Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə26/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   22   23   24   25   26   27   28   29   ...   101

www.vivo-book.com 

 

128 



– Mənim bəzi əlaqələrim var, – Dronqo təklif etdi, – 

zərurət yaranarsa, mən gürcü mafiyasının kifayət qədər ciddi 

rəhbərlərinə yol tapa bilərəm. 

–  Bu  yaxşıdır,  –  Vladimir  Vladimiroviç  cibindən 

hansısa dərmanı çıxarıb dilinin altına qoyaraq onu soyumuş 

çayla içdi. – Ürək, – o, elə narazılıqla dedi ki, sanki bu orqan 

öz sahibinin qarşısında günahkar idi. – İndi başqaları haqda. 

Azərbaycan  və  Ermənistan  arasındakı  müharibə  hər  iki 

respublikanın  cinayətkar  qruplaşmalarına  Moskvada  və 

bütün  MDB-də  sıx  əməkdaşlıq  etməsinə  mane  olmur. 

Bununla  yanaşı  narkotiklə  ənənəvi  olaraq,  Azərbaycan 

mafiyası  məşğul  olur.  Onun  rəhbəri  kifayət  qədər  ciddi 

adam olan, məşhur heykəltəraş Rafael Bağırovdur. Siz onun 

haqda eşitmisiniz? 

–  Tanıyıram,  –  Dronqo  təsdiqlədi,  –  o  çox  məşhur 

şəxsiyyətdir. Parlamentin deputatı və SSRİ Dövlət mükafatı 

laureatı  olub.  Onun  işləri  dünyanın  bir  çox  muzeylərində 

sərgilənib. 

–  Daha  yaxşı.  Erməni  mafiyasının  başçısı 

“Kontinental”  bankın  rəhbəri  Artur  Sarkisyandır.  O  da  çox 




www.vivo-book.com 

 

129 



tanınmış  adamdır.  Lujkovun  yaxın  dostudur.  Seçki 

kampaniyası  zamanı  hər  ehtimala  qarşı  “Rusiyanın  seçimi” 

və  Jirinovskinin  Rusiya  Liberal  Demokrat  partiyasına 

yatırım qoyub. Şəkli qəzetlərdə tez-tez görünür. 

– Bunu da bilirəm, – Dronqo ah çəkdi. – Adama ağır 

gəlir.  Moskvada  o  qədər  əxlaqlı,  şərəfli  azərbaycanlı  və 

erməni yaşayır ki. O qədər məşhur adamlar var ki. Amma bu 

xalqlar haqqında mafiyaya görə, öz xalqını rüsvay edən bir 

neçə yaramaza görə fikir söylənilir. 

–  Bu  bizim  bəlamızdır,  –  Vladimir  Vladimiroviç  ah 

çəkdi, – Moskvada rus mafiyası da fəaliyyət göstərir. Sadəcə 

olaraq,  slavyan  qruplaşmaları  əlaqəsizdir  və  özünəməxsus 

tərzdə  yerlibazlıq  edən  Zaqafqaziya  klanları  qədər  həmrəy 

deyil. 


–  Bəs  gürcü  mafiyasında  Mixonu  kim  əvəz  edib?  – 

Dronqo soruşdu. 

– Hələ ki üç namizəd var. Onun bütün yaxın adamları. 

Onlardan  birincisi  Quram  Xotivaridir.  O  öz  şefinin  qətlinin 

təhqiqatına  kifayət  qədər  aktiv  şəkildə  qoşulub.  Hətta  bu 

cinayəti  təhqiq  edən  DİN  və  prokurorluq  telefonlarına  da 




www.vivo-book.com 

 

130 



qoşula bilib. Onun kompüter texnikası sahəsində çox gözəl 

mütəxəssisləri  var.  O,  Amerikadan  özü  üçün  daha  bir 

mühəndis gətirib. Və ona Detroytda qazandığından daha çox 

maaş verir. 

– Rəqabət, – Dronqo razılaşdı. 

– Elədir və onlarla çox ehtiyatlı olmaq lazımdır. İkinci 

namizəd  Zurab  Axvledianidir.  Onun  yeri  Tiflisdədir.  Onun 

kozırları  və  əsas  gücü  ordadır.  Amma  son  zamanlar  o, 

Ukraynada  və  Baltikyanı  ölkələrdə  güclü  irəliləyə  bilib. 

Buna  baxmayaraq  şansı  azdır.  Orda  hələ  bizim  baş  çıxara 

bilmədiyimiz hesablaşmalar gedir. Üçüncüsü, ən təhlükəlisi, 

amansız  qatil,  qanuni  oğru  Arçil  Qogiyadır.  Bəziləri  ona 

“velosipedçi”  deyir.  O,  oyun  evlərinin  çoxuna,  demək  olar 

ki,  bütün  oğurluq  avtomobillərin  yerdəyişməsinə  nəzarət 

edir. 

–  Bunu  bilirəm,  –  Dronqo  başını  tərpətdi,  –  onun 



Gürcüstanda  David Qogiya  adlı qardaşı var.  O da tanınmış 

şəxsdir. 

–  Siz  onları  hardan  tanıyırsınız?  –  Vladimir 

Vladimiroviç heyrətləndi. 




www.vivo-book.com 

 

131 



–  Yarım  il  əvvəl,  –  Dronqo  izah  etdi,  –  Moskvada 

onun  oğlu  yoxa  çıxmışdı.  O  vaxt  kömək  üçün  mənə 

müraciət  etmişdi.  Mən  oğlanı  tapana  kimi  məni  az  qala 

güllələmişdilər.  Şükürlər  olsun  ki,  onu  sağ-salamat  tapa 

bildim.  O  vaxtdan  onlar  mənim  dostlarımdır,  hətta 

“borclularım” da sayıla bilərlər. 

– Qogiyanın işiylə siz məşğul olmusunuz? – Vladimir 

Vladimiroviç dərhal soruşdu. 

– Hə. O vaxt məni Fogelsonun adamları tutmuşdular, 

sonra 


da 

general 


Mironovun 

əmriylə 


az 

qala 


güllələyəcəkdilər.  Yaxşı  ki,  o  vaxt  Mark  Abramoviç  məni 

xilas etdi. 

– Mən o səs-küylü qalmaqalı xatırlayıram, – ev sahibi 

dedi,  –  təəssüf  ki,  Fogelson  özünü  güllələmişdi.  Amma 

rəhmətlik yaxşı mütəxəssis idi. – O güldü. – Lənət şeytana, 

yenə  ağzımdan  çıxdı,  mən  demək  olar  ki,  on  il  Kanadada 

yaşamışam, xaçpərəst olmuşam, o vaxtdan bəzi vərdişlərim 

qalıb. 


– Mən sizin əsanıza diqqət yetirdim, – Dronqo dedi, – 

onu  harda  sifariş  etdiyinizi  də  bilirəm.  Kanada  tərəfdən, 




www.vivo-book.com 

 

132 



Niaqara  şəlaləsinə  çatmamış  Uellend  adlı  yerdə  balaca  bir 

usta  dükanı  var.  Belə  əsaları  orda  düzəldirlər,  mən  onu 

dəstəyindən tanıdım. 

–  Maraqlıdır,  –  ev  sahibi  gülümsündü,  – 

düşünmürdüm  ki,  kimsə  əsanı  tanıya  bilər.  Dəyişməli 

olacağam. 

–  Mən  orda  bir  neçə  dəfə  olmuşam,  –  Dronqo  da 

cavabında gülümsədi. 

–  Yenə  də,  təəssüf,  onu  dəyişməli  olacağam.  Sizdən 

başqa  da  orda  kimsə  ola  bilər,  –  Vladimir  Vladimiroviç 

təəssüflə  dedi.  –  İndi  ən  vacibi,  –  ev  sahibi  davam  etdi.  – 

Sizin tapşırığınız Batuma gedib yükləri limandan məhz necə 

göndərdiklərini  aydınlaşdırmaqdır.  Ehtiyatlı  olun,  sizi  heç 

kim tanımamalıdır, yoxsa əməliyyat pozula bilər. 

–  Mən hər üç gündən  bir zəng  etməliyəm,  –  Dronqo 

xatırlatdı, – ola bilər ki, onlar məni görmək də istəsinlər. 

–  Bu  haqda  fikirləşərik,  –  Vladimir  Vladimiroviç 

başını  yellədi,  –  elə  edərik  ki,  siz  pis  vəziyyətdə 

qalmayasınız. 

– Mən heç, amma mənim orda doğmalarım qalıb. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə