ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   2   3   4   5   6   7   8   9   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
17 
1.2. ROMANTİZMİN TƏDQİQİNDƏ ELMİ TƏZƏLİ-
YİN POETİKASI: ƏDƏBİ QƏHRƏMANIN SƏCİYYƏSİ. 
 
Azərbaycan Romantizminə münasibətin yeni mərhələsi hə-
lə ötən yüzilliyin 80-cı illərində başladı.  
XX əsr də Böyük Romantizm əsridir.  
Romantizm həm də gerçək sözün vahiməsi, harayı idi: heç 
olmasa,  Romantizm  sözü  birbaşa  deyirdi.  Ona  görə  ki,  roman-
tizm  həyatı və cəmiyyəti,  insanı  ən sərt və sərrast,  ən gerçək və 
dolğun məzmunlardan ifadə edirdi. 
Həyatda  və  cəmiyyətdə  hər  şeyə  zidd  olan  məzmunlar  fa-
ciələrin məzmunudur.  
Həyati gerçəklikləri  ifadə tərzinə görə hər yazıçının  və şairin 
özünəməxsus fərdi yaradıcılıq aləmi vardır. Romantizm estetikasın-
da bütün fərdi keyfiyyətlər gerçəklikləri ifadə tipinə görə üzə çıxıb. 
Bu  mənada, romantizmi gerçəkliklərdın kənar hesab etmək,  yaxud 
romantizmə  gerçəkliklərdən  uzaq  təsniflər  vermək  XX  əsr  ədəbiy-
yatşünaslığının ən ciddi metodoloji, elmi-nəzəri qüsurlarından idi.  
Bütün  bədii  məzmunlar  gerçəkliyin  inikas  məzmunlarıdır. 
Romantizm də, Realizm də həyati gerçəklikləri-həyati məzmun 
və  formaları  ifadə  etmək  tərzinə  görə  vahid  və  bütöv  bir 
poetika strukturlarına malikdir. 
Faciələr  Romantizmin  həm  məzmunu,  həm  də  təsvir-tə-
rənnüm  mənbəyi  idi.  Azərbaycan Romantizminin  Poetikasını  bu 
strukturdan təhlil etmədən heç bir elmi gerçəkliyi açıqlamaq olmaz. 
Bədii ədəbiyyatda həyatı bütün gerçək məzmunları ilə təs-
vir  etmək  tələbi  bədii  yaradıcılığın  əsas  prinsipdir.  Həyatı  və 
cəmiyyəti  faciələr  və  iztirablar,  zülmlər,  haqsızlıq  və  ədalətsiz-
liklər kontekstindən əks etdirmək heç bir siyasi məqsəd güdmək 
demək deyil. Lakin cəmiyyətdə siyasi, sinfi, şəxsi və qrup, dəstə 
mənafeyi güdənlər Romantizmi qəbul edə bilməzdilər.  


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
18 
XX  əsr  həm  də  Romantizmə  qarşı  mübarizə,  romantizmi 
ittiham,  romantizmi  öldürmək,  qazamatlara  saldırmaq,  Sibirə 
göndərmək əsri oldu. 1920-ci ildən 90-cı illərə qədər Romantiz-
mə  münasibətin  sərt,  irticaçı  və  acıqlı  hökmü  davam  etmişdir. 
Yanlış yanaşma Böyük Ədəbiyyata münasibətlərdən deyil, siyasi 
qulluq,  sinfi  və  irticaçı  xidmət  canfəşanlıqlarından,  diktatura 
korafəhmliyindən törəmişdir.  
Və nəhayət, XX  əsr həm də  Romantizmə sağlam  təfəkkür 
və məntiqdən yanaşma, qiymətvermə mərhələsinin başlanğıcı ol-
du.  Bu  mənada,  ötən  əsrin  80-cı  illərin  ədəbiyyatşünaslığında 
bəzi  ədəbiyyatşünasların  təriqində  Romantizmə  təzə,  yeni  əla-
mətlər,  baxışlar  kriteriyasından  yanaşma  halları  üzə  çıxdı.  Bu 
sahədə üzə çıxan əsas tədqiqatların müəlliflərindən biri də filolo-
giya elmləri doktoru Kamran İmran oğlu Əliyev oldu.  
Ötən əsrin səksəninci illərindən başlayaraq, Kamran Əliye-
vin bir ədəbiyyatşünas kimi, Azərbaycan romantiklərinin nəzəri-
estetik  görüşləri,  Romantizmdə  qəhrəman  problemi,  romantik 
poetikada obrazlar sistemi, bədii  ifadə, üsul, ideya, forma, məz-
mun və digər struktur tərkiblər, nəzəriyyə kateqoriyaları ilə bağlı 
axtarış və tədqiqlərinin xüsusi dəyəri vardır. 
Hər şeydən əvvəl, bu tədqiqlərdə o, Romantizmə sağlam mən-
tiqdən düzgün yanaşma taktını əsas götürmüşdür. “Azərbaycan Ro-
mantizminin poetikası” (Bakı, “Elm”, 2002; bax: 9) monoqrafiyası 
filologiya  elmləri  doktoru  Kamran  Əliyevin  80-cı  illərdə  apardığı 
araşdırmaların dəyərli nəticəsi kimi üzə çıxdı. Tədqiqatçı monoqra-
fiyada Romantizmin elmi-nəzəri, estetik, poetik, lirik-epik xüsusiy-
yətlərinin  gerçək,  doğru-düzgün  əlamətlərini  şərh  etməyə  çalışmış 
və öz istəyinə nail ola bilmişdir. Bu mənada, romantizmşünas Kam-
ran Əliyev Romantizm estetikasını, yaradıcılıq aləmini Məhəmməd 
Hadi  (1879-1920),  Hüseyn  Cavid  (1882-1941),  Abbas  Səhhət 
(1874-1918), Abdulla Şaiq (1881-1959), Abdulla bəy Divanbəyoğlu 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
19 
(1883-1936),  Abdulla  Sur  (1882-1912),  Səid  Səlmasi  (1882-1909) 
kimi dahilərin yaradıcılıqları daxildən araşdırır, məsələyə yeni elmi 
səciyyələr,  müqayisələr,  tətbiqlər,  təsvirlər  nəzərindən  yanaşır.  Bu 
anlamda, Kamran Əliyevin tədqiqlərinin əsasında Romantizm poe-
tikasının spesifik sahələrindən birinin-romantizmin obrazlar sistemi-
nin söz, bədii təsvir və ifadə spesifikası, bədii təsvir və tərənnümdə 
sözün məna, məzmun, üslub çalarlarının şərhi problemləri dayanır.  
Bədii  yaradıcılıq  aləmində  obraz-təbiət,  obraz-təsvir,  ob-
raz-qəhrəman, obraz-məzmun, obraz-ideya, obraz-cəmiyyət, ob-
raz-həyat,  obraz-dünya,  obraz-obraz  münasibət  və  bağlılıqları 
poetikanın daxili və xarici komponentlərində mühüm əhəmiyyət 
daşıyan məsələlərdəndir. 
Ümumilikdə,  bu,  Realizm  üçün  də  xarakterikdir,  Roman-
tizm  üçün  də.  Romantizm  poetikasının  tədqiqində  bu  məsələlə-
rin  sistematik  olaraq  şərh  edilməsi  bilavasitə  Romantizmin  bə-
dii-poetik,  estetik  və  ideoloji  təbiətini  təqdim  etmək,  indiyədək 
Romantizmə  münasibətdəki  yayğınlıqları  və  çaşqınlıqları  sərf-
nəzər etmək səciyyəsi daşıyır.  
Romantizmə və romantiklərə münasibətin 20-30-cu illər tə-
cavüzkarlığı – ümumilikdə, milli ədəbiyyatımıza qarşı yanlış vul-
qar-sosioloji, kommunist-sinfi, siyasi repressiya təcavüzləri idi.  
Müəllif  tədqiqatın  əvvəlində  “öz  düşüncə  və  mühakimə-
lərində sərbəst” (Seyid Hüseyn) olan romantiklərin yaradıcılığına 
münasibətin  yanlış  və  qeyri-obyektiv,  qeyri-səmimi  cəhətlərini 
ümumiləşdirir.  Romantizmə  sağlam  münasibətin  təşəkkülündə 
Məmməd  Cəfər  Cəfərov,  Mir  Cəlal  Paşayev,  Əziz  Mirəhmədov, 
Kamal Talıbzadə kimi tədqiqatçıların elmi fikir və mülahizələrinə 
istinad  edən tədqiqatçı  diqqəti  Romantizmin  bədii  ifadə  məxsus-
luğuna  yönəldir.  Yuxarıda  adları  çəkilən  müəlliflərin  simasında 
Romantizmə  münasibətin  tövrü  dəyişilirdi.  Kamran  Əliyev  bunu 
dərindən  dərk  etmiş  və  özünün  elmi  təhlil  və  analizlərində  yeni 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə