Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə10/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

www.vivo-book.com 

 

47 



Maşında heç nə danışmadılar. Yalnız Mixeyev ikinci 

siqareti  atıb  üçüncünü  çıxardı  və  yenidən  çeynəməyə 

başladı. 

Onlar Dİİ-nin binasına yenicə çatmışdılar ki, binadan 

sıçrayan növbətçi əlini yelləməyə başladı. 

–  Ürəyimə  dammışdı,  –  Mixeyev  hirsləndi,  –  yenə 

nəsə olub. 

Tələsmədən maşından düşdü. 

– Yenə nə olub? – o, növbətçi mayordan soruşdu. 

–  Öldürülən  adam  haqda  məlumat  gəlib,  Konstantin 

İqnatyeviç, – mayor bir vərəq uzatdı. – Uşaqlarınız dedi ki, 

təcili sizə çatdırım. 

Bu,  informasiya  mərkəzinə  göndərilən  sorğunun 

cavabıydı.  Gecə  olmasına  baxmayaraq,  növbətçilər  dərhal 

Moseşvili  haqda  məlumat  tapa  bilmişdilər.  Və  bunda 

təəccüblü heç nə yox idi. 

1935-ci  ildə  doğulmuş  Mixail  Quramoviç  Moseşvili 

dəfələrlə  məhkum  olunmuş  qanuni  oğruydu.  Hesabında 

səkkiz hökm və ümumilikdə iyirmi iki illik həbsxana həyatı 



www.vivo-book.com 

 

48 



vardı.  İki  dəfə  qaçmağa  cəhd  edib.  Gürcüstanda  Mixo 

ləqəbiylə tanınıb. 

–  Belə-belə  işlər,  –  Mixeyev  kompüter  çıxarışını 

Çijova  uzatdı,  –  indi  böyük  qalmaqalları  gözlə.  Çoxdandır, 

belə bir avtoriteti öldürmürdülər. Görünür, Moskvada kimsə 

yeni müharibə başlamağa qərar verib. 

Çijov  Mixail  Quramoviçin  “şanlı”  bioqrafiyasını 

heyrətlə oxuyurdu. 

                             IV HİSSƏ 

Prokuror  bu  cinayət  işini  müstəntiq  Mirzə  Cəfərova 

həvalə etməyə qərar verdi. Son iki ildə onun iyirmiyə yaxın 

belə cinayət işi olmuşdu və bilirdi ki, onların açılması yaxın 

gələcəkdə  nəinki  real  deyil,  demək  olar  ki,  mümkün  deyil. 

Qarabağda  amansız  müharibə  gedirdi  və  qanuna  görə 

respublikanın  bu  və  ya  digər  vətəndaşının  qətlinə  görə 

cinayət  işi  açılmalıydı.  Sivil  dövlətlərdə  qəbul  olunduğu 

kimi.  Amma  əvvəla,  müharibə  gedirdi  və  qətllərin 

törədildiyi  bir  çox  ərazilər  düşmən  tərəfindən  işğal 

olunmuşdu.  İkincisi,  Dağlıq  Qarabağın  erməni  sakinləri 

özlərini 

Azərbaycan 

vətəndaşları 

saymırdılar 

və 



www.vivo-book.com 

 

49 



respublikanın qanunlarına boyun  əymək  fikrində deyildilər. 

Bakıdasa öz növbəsində Dağlıq Qarabağ ərazisində yaşayan 

erməniləri  öz  həmvətənləri  kimi  de-fakto  tanımasalar  da, 

onların  müstəqil  Azərbaycan  ərazisində  olduğunu  de-yure 

tanıyır  və  prinsipial  olaraq  istənilən  zorakılıq  hadisəsinə 

görə  cinayət  işi  qaldırmaqda  davam  edirdilər.  Hərçənd, 

indiki  halda  sərhəd  rayonunda  qoca  çoban  öldürülmüş  və 

onun  gənc  ortağı  ağır  yaralanmışdı.  Prokurorluqda  belə 

hesab edirdilər ki, cinayəti, əlbəttə, erməni quldurları törədib 

və  Mirzəyə  növbəti  dəfə  tapşırılmışdı  ki,  ağır  yaralı  şahidi 

dindirsin, cinayət işi açsın və... bu yerlərdə istintaq aparmaq 

qeyri-mümkün  olduğuna  görə  onu  unutsun.  Onsuz  da 

cinayətkarlar da hadisə yerində oturub prokurorluq işçisinin 

gəlişini gözləyən deyildi. 

Ağır  yaralı  Əli  Novruzovu  artıq  həkimlərin  naçar 

qaldıqları  rayon  mərkəzindən  gətirmişdilər.  Oğlanı  möcüzə 

xilas  etdi.  Aralarında  məşhur  cərrah  Kristian  Andrenin  də 

olduğu Qırmızı Xaçın Cenevrədən olan missiyası Bakıdaydı. 

O,  səkkizsaatlıq  əməliyyat  nəticəsində  xəstəni  xilas  edə 

bildi. İndi xəstənin həyatına görə narahat olmağa dəyməzdi 




www.vivo-book.com 

 

50 



və  xüsusi  vacib  işlər  üzrə  müstəntiqə  formal  cinayət  işi 

qaldırmaq üçün onu dindirmək tapşırılmışdı. 

Xəstəxanada 

adi 


natəmizlik, 

nizamsızlıq 

və 

səliqəsizlik  hökm  sürürdü.  Xəstənin  palatasını  çətinliklə 



tapan  Cəfərov  ora  girəndə  bir-birinə  çox  yaxın  məsafədə 

uzanmış  altı  xəstə  gördü.  Əvvəllər,  yaxşı  dövrlərdə  burda 

normaya  görə  iki  ağır  yaralı  qalırdı.  İndisə  qızdırılan 

palataların  çatışmazlığına  görə  xəstələri  bir  palataya 

yığırdılar.  Mart  ayı  olmasına  baxmayaraq,  hava  kifayət 

qədər soyuq idi. 

Novruzovun  çarpayısını  tapan  müstəntiq  ona 

yaxınlaşdı.  Boş  stul  olmadığından  çarpayının  qırağında 

əyləşdi. Oğlan təşvişlə ona baxırdı. 

–  İşlər  necədir?  –  müstəntiq  yorğun  halda  soruşdu. 

Əlbəttə  ki,  gülümsəmək  lazım  idi,  amma  onun  belə 

təntənələrə gücü yox idi. 

–  Çox  sağ  olun,  hər  şey  yaxşıdır,  –  oğlan  sakitcə 

cavab verdi. 




www.vivo-book.com 

 

51 



– Həkimlər deyir ki, yaşayacaqsan, – Cəfərov şablon 

ifadəni  səsləndirdi,  –  elə  hesab  elə  ki,  ikinci  dəfə  dünyaya 

gəlmisən. 

–  Çox  sağ  olun,  –  oğlanın  kifayət  qədər  miskin 

görkəmi var idi. 

–  Danış  görək,  hər  şey  necə  olub,  –  Cəfərov  kitabça 

və  qələm  çıxardı.  Onların  artıq  maqnitofonları  yox  idi. 

Olanlar da çoxdan qırılmışdı. 

– Onlar Qurban kişini öldürdülər, sonra da mənə atəş 

açdılar, – Əli sakitcə dedi, – deyəsən iki dəfə. 

–  Sənə  kimin  atəş  açdığını  gördün?  –  Cəfərov 

dəqiqləşdirdi. 

– Əlbəttə. 

– Erməniydi? 

– Hə. 

– Hansısa təfərrüatı xatırlayırsan? 



– Yox. Deyəsən, adı Vartan idi. Armen də ordaydı. 

– Sənə Vartan atəş açdı? 

– Hə. 

– Onu təsvir edə bilərsən? 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə