ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə11/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
32 
ləndirir,  romantizmin  poetikasında  sənətkarların  “yaradıcılıq  əla-
qələrinin”,  onlara  xas  olan  üslubun,  ümumilikdə,  romantizmin 
bədii  ifadə  xüsusiyyətlərinin  inikasında  xüsusi  yeri  olduğunu 
söyləyir.  Təbiət  obrazları  şairlərin  təsvir  və  tərənnümündə  lirik 
qəhrəmanın  həyat  mövqeyini,  cəmiyyətə  münasibətini,  istək  və 
arzularını  ifadə  etmək  baxımından  Romantizmdə  yeni  keyfiyyət-
lərdən  üzə  çıxırdı.  Məsələn,  bu  ifadə  dinamizmində-təbiətin  təs-
virində ağrı və əzabı göstərmək başlıca xəttə çevrilir. Məhəmməd 
Hadi,  Abdulla  Sur,  Hüseyn  Cavid  və  Abbas  Səhhətin  təbiət 
təsvirində “mənzərə” rəsm etməyin əsas məqsəd olmadığı fikri də 
məntiqə  uyğundur.  “Gül”  simvolik  obrazına  romantik  təsvir–
tərənnüm  kontekstindən  yanaşarkən  onun  cizgilərə  müncər  (aid) 
edildiyini də bu məntiqdə aydın dərk etmək olar. Gülün rəngləri, 
forması, məzmun-məna simvolikası  obrazın-lirik qəhrəmanın da-
xili aləmi, həyatı, düşdüyü vəziyyətlə bağlı təhlil edilir; bu, elmi-
poetik səpkisinə görə müəllifin uğurlu müqayisələridir. 
Hüseyn Cavidin dram  əsərlərində təbiət bağlılıqları obraz-
ların  xarakterini  səciyyələndirmək baxımından  bir vasitəyə çev-
rilmişdir. Romantik sənətkarlarda təbiət özü canlı obrazlardır: bu 
özündə  obraz  məntiqinə  bağlı  bir  məsələdir;  çünki  insan  zatən 
təbiətin  rənglərini,  nəfəsini  özündə  təcəssüm  etdirən  varlıqdır; 
təbiətin  rəngləri  ilə  insanın  rəngləri  arasında  daxili  uyarlıq  var-
dır.  Təbiətin  ölməsi  və  baharın  gəlişi  mənasını  verən  dirilməsi, 
insanın ölməsi  və (axirətdə) dirilməsi gerçəkliyinin  məntiqi təs-
diqi  demək  deyilmi?  Bizcə,  romantizmdə  ruhaniyyət  məzmunu 
bütün rəmzi və müstəqim mənalandırmaların əsasını təşkil edir. 
Ümumiyyətlə,  təbiət  simvolları  romantik  təyin  və  təs-
virlərin söz, məna, üslub və ideya təzahürləri üçün başlıca vasi-
tədir.  Başqa  bir  halda,  tədqiqatçının  dediyi  kimi,  “romantiklər 
daha  çox  sosial  problemlərin,  insani  münasibətlərin  təhlilində, 
öz gələcək arzularının ifadəsində simvollardan istifadəni mühüm 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
33 
sənatkarlıq  amili  kimi  götürmüşlər”  (9,  səh.150).  Bu  fikirlərin 
məntiqi  daxilində  tədqiqatçı  Kamran  Əliyevin  şərhlərinin  incə 
müşahidələrdən  doğan  rəngli  nəticələrini  görmək  olar:  bu  rəng-
lər  işıqlı  və  məzmunludur. Hər şeydən öncə, tədqiqatçı  Kamran 
Əliyev romantik  şair Məhəmməd Hadinin  şeirlərinin poetik  ifa-
də,  məzmun-məna  və  ideya  simvolikasının  səthlərini  və  bu 
səthlər  altındakı  qatların  şəkillərini  görür  və  onların  funksiyaca 
təhlil-tərkib şərhlərini verir. 
Başqa  bir  poetika  məntiqində  Kamran  Əliyev  simvolik 
obrazların  çoxşaxəli  və  çoxnövlü  əlamət-nişanlarını  açıqlamaq 
mənasında  romantizmin  bədii-poetik  xüsusiyyətləri  sırasında 
mifoloji obrazlar məsələsinin də obrazlar sistemində mühüm yer 
tutduğunu  göstərir.  Ümumiyyətlə,  folklora,  mifoloji  məzmuna 
malik  olan  simvolik  obrazlar  bütün  ədəbi  minilliklərdə  xüsusi 
yer tutmuşdur. Bunu nəzərə alan tədqiqatçı məsələyə bu ənənəvi 
ifadə  tiplərinin  romantizmin  poetikasında  yeni  əlamətlər,  səciy-
yələr daşıması kontekstindən yanaşmışdır.  
Kamran  Əliyev  Romantizmdə  bədii  məzmun,  ifadə  və  ideya 
tərzinə görə obrazlar  sistemi üzrə poetik qarşıdurmaların  üç tipindən 
bəhs edir. Birinci tip qarşıdurma Şərq və Qərb tərəfləridir.  
Şərq  və  Qərb  obrazları  Romantizmdə  konkret  məkan  və 
zaman anlayışlarından çox– fikir, bədii forma və məzmun, ideya 
mahiyyəti daşıyır. Qərblə Şərqin hərfi  mənada qarşıdurması de-
yil,  münasibət,  mənafe,  ümummilli  və  ümumbəşəri  bağlılıqlar 
konteksti bu münasibətlərin əsasını təsbit edir.  
Avropa klassiklərinin yaradıcılıqları, elmi fikirləri və bədii 
əsərləri  ilə  tanışlıq  Azərbaycan  romantiklərinin  həm  “dünya-
görüşlərində”, həm də “bədii əsərlərinin strukturunda” müəyyən 
yenilik  yaratmışdır.  Monoqrafiyada  təhlil-təqdim  edilən  bütün 
məsələlər  də  bilavasitə  bu  yeniliklərin  sənət,  poetika,  sənatkar 
mövqeyi kontekstindən izahına bağlıdır.  


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
34 
Tədqiqatçı  ilkin  olaraq  məsələyə  romantiklərin  Avropa, 
Qərblə tanışlığı prizmasından yanaşır. Yada salır ki, Məhəmməd 
Hadi,  Hüseyn  Cavid,  Abbas  Səhhət,  Abdulla  Şaiq  kimi  roman-
tiklərin  Qərb  mütəfəkkirləri  ilə  tanışlığı  onların  yaradıcılıq-
larının  sosial-siyasi  istiqamətləri,  hər  şeydən  əvvəl,  mövzu  və 
ideya  təsirlərilə  bağlı  idi.  Buradaca  qeyd  edək  ki,  romantizmdə 
cəmiyyət, həyat və insan ziddiyyətləri, faciələri və bunun ifadə-
sində  böyük  ədəbiyyatlar  ruhən  və  mövqe,  münasibət  baxımın-
dan bir kökə bağlı idi.  
Qeyd  edək  ki,  eybəcərliklər,  faciələr  məkandan  asılı  olma-
yaraq  hər  yerdə  hər  zaman  eyni  olub.  Burada  Qərb  ədalətli  idi, 
Şərq ədalətsiz, yaxud Şərq adamı kölə idi, Qərb adamı azad– qar-
şıdurması deyil, sənətkarın ədəbi mövqeyi, həyatı və insanı əks et-
dirmək  münasibətlərinin  qarşılıqlı,  yaxın  və  fərqli  amilləri  məsə-
ləsi diqqət mərkəzində saxlanmalıdır. Tədqiqatçının doğru qənaə-
tinə görə “mövcud cəmiyyətdəki eybəcərliklərin qəti inkarına gə-
lib çıxandan” sonra romantiklərin Qərbə rəğbəti və ehtiramı artdı. 
Eybəcərlikləri görmək və tənqid hədəfi seçmək, həyatın və 
cəmiyyətin faciələrini əks etdirmək məsələsi romantiklərin Qərb 
mütəfəkkirlərinin  əsərləri,  yazıçı  və  şairləri  ilə  tanışlığından 
sonra  başlamışdır.  Faciələri  əks  etdirmək  hələ  Qərbi  tanımadan 
əvvəl konkret xarakter daşıyırdı.  
Avropaya-Qərbə  münasibətdə  təqdir  edilən  əsas  amil  in-
qilabdır.  Milli  azadlıq  ümumbəşəri  azadlığın,  fərdin  azadlığının 
ilkin  mənbəyidir.  Əsarətə,  hüquqsuzluqlara  qarşı  barışmazlıq 
Qərbin  inqilablarının  yaranmasında  başlıca  səbəbdir.  Şərqdə  bu 
inqilab  olmadığına  görə  məyusluq  yaranırdı.  Qərbin  inqilabi 
düşüncələrinə rəğbətlə yanaşmaq və belə bir dialektizmin Şərqdə 
də baş qaldırmasının həsrətini çəkmək romantizmin ilkin mərhə-
ləsində  xarakterik  hal  idi.  Məsələyə  bu  simvoldan  yanaşarkən 
tədqiqatçı belə bir doğru qənaətə gəlir ki, 1908-ci ildə İranda in-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə