Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə24/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   20   21   22   23   24   25   26   27   ...   101

www.vivo-book.com 

 

118 



–  Bəs  ikincinin  adını  deyə  bilmirsiniz?  Ömərin 

bəstəboy dostu olmayıb? 

–  Yadımda  deyil,  amma  məncə  olmayıb.  O  çobanı 

Ömər özü öldürüb? 

–  Belə  görünür  ki,  hə.  O  qorxub  ki,  qoca  onları 

tanıyar. 

–  Biabırçılıq!  Yazıq  anası.  Bəlkə  bir  səhv  var?  – 

Hümbətov ümidlə soruşdu. 

–  Bilmirəm.  Biz  bunu  yoxlamalı  olacağıq.  Siz  sabah 

düşərgəyə gedirsiniz? Olar mən də sizinlə gedim? 

– Əlbəttə, olar. Səhər saat 7-də ardınızca gələrəm. 

–  Danışdıq.  Köməyə  görə  çox  sağ  olun,  Vaqif 

müəllim. 

O, kolxoz sədrinə əlini uzatdı. Kişi onun əlini sıxdı. 

–  Bağışlayın,  –  Hümbətov  sağollaşarkən  dedi,  – 

sadəcə,  bu  müharibə  haqda  sakit  danışa  bilmirəm.  Dünən 

bizim  düşərgədə  bir  oğlan  öldü.  Difteriyaya  görə  peyvənd 

edə  bilməyiblər.  Dərman  yox  idi.  Bakıdasa  şəhərin  yarısı 

“Mersedes”lərdə gəzir. Sağ olun. 



www.vivo-book.com 

 

119 



Onun  gedişindən  sonra  Cəfərov  uzun  müddət  yata 

bilmədi.  O  deyirdi  ki,  istənilən  müharibə  əclafların  şərəfli 

insanlara qarşı dilbirliyidir. Nəhayət, Mirzə yuxuya getdi və 

ilk  dəfə  olaraq  yuxusunda  il  yarım  bundan  əvvəl  həlak 

olmuş qardaşı oğlunu gördü. O, nəyə görəsə gülümsəyirdi. 

 

 



 

      VIII HİSSƏ 

Moskvaya gəlib çatandan sonra, demək olar ki, yarım 

gün  bir  neçə  cavan  oğlanın  qırsaqqız  marağından  yaxa 

qurtarmağa çalışdı. Onları başından eləmək problem deyildi, 

o,  müşahidədən  asanlıqla  yayına  bilərdi.  Amma  onun  üçün 

vacib  olan  öz  müşahidəçilərinin  hazırlıq  səviyyəsini,  onun 

hərəkətlərinə  adekvat  reaksiyasını  və  proqnozlaşmış 

davranışlarını  yoxlamaq  idi.  Bütün  məlumatları  əldə 

edəndən 


sonra 

sakitcə 


müşahidədən 

uzaqlaşdı. 

Müşahidəçiləri  onun  hara  yoxa  çıxdığını  heç  başa  düşə 

bilmədilər. Sanki havada həll olunmuşdu. 




www.vivo-book.com 

 

120 



Təyin  olunmuş  vaxta  bir  neçə  saat  var  idi.  O,  nahar 

etməyə  və  telefon  stansiyasına  getməzdən  qabaq  bir  qədər 

gəzişə  də  bildi.  Nyu-Yorkla  danışığı  sifariş  verməli  oldu, 

əlaqə  o  qədər  də  pis  deyildi.  Demək  olar  ki,  dərhal  on 

beşinci  kabinaya  keçmək  təklif  olundu.  O  tərəfdə  dəstəyi 

Pyer Dyunua qaldırdı. 

–  Salam  Dronqo,  –  Dyunua  şən  tərzdə  dedi,  –  səni 

belə  adlandırdığım  üçün  bağışla,  ağzımdan  çıxdı.  Narahat 

olmaya  bilərsən,  mən  aparat  qoşmuşam,  bizi  dinləyə 

bilməzlər. 

–  Axşamın,  daha  doğrusu,  vaxtın  xeyir,  –  köhnə 

dostunun səsini eşitmək ona xoş idi, – yoldaşınız necədir?  

–  Sən  elə  bunu  öyrənmək  üçün  zəng  etmisən?  – 

Dyunua güldü. Gülüşü əvvəlki kimiydi, uşaq kimi gülürdü. 

– Artıq nə baş verdiyini bilirsiniz? 

–  Bilirəm,  Lauton  mənə  danışıb.  Belə  görünür  ki, 

sənin  böyük  problemlərin  var.  Narahat  olma.  Mən  artıq 

İnterpolun Moskvadakı milli bürosuyla əlaqə saxlayıb sənin 

haqda  onları  xəbərdar  etmişəm.  Bu  nömrəyə  zəng  edə 



www.vivo-book.com 

 

121 



bilərsən...  –  Dyunua  nömrəni  diktə  etdi,  –  orda  sənə  sənəd 

veriləcək, həm də nə lazımsa, edəcəklər. 

– Mən geri qayıdım? 

–  İlk  üç  gün  yox.  Sən  axı  hər  üç  gündən  bir  özünü 

bildirməlisən.  Lauton  sənin  məlumatının  şifrəsini  düzgün 

açıb? 


– Hə. Amma məncə, onlara təklikdə çətin olacaq. 

–  Narahat  olma.  Onlar  tək  olmayacaq.  Biz  lazımi 

köməkliyi  göstərəcəyik.  Sən  belə  hesab  edirsən  ki,  sizin 

respublikadakı məmurlarla əlaqə yaratmaq lazım deyil? 

– Əsla, orda hər şey satın alınıb. 

–  Amma  bizə istənilən halda  rəsmi  şəxslərdən kimsə 

lazımdır. Yerli hakimiyyəti tamamilə görməməzliyə vuraraq 

işləmək olmaz. 

–  Onda  qoy  Milli  Təhlükəsizlik  nazirinə  müraciət 

etsinlər.  O,  digərlərindən  daha  əxlaqlı  insana  oxşayır.  Həm 

də bu yaxınlarda təyin olunub, hələ böyük əlaqələr qurmağa 

macal tapmayıb. 

– Onu məsləhət görürsən? 



www.vivo-book.com 

 

122 



–  Düşünürəm  ki,  hə.  Mən  artıq  bu  variantı 

düşünmüşəm.  Amma  onu  da  xəbərdar  etmək  lazımdır.  O, 

peşəkardır, hər şeyi düzgün anlayacaq. 

–  Danışdıq.  Bizim  təlimatımızı  sənə  çatdıracaqlar. 

Risk etməməyə çalış. 

– Bu artıq məndən asılı deyil. Onlar birinci başladılar, 

– Dronqo sağollaşarkən dedi. 

Binadan  çıxarkən  iyirmi  dəqiqə  yoxlama  dairələri 

vurdu  ki,  yeni  “quyruqların”  peyda  olub-olmadığını 

yoxlasın.  Yalnız  bundan  sonra  deyilən  ünvana  zəng  etdi. 

Daha yarım saat sonra o lazımi yerdəydi. 

Gəldiyi  mənzildə  onu  evin  içində  cilalanmış,  ağır 

əsayla gəzən, altmış yaşlarında bir kişi qarşıladı. Dronqo evə 

girən kimi ev sahibinin əsasına diqqət yetirdi, amma heç nə 

soruşmadı.  Görünür,  bu,  İnterpolun  çətin  işində  onlara 

kömək  edən,  DİN  və  ya  DTK-nın  təqaüdə  çıxmış  keçmiş 

əməkdaşlarından idi. 

Mənzildə  ev  sahibindən  başqa  heç  kim  yox  idi  və 

Dronqo  uzun  müddət  onun  mətbəxdə  çay  və  peçenye 

hazırlamaq  üçün  qurdalanmağını  gözləməli  oldu.  Nəhayət, 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə