Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə25/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   21   22   23   24   25   26   27   28   ...   101

www.vivo-book.com 

 

123 



onlar peçenye və digər bişmələrlə çay içməyə oturdular. Və 

bu zaman söhbət başladı. 

–  Sizin  fəaliyyətiniz  haqda  eşitmişəm,  –  ev  sahibi 

qısaca  bildirdi.  –  Məni  Vladimir  Vladimiroviç  kimi  çağıra 

bilərsiniz.  Sizə  zəruri  sənədləri  hazırlamışam.  İndi  siz, 

Melburndan  olan  Avstraliya  vətəndaşı  Robert  Krousunuz. 

Rusiyada  çeçen  müharibəsindən  sonra  istənilən  Qafqaz 

milliyyəti  arzuolunmaz  emosiyalar  yaradır.  Qafqazın 

özündəsə  ümumiyyətlə,  heç  bir  milliyyət  yazmaq  olmur. 

Osetinlər  inquşlarla  vuruşur,  abxazlar  gürcülərlə,  ermənilər 

azərbaycanlılarla.  Sizəsə  hərəkət  azadlığı  lazımdır.  İndi 

əcnəbilər  –  mən  MDB-yə  daxil  olmayan  dövlətlərin 

vətəndaşlarını 

nəzərdə  tuturam  –  bu  dövlətlərin 

vətəndaşlarından  daha  çox  hərəkət  azadlığına  malikdir. 

Məncə,  siz  mənimlə  razılaşarsınız.  Jurnalist  vəsiqəsisə  sizə 

hər yerə girməyə imkan verəcək. Qarşıdakı əməliyyatın çox 

çətin olacağını nəzərə alsaq, bu xeyli vacibdir. 

Dronqo  həmsöhbətinin  sözünü  kəsməyərək  onu 

diqqətlə dinləyirdi. 




www.vivo-book.com 

 

124 



–  Sizə  məlum  olduğu  kimi,  Azərbaycan-erməni 

konflikti  keçmiş  SSRİ  dövlət  sərhədinin  xeyli  hissəsini 

müdafiəsiz qoyub. Mahiyyət etibarilə, ora indi “keçid zona” 

sayılır.  Erməni  tərəfi  yalnız  öz  sərhədini  qoruduğunu 

göstərərək ondan imtina edir. İşğal olunmuş Füzuli rayonusa 

Dağlıq  Qarabağ  komandanlığına  tabedir.  Onlar  da  öz 

növbəsində  bildirirlər  ki, bütün sərhədi nəzarətdə saxlamaq 

imkanları  yoxdur.  Azərbaycan  tərəfisə  rayonun  iki  il  əvvəl 

hərbi  əməliyyatlar  nəticəsində  işğal  olunduğunu  əsas 

gətirərək  bu  zonaya  nəzarət  etmir.  Rus  hərbiçiləri,  xüsusən 

də sərhədçiləri orda, ümumiyyətlə, yoxdur. MDB hərbiçiləri 

haqda  orda  heç  eşitməyiblər.  Beləliklə,  geniş  bir  dəhliz 

əmələ  gəlib.  Qaçaqmalçılar  da  bundan  istifadə  ediblər. 

Əvvəllər İrandan narkotik daşımaq çox çətin idi. İranlılar bu 

zəhərin  yayılmasına  qarşı  qətiyyətli  mübarizə  aparırdılar. 

Amma  indi  bu  dəhlizin  yaranmasından  sonra  hər  şey  daha 

asan  olub.  İran  tərəfindən  sərhədin  bu  hissəsinə  nəzarət 

etmək  kifayət  qədər  çətindir.  Orda  bütöv  sərhəd  xətti 

yoxdur.  Və  böyük  partiya  narkotik  yük  Azərbaycandakı 

keçmiş  İran-sovet  sərhədindən  Qarabağ  və  Ermənistan 




www.vivo-book.com 

 

125 



vasitəsilə  Gürcüstana  gedir.  Ordan  da  Avropaya  və 

Türkiyəyə göndərilir. Məncə, siz bunları bizdən daha yaxşı 

bilirsiniz. 

Dronqo heç nə demədi, yalnız qeyri-müəyyən şəkildə 

başını yellədi. O artıq adəti üzrə situasiyanı analiz edirdi. 

– Nəticədə, – Vladimir Vladimiroviç davam edirdi, – 

Zaqafqaziyada qaçaqmalçılardan və narkotik alverçilərindən 

ibarət  güclü  bir  cinayətkar  qrup  formalaşıb.  Onlar  artıq 

Hollandiyaya,  Yunanıstana,  İtaliyaya,  Fransaya  bilavasitə 

yük  göndərməklə  Avropanın  bir  çox  ölkələriylə  əlaqə 

yaradıblar.  Beləliklə,  gürcü,  erməni,  azərbaycanlı  və 

ruslardan  ibarət  əsl  cinayətkar  “beynəlmiləl”  əmələ  gəlib. 

Bizdə  olan  məlumata  görə  azərbaycanlılar  İran-Azərbaycan 

sərhədində  aktiv  fəaliyyət  göstərərək  yükləri  sərhədə 

çatdırmağa  cavabdehdirlər.  Daha  sonra  yük  Gürcüstana 

göndərilmək  üçün  erməni  tərəfə  keçir.  Ordasa  gürcü 

mafiyasının nəzarəti altında yüklər limanlara və daha uzağa 

göndərilir.  Gəlir  əlbəttə  ki,  tən  bölünür.  Birgə  hərəkət  çox 

yaxşı təşkil olunub. Bizim işimiz bu nizamlı  mexanizmi az 

da  olsa,  dayandırmaqdır.  Bizdə  olan  məlumata  görə  bu 




www.vivo-book.com 

 

126 



“beynəlmiləl”in  Yerevanda,  Bakıda  və  Tiflisdə  çox  yaxşı 

əlaqələri  var.  Bu  da  bizim  tapşırığımızı  ancaq  çətinləşdirir. 

Qafqazdakı  ümumi  qeyri-sabitlik,  Çeçenistanla  uzun  sürən 

münaqişə  bu  hərc-mərcliyi  daha  da  gücləndirir.  Siz  ki  başa 

düşürsünüz, Yeltsin Gürcüstan və Azərbaycanla sərhədi bir 

qrup  yaraqlının  və  ya  silah  dolu  maşının  gəlməyinə  görə 

bağlamayıb.  Zaqafqaziya  respublikalarının  özündə  silah 

çatışmır.  Yox,  əsas  səbəb  Zaqafqaziyadan  axınla  gələn 

narkotik  və  saxta  pullardır.  Hətta  hərbi  vəziyyət  şəraitində 

ora  yeni  hərbi  birləşmələr  göndərsə  də,  Şimali  Qafqaz 

şəhərlərini Zaqafqaziyadan qoparsa da, Rusiya bu problemə 

təklikdə çözüm tapa bilmədi. Ona görə İnterpol və BMT-nin 

xüsusi ekspertlər qrupunu da işə qoşmaq qərarı qəbul edildi. 

Gördüyünüz kimi, tapşırığımız çox çətindir. 

– Mən situasiyanı təqribən belə də təsəvvür edirdim, – 

Dronqo  başını  yellədi,  –  hamısı  bu  qədərdir,  yoxsa  hansısa 

təfərrüatlar qalıb? 

–  Əlbəttə,  qalıb.  Bizim  məlumatımıza  görə  bu 

cinayətkar  “beynəlmiləlin”  –  bu  yaxşı  sözü  murdarlamaq 

məcburiyyətindəyik  –  dağılması  kiməsə  sərf  etmir.  Biz 




www.vivo-book.com 

 

127 



bunun  kim  olduğunu  bilmirik,  amma  məlumatımız  var  ki, 

təsir dairəsi uğrunda mübarizə başlayıb. Kənardan və ya çox 

ola  bilsin  ki,  daxildən  kimsə  yaranmış  tarazlığı  pozmağa 

qərar  verərək  gəlirin  böyük  hissəsini  mənimsəmək  fikrinə 

düşüb. Burda söhbət çox böyük məbləğdən gedir. Ona görə 

bu naməlum tərəf “bizim tanışlarımıza” müharibə elan edib. 

Özü  də  görünür,  ciddi  müharibədir.  Dünən  Moskvada  ən 

məşhur gürcü avtoritetlərindən biri, gürcü mafiyasının tacsız 

kralı sayılan Mixo – Mixail Moseşvili öldürülüb. Onun heç 

şəxsi  mühafizəsi  də  olmayıb.  Belə  bir  adama  ilişmək 

inanılmaz görünürdü. Onun qətli çox narahatedici siqnaldır. 

Buna qədər biz də  müxtəlif  xəbərdarlıqlar  almışıq, dəstənin 

sıravi üzvləriylə haqq-hesab aparmalar da olub, amma belə 

cinayət  olmamışdı.  Gürcü  mafiyası,  Moskvada  və  MDB-də 

ən  güclü  mafiyalardan  biridir.  Onlar  elan  ediblər  ki, 

Mixonun  qatili  tapılmayınca  çoxsaylı  partnyorlarıyla  bütün 

əməliyyatları  dayandırırlar.  Tiflisdə  Moskvaya  əsl 

müharibəyə  başlamaq  üçün  yaraqlılar  gəliblər.  Amma  bu 

cinayətə kimin qərar verdiyini hələ nə onlar bilir, nə biz.  



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə