ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə7/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   2   3   4   5   6   7   8   9   10   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
20 
ədəbiyyatşünaslığın  konseptual  simasını  üzə  çıxarmağa  çalışmış-
dır.  Buna  nəzərən,  60-80-cı  illərin  tədqiqlərini  nəzərdə  tutaraq 
yazır  ki,  “Romantizmə  baxışın  mövqeyi  və  miqyası,  elmi-nəzəri 
prinsipləri,  sağlam  məfkurəvi  münasibətləri  dəyişildikcə,  roman-
tiklərin yaradıcılığının doğru və düzgün təhlili də təmin olunmuş-
dur”  (9,  səh.10).  Beləcə,  romantizmşünas  Kamran  Əliyevin  təd-
qiqləri də bu münasibətin nəticəsi kimi üzə çıxmışdır.  
Monoqrafiyanın  birinci  hissəsi  romantik  qəhrəman  proble-
minə həsr edilib. Nəsrdə və poeziyada romantik qəhrəmanların hə-
yat  və  cəmiyyətdaxili  mövqeləri,  bədii-poetik  ifadə  xüsusiyyət-
lərinin izahı baxımından tədqiqatçının aydın elmi-metodoloji möv-
qeyi  vardır.  Kamran  Əliyev  ilkin  olaraq,  Romantik  nəsrdə  ədəbi 
qəhrəmanın  mövqeyi,  həyatı  və  taleyi  məsələlərini  araşdırır;  bu 
zaman problemə janr, ədəbi növ baxımından deyil, əsasən, ümum-
romantizm kriteriyalarından yanaşır. Bu zaman Abdullabəy Divan-
bəyoğlunun “Əbdül və Şahzadə” povestində Romantizmin ilk ədə-
bi qəhrəmanlarının həyat və mübarizə amalları önə çəkilir. “Əbdül 
və Şahzadə” XIX əsrin sonu, XX əsrin ilk illərinin qəhrəmanlarıdır. 
Yazıçının  həyat  mövqeyi  ilə  qəhrəmanların  mövqeyi  arasında  bir 
uyarlıq  vardır.  Əbdülün  və  Şahzadənin  həyatında  irəliyə-ucalara, 
yüksəkliklərə, dağa doğru hərəkət məramı var. Şahzadə bu qalxın-
maya üz tutduğu anda həyatı tərk edir. “Şərqdə Şəfəq sökülərkən” 
dünyanı tərk edən qəhrəmanın taleyinə acımaq münasibəti roman-
tik  sənətkarların  cəmiyyətdaxili  milli  mövqeyinin  ifadəsidir.  Bu, 
romantik faciənin insan taleyilə bağlı tipoloji təzahürüdür.  
Tədqiqatçı diqqəti ona yönəldir ki, Romantizmin ilk nüma-
yəndələri  (ədəbi  qəhrəmanı)  olan  obrazların  xarakterləri  hələ 
“tam  formalaşmamış”  haldadır.  Lakin  ümumilikdə,  qəhrəmanın 
xəyali  və  rəmzi  olaraq  “dağın  zirvəsinə  doğru  hərəkətini  hələ 
formalaşmamış” bir hal kimi səciyyələndirsə də, yüksəliş və irə-
liləyiş başlanğıcını Romantizmin, ilkin olaraq, onun nəsr tipinin 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
21 
xarakterik cəhəti hesab edir. 
Burada bu məsələni qeyd etmək istərdik ki, həyatın daxilini, 
insanın  cəmiyyətdaxili  yaşamlarını  əks  etdirmək  baxımından 
romantizmin  aydın  yaradıcılıq  kredosu  vardır.  Mövcud  həyatın 
faciələri içərisində insanın faciələrindən başqa bir məzmun olmaz. 
Abdullabəy  Divanbəyoğlunun  Əbdül  və  Şahzadəsi  də  faciə  qəh-
rəmanları kimi cəmiyyətin daxili simasını aydın inikas etdirir.  
Cəmiyyətdə iki tərəf vardır: “bir tərəfdə qaya, digər tərəfdə 
uçurum”.  “Ətrafa  qatı  qaranlıqlar  çökürdü”  –  deyən  yazıçının 
qəhrəmanları  həm qaranlığın  vahiməsini,  həm də  işığın ümidini 
aydın görürdülər. Bu cür görüm yazıçının, ümumilikdə, Roman-
tizmin  milli  və  bəşəri  simasını  aydın  inikas  etdirmirmi?  “Can 
yanğısı”  (A.Divanbəyoğlu)  povestində  “Romantik  plan  daha 
güclüdür” – qənaətinə də tədqiqatçı, nəzərimizcə, təsvir və bədii 
ifadənin  yeniliyinə  görə  gəlmişdir.  Bu  cür  kontrast  (qaranlıq  və 
işıq,  uçurum  və  dağ)  XIX  əsrin  sonları  və  XX  əsrin  əvvəlləri 
ədəbiyyatının ən tipik ifadə-inikas məsələlərindən biridir.  
“Can  yanğısı”nda tədqiqatçının qənaətinə görə “ucalmaq eş-
qi-dağlara qalxmaq istəyi...” başlıca məqsəddir; lakin bunun müm-
kün olmaması sonluğunu tədqiqatçı ədəbi qəhrəmanın bir insan ki-
mi  normal  yaşayışının  olmaması  ilə  bağlayır.  “Ruqiyyə  də  təsəl-
lisini  yüksəklərin  seyrində  tapırdı”  (9,  səh.  20)  deyərkən,  Kamran 
Əliyev  səciyyəni  belə  verirdi  ki,  bütün  bunlar  ucalıq,  yüksəklik 
seyrləri, dağ, qaya, yer-göy “ricətləri” obrazın daxili hissləri ilə mü-
qayisələr şəklində verilir və bu “Romantik inikas üsulu” kimi yeni 
bədii  keyfiyyət  idi. Tədqiqatçıya görə, Abdullabəy  Divanbəyoğlu-
nun  sənətkar  mövqeyində  “əsas  diqqət  bütövlükdə  Şərqə  yönəl-
mişdir”  (9,  səh  21).  Şərqin  həyat  tərzi  deyil,  şərqlinin-  Əbdül  və 
Şahzadənin, Əhməd və Ruqiyyənin, Mina və Nisə kimi obrazların 
həyat şəraiti, cəmiyyətdə düşdükləri təbəddülatlar və onların səbəb-
ləri  Romantik  nəsrdə  başlıca  məzmundur.  Qəhrəmanlar  öz  iradə-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
22 
lərinin deyil, cəmiyyətin təzyiq və təsiri, hökmü altında yaşayırlar.  
Tədqiqatçı  “Əbdül  və  Şahzadə”  povestindəki  məzmunu 
belə  xarakterizə edir ki, burada  “qabaqcıl düşüncə və azad  fikir 
ətalət  və  geriliklə  üz-üzə  dayanmışdır.  İrəliyə  doğru  hərəkət-
tənzim  olunmaqdan  çox,  geriyə  doğru  çəkilirdi.  İşıq  qaranlıqlar 
içərisində bəzən zəif görünür, bəzən də yox olurdu” (9, səh. 24). 
Yazıçı Abdullabəy Divanbəyoğlunun “Can yanğısı” poves-
tindəki  qəhrəmanların  həyatının  bədii  inikası  məsələsini  təd-
qiqatçı bir neçə yöndən şərh edir: birinci yön: Əhmədin əhvalatı 
nəqletmə prosesidir.  Əhməd  nəql etdiyi  əhvalatların  baş  iştirak-
çısıdır.  Əhməd öz  yurdundan didərgin düşür. Bir  kənddə qonaq 
olur,  orada  yaşayan  Ruqiyyə  ilə  eşq  macərası  yaşayır.  Ruqiyyə 
ilə  evlənəndən  sonra  Əhməd  vətən  xiffəti  edir.  Ruqiyyə  mə-
həbbəti ilə vətən məhəbbətinin romantik qəhrəmanda inikası mə-
sələsinə  səciyyə  verən  tədqiqatçı  qeyd  edir  ki,  “hər  iki  obrazın 
vətən eşqi yazıçının idealı kimi səslənir” (9, səh. 28). 
Mənəvi-iradi  keyfiyyətlərin  inikasından  bəhs  etsək,  belə 
deyə  bilərik:  Əhməddə  məhəbbət  davamsızdır.  Əhməd  başqasını 
alır; Ruqiyyə üçün həm eşq, həm də vətən məhəbbəti tamdır. Ru-
qiyyənin  atılması,  ona  işgəncə  verilməsi  faktı  əsərdə  cəmiyyətin 
gerçək  insan  münasibətinə  düşmən  kəsildiyini  göstərir.  Nəticədə 
Ruqiyyə Əhmədə və “bütün eybəcər cəmiyyətə nifrət edir”. 
Ədəbi qəhrəmanın taleyi və seçimi ilə bağlı olaraq, Azərbay-
can Romantizmi özünün ən tipik və xarakterik strukturuna malikdir. 
Abdullabəy Divanbəyoğlu və Abdulla Şaiqin nəsr əsərləri bu struk-
turologiyada  ayrıca  yer  tutur.  Abdulla  Şaiqin  “iki  müztərib,  yaxud 
əzab və vicdan” romanı epistolyar janr nümunəsi olmaqla, yazıçının 
bədii-poetik  ifadə  məxsusluğunu  əks  etdirən  əsərdir.  Abdulla  bəy 
Divanbəyoğlunun da, Abdulla Şaiqin də forma, üslub seçimini Ro-
mantizm poetikasında səciyyəvi forma hesab edən tədqiqatçı Azər-
baycan Romantizminin poetikasında  xüsusi əlamətlərdən olan  “üs-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə