ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə8/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
23 
lub rəngarəngliyi” məsələsini öndə saxlayır. Cavad və Sitarə “Əzab 
və vicdan” (Abdulla Şaiq) romanının baş qəhrəmanlarıdır. Cavad və 
Sitarənin  simasında  məhəbbət  münasibətlərinin  ifadəsi  yazıçının 
üslub, forma-süjet, kompozisiya seçiminin uğurlu inikasıdır. Müqa-
yisəli  poetik  təhlillər  aparan  Kamran  Əliyev  bu  inikas  məsələsini 
Abdulla Şaiqin “romantik təsvir üsulunun” əsas əlamətlərindən biri 
kimi  qiymətləndirir.  Cavadın  iki  qadın  arasında  qalması  süjetinin 
inikas  strukturunu  romantizm  ədəbiyyatında  obrazlar  üçün  “daxili 
qarşılaşmaların” tipik səciyyəsi hesab edir. Tədqiqatçının nəzərincə, 
bu  qarşılaşmalar  “romantik  qəhrəmanların”  daxili  gərginliklərinin, 
psixoloji  əlamətlərinin  açılışına  kömək  edir;  bunu  o  həm  də  yazı-
çıların bədii qayəsinin ifadə üsulu olduğunu söyləyir. 
Romantik nəsrdə İblis obrazı yeni keyfiyyətlərdəndir. Təd-
qiqatçı,  Abdulla  Şaiqin  “İblisin  hüzurunda”  hekayəsini  “iblisli-
yin mahiyyətinin açılması” baxımından özünəxas ifadə tərzi olan 
bir əsər kimi təhlil edir. İblis obrazı təkcə nəsr üçün deyil, ümu-
milikdə, romantizmin mövzu və obraz qaleriyasında mühüm yer 
tutur.  Kamranın  qənaətinə  görə,  “İblis  ruhi  bir  qüvvə  kimi  hə-
mişə  romantizm  ədəbiyyatında  insanların  ürəyinə  girən  şərin 
rəmzi kimi çıxış etmişdir” (9, səh. 33). 
Ümumən,  Kamran  Əliyev romantik  nəsrin qəhrəmanların-
da təklik problemini səciyyəvi hallardan biri hesab edir və nəsrin 
səciyyəvi  xüsusiyyətlərindən  biri olmaqla,  “Romantizmin təklə-
nən  və  tənhalığa  can  atan  qəhrəmanların  ilk  dəstəsi”nin  nəsrdə 
meydana  çıxdığını  göstərir.  Bu  qəhrəmanlar  “yalnız  fiziki  mə-
nada  deyil,  düşüncələri,  duyğuları  ilə  də  təklənirdilər,  hətta  bə-
zən cəmiyyətdən belə ayrılırdılar”-qənaətinə gəlir. 
Bütün  bunlar  ədəbi  qəhrəman  və  həyat,  qəhrəman  və  cə-
miyyət kontekstində ədəbiyatın faciələr Romantizmi deməkdir. 
Romantik  qəhrəmanlar  ona  görə  yüksəkliklərə  qalxmağa 
meyllidirlər  ki,  cəmiyyət,  mövcud  durum  alçaqlıqlarda-aşağı-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
24 
larda çabalayır, insan əzilir, ona həqarətlər edilir; həqarət və zil-
lətlər artdıqca insanın qiyməti azalır. 
Kamran  Əliyev  Romantizmdə  lirik  qəhrəman  məsələsini 
Romantizm  poetikasının  ən  tipik  və  geniş  bir  sahəsi  kimi  tədqiq 
edir.  Məhəmməd  Hadi,  Abdulla  Şaiq,  Hüseyn  Cavid,  Səid  Səl-
masi  kimi  şairlərin  lirizminin  bədii  ifadə  poetikasına  xas  olan 
cəhətləri  də  qəhrəmanın  təsviri,  tərənnümü,  cəmiyyətdaxili  mü-
nasibətlərdə yeri, ədəbi qəhrəman və zaman, mühit və lirik qəhrə-
man  problemləri  daxilindən  açıqlayır.  Bu  zaman  Romantizmdə 
həm bədii ifadə tipologiyasını, həm də sənətkarın ideoloji mövqe-
yini diqqət mərkəzində saxlayır. Tədqiqatçı, ilkin olaraq, Roman-
tik şairlərin lirik qəhrəmanlarının düşdüyü vəziyyəti-halı xarakte-
rizə  edir.  Məsələn,  Məhəmməd  Hadinin  lirik  qəhrəmanı  cəmiy-
yətin tərəqqisi naminə “Biz nə haldayıq?” sualını verir, hürriyyət 
naminə “El fəryadı” çəkir, millətin səadəti üçün “Məni mükəddər 
edən  var  könüldə  bir  əməlim”-  deyir,  “bir  sürü  ərbabi-vəhşətin” 
əlindən qurtarmaq üçün “Dad istibdaddan” harayına sığınır.  
Hüseyn  Cavidin  lirik  qəhrəmanı  “cəfadan,  riyadan  başqa 
bir  şey”  görmür;  Abdulla  Şaiqin  qəhrəmanı  bir  quşun  “cəfadan 
əfqanə gəlməsi” haqqında həqiqəti düşünür (9, səh. 37). 
Kamran Əliyev romantik qəhrəmanın cəmiyyətə, ətraf alə-
mə, adamlara münasibətinin məzmununu açıqlarkən diqqəti bila-
vasitə  Romantizm  sənətkarının  həyati  məramına  yönəldir.  Hər 
bir obraz, sözsüz ki,  yaşadığı cəmiyyətin əhvalını, rəngini  ifadə 
etmiş olur. Bu münasibət-mövqe şairin milli vətəndaşlıq mövqe-
yinin məzmunu baxımından da səciyyəvidir. Romantik sənətkar-
lar  “mövcud  həyatın  mənzərəsinə,  eybəcərlik  və  çirkinliklərə 
qarşı biganə qala bilmir”, onları ən sərt və tipik boyalardan təq-
dim edirlər. Lirik qəhrəmanla həyat və cəmiyyət arasındakı bağ-
lılıqlar  mənəviyyat,  vətəndaşlıq,  bəşəri  mahiyyət  daşıyır.  Ona 
görə  də tədqiqatçı  məsələyə  konkret olaraq  mənəviyyat,  ictimai 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
25 
hadisələrə  münasibət  meyarını  təhlil  üçün  xüsusi  obyekt  hesab 
edir.  Psixoloji  baxımdan  mənəvi-əxlaqi,  iradi  mövqe  hər  bir 
qəhrəmanın  daxilini,  bir  şəxsiyyət  kimi  ruhi  aləmini  aydın  xa-
rakterizə  edir.  Məsələn,  tədqiqatçı,  Hüseyn  Cavidin  lirik  qəhrə-
manına xas  əlamətləri  belə şərh edir ki, o “lirik qəhrəman  mən-
liyini sarmış sakit, durğun, sükünətli ruha qarşıdır” (9, səh.39). 
Bütün bu hallarda romantik təsvir və tərənnümün əsasında 
təzadlar,  kontrastlar  dayanırdı.  Kamran  Əliyev  təsvir  və  üslub 
meyarlarından  çıxış  edərək  hər  şairin  özünəməxsus  yaradıcılıq 
keyfiyyətlərini  analiz  edir.  İndiyədək  haqqında  qeyri-səmimi 
münasibətlərdən söz açılan Səid Səlmasidə təzadın, hüzn və ələ-
min  ifadəsinin  məzmun-məntiqini  belə  açıqlayır:  “Səid  Səlma-
sinin  yaratdığı  bədii  təzad-hüzn  və  ələmin,  qəhr  edən  nalələrin, 
boş  davaların,  hiylələrin  yenə  nəfəs  aldığı  ictimai  şəraiti  bütün 
çılpaqlığı ilə açıb göstərir” (9, səh.40). 
Hər  bir  şəxs  özlüyündə  bir  güc  və  qüvvə  məzmunudur. 
Kamran  Əliyev  romantik  şeirin  lirik  qəhrəmanında  “Mən”  kon-
tekstinin  üstün  olduğunu  göstərir.  Çünki  Romantizmdə  lirik 
“mən”  yüksəlmək,  hüdudlardan  böyük  olduğunu  sübut  etmək 
fəallığındadır. Romantik şeirdə obrazlar müxtəlifdir, hər obraz da, 
sözsüz ki, bitkin və dolğun poetizmin ifadəsi olaraq yaranmışdır. 
Qəhrəmanın  daxili  dünyası  onun  yaşadığı  həyatın  və  cə-
miyyətin hökmü, məzmunu içərisində formalaşır. Romantik şei-
rin bədii ifadə spesifikasını ayrı-ayrı poetik forma və şəkillərdən 
şərh  etmək  kredosu  Kamranın  təhlil  və  araşdırmalarının  əsas 
məxrəclərindəndir. 
Cəmiyyət və şəxsiyyət-insan, fəryad qarşıdurmalarını lirik-
romantik  şeirin  başlıca  mövzulardan  olduğunu  ön  cərgədə  sax-
layan  tədqiqatçı  obrazların  daxili  aləminin  açılışında  tipik  sə-
ciyyə daşıyan ifadə əlamətlərinin mühüm rol oynadığını göstərir. 
Bu  aspektdə  ilkin  əlamət  kimi  müraciət  və  xitab  formalarının 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə