Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə32/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   28   29   30   31   32   33   34   35   ...   101

www.vivo-book.com 

 

158 



dolubədənli,  hündürboy,  yaraşıqlı  və  düzgün  üz  cizgiləri 

olan Rasim Paşayeviç ona hörmətlə baxan zabitlərin içində 

fərqlənirdi.  Burda  zastava  rəisi,  Milli  Təhlükəsizlik 

Nazirliyinin Yerli Şöbəsi və artıq gəlib çıxmış milis rəisi də 

var idi. Rasim Paşayeviçlə üzbəüz Cəfərovun tanımadığı bir 

nəfər 


oturmuşdu. 

Rəhimov 


dərindən 

nəfəs 


alıb 

masadakıların  hər  birilə  möhkəm  əl  sıxaraq  salamlaşdı. 

Rasim  Paşayeviç  Rəhimovun  qohumluq  əlaqələri  haqda 

bildiyindən  prokurorla  ayağa  qalxaraq  salamlaşdı.  Bu, 

Rəhimovu ruhlandırdığından digərləriylə daha yaxşı  əhvali-

ruhiyyədə  görüşdü.  Heç  öz  həmkarını  təqdim  etməyi  də 

lazım  bilmədi.  Cəfərov  bir  kənarda  oturub  hamıyla  başını 

tərpədərək salamlaşdı. Birdən Rasim Paşayeviç dedi: 

–  Deyəsən,  siz  Bakıdan  gələn  müstəntiqsiniz?  Mənə 

sizin burda olacağınızı demişdilər.  Təhqiqatınız necə gedir, 

kömək lazımdır? 

Bax, burda Rəhimovun əhvalı yenə korlandı. Deməli, 

bu  başdanxarab  burda  təhqiqat  aparır,  bəlkə  onu  elə 

Rəhimovun  öz  yerinə  göndəriblər.  Yox,  bazar  günü  təcili 

Bakıya  getmək  lazımdır.  Baxsın  görsün  qohumu  yerində 



www.vivo-book.com 

 

159 



möhkəm  oturubmu,  bəlkə  şəhərdə  artıq  onun  çıxarılması 

haqda şayiələr gəzir.  

– Çox sağ olun, – Mirzə qısaca cavab verdi, – heç nə 

lazım  deyil.  Hər  şey  qaydasındadır.  Sadəcə  olaraq  rayon 

prokuroruyla  bura  gəldim  ki,  həlak  olmuş  qaçaqmalçıların 

bizim  tərəfə  təhvil  verilməsində  iştirak  edim.  Bəlkə  onların 

arasında elə bizim axtardığımız adam var. 

Zastava  rəisi  olan  hündürboy,  arıq  rəhbərlərin 

çoxluğundan  bir  qədər  hürkmüş  cavan  oğlan  stəkanlara 

konyak süzdü. 

–  Sonuna  qədər,  –  Rasim  Paşayeviç  xeyirxahlıqla 

dedi. 


Onlar yenicə içmişdilər ki, bir sərhədçi otağa cumdu. 

–  Yoldaş  general,  –  o,  MTN  generalıyla  üzbəüz 

oturmuş adama məruzə etdi, – onlar artıq gəliblər. 

“Necə  oldu  ki,  onu  dərhal  tanımadım?  –  Cəfərov 

düşündü.  –  Bu  ki  Mirzəyevdir,  sərhəd  qoşunları 

komandanı”. 




www.vivo-book.com 

 

160 



Mirzəyev  başını  tərpədib  əlini,  yaxındakı  stulda  olan 

furajkasına  uzatdı.  Onlar  Rasim  Paşayeviçlə  birlikdə 

qalxdılar. Digərləri də onların ardınca yerlərindən sıçradılar. 

Artıq  hava  qaralmağa  başladığından  sərhədçilər 

elektrikləri  qoşmuşdular.  Digər  tərəfdə  bir  hərəkətlilik 

görünürdü, ölənlərin cəsədlərini hazırlayırdılar. 

Zastava  rəisi  sonuncu  formal  işləri  yoluna  qoymaq 

üçün  ayrılma  xəttinə  tərəf  tələsdi.  İsti  otaqdan  sonra  hava 

kifayət qədər soyuq görünürdü, yağışlı külək əsdiyindən bir 

çoxları yaxalıqlarını qaldırmağa başladılar. Nəhayət, zastava 

rəisi qayıtdı. 

–  Onlardan  İranın  sərhəd  qoşunları  komandanının 

müavini  və  təhlükəsizlik  xidmətinin  rəhbəri  gəlib,  –  o 

məruzə  etdi.  Mirzəyev  və  Rasim  Paşayeviç  dərhal  irəli 

tələsdilər.  Tezliklə  onların  şən  səsləri  gəlməyə  başladı. 

Sanki ora toplaşanlar hansısa xoş hadisəni qeyd edirdilər. 

–  Onlar  o  tərəfin  mühafizəsini  gücləndiriblər,  – 

zastava rəisi sakitcə dedi, – indi çox ciddi yoxlayırlar. Daha 

bizə etibar etmirlər. 



www.vivo-book.com 

 

161 



Sovet  sərhədçiləri  onsuz  da  istənilən  sanksiyasız 

keçidin  qarşısını  möhkəm  aldıqlarından  SSRİ  dövründə  öz 

şimal  sərhədini  demək  olar  ki,  mühafizə  etməyən  iranlılar 

indi  şimal  sərhədlərinin  təchizatıyla  ciddi  məşğul  olmaq 

məcburiyyətində  qalmışdılar.  İranlıları  əsasən  sərhəd 

qoşunları  tərəfindən  nəzarətsiz  qalan  Füzuli  rayonu 

istiqamətindəki hissə narahat edirdi. 

Gedənlər iyirmi dəqiqə danışdılar. Görünür İran tərəfi 

özünün ciddi iradlarını bildirirdi. Şən səslər kəsildi və hətta 

burdan  hər  iki  generalın  necə  susduğu  görünürdü.  Nəhayət, 

onlar qayıtdılar. Hər şey bitmişdi. 

Mirzəyev hirsini zastava rəisinin üstünə tökdü: 

–  Tez  ol,  yük  maşını  göndər.  Onlar  gözləyirlər.  – 

Söhbətin sonunda iranlılar doğrudan da, xeyli tənqidi fikirlər 

söyləyiblər. 

Rasim  Paşayeviç  sanki  ətrafdakılara  fikir  vermədən 

siqaretini  tüstülədirdi.  Onun  da  əhvali-ruhiyyəsi  yaxşı 

deyildi. 

Yük  maşını  guruldayıb  yamacı  ağır-ağır  qalxaraq 

şlaqbauma tərəf yönəldi. Orda artıq ölənlərin cəsədləri olan 




www.vivo-book.com 

 

162 



cip dayanmışdı. Bütün prosedur beş dəqiqədən çox çəkmədi. 

Yük  maşını  heç  geri  çevrilmədən  zastavanın  ərazisinə 

qayıtdı. 

–  Bu  uşaqları  çıxarın  bir  baxaq  görək,  –  Mirzəyev 

dedi, – bəlkə tanıyırıq. 

Sərhədçilər  yük  maşınına  dırmanıb  qaçaqmalçıların 

ağır  cəsədlərini  qaldırmağa  cəhd  etdilər.  Nəhayət,  birini 

düşürə  bildilər.  Bu,  maskalanmış,  ordu  geyimində  olan 

cavan  oğlan  idi.  Üzündə  qəribə  bir  təbəssüm  donub 

qalmışdı,  sanki  ölməzdən  öncə  öz  qatillərini  məsxərəyə 

qoymaq  istəmişdi.  Hamı  diqqətlə  ona  baxırdı.  Amma  onun 

bütün  görkəmindən,  açıq  rəngli  saçlarından  bilinirdi  ki, 

yadellidir. Ardınca ikincini də çıxardılar. Üzü yaralanmışdı, 

amma  yük  maşınından  hoppanan  çavuş bir  əsgi  tapıb onun 

üzünü sildi. Cəfərov ona diqqətlə fikir verdi. Deyəsən, səhv 

etməmişdi. Cibindən şəkli çıxardı. 

– Yükləyin, – Mirzəyev əsəbi halda dedi. 

– Mən bu adamı tanıyıram, – birdən Cəfərov dedi. 

Rəhimov  hirsləndi.  Bu  əbləh  iki  generalın  qarşısında 

söz deməyə cəsarət edir. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə