Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə23/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   19   20   21   22   23   24   25   26   ...   101

www.vivo-book.com 

 

113 



hamını  xoşüzlə  qarşılayırdıq.  Daha  sonra  mən  əlli  nəfər 

dostumu  götürüb  onun  yanına  gedirdim.  Onlar  da  bizi  elə 

qarşılayırdılar.  Lənətə  gəlsin  bu  müharibə!  Biz  ermənilərlə 

qardaş  kimi  yaşayırdıq.  İndi  bunu  xatırlamağı  sevmirlər. 

Məni  tikə-tikə  doğrasalar  da,  deyəcəm:  biz  mehriban 

yaşayırdıq,  qonşu  kimi,  dost  kimi.  –  Hümbətov 

hiddətlənmişdi,  görünür,  bu  mövzu  ona  rahatlıq  vermirdi, 

dərk  olunmamış  ağrı  kimi  onu  həyəcanlandırırdı.  –  Bu 

müharibə kimə lazım idi? İstəyirsiniz, mən deyim: pul qarət 

edib məsuliyyətdən qorxan hər cür istismarçıya, fırıldaqçıya, 

əclafa. Deyirlər, ermənilər azadlıq uğrunda ayağa qalxıblar. 

Doğru deyil. Bu söhbətlər başlanandan sonra biz hələ uzun 

müddət gecələr görüşürdük. Onlar mənə belə deyirdilər: bizə 

heç nə lazım deyil, necə yaşamışıq elə də yaşamaq istəyirik. 

Qoy  bizə  rahat  yaşamağa  imkan  versinlər.  Amma 

vermədilər. Nə o tərəfə, nə bu tərəfə. 

– Sizin əcəb fəlsəfi fikirləriniz varmış, – Cəfərov dedi. 

–  Siz  mənimlə  düşərgəyə  gəlin,  baxın  görün,  mənim 

camaatım  necə  yaşayır,  –  Hümbətov  lap  ürəkləndi,  – 

xəstələr, yaralılar, uşaqlar, qocalar torpağın üstündə, çadırda 




www.vivo-book.com 

 

114 



yaşayırlar.  Uşaqlar  yarım  ildir  ki,  məktəbə  getmirlər.  Mən 

sizdən  soruşuram,  bu  müharibə  kimə  lazım  idi?  Mən  bütün 

həyatım boyu burda yaşamışam, Qarabağ müharibəsi haqda 

nəsə  bilmək  üçün  mənə  qəzet  oxumaq  lazım  deyil.  Hə, 

bizim  üçün  çox  çətindir.  O  qədər  öldürülən,  o  qədər  itkin 

düşən  var,  evlərimiz  dağılıb.  Bəyəm  ermənilərin  vəziyyəti 

yaxşıdır? Onlar indi bu torpaqlarda yaşayırlar? Heç də yox. 

Onlar da yaşamır, çıxıb gedirlər, daimi müharibədə yaşamaq 

istəmirlər, başa düşürlər ki, burda daha sülh olmayacaq. 

– Bu müharibəni birinci biz başlamamışıq, – Cəfərov 

quru  tərzdə  qeyd  etdi.  O  artıq  bu  mövzuya  toxunduğuna 

peşman  olmuşdu.  Amma  Hümbətovu  saxlamaq  o  qədər  də 

asan deyildi. 

–  Əskəranda  bizim  iki  oğlanımızı  öldürəndə  mən 

təklif  etmişdim:  Stepanakertə  gedib  xoşluqla  razılığa  gələk. 

Biz  itlə  pişik  kimi  yaşaya  bilmərik,  qonşuyuq  axı,  neçə 

illərdir  yan-yana  yaşayırıq.  Amma  hamı  elə  bil  başını 

itirmişdi.  Sonra  Sumqayıt  hadisələri  oldu.  Mən  onda  da 

deyirdim,  elə  indi  də  deyirəm  –  cinayətkarın  milliyyəti 

olmur.  Bunu  dərhal  demək  lazım  idi.  Daha  sonra 




www.vivo-book.com 

 

115 



azərbaycanlıları  Dağlıq  Qarabağdan  və  Ermənistandan 

qovmağa  başladılar. Hər  şeyi  elə onda  dayandırmaq  olardı, 

amma  təhrik  edirdilər,  ədalət  haqda  çığırırdılar,  insanları 

mitinqlərə  səsləyirdilər.  Bəs  müharibəni  kim  istəyirdi  – 

Stepanakertdə  oturub  milyonlarını  xilas  etmək  istəyən 

adamlar.  Daha  sonra  onlara  müharibədən  qazanc  əldə  edə 

biləcəklərini  dərhal  anlayan  Bakıdakı  əclaflar  da  qoşuldu. 

Siz  doğrudan,  bu  müharibə  ərzində  nə  qədər  adamın 

milyoner olduğunu bilmirsiniz? Doğrudan bilmirsiniz? 

– Bunun işə dəxli yoxdur, – Cəfərovun səbri tükəndi, 

– gəlin, konkret bizim işimiz haqda danışaq. 

– Danışaq, – Hümbətov yenidən sönükləşdi və birdən 

dedi:  –  Bilirsiniz,  bu  yaxınlarda  nəyi  başa  düşmüşəm? 

İstənilən  müharibə,  hətta  ən  ədalətlisi  belə  sonradan  öz 

xalqını da buna sövq edən yaramazlar tərəfindən başladılır. 

Ümumiyyətlə, istənilən müharibə əclafların şərəfli insanlara 

qarşı  dilbirliyidir.  Bu,  yaramazların  sizə  və  mənə  qarşı 

müharibəsidir. Mən belə deyərdim. 




www.vivo-book.com 

 

116 



Cəfərov  üzünü  çevirdi.  Ürəyində  o,  Hümbətovla 

razıydı  və  onun  hiddətini  də  anlayırdı.  Qaçqınlar  doğrudan 

da qeyri-insani şərtlərdə yaşayırdılar. 

– Deməli, dağlarda hər iki tərəfdən birləşmiş dəstə ola 

bilər? – Cəfərov dəqiqləşdirdi. 

–  Əlbəttə,  olar.  Dəstə  olmağı  da vacib deyil.  Hərdən 

əxlaqlı insanlara da rast gəlinir. İtkin düşən qohumları haqda 

öyrənmək,  ölənlərin  cəsədini  götürmək  üçün  də  gəlirlər. 

Bunda pis heç nə yoxdur. Amma  əgər çobanı öldürüblərsə, 

deməli,  quldurlar  olub.  Son  vaxtlar  onların  sayı  yaman 

çoxalıb, hər iki xalqın bədbəxtliyindən istifadə edirlər. 

– Siz bilmirsiniz, bu kim ola bilər? 

– Bilmirəm. Bəlkə onun tanışıdır. Bu mənim çobanım 

deyil, ona görə mən onun bütün tanışlarını tanıya bilmərəm. 

–  Qatillərin  arasında  Ömər  adlı  bir  azərbaycanlı  da 

olub.  Beləsi  haqda  da  eşitməmisiniz?  Bu  yerlər  üçün  bu  ad 

kifayət qədər nadir sayılır. 

– Bəs soyadı necədir? Bizim kolxozda iki Ömər olub, 

on beşə yaxın adamın da soyadı Ömərov idi. 



www.vivo-book.com 

 

117 



–  Yox,  belə  görünür  ki,  bu,  onun  adıdır.  Soyadını 

bilmirəm.  Qarabığlı,  daim  gülümsəyirmiş.  Yanında  başqa 

bir azərbaycanlı da olub, bəstəboylu. Sizinki deyil? 

–  Ola  bilməz,  –  Hümbətov  karıxmış  halda  dedi,  – 

Ömər Bakıya getmişdi, bizə ordan zəng etmişdi. 

– Sizdə belə bir Ömər olub? 

–  Oxşayır.  Qarabığlı.  Mən  onun  valideynlərini 

tanıyıram. Atası əvvəllər yeger olub, öz tüfəngiylə bütün bu 

dağları keçib. Oğlu da yeger olmaq istəyirdi. 

– O, dağları yaxşı tanıyırdı? 

– Hə. Amma o, Bakıya gedib, – Hümbətov təkrar etdi. 

–  Deməli,  qayıdıb,  –  Cəfərov  sakitcə  dedi.  –  Onun 

şəklini hardan tapmaq olar? 

–  Bilmirəm.  Çətin  ki  ailəsi  evdən  qaçarkən  albom 

götürə. O hayda olmayıblar. 

– Vaqif müəllim, bəs bu Ömər nə işlə məşğul olub? 

–  Mən  eşitdiyimə  görə  Bakıda  hansısa  kommersiya 

firmasında işləyib.  Dəqiq heç nə bilmirəm.  Valideynləri və 

bacısı bizim düşərgədə yaşayır. Çox yaxşı insanlardır. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə