizmin  obrazlar  sistemi  Realizmdən 
zəngin və rəngarəngdir. 
Obrazların  tipi,  forma,  növ  və  üslub  təsnifində  bir  var  in-
san obrazları, bir də var – əşya, əlamət obrazları. Və obrazlılığın 
başqa bir növü-stili də vardır: bu,  insan obrazlarını,  xarakterləri 
səciyyələndirən  obrazlar  tipidir.  Bunu  biz  obrazın  obrazı  da 
adlandıra bilərik. Obrazın özü ilə ona aid olan obrazlar bədii ifa-
də  strukturunda  bir-birini  səciyyələndirir.  İnsan  obrazlarına  əla-
mət verən, ona timsal, təmsil  semantikası aşılayan obrazlar təq-
dim–təsvir,  tərənnüm-tərif  tipinə  görə  bədii  ifadə  sintaksisində 
bir-birindən  fərqli  əlamətlərə  malikdir.  K.Əliyev  Romantizmin 
ədəbi  qəhrəman  obrazlarından  sonra  bədii  ifadə  poetikasının 
ikinci və üçüncü sahəsi olaraq, “simvolik-poetik obrazlar”, “poe-
tik  qarşıdurmalar”  problemlərinə  sistematik  təhlillər  verir.  Sim-
volik obrazlar sistematikasında o, obrazları iki tip üzrə təsnif və 
təhlil etmişdir. Birinci obrazlar sistemi “təbiət obrazları”dır. 
Simvolik  obrazlar  romantizmin  həm  “bədiilik  amili  kimi”, 
həm  də  “romantik  sənətkarın  ictimai  ideallarının,  qayə,  məqsəd 
axtarışlarının”  ifadəsi  kimi  xüsusi  yer  tutur.  Tədqiqatçı  məsələni 
həm  də  romantiklərin  nəzəri-estetik  görüləri  dairəsindən  dəyər-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə