ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə5/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   2   3   4   5   6   7   8   9   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
14 
realizm faciələrə təmkinlidir. Romantizm estetikasında bu təmkinə 
təmkinlə  yanaşmaqdan  başqa  bir  də  ciddi  dramatizm  vardır.  Bu 
halda belə deyə bilərik ki, təmkin hədlərini aşmaq, gizli bir lövhə, 
guşə  saxlamağa  belə  səbr  göstərə  bilməmək-romantizmdir.  Yəni 
bütün real təfsilatların daxili dərinliyinə getmək, gizlin və psixoloji 
halı təsvir etmək romantizm poetikası üçün xarakterik cəhətlərdər.  
Realizm  poetikasında  da  bu  əlamətlər  səciyyəvi  və  xarak-
terikdir:  lakin romantizm gerçəkliyin  faciə məzmunlarını  xüsusi 
ifadə  tərzlərilə  əks  etdirmək  baxımından  coşğun  və  sərt,  eyni 
zamanda məhrəm və yumşaq ifadə psixologizminə malikdir. Bu 
anlamda,  “dünyanın  sarsıntılar  içində,  qərarsız  olduğu  barədə 
hiss və qənaətlər romantizm üşün səciyyəvi idi”(səh.152).  
Bununla  belə  aşağıdakı  daha  bir  subyektiv  yanlışlığa  fikir 
verin,  görün  Məhəmməd  Hadinin  və  Hüseyn  Cavidin  yaradıcı-
lığında  hansı  cəhətlər  “kəskin  ziddiyyət”  hesab  edilir:  ”M.Hadi 
və H.Cavid  yaxşı  əsərlərində köhnə dünyanı  lənətləyir, zülm  və 
ədalətsizliyə  qarşı  çıxır,  xoşbəxt,  işıqlı  gələcək  arzulayır,  azad 
məhəbbəti tərənnüm  edir, dini  mövhumatı (! - Ə.) pisləyirdilər” 
(səh.152). Görəsən, zülm və ədalətsizliyə qarşı çıxmaq, xoşbəxt, 
işıqlı  gələcək  arzulamaq,  azad  məhəbbəti  tərənnüm  etmək  nə 
vaxtdan qüsur hesab edilib? 
“Qısa  estetika  lüğəti”ndə  də  romantik  sənətkarın  gerçəkliyə 
münasibətinə yanlış, birtərəfli baxış vardır. Orada belə deyilir: ”Ro-
mantizm həyatı əks etdirməyin elə bir metodudur ki, burada sənət-
karın  təsvir  obyektinə  münasibətini  bildirmək  səyi  gerçəklik  fakt-
larının özünü göstərməyə nisbətən üstünlük təşkil edir, bu da bədii 
əsərin  özünəməxsus  coşqunluğuna,  yüksək  emosionallığına  səbəb 
olur”  (B.,  Azərnəşr,  1970,  463  səh.,  səh.  329).  “Təsvir  obyektinə 
münasibət bildirmək”, ümumiyyətlə, yaradıcılıq poetikası üçün tipik 
haldır. Bədii əsərdə yazıçının “özünəməxsus coşqunluğu” və “yük-
sək emosionallığı” da bədiiliyin ən ali keyfiyyətlərindən deyilmi? 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
15 
Halbuki elə həmin yerdə deyilir ki, realizm də, romantizm 
də  “həyati  prosesin  eyni  qanunauyğunluqlarını  əks  etdirir”.  Ro-
mantik  sənətkarların  cəmiyyətə,  ictimai-mənəvi  həyatda  hökm 
sürən  təbədüllatlarına  münasibətində  tam  real  bir  münasibət 
vardır; və yenə də həmin estetika lüğətində deyildiyi kimi, ”Ro-
mantik cərəyanın  meydana gəlməsi  ictimai  mübarizənin kəskin-
ləşməsi  ilə,  ictimai  varlığın  qeyri-kamilliyinə  qarşı  cəmiyyətin 
mütərəqqi  qüvvələri  içərisində  etirazın  artması  ilə  bağlı  olmuş-
dur” (s.331). Deməli, romantizm elə bir yüksək ifadə poetikasına 
malikdir  ki,  orada  “ictimai  mübarizənin”-ictimai  ziddiyyətlərin 
kəskin  və  sərt  məzmunları  ifadə  edilir,  “ictimai  varlığın  qeyri-
kamilliyinə qarşı” etiraz canlı və aktivdir; bu, romantik sənətka-
rın mövqeyini və maraqlarını daha aydın ifadə edir. 
Romantizm obrazlarının “yeni ictimai amallar təbliğ etmə-
si romantik sənətkarların  fəal  həyat  mövqelərindən  irəli gəlmir-
mi?  Elə  isə,  romantizmin  meydana  gəlməsini  subyektivizm 
əlaməti olduğunu söyləmək hansı ədəbi normaya sığır?  
Başqa bir halda, göstərilir ki, romantizmin meydana gəlməsi 
“sənətdə  subyektivizm  meyllərinin  güclənməsinə,  sənətkarın  onu 
təmin etməyən varlığa qarşı, bir çox hallarda, dumanlı və şərti olsa 
da, yeni ictimai amallar təbliğ edən obrazlar silsiləsi irəli sürməsinə 
səbəb olmuşdur. Romantizmin şərti, fantastik, mübaliğəli obrazlara 
meyl göstərməsi də buradan irəli gəlir” (Qısa es.lüğ. səh.331). Bu-
rada romantik sənətkarın obrazlar silsiləsinin cəmiyyətdəki haqsız-
lıqlara qarşı mövqeləri “dumanlı və şərti” adlandırılması da roman-
tizm  qarşısında  şərt  qoyma  meylindən  irəli  gəlmişdir.  Halbuki  nə 
realizmin, nə də romantizmin qarşısında şərtlər qoymaq olmaz: bu, 
hər hansı bir siyasi subyektivizmdən başqa bir şey deyil: bizdə si-
yasi bir doktrina olmaqla romantizm tənqid hədəfi kimi seçilmişdir.  
Romantizmi  subyektiv  meyl hesab  edənlərin özləri  sub-
yektivizmə  qapılmışlar.  Məsələn,  9-ci  sinif  “Ədəbiyyat”  dərs-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
16 
liyində  romantizm  yaradıcılıq  metodu  belə  izah  edilir:  ”ro-
mantizm yaradıcılıq metodu ilə yazılan əsərdə təsvir olunan həyat 
hadisəsinə  yazıçının  subyektiv  münasibəti  üstünlük  təşkil  edir. 
Romantik  sənətkar  öz  qarşısına  həyatı  olduğu  kimi,  dəqiq  təsvir 
etmək  vəzifəsini  qoymur.  O  daha  çox  həyatın  öz  xəyalında 
canlandırdığı,  arzuladığı  kimi  dəyişdirilməsinə  çalışır.  Sənətkar 
real  varlığa  öz  münasibətini  bildirmək,  öz  xəyalında  reallıqdan 
uzaq bir dünyanın obrazını yaratmaq və bu yolla oxucuya arzu və 
istəklərini  çatdırmaq  istəyir”  (Ədəbiyyat”,  IX  sinif  üçün  dərslik. 
B.Həsənli, N.Nəcəfov. Bakı, ”Xəzər” nəşriyyatı, 2009, səh.52).  
Nə  qədər  yanlış  və  diqqəti  azdırmağa  xidmət  edən  yanaş-
ma tərzi!  
Necə  yəni  “romantik  sənətkar  öz  qarşısına  həyatı  olduğu 
kimi,  dəqiq  təsvir  etmək  vəzifəsini  qoymur”?  Əgər  romantik 
sənətkar bu dərəcədə canlı və dəqiq əks etdirməsəydi, onda niyə 
onun təsvirlərindən qorxurdular? Hansı romantik sənətkarın əsə-
rində xəyalın canlandırdığı, gerçək olmayan məzmun var? Hansı 
romantik  sənətkarın  əsərində  “reallıqdan  uzaq  bir  dünyanın  ob-
razı  yaradılıb”?  Xeyr,  hörmətli  nəzəriyyə  quraşdıranlar,  roman-
tiklər həyatın ən real və tipik  məzmunlarını  əks etdirmişlər, on-
lar faciələrə passiv və ətalət halında yanaşa bilməzdilər.  
Vissarion  Qriqoriyeviç  Belinski  poeziyanı  bədii  məzmun 
və  ifadəsinə, həyat hadisələrini qavrama,  əksetdirmə tipinə görə 
iki yerə ayırır: 
1) ideal poeziya; 2) real poeziya.  
İdeal olan realdan üstündür. Romantik poeziya-ideal poezi-
ya  növüdür. Çünki  “romantik  yaradıcılıq tipi, hər şeydən əvvəl, 
varlığın yenidən canlandırılması meyli ilə xarakterizə olunur” və 
romantik  sənətkar  “varlığa  tam,  real  münasibət”  bəsləyir  (Qısa 
estetika lüğəti, səh.229-230). 
Romantizmə də bu konseptuallıqdan yanaşmaq gərək idi.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə