Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə20/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   16   17   18   19   20   21   22   23   ...   101

www.vivo-book.com 

 

97 



Telefonu  götürən  Xotivari  təbəssümlə  kiminsə 

nömrəsini yığdı. 

Bərkdən səs eşidildi: 

– Eşidirəm sizi. 

–  Vyaçeslav  Nikolayeviç,  –  Xotivari  ciddi  şəkildə 

dedi,  –  sizinlə  danışan  Quram  Xotivaridir.  Mənimlə  bağlı 

sizə Moskva merliyindən zəng ediblər? 

– Hə, mənə dedilər ki, siz zəng edəcəksiniz. Sizə necə 

kömək edə bilərəm? 

Ən  dəhşətlisi  o  idi  ki,  Çijov  Morozovun  səsini 

eşidirdi.  Xotivari  nəyisə  qurdalayandan  sonra  prokurorun 

səsi kabinetdə aydın eşidilirdi. 

–  Bizim  bir  xahişimiz  var  –  öləni  rahat  bir  şəkildə 

basdırmaq.  Sizin  adamlarınız  onun  bağında  peyda  ola 

bilərlər, amma belə bir vaxtda bunu etmək etik deyil. 

–  Yaxşı,  –  Morozov  razılaşdı,  –  mən  müstəntiqimə 

tapşıraram  ki,  axtarışın  vaxtını  dəyişsin.  Başqa  hansısa  bir 

xahişiniz var? 

– Yox, təşəkkür edirəm. Sağ olun. 

Xotivari telefonu söndürüb Vajaya qaytardı. 




www.vivo-book.com 

 

98 



– Biz gedə bilərik? – o soruşdu. 

Çijov  donmuş  halda  oturmuşdu.  Sadəcə,  başını 

tərpətdi. 

–  Narahat  olmayın,  yoldaş  Çijov,  –  Xotivari  birdən 

dedi, – bu işdə biz sizin tərəfinizdəyik. 

Onlar  kabinetdən  çıxıb  qapını  möhkəm  örtdülər. 

Onlar heç dəhlizin sonuna çatmamışdılar ki Morozov Çijova 

zəng etdi. 

–  Qulaq  as,  Çijov,  –  prokuror  özünün  ənənəvi 

himayədar – laqeyd tonuyla dedi, – Moseşvilinin işiylə bağlı 

çox hoppanıb-düşmə. Sabah onu basdıracaqlar, hələ ki onun 

bağ evinə getmə. İmkan ver, camaat özünə gəlsin. Onsuz da 

çətin ki sən orda nəsə tapasan. Başa düşdün? 

– Başa düşdüm, Vyaçeslav Nikolayeviç. – Çox istərdi 

ki,  Xotivarinin  ona  məhz  haradan  zəng  etdiyini  desin. 

Amma  bunu  etmək  olmazdı.  Morozov  belə  bir  rüsvayçılığı 

bağışlamazdı. Və Çijov dişlərini qıcayaraq susdu. 

Nəhayət,  dəstəyi  yerinə  qoyandan  sonra  masanın 

üstündəki  yarılma  protokoluna  və  ekspertlərin  imzasıyla 



www.vivo-book.com 

 

99 



qoşma  məktuba  nəzər  yetirdi.  O,  qəfil  telefonu  özünə  tərəf 

çəkib Qrebnevin nömrəsini yığdı. 

–  Arkadi  Fyodoroviç,  –  dedi,  –  sizi  narahat  edən 

Çijovdur.  Kiyev  rayonu  prokurorluğundan.  Siz  bu  gün 

öldürülən 

Moseşvilinin 

cəsədinin 

pataloqanatomik 

yarılmasını aparmısınız? 

– Hə, – qoca ekspert təsdiqlədi, – nə olub ki? 

– Yarılmada siz özünüz iştirak etmisiniz? 

–  O  qədər  də  yox,  –  Qrebnev  bir  qədər  duruxdu,  – 

mənə səhər tezdən zəng edib xahiş etdilər ki, gəlim. Mən də 

imtina  edə  bilmədim.  Mən  gələndə  yarılma  artıq  bitirdi. 

Amma  protokol  həqiqidir,  orda  hər  şey  düz  yazılıb  –  iki 

güllə yarası. Buna mən cavabdehəm. 

– Bəs sizdən gəlməyi kim xahiş etmişdi? 

– Bu sizin təhqiqatınız üçün vacibdir? 

– Düzünü desəm, çox. 

– Polkovnik İzotov. Şəxsən zəng etmişdi, burda pis nə 

var  ki?  O,  tez-tez  məndən  gəlməyi,  baxmağı  xahiş  edir. 

Burda heç bir kriminal görmürəm. 

– Cəsədin verilməsinə razılığı siz vermisiniz? 



www.vivo-book.com 

 

100 



– Əlbəttə, yox, – Qrebnev hətta hirsləndi də, – siz ki 

bilirsiniz, mənim bunu etməyə ixtiyarım yoxdur. Onda niyə 

soruşursunuz? 

–  Bağışlayın,  Arkadi  Fyodoroviç,  mən  sizi  incitmək 

istəmirdim. Minnətdaram. Sağ olun. 

Dəstəyi  qoyub  on  beş  dəqiqə  sənədlərə  baxaraq  sakit 

oturdu. Polkovnik İzotov Moskva şəhəri Daxili İşlər İdarəsi 

rəisinin  birinci  müaviniydi  və  cinayət  axtarışı  işini  şəxsən 

idarə edirdi. O heç bilmirdi ki, bundan sonra Mixeyevə zəng 

etməyə  dəyərmi.  Nəhayət,  qərar  verdi.  Nömrəni  yığdı. 

Dəstəyi Mixeyev özü götürdü. 

–  Konstantin  İqnatyeviç,  –  o,  ölgün  səslə  dedi,  – 

Moseşvilinin bağ evinə gediş təxirə salınır. 

– Niyə? – Mixeyev sakitcə xəbər aldı. O, hadisələrin 

belə dəyişməyinə hazır idi. 

– Gəlib danışaram, – Çijov söz verdi. 

–  Yaxşı,  –  Mixeyev  soyuqqanlılıqla  razılaşdı  və 

birdən  əlavə  etdi:  –  Mən  ki  demişdim,  bu  iş  hələ  çox 

qanımızı qaraldacaq. 



www.vivo-book.com 

 

101 



Ağ  “Mersedes”də  hələ  də  onların  hər  sözlərini 

eşidirdilər. 

 

 

 



 

      VII HİSSƏ 

Cəfərov  rayon  mərkəzinə  böyük  çətinliklə  çatdı. 

Qonşu  İmişli  rayonuna  gedən  avtobusu  gözləməli  oldu. 

Avtobus  şəhərdən  üçsaatlıq  gecikməylə  yola  düşdü  və  iki 

dəfə  də  yolda  dayandı.  Daha  sonra  İmişlinin  rayon 

prokurorluğunda  oturub  Beyləqana  gedən  yol  maşını 

tapılana kimi gözləməli oldu. Nəhayət, günortaya yaxın bir 

yük  maşını  tapıldı.  Onlar  təzəcə  yola  düşmüşdülər  ki, 

mühərrik  tüstülənməyə  başladı  və  Beyləqanda  heç  bir  işi 

olmayan  sürücü  daha  yarım  saat  pis  idarə  olunan  maşınla 

əlləşməli  oldu.  Onlar  tərpənəndə  artıq  saat  5  idi.  Saat 

yarımdan sonra rayon mərkəzinə çatdılar. 

Əvvəllər  rayon  “böyük  rəhbərin”  tərəfdaşı  və 

silahdaşı  olan  yoldaş  Jdanovun  adıyla  adlanırdı.  Hərçənd, 



www.vivo-book.com 

 

102 



yoldaş  Jdanov  Azərbaycanın  bu  sərhəd  şəhərciyini  öz 

gəlişiylə  şərəfləndirməsə  də,  Moskvada  və  Bakıdakı 

rəhbərlik rayonu məhz onun şərəfinə adlandırmağı mümkün 

və  düzgün  hesab  etmişdilər.  Böyük  hərəkatın  digər 

tərəfdaşlarından  fərqli  olaraq  Jdanovun  bəxti  daha  çox 

gətirmişdi.  O  vaxtında  öldü  və  Azərbaycanda  başlanan 

çevriliş  dalğası  onu  coğrafi  xəritədən  atana  kimi  tarixdə 

daha qırx il qala bildi. 

Əlbəttə  ki,  rayon  mərkəzində  Cəfərovu  heç  kim 

gözləmirdi.  Bu  zaman  prokurorluqda  Bakıdan  gələn 

müstəntiqin nə istədiyini düz-əməlli başa düşməyən yuxulu 

növbətçi  oturmuşdu.  Yerli  İcra  Hakimiyyətinə  gedəsi  oldu. 

Orda bəxti daha çox gətirdi. İcra başçısı Eldar Qasımov artıq 

onun  Bakıdan  gəlişindən  xəbərdar  edilmişdi.  O,  qonağı 

mehribanlıqla qarşıladı, çay təklif etdi. 

Ənənəvi 


olaraq 

böyüklərə 

hörmət 

olunan 


Azərbaycanda  Qasımov  bağışlanılmaz  dərəcədə  cavan  idi. 

Onun qırx üç yaşı var idi. Əlavə olaraq onun bir çatışmazlığı 

da  var  idi.  O,  çox  cavan  görünürdü.  Sanki  rayon  icraiyyə 

komitəsinə 

təsadüfən 

gəlmiş 


keçmiş 

komsomol 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə