Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə18/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   14   15   16   17   18   19   20   21   ...   101

www.vivo-book.com 

 

87 



sıxışdırandan  sonra  qətlin  təhqiqatını  ona  tapşırmağa  qərar 

vermişdi. 

Morozov  bilirdi  ki,  gəncliyinə  baxmayaraq,  Çijov 

perspektivli  işçiydi.  Qatili  tapmağasa  ona  Mixeyevin  özü 

kömək  edəcək.  Bu  zaman  bir  gülləylə  iki  quş  vurmuş 

olacaq.  Əgər  Mixeyev  və  Çijov  qatili  tapa  bilsə,  qalibiyyət 

yenə  prokurorun  adına  yazılacaqdı.  Əgər  tapmasalar,  Çijov 

yüngülvari  cəza alar.  Nəticə  etibarilə,  o,  təhqiqat  aparmağa 

borcludur,  qatili  tapmağa  yox.  Amma  bu  inadkar 

Mixeyevdən birdəfəlik yaxa qurtarmaq olar. Morozov bütün 

bunları ətraflı düşünəndən sonra Çijovu çağırmışdı. 

–  Mən  istəyirəm  ki,  siz  təhqiqatın  əhəmiyyətini  başa 

düşəsiniz,  –  prokuror  davam  edirdi.  –  Sizə  təzyiq 

göstərəcəklər,  hətta  təhdid  də  edəcəklər.  Heç  nədən 

qorxmayın.  Həmişə  xatırlayın  ki,  mən  sizinləyəm.  Və 

sakitcə,  məqsədyönlü  şəkildə  təhqiqatınızı  aparın.  Mən 

Daxili İşlər İdarəsi rəisinə zəng edib xahiş edəcəyəm ki, bu 

işlə  şəxsən  mayor  Mixeyev  məşğul  olsun.  O  sizə  zəruri 

köməyi  göstərəcək.  Mən  sizi  başqa  işlərdən  azad  edirəm. 

General  Seleznyovun  mənzilini  qarət  edən  dəstənin  işini 




www.vivo-book.com 

 

88 



Vostrikova  verin.  Və  yalnız  Moseşvilinin  işiylə  məşğul 

olun. İndi bu, bizim üçün ən vacibidir. Xatırlayın ki, Çijov, 

söhbət  bizim  prokurorluğumuzun  şərəfindən  gedir.  Bizim 

rayonda belə qətllər hər gün olmur. 

– Başa düşürəm, – Çijov məyusluqla cavab verdi. Bu 

Moseşvilini  lənətə  gəlsin!  İndi  Morozov  onu  təngə 

gətirəcək.  Prokurorun  şəxsi  şöhrətiylə  bağlı  məsələlərdə 

onun  aktivliyi  hamıya  məlum  idi.  Çijov  anladı  ki,  qarşıda 

onu çətin günlər gözləyir.  

–  Gedə  bilərsiniz,  –  Morozov  icazə  verdi,  –  məni 

daim məlumatlandırın. 

Çijov hələ öz kabinetinə çatmamışdı ki, Morozov ona 

yenidən zəng etdi. 

–  Mətbuata  heç  bir  məlumat  vermirsən,  –  prokuror 

ciddi tərzdə dedi, – sizin işiniz işləməkdir, müsahibə vermək 

yox. Bunu unutmayın. 

Yalnız  rayon  prokurorunun  yanından  çıxandan  sonra 

Çijov  rahat  nəfəs  ala  bildi.  O  yalnız  indi  bu  cinayətkar 

avtoritetin  qətliylə  bağlı  necə  bir  həngaməyə  düşdüyünü 



www.vivo-book.com 

 

89 



anladı.  Kabinetinə  daxil  olub  Konstantin  İqnatyeviçə  zəng 

etdi. 


Onun əhvali-ruhiyyəsi yaxşı deyildi. 

–  Sizin  boşboğaz  artıq  səni  çağırıb?  –  Mixeyev 

soruşdu. 

– Çağırıb, – Çijov məyusluqla dedi. 

–  Təsəvvür  edirəm,  özünü  necə  gözə  soxacaq,  – 

Mixeyev  rayon  prokurorunu  Çijovdan  pis  tanımırdı.  –  Bu 

axı onun dilinin əzbəridir. Belə bir cinayət. Biz səninlə necə 

bir  işə  düşmüşük,  oğlan.  Bu  Mixo  böyük  avtoritet  imiş, 

mənim  uşaqlarımın  çoxu  onu  tanıyır.  Elə  mən  özüm  də 

gərək  onu  ilk  baxışdan  tanıyaydım.  Sadəcə  olaraq  cəsədə 

baxa bilmirəm. Bu, məndə anadangəlmədir, neyləmək olar. 

– Çamadanları açdınız? – Çijov soruşdu. 

–  Açdıq.  Bir  neçə  məktub,  yüzdollarlıq  əsginazların 

üç dəsti. Qeyri-adi heç nə. 

Doğrudan  da,  Moskvada  kapitalizmin  gur  inkişafı 

dövründə  çamadanda  tapılmış  otuz  min  dollar  adi  hal  idi. 

Nyu-York və ya Los-Anceles polisi miqyasında ağlasığmaz 

olan  bu  məbləğ  Moskva  hüquq-mühafizə  orqanları 




www.vivo-book.com 

 

90 



əməkdaşları  üçün  adi  hal  idi.  Burda  banklara  və  kredit 

kartlarına  güvənmirdilər.  Burda  bütün  işləri  nağd  pulla 

görməyi xoşlayırdılar. 

–  Morozov  mənə  dedi  ki,  Moseşvili  artıq  çoxdan 

Moskvaya  köçüb.  Bəs  o,  niyə  mehmanxanada  yaşayıb,  – 

Çijov maraqlandı, – bunu yoxlamadınız? 

–  Artıq  yoxlamışıq.  Onun  Moskva  ətrafında  bağ  evi 

var.  On  yeddi  otaqdan  ibarət  böyük  bir  villadır.  Amma 

gəlişləri zamanı mehmanxanada yaşayırmış. Yeri gəlmişkən, 

aydınlaşdırdıq  ki,  bu  lüks  nömrə  daimi  olaraq  vətəndaş 

Moseşvili  üçün  ayrılıbmış.  Onun  prezident  olduğu 

“Ampeks”  firması  nömrənin  pulunu  bir  il  əvvəldən 

ödəyirmiş.  Ona  görə  bu  gün  səninlə  iki  yerə  getməliyik  – 

Moseşvilinin bağ evinə və firmasına. 

– Qəribədir ki, belə bir adamın cangüdəni olmayıb, – 

Çijov təəccübləndi. 

– Qəribə heç nə yoxdur. Avtoritetlər arasında demək 

olar ki, heç kimin cangüdəni yoxdur. Əlaltı nə qədər desən 

var,  amma  cangüdən  yox.  Qanuni  oğrunun  özünü  qoruya 

bilməməsi  yaxşı  çıxmır.  O,  adi  kommersant  və  ya  bankir 




www.vivo-book.com 

 

91 



deyildi,  bir  qrup  müəssisənin  rəhbəriydi.  Məndə  olan 

məlumata  görə  onun  dəfninə  Moskvanın  yarısı  gələcək. 

Minlərlə  insan  onun  bir  sözündən  asılıydı.  Belə  bir  qətli 

yalnız  ondan heç  də zəif  olmayan  başqa  bir  avtoritet  təşkil 

edə  bilərdi.  Yeri  gəlmişkən,  sənin  yanına  hələ  cəsədi  tələb 

etmək üçün heç kim gəlməyib? 

– Yox, – Çijov təəccübləndi, – gəlməlidirlər? 

–  Mərc  gələrəm  –  bu  gün  gələcəklər.  Bu,  mötəbər 

publikadır.  Yeri  gəlmişkən,  onlar  bizə  kömək  edəcəklər. 

Bircə  bilsələr  ki,  biz  Moseşvilinin  qatilini  axtarırıq, 

yanımızda  onlarla  könüllü  köməkçi  peyda  olacaq.  Buna 

hazır  ol  və  əsəbiləşmə.  Bu  gündən  etibarən  səni  24  saat 

izləyən xüsusi cangüdənlərin də olacaq. 

– Maraqlı perspektivdir. Bir tərəfdən Morozov, digər 

tərəfdən Mixonun keçmiş həmkarları. 

– Elədir. Onlar bizə axtarışlarda kömək etməyə hazır 

olacaq. Amma əgər biz hansısa bir şəkildə qatili tapa bilsək 

–  hərçənd,  mən  buna  çox  şübhə  edirəm  –  onlar  onu 

burnumuzun dibindən götürüb aparacaqlar. Onları incidənlə 

haqq-hesab  çürütməyə  adətən  özləri  üstünlük  verirlər, 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə