Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə15/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   11   12   13   14   15   16   17   18   ...   101

www.vivo-book.com 

 

72 



Naməlum  adam  zarafatı  dəyərləndirə  bildi,  onun 

yüngül  gülüşü  eşidildi.  Amma  Dronqonun  daha  nə 

deyəcəyini  gözləyərək  heç  bir  söz  demədi.  Ona  elə  gəlirdi 

ki, bütün kozırlar onun əlindədir. “Onlar nahaq məni təhdid 

edirlər, – Dronqo təəssüflə düşündü. – İndi bu işi ələ almalı 

olacağam.  Nəticə  etibarilə,  mən  işlərin  belə  gedişindən 

qaçmaq  üçün  əlimdən  gələni  elədim.  Nahaq  bu  gülünc 

yaramaz mənə zəng etdi. O, heç ağlına belə gətirmir ki, necə 

böyük  risk  edir.  Növbəti  dəfə  o  mənim  yanımda  güləcək. 

Əlbəttə ki, əgər ona gülməli gəlsə”. 

– Mən nə etməliyəm? Həmişəlik getməliyəm? Amma 

mənim  daha  nə  pulum,  nə  də  yaşamaq  üçün  yerim  var,  – 

Dronqo yalan dedi. 

Onun  pulu  hələ  qalmışdı.  Və  yerli  anlayışlara  görə 

çox  böyük  pulu  var  idi.  Yaşamaq  üçün  yerisə  dünyanın 

istənilən  yerində  tapa  bilərdi.  Bunun  üçün  böyük  pullar  və 

əlaqələr  lazım  deyildi.  Köhnə  tanışlarını  xatırlamaq  kifayət 

idi. Amma naməlum adam bunu bilməməliydi. 

– Biz bunu da nəzərə almışıq, – bariton dərhal dedi, – 

siz  yarım  saatdan  sonra  səhər  reysinə  bilet  və  min  dollar 




www.vivo-book.com 

 

73 



alacaqsınız.  İki  ay  Moskvada  və  ya  bizim  yerlərdən  daha 

uzaqda  yaşayın.  İki  aydan  sonrasa  qayıda  bilərsiniz.  Yeri 

gəlmişkən,  öz  qohumlarınızı  sağ-salamat  görəcəksiniz.  Və 

daha  bir  vacib  şərt  –  hər  üç  gündən  bir  bizə,  zərfdə  olan 

telefon  nömrəsinə  zəng  edəcəksiniz.  Əgər  heç  olmasa  bir 

gün geciksəniz, bu o deməkdir ki, müqaviləmiz ləğv olunub. 

Nəticələri  asanlıqla  təsəvvür  edə  bilərsiniz.  İki  aydan  sonra 

dostlarınız artıq burada olmayacaqlar. Onların viza müddəti 

bitəcək. 

“Nahaq o, belə danışır”, – Dronqo bir daha düşündü. 

Ani  qərar  vermək  lazım  idi.  Əslində,  belə  hallar  üçün  hər 

şey  çoxdan  düşünülüb.  Maraqlıdır,  görəsən,  Lauton  köhnə 

əlaqə  sistemlərini  xatırlaya  biləcəkmi?  Başqa  yol  sadəcə 

yoxdur. İndi oyuna başlamaq lazım idi. 

– Yaxşı, – o razılaşdı, – sizin səsiniz mənim xoşuma 

gəlmir.  Təhdidləriniz  də  heç  xoşuma  gəlmədi.  Amma  əgər 

siz  belə  israr  edirsinizsə.  Üstəlik,  pul  da  təklif  edirsinizsə, 

mən  razı  olmağa  məcburam.  Kuryerinizi  göndərin,  mən 

sabah uçuram. 



www.vivo-book.com 

 

74 



–  Bilirdim  ki,  dil  tapacağıq,  –  bariton  məmnunluqla 

dedi,  –  siz  ağıllı  adamsınız,  Dronqo.  Siz  qayıdandan  sonra 

mənə  elə  gəlir  ki,  qarşılıqlı  əməkdaşlığımız  haqqında  da 

razılığa gələ biləcəyik. Bu sizin də marağınızdadır. 

– Bax, bu heç vaxt olmayacaq. Belə tryuklardan çox 

yorulmuşam.  Lautonu  elə  buna  görə  rədd  etdim,  ona  görə 

sabah  səhər  uçuram.  Özünüz  də  başa  düşürsünüz  ki,  əgər 

qalmaq istəsəydim, nəsə uydurardım. 

–  Təşəkkür  edirəm.  –  Əclaf  həddən  artıq  mədəniydi, 

pis  vəziyyətdə  qalacağını  anlamırdı.  “Təşəkkür  edirəm” 

deyən əclaflar az olur. Onu tapmaq asan olacaq. 

– Sağ olun, – Dronqo dəstəyi asdı. 

İndi  cəld və  qəti  hərəkət  etmək  lazım  idi.  O,  kitabça 

çıxarıb  qısa  məktub  yazdı,  sonuncu  cümləni  vurğulayıb 

kağızı  zərfə  qoyaraq  evdən  çıxdı.  Qonşu  mənzildə  iki 

yeniyetmə  oğlu  olan  ailə  yaşayırdı.  Uşaqlar  Dronqonu  öz 

kumirləri  hesab  edərək  onu  çox  sevirdilər.  Zəngi  basdı. 

Qapını qonşu qadın açdı. 

– Salam, – Dronqo gülümsədi, – Alik evdədir? 

Bu, oğlanlardan böyüyü idi. 




www.vivo-book.com 

 

75 



–  Hə,  –  qadın  da  gülümsədi.  Bu  sakit,  nəzakətli, 

amma hələ də evlənməmiş qonşu onun da xoşuna gəlirdi. O, 

oğlunu çağırdı: 

– Alik! 


Otaqdan  on  yeddi  yaşlı  gənc  çıxdı.  Sızanaqlı  üzünü 

maraq  bürümüşdü  –  qonşu  onlara  o  qədər  də  tez-tez 

gəlmirdi.  Oğlanınsa  qardaşıyla  birlikdə  onlarda  qonaq 

olmaqdan  xoşu  gəlirdi.  Orda  çoxlu  sayda  heyrətamiz 

kitablarla  yanaşı  uşaqların  marağına  səbəb  olan  bir  çox 

şeylər var idi. 

–  Salam,  –  Alik  nəzakətlə  salamlaşdı,  –  mən  elə 

sizdən karateylə bağlı kitab istəyəcəkdim. 

–  Mən  onu  sənə  hədiyyə  edəcəyəm,  –  Dronqo 

gülümsündü, – o mənə lazım deyil. Qulaq as Alik, bu zərfi 

təcili  İnturist  mehmanxanasına  aparmaq  lazımdır.  Keçmiş 

İnturistə, əlbəttə ki. Sahildəki. Oranı tanıyırsan? 

– Əlbəttə, – oğlan başını yellədi. 

–  Şəxsən  cənab  Lautona  verərsən.  Yalnız  ona,  başqa 

heç kimə. Başa düşdün? 

– O hansı nömrədədir? 




www.vivo-book.com 

 

76 



– Altı yüz ikinci. Burda hər şey yazılıb. Elə indi gedə 

bilərsən. 

– Bircə gödəkcəmi geyinim. 

Anası başını buladı: 

–  Kiçiyi  yenə  dalaşıb.  Yaxşı  ki,  onlar  hərdən  sizdə 

oturub  kitablara  baxırlar.  Bu,  küçələrdə  veyllənməkdən 

yaxşıdır. 

– Hə, yəqin ki, – Dronqo nəzakətlə razılaşdı. 

Əlbəttə  ki,  onun  müşahidəçiləri  bu  oğlanı  hesaba 

almamışdılar.  Hərçənd,  məktubu  ələ  keçirsələr  belə,  onu 

oxuya  bilməyəcəklər.  Orda  onların  bugünkü  görüşünün 

qeyri-mümkünlüyü  barədə  bir  cümlə  var  idi.  Amma  əgər 

Lauton  köhnə  kodu  xatırlayırsa,  o,  mütləq  hər  şeyi  anlayıb 

doğru qərar verə biləcək. 

O  öz  mənzilinə  qayıdıb  əşyalarını  yığmağa  başladı. 

Nəzərə almaq lazım idi ki, o burda olmayan vaxt mənzilində 

mütləq  çağırılmamış  qonaqlar  peyda  olacaq.  Ona  görə 

keçmiş  fəaliyyəti  ilə  bağlı  lazımsız  sübut  qoymamaq  üçün 

bütün kağızlarını diqqətlə yoxlayırdı. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə