Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə11/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

www.vivo-book.com 

 

52 



–  Saqqallı,  möhkəm  bədənli  kişiydi.  Başqa  heç  nə 

xatırlamıram. 

–  Aydındır,  –  Cəfərov  ah  çəkdi.  “Hər  şey  adəti  üzrə 

olduğu  kimidir,  –  o  düşündü.  –  Evə  gedib  üzümü 

qırxmalıyam”. 

–  Qurbanı  da  həmin  erməni  vurdu?  –  o  artıq 

kitabçasını bağlayaraq soruşdu. 

– Yox, – Novruzov sakitcə dedi, – o yox. 

– Bəs kim? – o artıq kitabçasını portfelinə qoymuşdu. 

–  Azərbaycanlı,  –  oğlan  çox  sakitcə  cavab  verdi  ki, 

qonşuları eşitməsin. 

– Nə azərbaycanlı? – Cəfərov qəzəbləndi. – Axı orda 

hamısı ermənilər olub! 

– Azərbaycanlı da olub, – oğlan etiraz etdi. 

–  Ermənilərlə  birlikdə?  –  Cəfərov  digər  xəstələrə 

əhəmiyyət  vermədən  bərkdən  dedi.  –  Dəli  olmusan?  Sən 

sayıqlayırsan. 

–  Yox,  –  oğlan  etiraz  etdi.  –  Orda  iki  nəfər 

azərbaycanlı  var  idi.  Birinin  adı  Ömər  idi.  Digərinin  adını 

xatırlamıram. Amma dəqiq azərbaycanlıydı. 




www.vivo-book.com 

 

53 



Palatadakı  digər  xəstələr  öz  aralarında  yavaşca 

söhbətləşməyə  başladılar.  Cəfərov  qəzəbləndiyinə  görə 

peşman oldu. 

– Onlar birlikdəydilər? – o, sakit tərzdə soruşdu. 

–  Hə.  İki  azərbaycanlı,  iki  erməni.  Biri  də  rus  idi. 

Yekə, keçəl kişiydi. 

– Onun adını eşitmədin? 

– Yox, onlar onun adını çəkmirdilər. 

– Bəs qocanı niyə öldürdülər? 

–  O,  ermənilərdən  hansınısa  tanımışdı.  Onun  adını 

çəkdi, onda azərbaycanlı arxadan onu avtomatla güllələdi. 

–  Onlar  hamısı  belədir,  –  yanında  uzanmış,  görünür, 

ayağının  birini  cəbhədə  itirmiş  əlil  bərkdən  dedi,  –  satqın 

əclaflar. 

– Mane olma, – Cəfərov ciddi tərzdə dedi, – görürsən, 

işləyirik.  Bura  ona  görə  gəlmişəm  ki,  belə  əclafları  üzə 

çıxaraq. Xalq döyüşür, onlarsa alverlə məşğuldurlar. 

–  Alverlə  yox,  –  bədbəxt  Novruzov  bir  daha  etiraz 

etdi. 

– Bəs nəylə? – Cəfərov astadan soruşdu. 




www.vivo-book.com 

 

54 



–  Onlar  sərhəd  tərəfə  gedirdilər.  Onların  böyük  arxa 

çantaları  var  idi.  Postlar  barədə  soruşurdular.  Dağlarda  bu 

şəkildə adətən narkotik keçirirlər. 

– Çox danışırsan, – Cəfərov qaşlarını çatdı. – Deməli, 

azərbaycanlının adı Ömər idi. Onu təsvir edə bilərsən? 

–  Ortaboylu,  qarabığlıydı,  daim  gülümsəyirdi. 

İkincisi, balacaboy idi. Üz-gözü tük içində olduğundan onu 

yaxşı görə bilmədim. 

–  Əcəb  işə  saldın  bizi,  –  Cəfərov  pıçıldadı.  –  Yaxşı 

sən sağal, mənsə bu xainləri tapmağa çalışaram. Bəlkə onlar 

bələdçilər olublar. Sənin yanına yenə gələcəyəm. 

Müstəntiq  palatadakı  dərin  sükuta  əhəmiyyət 

vermədən cəld qapıdan çıxdı. “Bütün günüm məhv oldu”, – 

o düşündü. Evə gedib üzünü qırxmalı olacaq. Sonrasa şöbə 

rəisinin  yanına  gedib  qoca  çobanın  qətli  haqda  məruzə 

etməlidir.  Doğrudanmı  oğlan  haqlıdır  və  orda  ermənilərlə 

birlikdə  azərbaycanlılar  da  olub?!  On  il  əvvəl  bu  faktda 

qeyri-adi  heç  nə  olmazdı.  Amma  indi...  Onların  ölkələri 

arasında  müharibə  getdiyi,  Dağlıq  Qarabağda  bir  nəfər  də 

olsun  azərbaycanlının  qalmadığı  bir  vaxtda  bu  çox 




www.vivo-book.com 

 

55 



qəribəydi. Bəs onlar niyə sərhədə tərəf gediblər? O bilirdi ki, 

son  zamanlar  respublikanın  şimal-qərbində,  Azərbaycan-

erməni  sərhədində  keçid  halları  tez-tez  baş  verir. 

Müharibəyə baxmayaraq, alverçilər və qaçaqmalçılar gəlirin 

şərəf  və  vətənpərvərlik  hisslərindən  asılı  olmadığını  sübut 

edərək  öz  bizneslərini  davam  etdirirdilər.  Quldurlar,  “əsl 

beynəlmiləlçilər”  idilər,  hətta  müharibə  apardıqları  ölkəylə 

müqavilələrdən  belə  çəkinmirdilər.  Tez-tez  sərhəd  rayonu 

olan  Qazaxdan  ermənilərə  benzin  satırdılar.  Daha  sonrasa 

erməni 


tankları  Azərbaycan  benziniylə  Azərbaycan 

kəndlərini gülləbaran edirdi. Bu müharibəni mənasız qardaş 

qırğını hesab edən şərəfli insanlar heç cür anlaya bilmirdilər 

ki,  benzini  və  silahı  necə  satmaq  olar  (müharibədə!), 

cəsədləri  necə  dəyişmək,  girovları  pulla  necə  almaq  olar. 

Əxlaqsızlığın  ümumi  atmosferi  insanları  həyasız  və 

talançıya çevirirdi. 

Bu  yaxınlarda  müharibədə  qohumunu  itirən  Cəfərov 

belə faktlara ürəkdən hiddətlənirdi. Amma başa düşürdü ki, 

belə  şeylərə  qarşı  vuruşmağın  mənası  yoxdur.  Quldurların 

hər iki tərəflə böyük əlaqələri var idi. 



www.vivo-book.com 

 

56 



Bu dəfə hadisələr ölkənin cənubunda, İran sərhədində 

baş vermişdi və indi işin təhqiqatı ondan asılıydı. O, demək 

olar ki, heç bir şansının olmadığını anlayırdı, amma peşəkar 

qüruru  geri  çəkilməyə  izin  vermirdi.  Və  o,  xəstəxana 

palatasındakı  altı  əlilin,  sanki  onun  qorxaqlığına  və 

səhlənkarlığına ikrah bildirən dərin sükutunu da anlayırdı. 

Üzünü  qırxıb  məruzə  üçün  şöbə  rəisinin  yanına 

yollandı.  Onun  birbaşa  rəhbəri  olan  İmran  Kazımov 

prokurorluq  orqanlarında  otuz  ilə  yaxın  müddətə  işləmişdi 

və  öz  tündxasiyyət  həmkarlarından  anlaşılmaz  sakitliyi  və 

xeyirxahlığıyla  seçilirdi.  Bəlkə  bunun  səbəbi  onun 

köklüyüydü.  Kazımovun  çəkisi  artıq  çoxdan  yüz  kiloqramı 

keçmişdi  və  deyilənlərə  görə  o  hər  il  iki-üç  kiloqram  da 

kökəlirdi. 

Müharibə 

dövrü 


olmasına 

baxmayaraq, 

prokurorluq  işçiləri  adi  vətəndaşlardan  xeyli  yaxşı 

yaşayırdılar.  Ümumi  özbaşınalıq  və  nəzarətsizlik  atmosferi 

onlara  yaxşı  məbləğ  qarşılığında  istənilən  cinayət  işini 

bağlamağa  imkan  verirdi.  Son  üç  ildə  aralarında  üçü 

prezident  olmaqla  beş  ali  rəhbər  dəyişmişdi.  Və  bu  da 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə