ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə12/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
35 
qilabi hərəkatın güclənməsindən sonra “romantiklər Şərqi Qərb-
lə bərabər tutmağa başladılar” (9, səh.189).  
Şair  Məhəmməd  Hadinin  “Şərq  ilə  Qərbi  müqayisə”  şei-
rində Qərb ilə Şərqin fərqli cəhətlərini açıqlayan tədqiqatçıya görə 
şeirin  misrasının  “bir  tərəfində  Qərb,  digər  tərəfində  isə  Şərq 
obrazı  ucalır”.  Bu  tərəflərin  hərəsinin  özünəməxsus  məzmunu 
vardır:  “bir  tərəfdə  maarif,  azadlıq,  hərəkət  və  işıq  var,  digər 
tərəfdə  isə  cəhalət,  əsarət,  donuqluq  və  zülmət  hökm  sürür”  (9, 
səh.190).  Məhəmməd  Hadinin  şeiri  1914-cu  ildə  yazılmışdır. 
Kamran  Əliyev bu cür məzmun-mənalı şeiri onun yaradıcılığının 
son  nümunəsi  hesab  edir.  1914-cü  ildə  birinci  cahan  müharibəsi 
başladı  və  bundan  sonra romantiklərin  bədii  irsində  “Qərb-Şərq” 
qarşıdurması  da  yoxa  çıxır,  nəticədə,  “Qərbə  olan  maraq  son 
dərəcə azalmış, heçə çıxmış və əks istiqamətə yönəlmişdir”. 
Tədqiqatçıya  görə,  Qərblə  Şərq  arasındakı  fərqlərin  daxili 
simasının  mənəviyyat,  əxlaq,  sədaqət  kimi  mənəvi-əxlaqi  key-
fiyyətlərin zəminində əks etdirmək tərzi bu dövr romantizminin 
Şərqə  rəğbətlə  yanaşmaq  mənasında  başqa  bir  keyfiyyəti  kimi 
üzə  çıxır.  Buna  nümunə  olaraq  Hüseyn  Cavidin  “Uçurum” 
(1917) pyesinin Qərb və Şərq  münasibətlərilə  bağlı  məzmun  və 
ideya  xüsusiyyətlərini  açıqlayır.  Əsərdəki  hadisələr  İstanbul  və 
Parisdə  cərayan  edir.  Əsərin  əvvəlində  Qərb  və  Şərq  arasındakı 
fərqlərdən bəhs edilir. Cəlal rəssamdır və bu sənətlə bağlı bilgi-
lərini daha da artırmaq üçün Parisə getmək istəyir; yenicə evlən-
diyi Gövərçin buna etirazını bildirir. Tədqiqatçının doğru qənaə-
tinə görə, Gövərçinin bu etirazı “şəxsi xarakter daşısa da, Avro-
pa  mühitinin  Cəlalın  əxlaqına  mənfi  təsir  göstərəcəyi  barədə 
şübhəni də ifadə edir” (9,  səh.193). Yıldırım, Cəlal və Əkrəmin 
Qərbə  münasibətdə  mülahizələrini  də  aydınlaşdıran  tədqiqatçı 
sənətə və sənatkarlığa baxışın konkret tərəflərini onların fikirləri 
kontekstindən şərh edir; onların mülahizələrindəki fərqləri xatır-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
36 
ladır:  “mülahizələr  bir-birinin  tamamilə  əksidir”.  Yıldırım  və 
Cəlal  Qərbə  üstünlük  verir.  Qərb  həyatında  rəssamlıq  üçün  bir 
əsrarəngizlik  görürlər.  Şərq  ellərini  qarış-qarış  gəzib  dolaşan 
Əkrəm isə görüb tanış olduğu bu ellərin “həqiqi lövhələr” yara-
dılmasındakı roluna daha çox güvənir” (9, səh. 194) 
Qərbi  yeni  həyat timsalı kimi  anlayanların  və təbliğ edən-
lərin  qənaət  və təsəvvürləri,  gec-tez,  gerçək  münasibətlərdə  alt-
üst olur: “Cəlalla Anjel arasındakı bu yenilik Cəlalın çirkinliklər 
içərisinə  düşməsi  şəklində  tamamlanır,  “Gövərçinin  taleyi  isə 
Şərq təmizliyinin”  real  məzmununu  ifadə  edir:  “Cəlalın  Gövər-
çindən ayrılması, Parisdə Anjelə uyması və nəhayət, Qərbin ona 
bəxş  etdiyi  çirkin  əxlaq  vərdişləri  ilə  geriyə  qayıtması  və  öz 
ailəsininin, səadətinin məhvinə bais olması Qərb və Şərq arasın-
dakı təzadı tam çılpaqlığı ilə meydana çıxarır” (9, səh. 196). 
Bununla  Kamran  Əliyev  Azərbaycan  romantiklərinin  Şərq 
və  Qərb  tənasübləri  üzrə  mövqeyini  düzgün  şərh  etmiş  ədəbiy-
yatşünaslıq  tarixində  Romantizmə  münasibətin  aydın  və  dürüst 
xarakteristikasını  vermişdir.  Bütün  hallarda  təhlil  və  münasibət-
lərdə  obyektivlik  vardır.  Tədqiqatçı  müqayisə  və  qarşıdurmaları 
hər  hansı  bir  siyasi  təəssübkeşlik  daxilindən  deyil,  romantik  sə-
natkarların  yaradıcılığının  ideoloji,  milli  pozitivizmi  mənziləsin-
dən şərh etmiş və bu zaman Azərbaycan Romantizmində Qərb və 
Şərq  obrazlarının  ən  xarakterik  və  tipik  cəhətlərini  diqqət  mər-
kəzinə  çəkmişdir.  Kamran  Əliyev  bu  təhlilləri  ilə  romantizmin 
ideoloji  konsepsiyasının  daxili  məzmununda  “Şərqin  bu  gününü 
və  gələcəyini  xilas  etmək”  məramını,  bədii  inikasını  vermişdir. 
Bununla  həm  də  Romantizmə  qərəzli  və  yanlış  münasibətlərin 
qarşısında  özünün  doğru-düzgün  elmi  səciyyələrini  verə  bilmiş-
dir.  Tədqiqatçı  “Yaxın  və  Uzaq”,  “Həyat  və  Ölüm”  qarşıdurma-
larının da bədii inikasına bu aydınlıqdan yanaşmışdır.  
Romantizmin obrazlar sistemində xüsusi məziyyət daşıyan 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
37 
“Yaxın  və  Uzaq”  qarşıdurması  ilə  bağlı  mülahizələrin  əsasında 
təbiət, yer və səma, ilkin olaraq, Dağ, Dəniz, Günəş, Ay, Ulduz, 
Gecə,  Gündüz  obrazları  dayanır.  Romantiklərdə  insanın  zaman 
və mühit, cəmiyyət içərisində keçirdiyi iztirablar, əzab və faciə-
lər bu obrazların bədii-poetik və ideoloji məzmunu üçün ən tipik 
cəhətlərdir.  Tədqiqatçının  elmi  qənaətinə  görə,  romantiklər  hu-
manizmi təbliğ və  müdafiə etmiş, “zamanın, dövrün sistemi,  iş-
gəncəsi altında  inləyən  insanların dərdlərini, arzu və  xəyallarını 
əks  etdirmişlər”  (9,  səh.214). Tədqiqatçı  bu  aspektdə romantik-
lərin “cəmiyyətin fövqündə durmağa layiq olan təmiz, saf insanı 
öz  yerində”-yüksəklikdə  görmək  ideyasının  irəli  sürüldüyünü 
göstərir. Yüksəklik, ucalıq, saflıq  ideyasının Günəş, Ay, Ulduz, 
Dağ, Dəniz obrazlarının timsalında  inikası  məsələsini  müqayisə 
və tutuşdurmalarla aydın məntiqdən şərh edən Kamranın fikir və 
mülahizələri,  əsasən,  poetik-ideoloji,  bədii  məzmun  obyektləri 
üzərində cəmləşir: “XX əsr Azərbaycan romantizmində insanla-
rın daxili dünya, daxili düşüncə  və duyğularının təhlili  forması, 
mənəvi aləmlərdəki  sarsıntı  və narahatlıqların təsəllisini tapmaq 
eşqi  poetik  ilhamın  əngin  səmalara  “uçmaq”  ehtirasında  daha 
güclüdür” (9, səh.200).  
Tədqiqatçı  romantiklərdəki  “Yaxın  və  Uzaq”  qarşıdurma-
larının,  məna  və  ideya  poetikasının  yüksəlmək,  paklıq,  aydınlıq 
içərisində  yaşamaq  prinsipilə  bağlılığının  Ay,  Günəş,  Ulduz, 
Dağ, Dəniz, Göy kimi obrazların  simasında  inikas etdiyini gös-
tərərkən  konkret  əlamət-məzmunları  da  səciyyələndirir.  Məsə-
lən, qeyd edir ki, romantiklərdə “Göyə doğru canatmalar”, “Də-
niz  və  Dağ”  və  başqa  obrazlar  “qəhrəmanların  daxili  dünya-
larının  və  duyğularının  qabarıq  ifadəsi  vasitəsi  kimi  canlı  idi. 
Dəniz  obrazı  bu  əlamətlər  sırasında  rəmzi  səciyyə  daşıyaraq, 
gözəllik, ülvilik genişlik kimi  mənaları  ifadə edir”  (9,  səh.206). 
Deməli,  Hər  şeydən  əvvəl,  əsl  məzmun  qatı  buna  bağlıdır  ki, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə