ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə15/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
44 
adından  «xaltura»  edənlər  də  tapıldı.  Bəziləri  isə  onun  haqqıda 
bugünədək  yazılmış  əsərlərdəki  fikir  və  yanaşmaları,  məlumat-
ları, hətta cümlələri belə öz adına yazmış, plagiatlıq etmişlər.  
Hüseyn  Cavid  haqqında  danışmaq  üçün  gərək  Böyük 
Ədəbiyyatın həm klassik böyüklüyündən, həm də bu böyük-
lüyü ifadə edən söz poetizmindən, ictimai-siyasi, milli-bəşəri 
gerçəkliyin ideoloji mahiyyətindən, ədəbiyyat gerçəkliklərin-
dən  baş  aça  biləsən.  Çünki  “Azərbaycan  poeziyasında  fəlsəfi 
lirikanın  təkrarsız  nümunələrini  yaradan  Cavid  ümumbəşəri 
problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciə-
ləri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir 
mərhələ  açmışdır.  Milli  bədii  düşüncə  tarixini  mövzu  baxımın-
dan  və  bir-birindən  parlaq  xarakterlərlə  zənginləşdirən  Hüseyn 
Cavid  sənətkar  şəxsiyyətinin  bütövlüyünü  nümyiş  etdirən  ibrə-
tamiz həyat yolu keçmişdir” (1 ).  
Və  Hüseyn  Cavid  bütün  hallarda  milli-mənəvi,  milli-
ruhani  gerçəkliyin  ifadə  poetikasını,  üslub  möhtəşəmliyini 
nümayiş  etdirmişdir  və  bu  möhtəşəmlik  Böyük  ədəbiyyat 
aləminin  ümumbəşəri  ideallarına  xidmət  etmək  missiyasını 
yerinə yetirmək demək idi. 
Cavidə, ümumən, romantizmə sağlam  məntiqdən yanaşma 
tərzinə görə, Kamran Əliyevin «Hüseyn Cavid: həyat və yaradı-
cılığı» (Bakı, «Elm», 2008; bax: 10). monoqrafiyası çağdaş ədə-
biyyatşünaslıqda  böyük  sənətkara  münasibətin  yeni  meyllərin-
dən  biri  kimi,  xüsusi  elmi-poetik  və  nəzəri-metodoloji  xüsusiy-
yətlərə  malikdir.  Hər  şeydən  əvvəl,  qeyd  edək  ki,  XX  əsrin  ilk 
30-40  ili  ərzində  bütün  romantik  və  realist  məzmunlar  Hüseyn 
Cavidin  dühasının  işığında  aydın  göründü.  Cavidə  yanlış  mü-
nasibət  ücbatından  20-80-ci  illər  ədəbiyyatşınaslığı  özünü 
qaranlığa,  tutqunluğa  salmışdır.  Çünki  Ədəbiyyatda  realist 
və romantik hüdudlar, hədlər axtaranlar Cavidin yaradıcılı-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
45 
ğının möhətəşəm dərinliyni və genişliyini anlaya bilməzdilər.  
Ötən  yüzillikdə  Cavidə  qarşı  irəli  sürülən  ittiham  və  iradlar, 
böhtanlar  da  bu  anlamazlıqlardan  irəli  gəlirdi.  Əsr  sona  yetdikcə 
ədəbiyyatşünaslıq  özünün  qaranlıqlara  salınmış  aydınlıqlarını  an-
lamağa və onu aradan qaldırmağa çalışdımı? Əlbəttdə. Məsələn, bu 
sətirlərin  müəllifi  1989-cu  ildə  tamamladığı  “Yeni  dövr  (1800-
1920-ci  illər)  tənqidinin  ədəbiyyatşünaslıqda  öyrənilməsi  məsələ-
ləri”  adlı  monoqrafiyasında  romantizmə  və  romantik  sənətkarlara 
dair  tədqiqlərdə  yer  almış  qeyri-elmi  və  bəsirətsiz  münasibətlərin 
həm  ideya-estetik,  həm  də  sosioloji  təzahürlərini  açıqlayaraq 
qüsurların səbəblərini və mənbəyini səciyyələndirmişdir (bax: 11).  
Romantizmə  münasibətdə  Kamran  Əliyev  fərqli  mövqedən 
çıxış  etdi.  Kamran ötən əsrin  80-ci  illərindən-  elmi  axtarışlarının 
ilk  vaxtlarından  bəri  romantizmi  tədqiqat obyektinə  çevirmiş,  bu 
sahədə davamlı olaraq axtarışlar aparmış, bir sıra səciyyəvi təhlil-
təsniflər  vermişdir.  Onun  Hüseyn  Caviddən  bəhs  edən  mo-
noqrafiyası da bu axtarışların, elmi tədqiqlərin  məhsulu kimi üzə 
çıxdı.  Bu  həm  də  onunla  xarakterik  idi  ki,  ədəbiyyatşünaslıq 
Hüseyn  Cavidin  şəxsiyyətinə  və  ədəbi-ideloji  aydınlığına  doğru 
yeni  addımlar  atırdı.  Kamranın  da  romantizmə  dair tədqiqləri  bu 
aydınlığın  ifadəsi  baxımından  diqqətəlayiq  idi.  XX  əsrin  Azər-
baycan  romantiklərinin  ədəbi-nəzəri  görüşlərinin  tədqiqi  Kamra-
nın  ilk  axtarışlarının  obeykti  oldu.  Onun  XX  əsrin  sonunda  çap 
etdirdiyi «Hüseyn Cavidin şəxsiyyəti və poetikası» (1997), «Mir-
zə  Fətəlidən  Hüseyn  Cavidə»  (1998)  kitablarında  tədqiq  və  təh-
lillərin istinad nöqtəsi də Hüseyn Cavid idi. Çünki Hüseyn Cavid 
dedikdə, göz önünə XX əsr Azərbaycan Romantizminin rüknü, bu 
Romantizmin  ümümbəşəri  və  ümumdünya  ədəbiyyatı  üfüqləri 
üstündə əzəmətlə dayanan bir dahi gəlir. Elə bir dahi ki, onun söz 
aləmində  ədəbiyyatın  həm  klassik,  həm  də  müasir  məzmunu 
inikas  edirdi. Bu  mənada, XXI  əsrin  ilk  illərindən  Kamran  Əli-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
46 
yevin  Hüseyn  Cavidə  baxışlarının  yeni  struktur,  məzmun-mün-
dəricə sahələri üzə çıxdı. «Cavid möcüzəsi» (2002) kitabı işıq üzü 
gördü.  Bütün  bu  axtarışların  ümumi  kontekstində  o,  Azərbaycan 
Romantizminin  bədii  xüsusiyyətləri,  mövzu,  janr,  ideya,  ifadə 
məxsusluğuna dair «Azərbaycan romantizminin poetikası» (2002) 
monoqrafiyasını ədəbi-elmi ictimayyətin ixtiyarına verdi.  
Kamranın 2008-ci ildə nəşr olunan «Hüseyn Cavid: həyatı və 
yaradıcılığı» monoqrafiyası da elmi axtarışların ümumi kontekstin-
də  yeni elmi təsnif  və  yanaşmalarına görə uğurlu tədqiqat əsəridir. 
324 səhifəlik monoqrafiyada Hüseyn Cavidin həyatına, ədəbi yara-
dıcılıq yoluna, bədii mövqeyinə və sənətə-ədəbiyyata dair ideya-es-
tetik baxışlarına vulqar-sosioloji münasibətlərin – ittihamların siya-
si-sinfi rəngləri, ümumilikdə, böyük sənətkarın çoxnövlü və çoxşa-
xəli  əsərləri  ayrı-ayrı  hallarda,  konkret  və  yığcam  detallarla  təhlil 
edilir.  İlkin  səhifələrdə  tədqiqatçı,  Hüseyn  Cavid  və  Azərbaycan 
Romantizmi məsələsini dəyərləndirir, Cavidi “bütöv və qeyri-adi bir 
şəxsiyyət” adlandırır və belə bir cəhəti vurğulayır ki, “Hüseyn Cavi-
din  bədii  yaradıcılığı  da  sənətkarlıq-poetika  baxımından  bütöv  və 
qeyri-adi idi” (10, 7). Məhz bu möhtəşəmliyə görə Hüseyn Cavidsiz 
XX əsr romantizmi “yarımçıq” olar, özünün daha bir yeni poetikası-
nı, metodoloji sistemini yarada bilməzdi. Tədqiqatçı ikinci abzasda 
yazır  ki,  “böyük  fəlsəfi  düşüncəyə,  cahanşümul  idraka  sahib  olan 
Hüseyn Cavidin ədəbiyyatımızdakı, eyni zamanda dünya ədəbi pro-
sesindəki  mövqeyini  janrda,  mövzu  və  ideyada,  bədii  qəhrəmanda 
axtarmaq üçün elə birbaşa onun XX əsr Azərbaycan romantizmi ilə 
əlaqə və təmasının mahiyyətini bilmək lazımdır” (10, 7).  
Hüseyn Cavidlə XX əsrin əvvəllərində Azərbaycan romantiz-
mini formalaşdıran, romantizmin Poetika sistemini təsbit edən janr-
lar  gərək  idi;  tədqiqatçının  mülahizəsi  ilə  desək,  bunun  üçün  “janr 
və poetika baxımından seçilən, əvvəlkiləri təkrar etməyən nümunə-
lərə ehtiyac duyulur. Bəlkə, elə bu daxili ehtiyacın, yaxud da roman-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə