Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə16/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

www.vivo-book.com 

 

77 



Zəng  etməyə  qərar  verəndə  hava  artıq  qaralırdı.  O, 

yaxşı bilirdi ki, telefonu dinlənilir. Bu dəfə də bəxti gətirdi, 

dəstəyi Cerald özü qaldırdı. 

–  Cənab  Lauton,  –  əsas  odur  ki,  Cerald  bu  söhbətin 

vacibliyini  anlasın,  –  mən  sizin  xahişinizə  görə  zəng 

etmişəm. 

Naməlum adam onun Lautonla şəxsən tanış olduğunu 

bilə bilməzdi. Bunu öyrənmək olmazdı. 

–  Sizi  eşidirəm,  –  Lauton  onun  oyununu  qəbul  etdi, 

deməli, məktubu düzgün oxuya bilmişdi. 

–  Biz  bu  gün  səhər  sizinlə  danışıb  şərtləşmişdik  ki, 

mən  sizə  yenidən  zəng  edərəm.  Bağışlayın,  cənab  Lauton, 

amma 

mən 


imtina 

etmək 


məcburiyyətindəyəm. 

Redaksiyanın işləriylə əlaqədar olaraq mən sabah Moskvaya 

gedirəm  və  iki  aydan  sonra  dönəcəm.  Yəqin,  siz  belə  uzun 

müddət gözləyə bilməyəcəksiniz. 

– Əlbəttə, – Lauton hətta səsinə bir qədər əsəbilik də 

qatdı, – çox təəssüf, biz sizin köməyinizə ümid bəsləyirdik. 

İnterpolun  on  ikinci  şöbəsində  bizi  əmin  etmişdilər  ki,  siz 

razılaşacaqsınız.  Görünür,  onların  psixoloqları  işləyə 




www.vivo-book.com 

 

78 



bilmirlər.  Biz  sizi  də  işə  qoşmaq  istəyirdik.  Hətta  sizin 

BMT-nin  ekspertlər  şöbəsinin  əməkdaşı  olduğunuza  dair 

köhnə  vəsiqənizi  də  gətirmişdim.  Hətta  sizin  nömrənizi  də 

saxlamışıq. Çox təəssüf.  

Dronqo  gülümsədi.  Yoxlanılmış  məktəb.  Lauton 

lazım  olan  hər  şeyi  deyə  bildi.  İndi  onlar  o  nəzakətli 

təhdidçiylə  haqq-hesab  çürüdə  biləcəkdilər.  İndi  kozırlar 

onun əlindədir və oyun bərabər səviyyədə gedir. 

– Sağ olun, – Dronqo sağollaşdı. 

İndi hər şey aydın idi. Nyu-York vaxtı ilə sabah gecə 

saat  12-də,  Moskva  vaxtı  ilə  axşam  saat  8-də  köhnə 

nömrəylə  BMT-nin  xüsusi  komitəsinin  ekspertlər  şöbəsinə 

köhnə  nömrədən  zəng  edib  lazımi  təlimat  və  tapşırıqları 

alacaq.  Öz  növbəsində  o  da  Lautona  bir  gündən  sonra 

gələcəyini  və  məktubda  göstərilən  yerdə  görüşəcəklərini 

bildirə  bildi.  Adi,  tamamilə  nəzakətli  məktubda  üç 

kodlaşmış  cümlə  var  idi.  Birinci,  məktubu  göndərənin  son 

dərəcə  böyük  təhlükə  altında  olduğunu  göstərirdi.  İkinci, 

görüş  yeri  haqda  məlumat  verirdi.  Üçüncü,  zamanı 

göstərirdi.  İndiki  halda  “iki  aydan  sonra  qayıdacağam” 




www.vivo-book.com 

 

79 



“birisi  gün  görüşərik”  demək  idi.  “Çox  təəssüf  edirəm” 

ifadəsisə  təhlükənin  səviyyəsini  vurğulayırdı.  Məktubun 

sonunda  onun  yazılma  tarixinin  qeyd  olunduğu  nəzərə 

alınsa, Lauton anlamalıydı ki, məktub haqda danışmaq lazım 

deyil.  Telefon  danışığı  müddətində  o  belə  də  etdi.  “Onlar 

nahaq  məni  bu  işə  qoşdular”  –  Dronqo  öz  rəqibləri  haqda 

düşündü.  Bu  məzəmmət  müəyyən  dərəcədə,  təhqiqatda 

iştirak  üçün  ən  qiymətli  agenti  belə  ehtiyatsızlıqla  gözə 

soxduqlarına görə İnterpol əməkdaşlarına da aid idi. 

Növbəti  səhər,  təqribən  saat  6-da  onu  qısa  zəng  səsi 

oyatdı.  Dronqo  qapını  açarkən  içində  bilet  və  pul  olan  bir 

zərf  gördü.  Yarım  saatdan  sonra  o  artıq  evdən  çıxırdı.  Bu 

səhər saatlarında küçə xeyli sakit idi. 

“Diletantlar,  –  Dronqo  üz-gözünü  turşutdu,  –  nəzərə 

almayıblar ki, bu saat küçədə demək olar ki, heç kim olmur 

və mən müşahidəçini tez görəcəyəm”. 

Onun  müşahidəçiləri  heç  gizlənmək  fikrində 

deyildilər. Onlar  nəzakətli  bir  şəkildə, tünd-qırmızı  “09”-da 

yüz  metrlik  məsafədən  izləyir  və  məsafəni  qısaltmamağa 

çalışırdılar.  Hətta  dayanıb  Dronqonun  yol  maşınını 




www.vivo-book.com 

 

80 



saxlamasını  da  gözlədilər.  Bir  anlığa  beynindən  şuluq  bir 

fikir  də  keçdi:  özünü  və  bu  subyektləri  aeroporta  aparmağı 

xahiş  etmək  olardı.  Onun  şəhərində  artıq  çoxdan  yumoru 

başa düşmürdülər. Daimi müharibələr və qiyamlar insanlara 

gülməyi unutdurmuşdu. 

Nəhayət,  köhnə  “Moskviç”i  saxladıb  sürücünü 

avtobus stansiyasına aparmaq üçün dilə tutdu. Pis dərrakəli, 

yuxulu,  cavan  oğlan  yalnız  Dronqo  normal  qiyməti  ikiqata 

qaldırandan  sonra  razılaşdı.  Avtobusdan  “09”un  onları  düz 

aeroporta  kimi  izlədiyini  görürdü.  Bir  an  onlar  məsafəni 

xeyli  azaltdılar.  Bu  vaxt  avtomobilin  şəxsi  nömrəyə  malik 

olduğunu gördü. 

Aeroportda  bütün  formal  prosedurları  keçib  sonuncu 

sərhəd 


nəzarətinə 

gələndə 


geri 

çevrildi.  Dağınıq 

fizionomiyalı iki naməlum adam xeyli məmnun idi. Obyekt 

özünü  sakit  aparmışdı,  qeyri-adi  heç  nə  baş  verməmişdi. 

Daha  sonra  milis  nəzarəti  gəlirdi.  Burda  sərnişinlərin 

üzərində  silah,  partlayıcı  və  digər  arzuolunmaz  əşyaların 

olub-olmadığı 

yoxlanılırdı.  Onları  dərhal  avtobusa 

mindirmədilər,  bir  neçə  dəqiqə  pis  isidilən  böyük  anqarda 



www.vivo-book.com 

 

81 



donmaq  məcburiyyətində  qaldılar.  Ona  elə  gəldi  ki,  orda 

ümumiyyətlə, isidici yoxdur. 

Təyyarəyə qalxarkən bir daha geri çevrildi. Onun hər 

iki  müşahidəçisi  anqarın  yanında  dayanıb  gərgin  halda 

təyyarəyə  göz  qoyurdular.  Sərhəd,  gömrük  və  milis 

nəzarətinə baxmayaraq, onlar keçə bilmişdilər. 

“Diletantlar,  –  Dronqo  artıq  neçənci  dəfə  düşünürdü. 

– Burda əsl peşəkar işin nə olduğunu unudublar”. Ona zəng 

edən bariton xoş istisnaydı. Təyyarə yerdən qalxdı və o heç 

cür 


yerləşə 

bilməyən 

sərnişinlərin 

vurnuxmasına 

baxmayaraq, dərhal yuxuya getdi. 

 

 



 

  VI HİSSƏ 

 

Səhər adəti üzrə olaraq, “Ukrayna” mehmanxanasında 



baş  verən  qətl  haqda  məruzə  yazırdı.  Moseşvilinin 

bioqrafiyasından  artıq  məlum  olan  faktları  da  əlavə  etdi. 

Qaydaya  görə,  gecə  növbəsindən  sonra  o  evə  getməliydi, 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə