Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə30/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

www.vivo-book.com 

 

148 



sürətlə  karyera  qururdu,  amma  doxsan  birinci  ilin 

sentyabrında 

Azərbaycanda 

Kommunist 

Partiyası 

buraxılanda  vəzifədən  kənarda  qaldı.  Halbuki  inzibati 

şöbənin  rəhbəri  özünün  bütün  sələfləri  kimi  ən  azı 

respublika  prokuroru  vəzifəsini  tuta  bilərdi.  Amma 

Rəhimovun  sadəcə  olaraq  bəxti  gətirmədi.  Yaxşı  ki,  bu 

yaxınlarda təyin olunmuş baş nazir onun bacısının əriydi və 

ona  görə  Rəhimov  taleyin  onu  tolazladığı  bu  dəlikdən 

çıxmağa ümid edirdi. O, Beyləqanı sevmir və onun əhalisini 

başa  düşmürdü.  Bəlkə  də  başa  düşmək  istəmirdi.  Cəfərov 

Rəhimovun  hirslənəcəyini  məmnuniyyətlə  düşünərək  onu 

dərhal  unutdu.  Onlar  kiçik  Qəhrəmanlı  şəhərciyinə  tərəf 

gedirdilər.  Hümbətovun  həmkəndlilərinin  yaşadığı  düşərgə 

bu şəhərciyin ətrafında yerləşirdi. 

Sədr  maşını  özü  sürürdü.  Onun  sürücüsünü  iki  ay 

əvvəl  orduya  çağırmışdılar.  Və  kolxozda  gənc  oğlan  az 

tapılırdı.  Silah  daşıya  bilən  hər  kəs  çoxdan  orduya 

aparılmışdı.  Dünən  böyük  bir  nitq  söyləyən  Hümbətov, 

demək  olar  ki,  bütün  yol  boyu  susdu.  Yalnız  hərdən  yolun 

vəziyyəti  haqda  bəzi  replikalar  deyirdi.  Azərbaycan  atalar 



www.vivo-book.com 

 

149 



sözü olan “mart gəldi, dərd gəldi”, bu mart ərzində tamamilə 

öz  yerini  almışdı.  Ayın  əvvəlində  qar,  ortasında  aramsız 

yağışlar  yağdı.  Onsuz  da  insan  təfəkkürünün  şedevri 

olmayan  yollar  güclü  leysan  yağışların  təsirindən 

dağıldığından, su və palçıqla dolub yararsız hala düşmüşdü. 

Düşərgəyə səhər saat onun yarısında çatdılar. Havanın 

pis olmasına baxmayaraq, oğlan uşaqları “uazik”i adəti üzrə 

şən halda qarşıladılar.  Sədr  qoca  mühasibi  çağırıb  gətirdiyi 

dərmanları qeydiyyata götürməyini xahiş etdi. 

Qaçqınların  çətinliklərini,  onların  ağır  vəziyyətini 

əvvəldən  də  bilən  Cəfərov  gördüklərindən  sadəcə  olaraq 

heyrətə  gəlmişdi.  Birbaşa  torpağın  üstündə,  pis  bərkidilmiş 

çadırlar xəstə və əzabkeş insanlar üçün son dərəcə davamsız 

sığınacaq  idi.  Bir  çox  çadırları  su  basdığından  çarpayılar 

suyun  içində  qalmışdı.  Digərlərində,  yəqin  keçmiş  sovet 

ordusunun  anbarlarından  alınmış  çadırlardakı  böyük 

dəliklərdən  bədbəxt  insanların  daşıyıb  gətirdiyi  inventarlar 

görünürdü.  Bir  çoxlarını  elə  iş  yerlərindən  evakuasiya 

etmişdilər.  Mal-qaraya  baxan  bəzi  qadınlar  yalnız  öz  ağ 

xələtlərini  götürə  bilmişdilər.  Hədsiz  səfalət  və  kir, 




www.vivo-book.com 

 

150 



elementar 

məişət 


şəraitinin 

olmaması 

insanların 

gülümsəməyinə  mane  olmurdu.  Uşaqlar  maşının  ətrafında 

oynamağa  davam  edirdi,  ətrafda  insanların  gümrah  səsləri 

eşidilirdi.  Cəfərov  hətta  gülüş  səsi  də  eşitdi.  Bu, 

azərbaycanlılara  məxsus  mentalitet  idi  –  ən  çətin  anlarda 

belə mövcud müsibəti unudub, bütün problemləri bir kənara 

qoyub  həyata  bağlanmaq.  Mirzə  uşaqlara  baxarkən 

insanların  gözlərinin  necə  parladığını  gördü.  Bu,  onların 

sonuncu ümidiydi. 

Yeşikləri  dəqiqliklə  sayan  müsahibindən  ayrılan 

Hümbətov Cəfərova onun çadırına getməyi təklif etdi. Ömər 

Əfəndiyevin  atasını  ora  çağırmağı  vəd  etmişdi.  Cəfərov 

sədrin ardınca getdi. 

Hümbətovun çadırı geniş, işıqlı və təmiz idi. Cəfərov 

masa  arxasında  əyləşib  səbirlə  Əfəndiyevin  gəlişini 

gözləməyə başladı. Sədr qonağa çay verilməsini tapşırıb üzr 

istəyərək  çadırdan  çıxdı.  Onun  onsuz  da  işləri  həddən  artıq 

çox  idi,  bir  də  sərhəddən  narkotik  daşınması  problemilə 

məşğul  olası  deyildi  ki...  Bunlar  Cəfərovun  problemləriydi. 

Qırmızı  yaylıqlı,  susqun  qadın  qonağın  qarşısına  çay  və 




www.vivo-book.com 

 

151 



xırda doğranmış qəndlər qoyulmuş qab qoydu. Onun ardınca 

Əfəndiyev çadıra girdi. 

O, hündürboy, enlikürək, sanki baltayla kəsilmiş kimi 

kəskin  üz  cizgiləri  olan  bir  kişiydi.  Çadıra  girib  qonağa 

sakitcə  başını  tərpətdi.  Dəvət  gözləmədən  masa  arxasında 

oturub  Bakıdan  gələn  müstəntiqə  qaşqabaqla  baxmağa 

başladı. 

– Nə olub? – birinci Əfəndiyev soruşdu. – Ömər yenə 

bir hoqqa çıxardıb? 

– Biz bunu hələ bilmirik, – Cəfərov cavabdan yayındı, 

–  sadəcə,  şübhələnirik  ki,  o,  rayonun  sərhədindəki  bir 

dəstənin fəaliyyəti haqda bilir. Buna görə biz onu axtarırıq. 

– O bizi biabır edir, – qoca kədərlə dedi, – mənim üç 

oğlum  cəbhədə  vuruşur,  biri  şəhid  olub,  bu  isə...  –  o,  əlini 

yellədi, – kommersiyayla məşğuldur. Heç sözə baxmır. 

–  Ölkəyə  kommersantlar  da  lazımdır,  –  Cəfərov 

birdən dedi. 

–  Sən  məni  sakitləşdirmə,  –  qoca  etiraz  etdi,  – 

müharibə  gedir,  nə  kommersiya?  Bu  işlə  məşğul  olanlar 



www.vivo-book.com 

 

152 



vətən haqda, torpaq haqda düşünmür, öz cibi haqda düşünür. 

Pul ona anasını əvəz edir. 

– Sizdə oğlunuzun heç bir şəkli qalmayıb? 

–  Yox.  Biz  evdən  ən  zəruri  şeyləri  götürmüşdük. 

Hərçənd,  anası  deyəsən,  onların  şəkillərini  götürmüşdü. 

Öyrənə bilərəm. 

– Onun şəkli bizə çox lazımdır, – Cəfərov rica etdi, – 

bəlkə  biz  səhv  edirik,  başqa  Öməri  axtarırıq.  Deyin  görək, 

siz  onun  dostlarının  arasında  ortaboylu,  tünd-dərili  adam 

tanımırdınız ki? 

–  Əlbəttə,  tanıyıram.  Zeynaldır,  elə  bizim  Öməri  də 

yoldan o çıxardı. Rahat həyat ardınca şəhərə getdilər. Zeynal 

bizim rayondan deyildi. O, Gəncədəndir. 

– Bəs onun soyadını xatırlamırsınız? 

– Deyəsən, Manafov idi. Amma dəqiq xatırlamıram. 

–  Bəs  sizdə  Bakıdakı  ünvanı  var?  –  Cəfərov  artıq 

müsbət cavaba ümid etmədən soruşdu. 

–  Var,  –  birdən  Əfəndiyev  dedi,  –  bizdə  onun 

Bakıdakı ünvanı var. Onu sizə verə bilərəm. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə