Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Netroleptanalgeziyada işlənən maddə hansıdır?



Yüklə 311,29 Kb.
səhifə65/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   61   62   63   64   65   66   67   68   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

247) Netroleptanalgeziyada işlənən maddə hansıdır?

A) Diazepam (Relanium)


B) Benzokain (Anestezin)
C) Droperidol
D) Bellataminal
E) Bellastezin

Cərrahi əməliyyatları ağrısızlaşdırmaq üçün neyroleptik preparat olan droperidol fentanil preparatı ilə birlikdə istifadə olunur. Droperidol fentanilin ağrıkəsici təsirini gücləndirir və eyni zamanda mənfi emosiyaları aradan qaldırır. Bu halda dərman preparatı həm neyroleptik, həm də analgeziyaedici təsir göstərdiyindən belə ağrısızlaşdırma metodu neyroleptanalgeziya adlandırılır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 169




248) Antidepressantlara aid dərman maddəsini göstərin?

A) Diazepam (Sibazon)


B) Teqretol
C) İmipramin (İmizin)
D) Fluozepam
E) Fenazepam

İmipromin müxtəlif depressiv vəziyyəti aradan qaldırmaq üçün istifadə edilir. Preparatın tətbiqi zamanı əhval-ruhiyyə yaxşılaşır, gümrahlıq əmələ gəlir, orqanizmin ümumi tonusu yüksəlir..


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 192




249) Aşağıdakı təsirlərdən hansılar Xlorpromazinə (Aminazin) aiddir?

A) Skelet əzələlərinin tonusunu və bədən temperaturunu yüksəldir


B) Orqanizmin fiziki və hərəki fəallığını artırır
C) Orqanizmin fiziki və hərəki fəallığını azaldır
D) Qusma mərkəzinin fəaliyyətini gücləndirir
E) Yuxu dərmanlarının və analgetik maddələrin təsirini zəiflədir

Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 184




250) Vena daxilinə xlorpromazin məhlulu necə yeridilir?

A) Hemodezlə qarışdırılır


B) 10 ml 40% qlükoza ilə qarışdırılır
C) 0,2 % prokainlə qarışdırılır
D) 0,25%-0,5%-li prokain məhlulunda və ya natrium-xloridin izotonik məhlulunda durulaşdırılaraq yeridilir
E) İnyeksiya suyu ilə qarışdırılır

Xlorpromazin güclü qıcıqlandırıcı təsirə malikdir. Bu təsiri zəiflətmək üçün venaya yeritməzdən əvvəl 1-3 ml 2,5%-li xlorpromazin məhlulu, 2-5 ml 0,25%-0,5% prokain məhlulunda və ya natrium-xloridin izotonik məhlulunda durulaşdırılaraq yeridilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 184





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə