ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə9/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
26 
ideya, məzmun və məna, ifadə çalarlarını şərh edir. Vətənə mü-
raciət,  insana  müraciət,  hürriyyətə  müraciət,  pəriyə  müraciət, 
sübhə  müraciət,  qadına,  anaya,  yerə,  gülə,  çiçəyə,  kainata,  ul-
duzlara müraciət-bu müraciətlərin sayı-hesabı yoxdur.  
Bu  təhlil  təsvirlərilə  tədqiqatçı  hər  müraciətin  öz  lirizmini, 
məzmun və ideya tutumunu ayrıca qeyd edir. Tanrıya, ərşə-zamana 
müraciət-xitablarda bir vüqar, güc, inam vardır. Mücərrəd obyektlərə 
müraciətdə  Romantiklərin  məqsəd  və  məramlarına, baxışlarına  dair 
mülahizələrində tədqiqatçı, ümumilikdə, milli romantizmin bədii sə-
nətkarlığı məsələlərini təqdir edir. Bu zaman həqiqət və xəyala mü-
raciətlərdə  Məhəmməd  Hadi,  Hüseyn  Cavid,  Abdulla  Sur,  və  Ab-
dulla  Şaiqin  lirik  qəhrəmanları  üçün  ümid  və  inamın  ideoloji  məz-
mununu, poetik ifadə əlamətlərini önə çıxarır. Bu təhlil strukturuna 
görə lirik qəhrəmanın daxili aləminin psixoloji ifadə poetizmində hər 
obyektin  özünün  ayrıca  yeri  vardır.  Lirik  qəhrəmanın  təkliyi  prob-
lemi bu tipologiyada ayrıca yer tutan məsələ kimi şərh edilir. 
Tədqiqatçı sükutla təklik bağlılıqlarının da Romantik lirikada 
ən  mühüm  təsvir  və tərənnüm  obyekti  olduğunu  göstərir.  Məhəm-
məd  Hadinin  qəhrəmanında  sükutun  “fərdi-intim  hisslərlə  bağlı” 
olmadığını söylərkən tədqiqatçı, sözsüz ki, məsələnin köklü tərəflə-
rini nəzərdə tutur: “qəhrəmanı narahat edən, “təfəkkür dəqiqələri”nə 
aparan, heç şübhəsiz, ictimai-siyasi mətləbdir”- qənaətinə gəlir. 
Hüseyn Cavidin lirik qəhrəmanı üçün də bu hal xarakterik-
dir. Onun lirik qəhrəmanının təbiətində sükutun həm ictimai, həm 
də mənəvi-iradi  məzmunu inikas edir. Bu mənada: Cavidin “Ge-
cəydi”  şeirində  ifadə  edilən  məzmunun  şərhinə  verilən  aşağıdakı 
fikir  də  Romantizm  poetikası  üçün  xarakterikdir:  “Bu,  həzin  sü-
kut” (“Gecəydi...hər yeri sarmışdı bir sükuti-həzin”-Ə.T.Ə.) arxa-
sında həyatın sərtliyi, insanın acı taleyi dayanmışdır (9, səh.62). 
Şair  Abdulla  Şaiqin  lirik  qəhrəmanı  da  yalqızlığın, tənhalı-
ğın  sükutunda  daha  düşüncəli,  müdrikdir.  Ümumiyyətlə,  roman-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
27 
tiklərdə sükut özü də söz deməyin, düşünməyin bir növüdür; da-
xili  gərginlik  və  mübarizlik  tənhalıqda  və  sükutda  əriyib  gedər. 
Sükut lirik qəhrəmanın ağıl və idrakının, düşüncələrinin qidasıdır. 
Kamran  Əliyevə görə, müəlliflə  lirik qəhrəman arasındakı 
bağlılıqların  xüsusi  estetik  və  ideoloji  tərəfləri  vardır.  Bu  bila-
vasitə  Romantizm  estetikasının  əsasında  dayanan  məsələlər-
dəndir.  Çünki  romantik  şairin  həyat  və  sənətkarlıq  mövqeyinin 
əlamətləri  lirik  qəhrəmanın  simasında  təcəssüm  edir.  Bununla 
bağlı Məhəmməd Hadi, Hüseyn Cavid və Abbas Səhhətin müəl-
lif mövqeyinə azadlıq ideolojisindən yanaşmaq meyarı tədqiqat-
çının ümumi elmi qənaətlərinin əsasında dayanan sahələrdəndir. 
Bu meyarda-nizamda tədqiqatçı müəlliflə lirik qəhrəman arasın-
da “tam yaxınlıq, hətta eyniləşmə hallarının” olduğu bildirilir. 
Romantik  qəhrəmanın  dramaturgiya  tipi  də  tədqiqatın  əsa-
sında  dayanan  məsələlərdəndir.  Nəsrin  və  poeziyanın  romantik 
qəhrəmanı ilə dramaturgiyanın qəhrəmanı bütövlükdə bir ideoloji, 
mənəvi-əxlaqi  və  ictimai-siyasi  mövqeni  təmsil  edirlər.  Lakin 
poetika baxımından dramaturgiyada  ədəbi qəhrəmanın özünə xas 
tipoloji  cəhətləri  vardır.  Kamran  Əliyev  məsələnin  bu  aspektini 
ayrı-ayrı  obrazların  həyat  və  mübarizə  dramları  prizmasından 
açıqlayır.  Bu  zaman  konkret  olaraq  Hüseyn  Cavidin  ayrı-ayrı 
əsərləri  üzərində  dayanır  və  Şeyx  Sənan,  Afət,  İblis,  Arif,  Topal 
Teymur, Knyaz, Xəyyam kimi obrazların həyat və cəmiyyətdaxili 
mövqe  və  münasibətlərinin  bədii  ifadə  poetizminə  dair  bəzi 
əlamətləri  diqqət  mərkəzinə  çəkir.  Məsələn,  Şeyx  Sənandakı 
dəyişikliyin Xumarla başladığını, ona qarşı maneələrin səbəbinin 
əsasında Xumara vurğunluğun dayandığını söyləyir. Sənana qarşı 
baş  qaldıran  maneələr  ümumən  məhəbbətə,  eşqə,  humanizmə 
qarşı tuşlanan  təcavüzkarlıqdan  irəli  gəlir.  “İblis”  əsərində  insan, 
bəşəriyyət  üçün  ən  təhlükəli  və  güclü  maneə  iblisdir.  “Topal 
Teymur” əsərində romantik qəhrəman “güclü və qüvvətlidir”. 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
28 
Məhəbbət  qəhrəmanları  həm  də  cəmiyyətdə  ictimai,  mə-
nəvi-iradi  mövqeləri olan  insanlardır. Və buna görə də təsadüfü 
deyil  ki,  tədqiqatçı,  Şeyx  Sənan,  Xumar,  Cəlal  və  Göyərçin, 
Səyavuş və Firəngiz, Xəyyam  və Sevda  münasibətlərində birin-
cilərin  məqsəd,  amal,  mübarizə  ideallarının  qabarıq  olduğunu 
göstərir və bu qabarıqlığı romantik qəhrəmanın maraqları dairə-
sinə xas olan əlamət hesab edir. Gücü, qüvvəni artıran ilkin əla-
mət  qəhrəmanların  özünü  anlamasıdır.  Özünü  anlamada  mə-
həbbət,  eşq,  insanlara  sevgi  prinsiplərinin  xüsusi  yeri  vardır. 
Tədqiqatçıya  görə,  Hüseyn  Cavidin  yaradıcılığında  “məhəbbət 
problemi  qlobal  xarakter”  daşıyır:  “dramaturqun  qələmə  aldığı 
sevgi hadisələri sənətkar fikrinin açılışına, dünyanın dərki məsə-
lələrinə  və  daha  çox,  baş  qəhrəmanın  yaşadığı  münasibətlərin 
təhlilinə, onun hərəkətinin tənziminə xidmət edir” (9, səh. 95).  
Şeyx  Sənanın  münasibətlərindəki  məqamlar,  dərəcələr  ən 
düşündürücü  və  hərəkətdə  olan  problemlərdir.  Cəmiyyətin  idrak 
səviyyəsi,  adamların  zahirlər  içərisində  özlərini  ağıllı  sanması, 
Şeyx  Sənanların  idrakında  çox  dəyərsiz  və  primitivdir.  Şeyx 
Sənan  ucalığını  onun  xarakteri,  idealı  ilə  bağlayan  tədqiqatçıya 
görə,  birinci  parçada  Şeyx  Sənan  ona  görə  Zəhranın  suallarına 
cavab vermir ki, Zəhra onun düşündüklərini dərk etməyəcək; çün-
ki, “Şeyx Sənan öz idealında özünü tək hesab edir” (9, səh.100). 
Qəhrəmanların  romantik  gücü  onların  həyat  ideallarına, 
uca  məqama,  yüksəklik  ehtişamına  bağlıdır.  Dramaturji  struk-
turuna görə hadisə və əhvalatların mərkəzində bu ucalıq məqam-
ları dayanır. Cəmiyyətdə insanlar mal-mülkü, sərvəti, ucalıq he-
sab  etdiyi  bir  zamanda  Şeyx  Sənanlar,  Ariflər,  Səyavuşlar  və 
Xəyyamlar öz ucalıqlarında qərar tuturlar. 
Məsələlərə  nəzəri-maddi,  ideya-estetik  bağlılıqların  struktur 
məzmun  kontekstindən  yanaşan  Kamran  Əliyev  bədii  mətnə  həm 
nəzəri, həm də metodoloji yönlərdən yanaşır: yazımının bədii möv-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə