Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə12/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

www.vivo-book.com 

 

57 



prokurorluq nəzarətini puç edərək onu mənasız vurnuxmaya 

çevirmişdi. 

Kazımov  dinmədən  öz  işçisini  dinlədi.  O, 

müstəntiqlərinin  işlə  bağlı  hər  şeyi  ətraflı  danışmaqlarını 

xoşlayırdı. Cəfərov danışığını bitirəndən sonra o dərindən ah 

çəkib siqaret çıxardı. Həkimlər ona siqaret çəkməyi çoxdan 

qadağan  etmişdi.  Amma  öz  kabinetində  tüstüləməyə  adət 

etdiyindən  nə  eskulapların  təhdidinə,  nə  də  arvadının 

gileyinə əhəmiyyət verirdi. 

–  Deməli,  azərbaycanlılar  olub,  –  Kazımov  qaşlarını 

çataraq dəqiqləşdirdi. 

–  Oğlan  əmin  edir  ki,  olub.  Hətta  görünüşlərini  də 

təsvir  edir.  Birinin  adı  Ömər  olub.  Razılaşın  ki,  bu  adda 

erməni olmur, – Cəfərov dedi. 

–  Əlbəttə,  olmur,  –  Kazımov  fikrə  getdi.  –  Bunun 

harada baş verdiyini xəritədə göstərə bilərsən? 

– Əlbəttə,  – Cəfərov, Kazımovun  arxasında divardan 

asılmış  respublikanın  böyük  xəritəsinə  yanaşdı,  –  təqribən 

burdadır, demək olar ki, sərhəddə. 



www.vivo-book.com 

 

58 



– Maraqlıdır, – Kazımov fikirli halda dedi, – mən axı 

o yerlərdənəm. 

–  Bilmirdim,  –  Cəfərov  başını  yellədi,  –  mən 

ümumiyyətlə,  kimin  hansı  rayondan  olmasıyla  az 

maraqlanıram. 

–  Ona  görə  sən  indiyə  qədər  yalnız  müstəntiqsən,  – 

Kazımov  xeyirxahlıqla  qeyd  etdi,  –  amma  Azərbaycanda 

lazımi  yerdə  doğulmağın  əsas  məsələ  olduğunu  öyrənmək 

vaxtıdır. Və lazımi vaxtda. 

–  Neyləmək  olar,  –  Cəfərov  gülümsədi,  –  mən  artıq 

ikinci dəfə dünyaya gələ bilməyəcəyəm. 

–  Əmin  olma,  –  Kazımov  gülümsündü,  –  bir  çox 

adamlar  tanıyıram  ki,  yeni  liderin  kimliyini  təxmin  edərək 

doğulduqları yerə görə pasportlarını dəyişiblər. 

– Bu, mənlik deyil. 

– Bilirəm, – Kazımov gülümsədi. 

Cəfərov öz yerinə qayıdıb Kazımovla üz-üzə əyləşdi. 

–  Məsələ  burasındadır  ki,  Qarabağ  və  onun  ətraf 

rayonlarında əsasən şiələr yaşayırlar, – Kazımov xatırlatdı, – 

və əhali arasında Ömər adlı adamı tapmaq çətin deyil. Orda 




www.vivo-book.com 

 

59 



sünnilərin  yaşadığı  cəmi  üç  kənd  var.  Ona  görə  sənin 

tapşırığın xeyli asanlaşır. Əgər qatil yerlilərdəndirsə, – yerli 

olmayan  adam  çətin  ki  dağlarda  istiqamət  tapa  bilərdi  – 

onda onu tapmaq çətin olmaz. 

–  Başa  düşdüm,  –  Cəfərov  həvəsləndi,  –  mən  də  bu 

haqda düşünmüşdüm. 

– Ezamiyyət götürüb ora get, – Kazımov icazə verdi, 

– respublika prokurorunun müavininə özüm məruzə edərəm. 

Elə hesab et ki, mən sənə razılıq verdim, amma çox ehtiyatlı 

ol.  Böyük  ehtimal  ki,  narkotik  yük  keçiriblər.  Bu  isə  kirli 

işdir, qoy onunla milis məşğul olsun. Bizim işimiz onsuz da 

çoxdur. Əgər belə bir adamın doğrudan da rayonda yaşadığı 

təsdiqlənsə,  onu  yaxasından  tutub  bura  gətirərsən.  Əclaf, 

müharibə  vaxtı  görən  nə  işlə  məşğuldur.  Əlbəttə  ki,  biz  də 

müqəddəs  deyilik,  amma  övladlarımızı  o  zəhrimarla 

zəhərləməyəcəyik.  Bilirsən,  son  zamanlar  gənclər  arasında 

narkotik  istifadəsi  nə  qədər  artıb?  Mənə  də  İsayev  danışıb, 

milisdə o qədər iş var ki, danışmaq belə qorxuludur. 




www.vivo-book.com 

 

60 



İsayev, prokurorluğun milis orqanları üzərində nəzarət 

şöbəsinin  rəisiydi.  Kazımovla  onları  uzun  illərin  dostluğu 

bağlayırdı. 

–  Sən  bir  həyasızlığa  bax!  –  Kazımov  odlandı.  – 

Müharibə  gedir,  onlarsa  öz  biznesləriylə  məşğuldurlar!  Nə 

azərbaycanlı,  nə  də  erməni  olmayan  başçılarıyla  ciddi 

məşğul  olmaq  lazımdır.  Bəlkə  o  əcnəbidir.  Əgər  rusca 

danışırsa,  bu  o  demək  deyil  ki,  rusdur.  Yerli  hüquq-

mühafizə  orqanlarıyla  əlaqə  yaratmaq  lazımdır,  bəlkə 

onlarda hansısa bir məlumat var. Sən get, mənsə Vəliyevdən 

xahiş edərəm ki, Milli Təhlükəsizlik Nazirliyinə zəng etsin. 

Qoy  özününkülərə  yerində  tapşırıq  versinlər  ki,  hər  şeyi 

ətraflı  aydınlaşdırsınlar.  Əgər  nəsə  öyrənsən,  dərhal  mənə 

məruzə  et,  mənsə  rayon  rəhbərliyinə  zəng  edərəm.  Eldar 

Qasımov çox yaxşı oğlandır. Onu uzun illərdir ki tanıyıram. 

O sənə kömək edəcək. 

– Çox sağ olun, – Cəfərov kağızları yığmağa başladı. 

–  Ehtiyatlı  ol,  –  Kazımov  sağollaşarkən  məsləhət 

gördü, – indi situasiyanın necə olduğunu özün bilirsən. Heç 

kimə  güvənmə.  Əgər  onlar  belə  həyasızcasına  fəaliyyət 




www.vivo-book.com 

 

61 



göstərirlərsə, deməli, həm milisdə, həm də hüquq-mühafizə 

orqanlarında öz xəbərçiləri var. Oranın prokuroru təzə təyin 

olunub,  onu  bu  yaxınlarda  Gəncədən  ora  keçiriblər.  Mən 

onu yaxşı tanımıram, ona görə onunla ehtiyatlı ol. Deyirlər 

ki, o, baş nazirin adamıdır, amma heç kim bundan başqa heç 

nə deyə bilmir. 

–  Aydındır,  –  Cəfərov  ayağa  qalxdı,  –  mən  nə  vaxt 

çıxa bilərəm? 

– Sabah, – Kazımov ayağa durmadan böyük əlini ona 

uzatdı.  –  Sağlıqla  qal.  Bu  gün  silah  götürməyi  də  unutma. 

Orda  lazım  ola  bilər.  Tapşırıq  verərəm  ki,  onu  sənə 

versinlər. 

Müstəntiqin  arxasınca  qapı  bağlanandan  sonra 

Kazımov  dərindən  ah  çəkib  daxili  iş  telefonunun  dəstəyini 

qaldırdı. 

– Yanınıza gələ bilərəm? Vacib işim var. 

–  Gəlin,  –  respublika  prokurorunun  müavini  Ənvər 

Vəliyev icazə verdi. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə