Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə19/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   15   16   17   18   19   20   21   22   ...   101

www.vivo-book.com 

 

92 



şahidsiz. Hərçənd, düşünürəm ki, Moseşvilinin qatili çoxdan 

ölüb.  Belə  bir  adamı  əsla  saxlamaq  olmaz.  Onu  tapşırığı 

yerinə yetirən kimi dərhal aradan götürməliydilər. 

Nə Mixeyevin, nə də Çijovun ağlına belə gəlməzdi ki, 

onların  bütün  danışığı  rayon  prokurorluğunun  binasının 

qarşısında  dayanmış  ağ  Mersedesdən  dinlənilir.  Maşında 

oturan  şərqlilərə  məxsus  xarici  görkəmli  üç  nəfər  diqqətlə 

Mixeyevin  sözlərinə  qulaq  asırdı.  Onlardan  biri  –  arxa 

oturacağa yayılmış dolu bədənli cənab qəzəblə dedi: 

–  Eşidirsiniz,  nə  deyirlər?  Mən  də  belə  düşünürəm. 

Amma  təkcə  onlarla  axtarmaq  lazım  deyil.  Vaja,  bizim 

bütün adamları işə qoş. Elan et ki, Mixonun qatilini tapana 

kimi bütün fəaliyyətimizi dayandırırıq. Məni başa düşürsən? 

Qabaqda,  sürücünün  yanında  əyləşən  burnuqırıq, 

enlikürək, idmançı bədənli gürcü başını tərpətdi. O, hamıdan 

artıq  qanıqaraydı.  Dünən  axşam  Mixo  qadın  gözlədiyini 

deyib özü onu buraxmışdı. Səhərsə onun yanına gələndə bu 

dəhşətli qətl haqqında öyrənmişdi. 

Mixeyev  Çijovla  sağollaşıb  dəstəyi  asdı.  Arxa 

oturacaqda əyləşən adam qurcuxdu. 




www.vivo-book.com 

 

93 



– Gedək, – o, maşından düşüb Vajaya əmr etdi. 

Onlar  ikilikdə  prokurorluğun  binasına  girib  Çijovun 

kabinetinə  yönəldilər.  Gənc  müstəntiq  bilmirdi  ki,  elə 

aparatlar  var  ki,  onların  vasitəsilə  pəncərə  şüşələrinin 

vibrasiyasına əsasən və ya kabellə istənilən xəttə qoşulmaqla 

danışığı  dinləmək  olur.  Belə  texniki  yeniliklər  heç  DİN-in 

mərkəzi  aparatında  və  Respublika  Prokurorluğunda  belə 

yoxdur. 


– Olar? – naməlum adam Çijovun kabinetinin qapısını 

azca aralayıb soruşdu. 

– Buyurun, – müstəntiq gələni xoş üzlə qarşıladı. 

Hər  iki  qonaq  kabinetə  daxil  olub  stulda  əyləşdi. 

Çijov  ikincinin  yöndəmsiz  fizionomiyasına  baxıb  baxışını 

birinciyə yönəltdi. 

–  Quram  Xotivari,  –  o  özünü  təqdim  etdi,  –  mən 

dünən  gecə  “Ukrayna”  mehmanxanasında  öldürülən  Mixail 

Quramoviç Moseşvilinin işiylə bağlı gəlmişəm. 

“Operativdirlər”, – Çijov ah çəkdi. Bax belə işləyirlər. 

– Eşidirəm sizi, – o, nəzakətli olmağa çalışırdı. 



www.vivo-book.com 

 

94 



–  Bu  onun  bütün  dostları  üçün  böyük  dərddir,  – 

Xotivari ah çəkdi, – onun arvadı və qızı var. Onlar bu haqda 

heç  nə  bilmirlər.  Onun  cəsədini  vermək  üçün  sizin 

razılığınızı  almayıncaya  qədər  onlara  bu  haqda  xəbər 

vermək istəməzdik. 

– Siz hardan bilirsiniz ki, o öldürülüb? 

–  Mehmanxanadan.  Biz  səhər  gələrkən  bu  dəhşətli 

xəbəri eşitdik, – Xotivari ah çəkdi. – Rəhmətlik yaxşı adam 

idi. 

–  Siz  cəsədi  meyitxanadan  aparmaq  istəyirsiniz,  – 



Çijov anladı. – Bu gün günorta biz yarılma haqda protokol 

alacağıq, onda gələrsiniz, mən icazə verərəm. 

–  Yox,  əzizim,  sən  başa  düşmədin,  –  Xotivari 

gülümsədi,  –  şəxsən  bizə  icazə  lazım  deyil.  Sən  bu  kağızı 

meyitxanaya  göndər  ki,  onlarda  sənin  razılığın  haqda 

şəhadətnamə  olsun.  Biz  yaxşı  adamları  pis  vəziyyətdə 

qoymaq  istəməzdik.  Bunu  axşam  da  edə  bilərsən,  biz  səni 

tələsdirmirik. 

– Bəs sizin özünüzə razılıq lazım deyil? – heç nə başa 

düşməyən Çijov soruşdu. 




www.vivo-book.com 

 

95 



–  Yalnız  dul  qadını  sakitləşdirmək  üçün  hər  şeyi 

qanunla  etmək  lazımdır,  genatsvale,  siz  onu  narahat 

etməyəsiniz  deyə,  –  Xotivari  izah  etdi,  –  bizə  isə  sənin 

razılığın lazım deyil. Cəsədi biz artıq götürmüşük. 

–  Necə  götürmüsünüz,  –  Çijov  özünü  itirdi,  –  milis 

meyitxanasından? 

–  Gəncsən,  genatsvale,  amma  belə  yüksək  işdə 

işləyirsən.  Tanrının  köməyilə  daha  da  yüksəklərə  qalxasan, 

– Xotivari dedi, – cəsədisə götürmüşük. Orda mənim yazım 

var. Məncə, bu kifayətdir. 

–  Axı  mən  yarılma  haqda  aktı  almamışam,  –  Çijov 

qəzəbdən qızararaq sakitcə dedi. 

–  Bu  da  sənə  akt,  –  Xotivari  bütün  zəruri  sənədləri 

masanın  üzərinə  qoydu,  –  biz  onu  səhər  almışıq,  onu  bura 

gətirməyə qərar verdik ki, sən narahat olmayasan. 

Çijov kağızlara nəzər saldı. Onlar tam qaydasındaydı. 

Qrebnev  özü  bütün  sənədləri  imzalamışdı.  Doğrudanmı, 

onlar  Arkadiy  Fyodoroviçi  də  satın  ala  bilmişdilər?  Çijov 

onu həmişə ən düzgün adamlardan sayırdı. 



www.vivo-book.com 

 

96 



– Siz başa düşürsünüz ki, belə etmək olmaz? – Çijov 

soruşdu. 

–  Başa  düşürük,  ona  görə  özümüz  bura  gəlmişik,  – 

Xotivari  başını  yellədi,  –  sən  də  başa  düş  ki,  əzizim,  kimi 

öldürüblər.  Necə  bir  adamı.  Bütün  Moskvanı  ayağa 

qaldıracağıq,  amma  qatili  tapacağıq.  Bunu  sənə  mən 

deyirəm – Quram Xotivari. 

Çijov  susurdu.  O  görürdü  ki,  mübahisə  etməyin 

mənası yoxdur. 

–  Sən  narahat  olma,  –  Xotivari  davam  etdi,  –  nə 

lazımdırsa,  ediləcək.  Əgər  mümkündürsə,  hələ  bağ  evinə 

getmə,  imkan  ver  dul  qadın  ərini  basdırsın.  Onsuz  da  orda 

heç nə tapmayacaqsan. 

–  Bu  artıq  bizim  işimizdir,  –  Çijov  meydan 

oxuyurcasına dedi. 

Xotivari gülümsədi. Gənc müstəntiqin dəlisov şücaəti 

onun xoşuna gəlirdi. 

– Telefonu ver, – o, Vajadan xahiş etdi. 

O, cibindən telefonu çıxarıb Xotivariyə uzatdı. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə