ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə17/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
50 
lığı–damğası ilə məhv etmək siyasətini dərinləşdirdi. Stalinin ideya 
müxalifləri haqqında söylədiyi «ziyançılar, diversantlar», «trotiskist, 
buxatinçi» ittihamlarına dair çıxışından gətirdiyi sitatla Kamran mə-
sələnin köklü və əsaslandırılmış  bir haldan təzahür etdiyini xatırla-
dır. Stalin məruzəsində konkret və sərt hökm vermişdir: «...Aydındır 
ki,  bu  cənabları  işçi  sinfinin  düşmənləri  kimi,  vətənimizin  xainləri 
kimi  amansızcasına  darmadağın  etmək  və  onların  kökünü  kəsmək 
lazım  gələcəkdir.  Bu  aydındır  və  yeni  izahat tələb  etmir».  Bundan 
sonra  yığıncaqlarda  və  mətbuatda  Hüseyn  Cavid,  Əhməd  Cavad, 
Mikayıl  Muşfiq, Hacı  Kərim Sanılı, Yusif Vəzir Çəmənzəminli  və 
başqalarına qarşı qərəzli, fitnəkar sözlər, ittihamlar söyləndi. Müəllif 
Azərbaycan Sovet Yazıçılar İttifaqının 18-23 mart tarixlərində keçi-
rilmiş plenumundakı məruzələrdən çıxışlar verir, Cavidə və müasir-
lərinə  söylənmiş  yalançı  ittihamların  səbəblərini  açıqlayır.  Plenum 
qərarından sonra ittihamlar konkretləşdi və «müqəssirlər» cəzalandı. 
Hökm-cəzanın ilkin üzü «Ədəbiyyat qəzeti»nin 29 may nömrəsində 
konkret olaraq belə təqdim edildi: “Bu təşkilatda məfkurəcə pozul-
muş, orjinallığını itirmiş, bədii yaradıcılığı solğunlaşmış şəxslər üzv 
olmamalıdır. Hüseyn Cavid, Salman Mumtaz, Sultan Məcid Qəni-
zadə, Sanılı, Musaxanlı, Yusif Vəzir kimilərin tezliklə Azərbaycan 
Sovet  Yazıçıları  İttifaqı  şurasından  xaric  edilməsini  qəti  və  inadlı 
surətdə tələb edirik» (10, səh. 23). 
Kamran məsələnin ardıcıllığını, siyasi ağırlığını diqqət mərkə-
zinə çəkmək üçün 37-ci ildə partiyanın və Yazıçılar İttifaqının yığın-
caqlarındakı hökm  və  ittihamların  nəticələrinə doğru gedir: 1937-ci 
ildə,  iyun  ayının  3-də  axşam  saat  6-da  Azərbaycan  K  (b)  P  13-cü 
qurultayı  başladı,  sübhçağı  H.Cavid  həbs  edildi.  Bu  illərin  bağış-
lanmaz  facilərindən  biri  də  bu  idi  ki,  tədqiqatçının  təbirincə  desək, 
«bizim yazıçılar bizim yazıçılara qarşı dayandılar» (10, səh. 25). 
Bütün  bu  faciə-faktları  yada  salmaqda  tədqiqatçı  böyük 
sənətkarın cəmiyyətdaxili mövqeyini, zamanla, dövrlə bağlı mü-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
51 
barizə gücünü, iradə və inamını, şəxsiyyət bütövlüyünü, haqdan 
dönməzliyini əks etdirmiş olur. 
Ümumiyyətlə, Hüseyn Cavidin şəxsiyyət mövqeyi böyük türk 
dünyasının, İslam əzəmətinin, ümumbəşəri idealların ifadə mövqeyi 
idi. Cavid həyat gerçəkliklərini inikas etdirirdi: bu, hər şeydən əvvəl 
onun  sənətkar  mövqeyinin  inikası  tələblərindən  irəli  gəlirdi.  Siyasi 
məhdudluq  yox,  ümuminsani  təəssübkeşlik,  hunanizm  ideallarını 
təbliğ,  bəşəri  faciə  və  onu  doğuran  səbəbləri  əks  etdirmək  tələbi 
Cavidin sənətkar şəxsiyyətini xarakterizə edən əlamətlər idi.  
 
QAYNAQLAR 
1. H.Cavidin 125 illik yubileyinin keçirilməsi haqqında Azər-
baycan Respublikası Prezidentinin 17 aprel 2007-ci il sərəncamı 
2. Cəfər Məmməd. Hüseyn Cavid. Bakı, Azərnəşr, 1960. 
3.  Cəfər  Məmməd.  Azərbaycan  ədəbiyyatında  romantizm. 
Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1963. 
4.  Əlioğlu  Məsud.  Hüseyn  Cavidin  romantizmi.  Bakı, 
Azərnəşr, 1975. 
5.  Əliyev  Kamran.  Azərbaycan  romantiklərinin  ədəbi-
nəzəri görüşləri. Bakı, Elm, 1985. 
6.  Əliyev  Kamran.  Hüseyn  Cavidin  şəxsiyyəti  və  poeti-
kası» (1997),  
7. Əliyev Kamran. «Mirzə Fətəlidən Hüseyn Cavidə» (1998)   
8. Əliyev Kamran.Cavid möcüzəsi. Bakı, Nurlan, 2002. 
9.  Əliyev  Kamran.  Azərbaycan  romantizminin  poetikası. 
Bakı, Elm Nəşriyyatı, 2002.    
10.  Əliyev  Kamran.  Hüseyn  Cavid:  həyatı  və  yaradıcılığı. 
Bakı, Elm Nəşriyyatı, 2008. 
11.  Əzimli  Əbülfəz  Tahir.  Yeni  dövr  tənqidi  və  tənqid. 
Bakı. Elm Nəşriyyatı, 2001. 
   


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
52 
1.5.  BƏDİİ  OBRAZLARIN  —  ƏDƏBİ  ŞƏXSİYYƏT-
LƏRİN  SEÇİMİNDƏ CAVİD MÖVQEYİNİN SƏCİYYƏSİ 
ÜZRƏ TƏHLİL 
 
Kamran Əliyev “Hüseyn Cavid: həyatı və yaradıcılığı” adlı 
monoqrafiyasında  böyük  sənətkarın  yaradıcılıq  aləminin  xrono-
loji inkişaf xətlərini izləyir, onun janr stixiyasının tipik seçim və 
təyin  xüsusiyyətlərini  nəzərdən  keçirir.  Əsas  məsələni  Bö-
yüklüyün şəxsiyət və sənətkar müstəvisindəki uyğunluqları kon-
tekstindən  açıqlamağa  çalışır.  Kitabın  «Bədii  yaradıcılıqda  şəx-
siyyət»  başlığında tədqiqatçı diqqəti dramaturq Hüseyn Cavidin 
ədəbi-tarixi mövqeyində mühüm əhəmiyyət kəsb edən bir məsə-
ləyə – şəxsiyyət axtarışları məsələsinə yönəldir. Hüseyn Cavidin 
yaradıcılıq aləmi, bu aləmdə insan (şəxsiyyət) və cəmiyyət prob-
lemləri  cahansümul  bir  məsələ  idi.  Cavid  böyük  sələfi  Nizami-
dən  sonra  şəxsiyyət  və  cəmiyyət,  şəxsiyyət  və  zaman  problem-
lərinə  daha  çox  yer  verən  sənətkar  oldu.  Bu  anlamda,  Cavidin 
ədəbi  qəhrəman,  obraz  seçimi  də  romantizmin  ümumdünya  si-
masına  yeni  yanaşma  stili  ilə  fərqləndi.  Məsələn,  Şeyx  Sənan 
obrazının  ədəbi  qəhrəmanlar  sırasında  tamamilə  yeni  cəhətlər-
dən  seçildiyini  göstərir:  “Şeyx  Sənanın  mübarizə  taktikasının 
mənzərəsi  insana  qarşı  savaşı  və  vuruşu  məqbul  saymırdı.  Ona 
görə  də  bu  obraz  ədəbiyyat  tariximizin  və  folklor  irsimizin  ox 
atan və qılınc vuran qəhrəmanlarına oxşayıb onları təkrar etmir. 
Şeyx  Sənan  həyatda  və  ədəbiyyatda  şəxsiyyəti  və  kamilliyi  hər 
şeydən  üstün  tutur,  şəxsiyyətin  və  kamil  insanın  cəmiyyəti  və 
insanı dəyişdirmək bacarığını qiymətləndirir” (10, səh. 32).  
İblis  obrazının  seçimi  də  bədii,  ictimai,  mənəvi-əxlaqi 
simasına  görə  fərqlənir.  Bununla  bağlı  Kamran  Əliyev  obrazın 
ədəbiyyat tarixindəki yerini və məqamını xarakterizə edərək ya-
zır:  “H.  Cavid  şərin  bədii  obrazını  yaradanda  isə  tərəddüd 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə