ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə13/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
38 
dəniz “gözəllik, ülvilik, genişlik” mənaları daşıyır. 
Lakin  Dəniz  adi  görünüm  deyil,  Dəniz  canlıdır-onun  özü-
nün  dərin  məna-məzmun  rəngləri-sirləri  vardır.  Bu  müqayisə-
təhlillərdə  Kamranın  elmi  məntiqi  aydın  və  tutarlıdır.  Onun 
fikirləri romantizmin  ifadə poetikasına  yanaşmanın  həm  nəzəri-
estetik, həm də ideloji, məzmun-məna formalarını inikas etdirir.  
Bədii  inikasda  hər  obrazın  özündə  bir  bədii  tipizm  var. 
Məsələn:  Dəniz  və  Dağ  obrazları  “qəhrəmanların  daxili  yanğıla-
rını kifayət qədər söndürə bilmir”, buna görə də “Yer adamlarına 
“həmdəm” olan Günəş, Ulduz və Ay obrazlarına üz tuturlar. Təd-
qiqatçı bu münasibəti belə şərh edir ki, bu obrazlar “romantiklərin 
bədii sistemində yeni poetik çalarlar yaradır” (9, səh. 207).  
Romantizmin obrazlarına həyat və cəmiyyət kredolarından 
yanaşmaq  baxımından  Kamranın  müqayisə  və  tutuşdurmaları, 
poetik qarşıdurmaların səciyyəvi cəhətlərini önə çıxarır. Uzaq və 
Yaxın  mənalandırmaları  romantik  poetikada  hansı  məzmunu, 
ideyanı  əks  etdirirsə, tədqiqatçı  da  məsələyə  o  istiqamətdən  ya-
naşır.  Tədqiqatçı  doğru olaraq  belə  nəticəyə  gəlir  ki,  “uzaq  ob-
yektə  maraq  mövcud  cəmiyyətə-yaxına  etirazın  nəticəsi  kimi 
başa düşülməlidir” (9, səh.211). 
Romantik  qəhrəmanların  niyyətləri  ilə  əməlləri  arasında 
daxili bağlılıq var. Kamranın bu obrazlara münasibətdə romantik 
qəhrəmanların  işıq,  ümid  axtarışları  ilə  bağlı  olduğu  qənaəti  də 
təhlildə  önə  çıxan  tezislərdəndir.  İşıq  axtarışları  təsadüfi  deyil, 
çünki  işıq  romantik  qəhrəmanların  “həyatda  gördüklərinin 
müqabilinlində daha cəlbedici və ümidvericidir” (9, səh.211). 
Bütün  hallarda  romantik  qəhrəmanın  düşüncələri  cəmiy-
yətin  məzmunu  ilə  bağlıdır.  Kamranın  romantizmin  obrazlar 
sistemində ideya və məzmun kontrastlarını poetik qarşıdurmalar 
səpkisindən  açıqlaması  məsələyə  elmi  baxımdan  dialektik  ya-
naşma  poetikasıdır.  Bu  mənada,  “romantiklərin  uzaqlıqla  bağlı 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
39 
qeydləri bilavasitə eybəcərliyə, çirkinliyə, ədalətsizliyə qarşı eti-
razla  əlaqədardır.  Bu  uzaqlıqda  həm  də  sərbəstlik,  müstəqillik, 
azadlıq duyğuları ifadə edilir” (9, səh.217). Ümumiyyətlə, ideo-
loji  struktura  əsasən,  məsələyə  daha  çox  tipik  və  xarakterik 
amillərdən  yanaşmaq  lazımdır.  Hər  şeydən  əvvəl,  poetik  qarşı-
durmalar bir-birinə zidd cəhətlərindən daha çox bir-birini aydın-
laşdıran  və  bir-birini  tamamlayan  komponentlərdir:  “məzar”, 
“məmat”,  “qəbir”,  “məqbərə”,  “mədfən”,  “kəfən”  və  b.  ifadələr 
adi  sözlər  deyil,  məna,  fikir,  qayə  yükü  daşıyır.  Tədqiqatçının 
qənaətinə görə bu ifadələr “adi detallar deyildir”, burada “spesi-
fik cəhətlər” vardır. Məhəmməd Hadidə “məzar” sözü cəmiyyəti 
və insanları “Ağuşuna almış” dərəcədədir. 
“Məzlumlar  üçün”  şeirində  ölümün  əlamətlərində  dolğun 
bir  məqamın  hifz  edildiyini  göstərən  tədqiqatçı,  fikrini  belə  bir 
konkret stimul üzərində cəmləşdirir; bu şeirdə ölümün iki  faktını 
açıqlayır:  birinci  faktda  şair  “məzlumların  taleyini”,  ikincidə  isə 
“qışın  ölüm  kimi”  qiyas  edilməsini.  Şərhin  daha  bir  detalı  buna 
bağlıdır  ki, ölüm  həyatla  üz-üzədir;  həyat (canlılıq) anlamını  ve-
rən “al  lalələr” ifadəsində həyat –bahar qalib gəlmək üzrədir. Bu 
məzmun  spesifikasına  əsasən,  tədqiqatçı,  Abdulla  Şaiq,  Abdulla 
Sur və Hüseyn Cavidin şeirlərində, Abdullabəy Divanbəyoğlunun 
“Can  yanğısı”  povestində  Ölüm  və  Həyat  problemlərinə  həm 
bədii-poetik,  həm  də  fəlsəfi-məntiqi  gerçəkliklərdən  yanaşır. 
Məsələn,  bir  gerçəkliyi  buna  bağlaya  bilərik  ki,  həyat  istəyi  ilə 
ölüm  arasında  bir  təzad  varsa,  romantiklərin  poetikasında  bir  də 
bir-birinə  uyarlıq,  bir-birinə  bağlılıq  idealizmi  yaşayır.  Digər  bir 
halda,  məsələn,  Hadinin  şeirinin  şərhi  zamanı  tədqiqatçının  söy-
lədiyi  kimi,  “ölümə  sürüklənən  həyat”  var.  Romantiklərdə  həyat 
sevgisi özünü anlamaq (dərketmək) fəlsəfəsinə bağlıdır.  
Romantiklərin şanlı ölümü şərəf, şöhrət hesab etməsi onla-
rın  həqiqət,  gerçəklik,  vətən  sevgisi  ilə  bağlı  idi.  Kamran  Əli-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
40 
yevin  məsələni  mövzu,  obyekt  kimi  bu  aspektdən  ön  xəttə 
çəkməsi romantizmə münasibətdə yeni yanaşma, təqdiretmə stili 
idi. Ölüm və Həyat qarşılığının bədii ifadə tipinə görə hər şairin 
fərdi  cəhətlərini  ayırmaq  tərzi  Kamranın  təhlillərinin  əsas 
keyfiyyətlərindən  biridir.  Məsələn,  Hadinin  məxsusluğunu  belə 
ifadə  edirdi:  “Hadi  ölümdən  əvvəl  azadlıq  əldə  etməyi,  sərbəst 
yaşamağı  insan  üçün  vacib  sayırdı...O,  ölümə  gedən  hər  hansı 
bir  insanın  heç  olmasa  çarpışıb-vuruşub  ölməyini  daha  müvəf-
fəqiyyətli hesab edirdi”.  
Yazıçı Abdullabəy Divanbəyoğlunun “Can yanğısı” poves-
tində,  Hüseyn  Cavidin  “Öksüz  Ənvər”  şeirində  obrazın  faciəsi 
cəmiyyətdən-həyatdan gəlmədir, bu cəmiyyətdə xəstəlik, bəla və 
müsibətlər  o  qəhrəmanların  həyat  istəklərini  söndürür.  Roman-
tizmdə  həyata  münasibətin  gerçəkliyini  insan  və  həyat  bağlılıq-
larına  əsasən  şərh  etmək  baxımından  Kamranın  fikirləri  bəzi 
yanlış  yanaşmalara  aydın  cavabdır.  Məsələn,  o,  yazır  ki,  “ro-
mantik bədii fikrin özündə olan qarşıdurma romantizmin həyata 
necə və hansı yollarla bağlandığını aydın göstərir və işıqlı gələ-
cəyə  doğru  atılan  addımların  məna  və  məzmununu  aydın  dərk 
etməyə geniş imkanlar açır” (9, səh.243). 
Ümumiyyətlə,  bütün  sovet  dövrü  baxışlarında  romantizm 
həyatdan, gerçəklikdən kənar hesab edilmişdir. Kamran romantiz-
min daxili simasını məna və məzmun, fikir-ideya baxımından bir-
birinə zidd olan tərəflərin bədii əksi problemindən yanaşır; işıq və 
qaranlıq,  gecə  və  gündüz,  həyat  və  ölüm,  mələk  və  iblis  qar-
şıdurmalarının romantizm poetikasında ciddi və gerçək mətləbləri 
doğru-düzgün inikas etdirən əlamətlər süzgəcindən açıqlayır. 
Gerçəkliyin  digər  bir  tərəfi  insanın  azadlığı  məsələsidir. 
Kamranın təhlilində romantizmin insanın fərd və millət azadlığı 
probleminin,  Romantizmdə  insanın  bir  fərd  və  millət  kimi 
azadlığı  ideyasının  qoyuluşu  məsələsinə  də  konkret  prizmadan 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə