Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə17/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

www.vivo-book.com 

 

82 



amma  əməkdaşlar  çatmırdı.  Onların  iş  yerlərində  hələ  də 

boşluqlar var idi və iki nəfərin yerinə işləməli olurdular. Ona 

görə Çijov öz otağında üzünü qırxıb prokuror onu çağırana 

kimi cari məsələlərlə məşğul olmağa başladı. 

Rayon  prokuroru  bütün  Moskvada  kifayət  qədər 

tanınmış  adam  idi.  İri  gövdəli,  özündənrazı  Vyaçeslav 

Nikolayeviç Morozov ölkənin baş nazirinin müavinlərindən 

birinin  yaxın  qohumuydu.  Təkcə  bu  nüans  onun 

əhəmiyyətini  bütün  qalan  hər  şeydən  daha  çox  artırırdı. 

Bundan əlavə o, şəhər rəhbərliyinin sevimlisiydi. Bir çoxları 

belə  hesab  edirdi  ki,  şəhər  prokuroru  növbəti  dəfə 

dəyişərkən  Morozovun  bu  yüksək  vəzifəyə  təyinolunma 

şansı  çox  böyükdür.  Morozov  insanların  xoşuna  gəlməyi 

bacarırdı.  Hətta  yayda  belə  dəyişməz  olaraq  tünd,  yaxşı 

tikilmiş kostyum geyinən, ciddi eynək taxan iri gövdəli kişi 

prokurorluğun  özünə  ona  xas  olmayan  möhtərəmlik  və 

nüfuz  gətirirdi.  Onu  həvəslə  bütün  mümkün  rəyasət 

heyətlərinə  seçir  və  idarəetmə  işlərinə  cəlb  edirdilər. 

Şəkilləri  tez-tez  mərkəzi  qəzetlərdə  görünürdü.  Populyar 

televiziya  proqramı  “İnsan  və  qanun”  isə  Kiyev  rayon 




www.vivo-book.com 

 

83 



prokurorluğunun  işinə  bütöv  bir  veriliş  həsr  etmişdi. 

Hərçənd,  bədxahlar  belə  hesab  edirdilər  ki,  televiziya 

rəhbəri  belə  bir  proqramı  baş  nazir  müavininin  zəngindən 

sonra  hazırlatmışdı.  Amma  bunlar  yalnız  şayiə  idi  və  onu 

populyar  prokurorun  artan  təsir  gücündən  narahat  olan 

bədxahları yayırdılar. Morozov Çijovu öz kabinetində, masa 

arxasında qəbul etdi. Onun qarşısında ağır, melxior çərçivəli 

büllur stəkan var idi. O, çayı məhz belə stəkanlarda içməyi 

xoşlayırdı.  Yerdənkənar  həyatın  nümunələrindən  biri  də 

prokurordan  solda  duran  böyük  yaşıl  lampa  idi.  Dəyişən 

zaman  və  epoxalara  rəğmən,  bu  lampalar  hələ  də  ali 

hakimiyyəti  simvolizə  edir  və  yalnız  respublika  miqyaslı 

adamların kabinetində olurdu. Morozov nə yollasa, belə bir 

lampanı tapa bilmiş və bununla son dərəcə qürur duyurdu. 

–  Əyləş,  –  Morozov  stəkanı  azca  kənara  çəkib  stulu 

göstərdi. 

Çijov kabinetdəki dəri stullardan birində oturdu. 

–  Məlumatını  oxudum,  –  Morozov  qısaca  bildirdi,  – 

düzü,  heç  nə  başa  düşmədim.  Həmişəki  kimi  qarışıq  və 

qeyri-konkret  yazırsan.  Amma  kimi  öldürdüklərini  mən 




www.vivo-book.com 

 

84 



dərhal  anladım.  Hətta  kiməsə  zəng  də  etdim.  Bilirsən,  nə 

miqyasda insan idi? 

Bu,  Morozovun  sevimli  ifadəsiydi.  O,  hər  şeyi 

“miqyasla” ölçürdü. 

Çijov təbəssümünü boğdu. 

–  Təsəvvür  edirəm.  Əgər  qanuni  oğru  və  belə  bir 

avtoritetdirsə. 

–  Heç  nəyi  təsəvvür  etmirsən,  –  Morozov  qaşlarını 

çatıb  əlini  yellədi,  –  bu  çox  məşhur  adam  olub.  Çox,  –  o 

yenə vurğuladı. 

– Mixeyev mənə deyib, – Çijov təsdiqlədi. 

–  Mixeyev  kimdir  ki.  –  Prokuror  Cinayət  Axtarış 

İdarəsinin  inadkar  rəisini  açıq-aşkar  xoşlamırdı.  –  O 

axtarandır.  Onun  işi  –  tutdu,  atəş  açdı,  apardı,  həbs  etdi. 

Sənin işin düşünməkdir. Bu daha çətindir. Sən heç təsəvvür 

etmirsən necə bir insanı öldürüblər, – prokuror yenə dedi. 

Bu dəfə Çijov susdu və Morozov daha iltifatla davam 

etdi: 


–  Moseşvili  Gürcüstanın  ən  varlı  və  tanınmış 

adamlarından  biriydi.  Moskva  hakimiyyətində  mənə  belə 




www.vivo-book.com 

 

85 



dedilər. Onlar artıq qətl haqda bilirlər. Bu gün axşam bütün 

qəzetlər  bu  haqda  yazacaq.  Televiziyadan  mənə  zəng  edib 

təhqiqatı  kimin  apardığını  soruşmuşdular.  Dedim  ki,  bu 

qalmaqallı  qətlin  təhqiqat  qərargahına  özüm  rəhbərlik 

edirəm. 

Bu, 


tamamilə 

Morozova 

uyğun  hərəkət  idi. 

Telekameralar  qarşısında  özünü  göstərməyi  sevirdi.  Onun 

üçün bu ən böyük mükafat idi. 

“Əcəb işə düşdük”, – Çijov məyusluqla düşündü. 

–  Mixail  Moseşvili  sadəcə  qanuni  oğru  deyildi,  – 

prokuror davam edirdi, – o, üç il əvvəl Eduard Şevarnadzeyə 

hakimiyyətə  gəlməyə  kömək  edənlərdən  biri  olub.  Amma 

daha  sonra  yola  getməyiblər  və  o,  Moskvaya  köçüb. 

Moseşvili  ən  məşhur  artistlərlə,  rəssamlarla,  bəstəkarlarla 

dostluq  edirdi.  Sən  səhərdən  belə  bir  şeyi  aydınlaşdıra 

bilmirsən? 

–  Mən  raport  yazmışam,  –  Çijov  özünü  təmizə 

çıxarmağa  çalışdı,  –  bu  təhqiqatı  kimə  verəcəyinizi 

bilmirdim. 




www.vivo-book.com 

 

86 



–  Raport,  –  Morozov  əlini  yellədi,  –  başdan  eləmək 

istəmisən.  Burda  belə  bir  qətl  var,  sənsə  –  raport  yazırsan. 

Mən  artıq  səhərdən  öz  təhqiqatımı  aparıram.  Hərçənd,  mən 

bu  işlə  məşğul  olmamalıyam.  Sən  də  raportdan  danışırsan. 

Belə  işləmək  asandır.  Başından  oldu,  vəssalam.  Yox, 

düşünmək lazımdır, əsas olanı görmək lazımdır. 

Morozov özü belə hesab edirdi ki, o,  əsas olanı görə 

bilir  və  indi  öz  müstəntiqini  öyrədirdi.  Digər  tərəfdən,  o 

artıq  yarım  saat  idi  ki,  bu  təhqiqatı  Çijova,  yoxsa  başqa, 

daha  yetkin  bir  adama  tapşırmaq  üzərində  baş  sındırırdı. 

Burda  Morozovu  çox  narahat  edən  bir  nüans  var  idi.  Yaşlı 

müstəntiq təhqiqatın bütün uğurunu mənimsəyə və ya onun 

ümumi  görkəmini  bir  qədər  korlaya  bilər.  Amma  gənc 

Çijovun  bu  sahədə  heç  bir  şansı  yox  idi.  Heç  kimin  ağlına 

gəlməyəcək ki, belə səs-küylü qətlin təhqiqatını bu südəmər 

aparıb.  Əlbəttə,  hamı  düşünəcək  ki,  təhqiqatı,  öz  uğurları 

barədə  təvazökarcasına  susan  Morozov  özü  aparıb.  Və  bu, 

Çijovun  xeyrinə  əsas  dəlil  oldu.  Bütün  bunları  ətraflı 

düşünən  Morozov  gənc  müstəntiqi  çağırıb  yüngülvari 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə