Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə13/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   9   10   11   12   13   14   15   16   ...   101

www.vivo-book.com 

 

62 



Kazımov ağır-ağır ayağa qalxdı, boşalmış qalstukunu 

bərkidib kabinetdən çıxdı. Vəliyevin qəbul otağında heç kim 

yox idi. O, katibəyə başını tərpədib kabinetə girdi. 

–  Salam,  –  Vəliyev  Kazımovu  görüb  ayağa  qalxdı. 

Onlar  əl  sıxıb  dərin  kresloda  əyləşdilər.  Kazımov  kresloya 

zorla yerləşdi, sanki nəfəsi tıxanırdı. 

– Nəsə olub? – Vəliyev soruşdu. 

O, respublika prokurorunun müavini vəzifəsinə yenicə 

təyin  olunduğundan  hamıya  bərabər  və  xeyirxahlıqla 

yanaşaraq öz demokratlığını nümayiş etdirirdi. 

– Füzuli rayonunda, demək olar ki, sərhəddə bir çoban 

öldürülüb, – təngnəfəs Kazımov qısaca məruzə etdi. – Onun 

yanında gənc köməkçisi olub. Ona atəş açıblar, amma o sağ 

qalıb.  İndi  oğlan  əmin  edir  ki,  azərbaycanlıların  və 

ermənilərin birləşdiyi bir dəstə sərhədi keçib. Onların başçısı 

hansısa əcnəbi olub. Oğlan belə hesab edir ki, onlar narkotik 

yük daşınmasıyla məşğul olublar. 

–  Bəs  siz  necə  hesab  edirsiniz?  –  Vəliyev  əlli  yaşı 

olmağına  baxmayaraq,  idmançı  bədən  formasını  və  demək 

olar  ki,  gənc  üzünü  qoruyub  saxlaya  bilmişdi.  Görkəmini 




www.vivo-book.com 

 

63 



yalnız onun yaşını büruzə verən çallaşmış saçları korlayırdı. 

Bahalı  protezini  göstərirmiş  kimi  sanki  qərblilər  kimi 

gülümsəyirdi. 

–  Biz  hələ  dəqiq  bilmirik,  –  Kazımov  cavabdan 

yayındı,  –  amma  mən  sabah  ora  öz  müstəntiqimizi 

göndərmək  fikrindəyəm.  Qoy  yerində  axtarsın.  Bəlkə  nəsə 

öyrənə bildi. 

–  Cəbhə  xəttinə  kimi  məsafə  uzundur?  –  Vəliyev 

soruşdu. 

–  O  qədər  də  yox.  Siz  ki  bilirsiniz,  Füzulinin  böyük 

hissəsi 

düşmən  tərəfindən  işğal  olunub.  Təhqiqatı 

Beyləqandan  aparmaq olar. Bu, yeganə  çıxış  yoludur. Yerli 

administrasiya  rəhbərini  mən  tanıyıram.  Ondan  xahiş 

edərəm ki, bizim müstəntiqə kömək etsin. Amma bizə sizin 

köməyiniz lazımdır. 

Vəliyev 

sakitcə 


Kazımovu  dinləyirdi.  Başını 

tərpədərək onu həvəsləndirirdi. 

–  Milli  Təhlükəsizlik  Nazirliyiylə  əlaqə  saxlamaq 

lazım  olacaq,  –  Kazımov  xahiş  etdi,  – onlar  öz  adamlarına 




www.vivo-book.com 

 

64 



tapşırıq  versinlər  ki,  bizim  müstəntiqə  zəruri  köməkliyi 

göstərsinlər. 

– Deyərik, – Vəliyev vəd etdi, – başqa? 

– Hələ ki bu kifayətdir. 

Vəliyev  yüngülcə  yerindən  qalxaraq  hökumət 

telefonuna yaxınlaşıb Milli Təhlükəsizlik Naziri müavininin 

nömrəsini yığdı. 

– Salam, Rasim Paşayeviç, sizi Vəliyev narahat edir. 

Bizə  sizin  köməyiniz  lazımdır.  Bir  əməkdaşımız  bu  gün 

Beyləqana  gedir.  Bəlkə  öz  əməkdaşlarınıza  tapşırıq 

verəsiniz  ki,  bizim  müstəntiqə  kömək  etsinlər.  Hə,  hə,  çox 

sağ olun. 

–  Müstəntiqin  soyadı  nədir?  –  Vəliyev  Kazımovdan 

soruşdu. 

–  Cəfərov,  –  Kazımov  Vəliyevin  möhkəm  bədən 

quruluşuna həsədlə baxaraq cəld cavab verdi. Deyirdilər ki, 

o, gəncliyində voleybolla məşğul olub. 

– Cəfərov, – Vəliyev müstəntiqin soyadını təkrarladı, 

– çox sağ olun. Yox, yalnız çoban öldürülüb. Sadəcə olaraq 

sərhədə  çox  yaxın  yerdədir,  demək  olar  ki,  Horadiz 




www.vivo-book.com 

 

65 



stansiyası yaxınlığında. Siz özünüz ora gedirsiniz? Niyə belə 

uzağa?  Nə  baş  verib?  Maraqlıdır.  Yox,  mən  bu  haqda 

eşitməmişəm. Yox, birinci dəfədir, eşidirəm. Məlumata görə 

sağ olun. 

O,  dəstəyi  qoyub  bir  neçə  saniyə  susdu.  Sonra  sanki 

Kazımovun otaqda olduğunu xatırlayıb geri çevrildi. 

– Nə olub? – İmran Kazımov soruşdu. 

–  İki  gün  əvvəl  sərhəddəki  İran  şəhəri  olan 

Aslandüzdə atışma olub, – Vəliyev qısaca dedi, – öldürülən 

qaçaqmalçılar  var.  İranlılar  bizim  nümayəndəmizdən  xahiş 

edirlər ki, cəsədləri onlara verək. 

– Ora özü gedəcək? – Kazımov soruşdu. 

–  Hə,  –  Vəliyev  başını  yellədi  və  düşüncəli  tərzdə 

əlavə  etdi:  –  Görünür,  bunlar  sizin  şübhəlilərinizdir.  İki 

nəfər  öldürülüb.  İranlılar  israr  edirlər  ki,  onlardan  biri 

erməni,  digərisə  azərbaycanlıdır.  Amma  heç  bir  sənəd 

tapılmayıb.  Maraqlıdır,  onlar  öldürülənlərin  milliyyətini 

sənədsiz necə təyin edə biliblər. 

–  Çox  sadə,  –  Kazımov  gülümsədi,  o  doğrudan  da 

müstəntiqlər  arasında  respublikada  ən  yaxşılardan  idi  və 




www.vivo-book.com 

 

66 



haqlı olaraq istintaq şöbəsi rəisi vəzifəsinə təyin olunmuşdu, 

– bunun üçün sənəd lazım deyil. 

–  Başa  düşmədim,  –  tabeliyində  olan  adamın 

hazırcavablığı Vəliyevin xoşuna gəlmədi. 

–  Onların  şalvarını  çıxarmaq  kifayətdir,  –  Kazımov 

kreslodan durmağa çalışaraq izah etdi. 

– Şalvarın bura nə dəxli var? 

– Müsəlman ənənəsi. Azərbaycanlı müsəlman mütləq 

sünnət olunur, xristian ermənisə yox. Bu da bütün sirr. 

Vəliyev gülümsədi. 

– Bu qədər sadə, – o, burnunun altında dedi, – və heç 

bir sənəd lazım deyil. Yaxşı düşünürsünüz, İmran Quliyeviç. 

–  Çox  sağ  olun,  amma  burda  xüsusi  bacarıq  tələb 

olunmur.  Sadəcə,  bir  qədər  diqqət  lazımdır.  Bəlkə  bizim 

müstəntiq Rasim Paşayeviçlə birlikdə getsin? 

–  Yaxşı  çıxmaz,  –  Vəliyev  etiraz  etdi,  –  qoy  sizin 

Cəfərov  ora  gedib  yerində  nə  etmək  lazım  olduğuna  qərar 

versin.  Rasim  Paşayeviç  yerli  təhlükəsizlik  orqanları 

tərəfindən kömək olunacağına söz verdi. Qalan şeylərisə qoy 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə