Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə22/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   18   19   20   21   22   23   24   25   ...   101

www.vivo-book.com 

 

108 



Mirzə soyunub əşyalarını stulun başına qoydu. Otaqda 

sakitlik  idi,  bura  küçədən  səslər  gəlmirdi,  pəncərəsi  bağa 

açıldığından  yalnız  su  səsi  eşidirdi  –  hardasa  qab 

yuyurdular. 

Birdən  telefon  zəng  çaldı.  Bunun  kim  ola  biləcəyinə 

təəccüblənən Cəfərov dəstəyi götürdü. 

–  Salam,  –  kiminsə  amiranə  səsi  gəldi,  –  məni 

görməməzliyə  vurmaq  üçün  çox  gəncsən.  Gələn  kimi 

icraiyyə komitəsinə qaçmısan. Məni niyə gözləməmisən? 

– Kimdir danışan? 

–  Danışan  Rəhimovdur.  Gözləyə  bilərdin.  Sizdə, 

Bakıda  hamı  belə  səbirsizdir?  Səhər  düz  9-da  yanıma  gəl. 

Öz rəhbərliyinəsə de ki, növbəti dəfə müstəntiq göndərəndə 

xəbərdarlıq etsinlər. Bura sərhədyanı rayondur,  – o elə belə 

də dedi “sərhədyanı”, – kimi gəldi buraxmırıq. 

–  Nəzərə  alaram,  –  Cəfərov  quru  tərzdə  dedi.  O, 

qanacaqsızları  sevmirdi,  amma  onlarla  münaqişəyə 

girməməyə çalışırdı. 

– Nəzərə al. Sabah da mənim yanıma gəl. 

Rayon prokuroru dəstəyi asdı. 




www.vivo-book.com 

 

109 



“Niyə  onlar  hamısı  özlərindən  belə  razıdırlar?  – 

Cəfərov  məyusluqla  düşündü,  –  elə  bil  eyni  inkubatordan 

çıxırlar”. 

Daha bir zəng gəldi. 

“Ümid  edirəm,  bu  Rəhimov  deyil”,  –  Mirzə  dəstəyi 

qaldırarkən düşündü. 

–  Yatmırsan?  –  o,  Qasımovun  tanış  səsini  eşitdi.  – 

Sənə danışmağı tamam unutmuşam. Sənə danışdığım həmin 

iki kənd lap yaxında yerləşir. Orda bir kolxoz var idi. Həmin 

kolxozun  sədri  indi  bizdə,  icra  hakimiyyətindədir...  Onu 

görən  kimi  sən  yadıma  düşdün.  Bəlkə  onu  sənin  yanına 

göndərim? 

– Əlbəttə, – Mirzə sevindi, – çox sağ ol. O mənə çox 

lazımdır. 

–  Mən də  elə düşündüm.  O,  sabah  səhər  çıxıb gedir, 

ona görə indi göndərirəm. Sağlıqla qal. 

Yenidən  geyinməli,  qələm  və  kitabçasını  hazırlamalı 

oldu. Şahidlərin dindirilməsi üçün blanklar çoxdan yox idi: 

respublikada  kağız  çatmırdı.  Hər  yerdə  açılan  türk 

mağazalarından  alınan  ağ  vərəqlər  verirdilər.  Onu  da  bir 




www.vivo-book.com 

 

110 



dəstə  kağızın  dəyərində  olan  maaşlarından  almalı  idilər. 

Bunu hamı bilir, amma susmağa üstünlük verirdi. 

Kolxoz  sədri  on  beş  dəqiqədən  sonra  gəldi.  Bu, 

ortaboylu, şişkin, sanki ölüvay gözləri olan yaşlı adam idi. 

Otağa daxil olub çəkmələrini səliqəylə çıxarıb corabla 

masanın arxasına keçdi. 

– Vaqif Hümbətov, – kolxoz sədri özünü təqdim etdi, 

– mənə əmr etdilər ki, sizin yanınıza gəlim. 

Onda  hələ  xahişin  əmr  hesab  olunduğu  keçmiş 

dövrlərin  vərdişləri  qalmışdı.  Prokurorluq  müstəntiqinin 

yanına gedişsə həmişə böyük xoşagəlməzliklər gətirə bilər. 

– Əyləşin, – Cəfərov onu masa arxasına dəvət etdi, – 

mən sizinlə söhbət etmək istərdim. 

Hümbətov  ehtiyatla  stulun  kənarında  oturdu.  O,  bir 

qədər qorxmuş kimiydi, Cəfərovun görməyə alışdığı kolxoz 

sədrlərinə heç oxşamırdı. 

–  İşləriniz  çətindir?  –  birdən  Mirzə  soruşdu.  – 

Qaçqınlardan  ibarət  bütöv  bir  kolxoz.  Hamısını  yedirmək, 

geydirmək lazımdır. 



www.vivo-book.com 

 

111 



Belə bir başlanğıcı gözləməyən Hümbətov müstəntiqə 

qorxa-qorxa nəzər saldı. 

–  Biz  bütün  inəkləri  xilas  etmişik,  uşaqları  südlə 

təmin edirik, – o dedi. 

–  Narahat  olmayın,  mən  sizi  buna  görə 

çağırmamışam,  –  Cəfərov  təbəssümünü  güclə  boğub  deyə 

bildi, – sadəcə olaraq mənə sizin köməyiniz və məsləhətiniz 

lazımdır. 

– Əlbəttə, – Hümbətov qorxaq gözlərini müstəntiqdən 

çəkməyərək canlandı. Bu, sədrin gözlərində əksini tapa bilən 

yeganə hiss idi – qorxu. 

– Bu yaxınlarda dağlarda çoban öldürülüb, – Cəfərov 

başladı.  –  Biz  yoxlama  apardıq  və  birdən  məlum  oldu  ki, 

onu  azərbaycanlılar  öldürüb.  Ən  təəccüblüsü  odur  ki,  onlar 

ermənilərlə birgə fəaliyyət göstərirmişlər. 

–  Burda  təəccüblü  nə  var  ki?  –  birdən  Hümbətov 

soruşdu. 

–  Bəs  siz  təəccüblü  heç  nə  görmürsünüz?  –  öz 

növbəsində Cəfərov da heyrətləndi. 



www.vivo-book.com 

 

112 



– Mən artıq heç nəyə təəccüblənmirəm,  – Hümbətov 

cavab verdi. – Bağışlayın, sizin adınız necə oldu? 

– Mirzə... 

–  Hə,  hörmətli  Mirzə  müəllim,  mən  həyatımda  elə 

şeylər  görmüşəm  ki,  daha  nəyəsə  təəccüblənmirəm.  İndi 

mən  hər  şeyə  inanıram.  Bəyəm  kimsə  düşünə  bilərdi  ki, 

Sovet İttifaqı dağılacaq? Məgər kimsə ehtimal edə bilirdi ki, 

kommunistlər  olmayacaq?  Bizim  nə  vaxtsa  ermənilərlə 

döyüşəcəyimizi  və  mənim  bütün  kolxozçularımın  öz 

torpağında  qaçqın  olacağını  mən  yatıb  yuxumda  görə 

bilərdimmi?  Bunlardan  sonra  mən  daha  heç  nəyə 

təəccüblənmirəm. Bağışlayın, mən çox uzun danışdım. 

–  Yox-yox,  eybi  yox.  Axı  özünüz  deyirsiniz  ki,  bu 

inanılmazdır – belə müharibə, belə bir düşmənçilik, indi də 

belə bir dəstə. 

–  Heç  bir  düşmənçilik  yoxdur,  –  Hümbətov  birdən 

etiraz  etdi.  –  Bilirsiniz,  biz  bu  lənətə  gəlmiş  Qorbaçova 

qədər  necə  yaşayırdıq!  Qonşu  rayonda  toy  çalınırdı.  Biz 

necə mehriban idik! Martunidən mənim yanıma kolxoz sədri 

Aşot Avetisyan gəlirdi. Özüylə də əlli nəfər gətirirdi. Biz də 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə