ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə23/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
69 
yerişi  ilə  “formalaşması”  kriterilərini  səciyyələndirir:  məsələn, 
atın  “yorğa”  yerişini  şeirdə  qoşa  misra  hesab  edir:  “At  yerişi 
üçün  ən  əhəmiyyətli  məqamlardan  biri  onun  yorğa  yerişidir”. 
Yorğa  yeriş  haqqında  “İzahlı  lüğət”də  verilmiş  fikirləri  yada 
salır: “Bu yerişdə at növbə ilə gah bir tərəfdəki – sağ ayaqlarını, 
gah o biri tərəfdəki – sol ayaqlarını eyni zamanda irəli atır”. Tə-
səvvür  etmək  çətin  deyil  ki,  bu,  şeirdə  qoşa  misradır”  (*Əliyev 
K., səh.15). “Yorğa” yeriş haqqqında verilmiş bu bənzətmə xalq 
təfəkkürünün incəliklərinə dair tipik əlamətlərdən xəbər verir.  
At-hərəkətdir;  At  özünəməxsus  hərəkət  stilinə  malik 
olan  bir  canlıdır:  At  canlı  üslubdur  və  At  üslubu  hərəkətin 
bir formadan başqa bir formaya keçmə tərzidir: bu tərz bə-
dii-estetik dramatizminə görə çoxşaxəli və çoxrəngli hərəkət-
dir. Hansı halda olur-olsun, bu hərəkət stilində başlıca fiqur Atın 
ayaqlarıdır. Buna görədir ki, tədqiqatçı qeyd edir ki, “türk şeiri-
nin  formalaşması  atın  ayaqlarına  və  yerişinə  borcludur”  (*Əli-
yev  K.,  səh.15).  Ümumilikdə,  At  ayaqlarının  ölçülərində,  hərə-
kət nizamında bir sistematiklik var: bu – simmetrik, nizamlı, öl-
çülü,  xüsusi  ritmli,  ahəngli,  bir  sözlə  rəngarəng  konpozisiyalı 
hərəkət sistemidir.  
Hərəkət  stilində  hər  ayaq  öz  nizamına  bağlıdır;  eyni  za-
manda  hər  bir  hərəkət  nizamı  əlbir  hərəkət  taktındadır:  ayaq-
lardan biri  yoxsa, heç bir nizam olmayacaq 
– sistem pozulacaq. 
Bir-birinə  bağlı  olma  vəhdət  halında  olma  nizamidir:  vəhgdət 
halı Türk Atının  hərəkət, yürüş, zəfər halıdır; deməli, ayrılıqda, 
təklikdə nizam yoxdur: deməli mövcudluq da yoxdur.  
At  yerişlərinin  şəkil  və  rənglərinə  dair  xarakteristika  –in-
sanın  gündəlik  həyati  əlamətlərinə  xas  olan  motivlərdən  biridir. 
Tədqiqatçı,  hərəkət  zamanı  Atın  dördnala  qaçışını  Dördlük  şeir 
formasına  müncər  edir:  ”Atın  başqa  bir  yerişi  çapmaqdır,  yəni 
dördnalla  çapmaq.  Bu  vaxt  atın  dörd  ayağının  dördü  də  yerdən 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
70 
eyni  vaxtda  üzülür.  Türk  şeirindəki  dördlük  bununla  bağlıdır” 
(*Əliyev  K.,  səh.  15).  Kamranın  bu  açımı  ritmik,  həndəsi 
nizamın ifadəsidir. Bu stilə görə, Dördlük şer Atın dörd ayağının 
hərəkət  bütövlüyü,  qaçış-uçuş  stili  kimi  yaranmışdır.  Deməli, 
Atın  dördnala  çapmasını-  yəni  atın  dörd  ayağının  dördünün  də 
yerdən  eyni  vaxtda  üzülməsi  ilə  türkün  dördlük  şeir  forması 
arasında  bir  bağlılıq  olduğunu  göstərir.  Hər  yeriş  bir  formada, 
hər forma da bir məxsusi məzmundadır.  
Daha  bir  yeriş  “yortma”-“yortmaq”  adlanır.  Yerişin  bu 
növünün  hərəkət  təqti  necədir?  Bu  yerişdəki  məzmun  bütün 
hərəkət məzmunları içərisində seçilir: “Həmin yerişdə qabaq sağ 
ayaqla  arxa  sağ  ayaq  və  qabaq  sağ  ayaqla  arxa  sol  ayaq  birgə 
atılır” ( *Əliyev K., səh.16). Tədqiqatçı bu cür hərəkət formasını 
şeirdə çarpaz qafiyə şəkli ilə “tam üst-üstə düşdüyünü” söyləyir. 
Daha  bir  başqa  bənzəyiş:  “Atın  sağ  ayağından  hörük-
lənməsi  və  yaxud atı (əslində digər heyvanları da!) kəsərkən üç 
ayağının bağlanması və qabaq sağ ayağının açıq buraxılması tam 
şəkildə  bayatı  təsəvvürünü  yaradır”  (Hətta  burada  “Bayat”  sö-
zünün tərkibində olan “at” hissəciyinə də diqqət yetirmək olar” ( 
*Əliyev  K.,  səh.16).  Bu  məqamda  sual  meydana  çıxır:  bəs 
dördlüklərin  və  dördlükdən  artıq  deyimlərin  yaranması  hansı 
əlamətlərə  bağlıdır?  Tədqiqatçı  “məsələyə  aydınlıq  gətirmək 
üçün” atların oğuz həyatının nizamı üçün oynadığı rolun təsnifa-
tına nəzər yetirməyi vacib sanır və bunları yada salır:  
“Elə at vardır ki, onu qoşqu atı hesab edirlər. Bu at yalnız 
arabaya qoşulmaqdan ötrüdür. 
Minik  atı  yalnız  minmək  üçündür.  “Dədə  Qorqud”  epo-
sundan hər  igidin  minmək üçün bir atı olduğu  yaxşı  məlumdur. 
Hətta onlara ayrıca ad da verilir: 
Qonur at, Boz at, Ağ boz at və sair. 
Arabada  yana  qoşulan  ata  yan  at  deyilir.  Hətta  orta  atı, 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
71 
cıdır atı da vardır” (*Əliyev K., səh.16). 
Tədqiqatçı  təsnifini  yenə  də  iki  misra  formasına  bağlayır 
və bu nəticəni söyləyir ki, “qoşa misra təsəvvürünü yedək atı  –
ehtiyat  üçün  yanda  aparılan  at  yaradır.Yedək  atına  isə  “Dədə 
Qorqud” eposunda yalnız Dədə Qorqudun şəxsində rast gəlirik”; 
məsələn,  Dədə  Qorqud  Banı  Çiçəyin  elçiliyinə  gedərkən  Dəli 
Qarcar təhlükəsindən qaçmaq üçün iki at istəyir. 
Bütün  bu  əlamətlərin  məğzi  olaraq  tədqiqatçı  bu  nəticəyə 
gəlir  ki,  “məhz  qoşa  atın  yanaşı  getməsi  təsəvvüründən  qoşa 
bənd – iki dördlük doğula bilərdi” ( *Əliyev K., səh.17).  
Türk  şeir  şəkillərinin  at  yerişləri  formaları  ilə  bağlanması 
təkcə  Kamran  Əliyevin  tədqiqlərinin  deyil,  həm  də  qorqud-
şünaslıqda  yeni  bir  səhifədir.  Kamranın  tədqiqlərində  hər  bir 
məsələ  özünün  tam  və  dolğun  məzmunu  ilə  təqdim  edilir:  bu 
zaman  indiyədək  Dədə  Qorqud  dastanındakı  boylar  haqqında 
aparılmış tədqiqləri, bu tədqiqlərdəki konkret yanaşma tərzlərini 
də xatırladır, təqdim etdiyi fikirlərlə bağlı özünün müqayisəli və 
təsvirli  anlatımlarını  açıqlayır.  Bu  tərz  anlatımlar  eposa  müna-
sibətin  yeni  əlamətlərindəndir.  Tədqiqatçı  təhlillərində  o,  Türk 
etnosuna  məxsus  təfəkkür  faktlarına,  xüsusilə  onun  bədii  təfək-
kürünə  xas  olan  məxsusi  keyfiyyətləri  analiz  edir.  Bununla 
tədqiqatçı  türk  xalq  mədəniyyətinə  məxsus  icazların  poetika  və 
təfəkkür əlamətlərini təsnif etmişdir.  
Beləliklə,  “Kitabi-Dədə  Qorqud”  eposu  janr  və  kompo-
zisiya tipinə görə xüsusi poetika şəkillərinə malikdir. Epos bədii 
strukturuna  görə  müxtəlif  məzmunlu  və  süjetli  dastanlardan 
ibarətdir:  bu  müxtəliflik  ilkin  olaraq  mövzu,  məzmun,  üslub  və 
ideya  tipində  inikas  olunur.  Eyni  zamanda  bu  strukturda  vahid 
kompozisiyalı  hərəkət  nizamı  vardır.  Hər  şeydən  əvvəl,  bu  onu 
göstərir  ki,  Türk  xalq  təfəkkürü  bədii  yaradıcılıq  aləmində  ger-
çək  həyat  məzmunlarına  əsaslanmışdır.  Və  bu  əsas  türk  təfək-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə