ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə4/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   2   3   4   5   6   7   8   9   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
11 
bədii  əksetdirməyə  qarşı  qarayaxma,  düşmənçilik  siyasəti  idi. 
Qüsurları  törədən  əsas  amil  təkcə  romantizmə  qarşı  baş  qaldıran 
mənfi təzahürlərdən irəli gəlmirdi; bu, ümumilikdə, ədəbiyyat və 
həyat münasibətlərinə yanlış yanaşmaların törətdiyi bəlalar idi. 
Ədəbiyyatın həyata münasibəti onu təsviretmə, inikasetdir-
mə  taktikasından  ibarətdir.  Həyati  gerçəklikləri  əksetdirmə  tipi-
nə  görə,  bədii  ədəbiyyatda  təsvir  və  tərənnüm  təzadları  axtarıl-
mışdır. Bu, bədii sözün, bədii inikas poetikasının təsvir və tərən-
nüm üsullarına sxematik yanaşma qüsurlarından irəli gəlmişdir. 
Qüsurları  törədən  münasibət:  nəyə  görə  romantik  metoddan 
söz açarkən müəlliflər, ilk növbədə, onun realizmdən fərqliliyi mə-
sələsini önə çıxarmışlar? Məsələn, “Ədəbiyyat nəzəriyyəsi” (Ş.Mi-
kayılov.  Bakı,”Maarif”,  1981,  272  səh.)  dərslik  kitabında  deyilir: 
”Əgər realist metod bilavasitə real həyat hadisələrinə, onların ayrı-
ayrı  detallarına  əsaslanırsa,  romantik  metod  sənətkarın  xəyalına, 
təxəyyülünə əsaslanır. ...Romantik metodu seçən yazıçı həyat hadi-
sələrinin  bütün  detallarını  incəliyinə  qədər,  olduğu  kimi  təsvir  et-
məyi qarşıya  məqsəd qoymur, onunla  bağlı özünün düşüncələrini, 
onu xəyalən necə təsəvvür etdiyini bildirir. Daha doğrusu,romantik 
metod  həyatı,  ictimai  quruluşu,  insanın  məişət  tərzini  yazıçının 
gördüyü  kimi  deyil,  görmək  istədiyi  şəkildə  verməyi  tələb  edir” 
(213). Guya romantik hesab edilən “bir əsəri oxuduqda, yaxud bir 
obrazı  xatırladıqda”  təsvir  olunan  əhvalatın  və  obrazın  “həyatda 
müşahidə olunmadığını başa düşmək o qədər də çətin deyil”.  
“Ədəbiyyatşünaslıq terminləri  lüğəti”ndə deyilmiş fikrə uy-
ğun olaraq, burada da müəllif (Ş.Mikayıkov) yazır ki, “romantik” 
sözü  “kitabda  olduğu  kimi”  mənasını  verən  “roman”  sözündən-
diir.  Ardınca  yazır  ki,  “romantik  metoda  əsasən  yazılmış  əsərdə 
təsvir olunan hadisələrə real varlıqda, həqiqətdə olduğu baxımın-
dan  yanaşmaq,  onu  bu  qəbildən  qiymətləndirmək  olmaz”  (səh. 
213). Nə qədər yanlış və qaba hökm! Yəni romantik metodda hə-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
12 
yati  gerçəkliklər  olmaz;  yəni  romantik  əsərdə  təsvir  edilən  hadi-
sələr uydurmadır. Bu cür yanaşma həmin müəllifin özünün uydur-
masıdır.  Səbəbini  isə  belə  bir  lüzmsuz  məntiqlə  əlaqələndirir  ki, 
romantik  əsərdə yazıçının “subyektiv münasibəti” üstünlük təşkil 
edir. Məgər bütün bədii əsərlərdə yazıçı subyektivizmi əsas faktor 
deyilmi? Romantizmə münasibətdə ədəbiyyatşünaslıq özü uydur-
malar uydurmuş və özü də o uydurmalara heyran kəsilmişdir. 
Romantizmə  aid  daha  bir  fərqli  cəhət  söylənir:  “romantik 
metod  mənəvi  aləmin  xarici  mühit  üzərində  çaldığı  qələbəyə 
əsaslanır”.  Görəsən,  hansı  tipli  əsərlərdə  mənəvi  aləmin  xarici 
mühit  üzərində  qələbəsi  əsas  estetik  ideal  deyil?  “Ədəbiyyatşü-
naslıq terminləri lüğəti” kitabında da tərtibçi “subyektiv mövqe” 
şərtini  əsas  fərq  hesab edir (Tərtib edəni: Ə.Mirəhmədov. Bakı, 
”Maarif”, 1978, 200 səh.) və romantizmin nəzəri-estetik prinsip-
ləri  haqqında  belə  şərh  verir  ki,  realizm  metodunda  “təsvir  olu-
nan  həyat  hadisəsinə  münasibətdə  yazıçının  subyektiv  mövqeyi 
üstünlük  təşkil  edir,  yazıçı  həyatın  dəyişdirilib  təzələnməsinə, 
onu  olduğu  kimi  təsvir  edib  canlandırmaqdan  daha  artıq  can 
atır” (səh.150). Guya yazıçı həyatı canlandırmaq – təsvir etmək-
lə deyil, daha çox həyatı dəyişdirilməsinə çalışmaqla məşğuldur. 
Yazıçının  işi-sənəti  inqilabçılıq  deyil  və  yazıçının  işi  həyatı 
dəyişdirmək yox, həyatı təsvir etməkdir. Həyatı, varlığı əksetdirmə 
üsuluna və prinsipinə görə romantizm ilə realizm arasında yaxınlıq 
və  bağlılıq  görən  müəllif  nəzər-diqqətə  bunu  çatdırır  ki,  realizm 
kimi, romantizm də ədəbiyyat və incəsənətdə varlığı tipikləşdirmə 
və  inikas  üsuludur:  yəni  bunların  hər  ikisi  həyatı  dərk  və  inikas 
etdirir,  göstərir  və  onlar  “bu  məqsədə  müxtəlif  yollarla,  müxtəlif 
təsvir vasitələri ilə nail olurlar”. Niyə məhz “realizm kimi”?  
Tədqiqatçılar bu cür təsniflə guya ramantizmi təqdir etmək 
istəmişlər:  bununla  həm  də  romantizmin  bir  pillə  aşağıda  ol-
masını  bildirmişlər.  “Realizm  kimi”  yanaşma  heç  bir  halda  ro-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
13 
mantizmin məxsusluğunu ifadə etmir. Romantizm yalnız öz ger-
çəkliyinə məxsusdur. Tədqiqatçılar təqlid yolu ilə bütün hallarda 
Romantizmə Realizm kriteriyasından münasibət bildiriblər. 
“Ədəbiyyatşünaslıq  terminləri  lüğəti”ndə  yuxarıdakı  fikrin 
ardınca  belə  bir  qeyri-real  fikir  də  söylənir:  ”əgər  realizm  həyat 
həqiqətini düzgün, olduğu kimi göstərməyi tələb edirsə, romantizm 
daha  çox  sənətkarın  arzu  etdiyi  xəyali  həyatın,  xəyali  surətlərin 
təsvirinə əsaslanır, romantik sənətkar yaratdığı surətlərin simasında 
o  şeyləri  canlandırmağa  çalışır  ki,  onları  həyata  keçirmək  istəyir, 
onların həyatda əsas və həlledici yer tutmasını arzulayır” (səh.151).  
Ümumiyyətlə,  həyata,  real  varlığa  münasibətdə  romantiz-
mə  nöqsan  söyləməyi  müqayisə,  fərqləndirmə  əmsalı  kimi  təq-
dim edən  müəlliflər öz metodoloji, nəzəri  və təcrübi qüsurlarını 
aşkar etmişlər.  
Aşağıdakı fikirdə bu təzahürün daha başqa bir əlamətini də 
görmək olar: ”...romantik hərəkatın bütün iştirakçıları üçün baş-
lıca xüsusiyyət real varlıqla barışmazlıq və öz romantik  idealını 
ona  qarşı  qoymaqdır.  Xəyal,  coşğun  hiss-həyəcan,  üslubda 
təmtəraq, bədii nidalar və suallar, kəskin təzadlar, ümumiyyətlə, 
romantik  ədəbiyyatın  səciyyəvi  keyfiyyətlərindəndir  (səh.152). 
Əgər real varlıq faciələrlə doludursa, onunla necə barışmaq olar? 
Sadalanan  o  bədii  keyfiyyətlər  bədii  ifadə  dramatizminə,  poeti-
kaya  aid  əlamətlərdir  və  onlardan  xali  olan  əsərdə  hansı  bədii 
mükəmməllikdən söhbət gedə bilər.  
Göründüyü  kimi,  romantizm  nəzəriyyəsindən  danışanlar  ro-
mantizm üçün səciyyəvi olanları ümumi yaradıcılıq poetikasından, 
əgər  belə  demək  mümkünsə,  kənar  amillər  kimi  səciyyələndir-
mişlər: əslində həmin bədii əlamətlərdən kənarda bədiilik yoxdur.  
Romantizm  faciələrin  ən  dramatik,  şiddətli  formasını  əks 
etdirən ən ciddi ifadə üsuludur. 
Realizm  də  ən  ciddi  ifadə  üsuludur  və  belə  demək  caizsə, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə